196
yaşamışdır (415, s.84-85, 152-153). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar
19481949 - cu illərdə zorla tarixi-etnik vətənlərindən çıxarılaraq Azərbaycana
köçürülmüş və kənd
ləğv edilmişdir.
Toponim kolani türk etnoniminə (212, s.92; 386, s.535) mənsubluq bildirən -lı şəkilçisi
artırmaqla əmələ gəlib «kolanı tayfasına məxsus yer» mənasını bildirir. Etnotoponimdir. Qııruluşca
düzəltmə toponimdir.
Kolanlı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.
Erməni mənbələrində Kəndin adı həm də Kolani, Cermanis Kolanlı kimi göstərilir (415, s.88).
Kənddə 1831-ci ildə 105 nəfər, 1873 - cü ildə 545 nəfər, 1886-cı ildə 663 nəfər, 1897-ci ildə
886 nəfər, 1904 - cü ildə 728 nəfər, 1914 - cü ildə 800 nəfər, 1916-cı ildə 939 nəfər azərbaycanlı
yaşamışdır (415, s.88-89, 156-157). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla
qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə
dönə bilmişdir. 1922-ci ildə burada 207 nəfər, 1926-cı ildə 300 nəfər, 1931-ci ildə 430 nəfər
azərbaycanlı yaşamışdır (415, s.88-89, 156-157). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin
sakinləri 1948-1949 - cu illərdə zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi
xaraba
kənddir.
Toponim türk mənşəli kolanı tayfasının adına (386, s.535; 212, s.92) mənsubluq bildirən -lı
şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Kollu qışlaq - Yelizavetpol (Gəncə) quberniyasının Zngəzur qəzasında, indiki Qafan rayonu
ərazisində kənd olmuşdur. Burada 1897-ci ildə 75 nəfər azərbaycanlı yaşamışdır (415, s.62-63).
1905-1906-cı illərdə ermənilərin təcavüzü nəticəsində azərbaycanlılar qırğınlarla deportasiya
olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. Toponim «Kol basmış, kol çox olan»
mənasında işlənən kollu sözü ilə (11, s.83) «qış vaxtı heyvandarların yaşadığı yer» mənasında
işlənən
qışlaq sözü əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kondaksaz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz)
rayonunda kənd. Rayon mərkəzindən 11 km məsafədə, Abaran çayının sahilində yerləşir. Alagöz
(Araqadz) rayonu təşkil edilənədək (15 mart 1972-ci ilə kimi) Abaran rayonunun tərkibində olmuşdur.
Erməni mənbələrində Qondaksaz (415, s.4), Qondaxsaz (419, s.28) formalarında, Qafqazın 5 verstlik
xəritəsində Kondaxsaz kimi (348, s.140) qeyd edilmişdir.
Toponim türk dilində «silah qundağı» mənasında işlənən kondak sözü ilə (277, II, s.95; 359, II
(1), s.544) türk dilində «bataqlıq, torpaq (qrunt) suların çıxdığı yerin bataqlaşmış sahəsi, gil»
mənalarında işlənən saz sözünün (359, IV (1), s.397; 339, s.491) birləşməsindən əmələ gəlmişdir. Türk
dilində kondak sözü «yanan kükürd qutusu və yanğın vaxtı açılan qov» (пачка из горючей cepы и
тpyбa, кoтopyю пeдбpacывaют пpи пoджочах) (359, II (1), s.544), «həyətə və ya pilləkən altına
atılan yandırıcı maddələr toplusu» (277, II, s. 95) mənasında da işlənir. Relyef əsasında
yaranan
mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə adı dəyişdirilib Rya təzə (Təzə həyat)
qoyulmuşdur.
Korbulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda
kənd. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz)
rayonu yaradıldıqdan sonra Abaran rayonunun inzibati-ərazi bölgüsündən çıxarılıb yaradılan Alagöz
(Araqadz) rayonunun tərkibinə daxil edilmişdir.
Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik
xəritəsində qeyd edilmişdir
(348, s.129).
Toponim «çıxış yolu olmayan», «gözü olmayan (bulaqda), yarıda quruyan» mənasında işlənən
kor sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. «Kor» sözü «Kor çay» hidronimində «heç
bir hövzəyə tökülməyib yarıda quruyan çay» mənasında işlənmişdir (11, s.95). Hidrotoponimdir.
Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şenkani qoyulmuşdur.
Korbulaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki. Qızılqoç (Qukasyan)
rayonunda kənd. Erməni dilinə . kalka edilərək Korağbyur (Korbulaq) formasında mənbələrdə
işlədilmişdir (415, s.20).
Toponim Azərbaycan dilində «gözü
görünməyən, suyun çıxdığı yer görünməyən», «yarıda
quruyan», «yerin səthinə başqa yerdən çıxan» mənasında işlənən kor sözü ilə (278, s.90) bulaq
197
sözündən əmələ gəlmişdir. Kəndin adı ərazidəki eyni adlı bulağın adından götürülmüşdür.
Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 12. XI. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Saxkaşen, 21. X. 1967-cı il
fərmanı ilə yenidən dəyişdirilərək Sizavet qoyulmuşdur.
Koroğlu qalası - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Kalinino rayonunda qala.
Rayonun Molla Eyyublu kəndinin güneyində yerləşir.
Koroğlu dərəsi - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan)
rayonunda dərə. Rayondakı Göykilsə (Kaputan) kəndində yerləşir. Antropooronimdir.
Koroğlu meydanı - Yelizovetpol (Gəncə) quberniyasının Qazax qəzasında,
indi Dilican
şəhərində meydan.
Kosalı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu
ərazisində kənd olmuşdur. Qafan şəhərinin yaxınlığında yerləşirdi. Ölü kənddir.
Toponim kosalı türk tayfasının adı (92, s.23) əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Quruluşca sadə toponimdir.
Kosaməmməd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo)
rayonunda kənd. Rayon mərkəzindən 8 km cənub-şərqdə Kəvər çayının sahilində yerləşir. Qafqazın 5
verstlik xəritəsində (348, s.141) qeyd edilmişdir.
Kəndin digər adı Aşağı Qanzak olmuşdur (415, s.70). «İrəvan əyalətinin icmal dəftəri»ndə
kəndin adı Kənizək formasında qeyd edilmişdir (143, s.55).
1897-ci ildə burada ermənilərlə yanaşı 16 azərbaycanlı yaşamışdır (415, s.70-71).
XX əsrin
əvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya edilmişdir. İndi yalnız ermənilər yaşayır.
Toponim ləqəb bildirən kosa sözü ilə Məmməd şəxs adı əsasında əmələ gəlib. Antropotoponimdir.
Quruluşca sadə toponimdir.
Kəndin adı 1924 - cü ildə dəyişdirilib Batikyan qoyulmuşdur.
Kotan dağ - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan)
rayonunda dağ. Oronim qıpçaqların kotan etnoniminin adı (286, s.50) əsasında yaranmışdır.
Etnooronimdir.
Kotanlı - İrəvan quberniyasının Şərur - Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk)
rayonunda kənd. Rayon mərkəzindən 20 km şimal-şərqdə, Arpaçayın sağ qolu olan Kotanlıçayın
sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Kotanı kimi (143, s.59), Qafqazın 5 verstlik
xəritəsində Kotanlı (348, s.142), erməni dilində Kyotanlu formasında (422, s.101) qeyd edilmişdir.
Kotanlı kəndi kənddən 1 km aralıda tarixən mövcud olmuş və Kuteni (Kotanlı) adlandırılmış
(422, s.101) kəndin yaxınlığında salınmışdır.
Kənddə 1873 - cü ildə 256 nəfər, 1886 - cü ildə 392 nəfər, 1897-ci ildə 456 nəfər, 1904 - cü
ildə 611 nəfər, 1914 - cü ildə 672 nəfər, 1916-cı ildə 532 nəfər yalnız azərbaycanlı yaşamışdır (415,
s.90-91, 158-159). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq
deportasiya olunmuş və kəndə
Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan
sonra sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 61
nəfər, 1926-cı ildə 193 nəfər, 1931-ci ildə 351 nəfər azərbaycanlı yaşamışdır (415, s.90-91, 158-159).
Ermənistan dövləti 1988-ci il noyabrın 28-də kənddə yaşayan azərbaycanlılar zorla tarixi-etnik
torpaqlarından qovmuşdur. İndi ermənilər yaşayır.
Toponim qıpçaq türk tayfasından olan kotan etnoniminə (286, s.50) mənsubluq bildirən -lı
şəkilçisinin artırılması ilə əmələ gəlib «kotan tayfasına mənsub yaşayış yeri» mənasını bildirir.
Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Kəndin adı 1924 - cü ildə dəyişdirilib Qarmraşen (Qırmızıkənd) qoyulmuşdur.
Kotanlıçay - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov,
Vayk) rayonunda çay. Rayonun Kotanlı kəndinin ərazisindən axır. Hidronim qıpçaqların kotanlı
etnoniminin adını (286, s.50) əks etdirir. Etnohidronimdir.
Kotuz - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat)
rayonu ərazisində kənd
olmuşdur. Kənd Vedi rayonundakı Qarağac kəndinin yanında, Çanqlı çayının yanında, Kotuz dağının
ətəyində yerləşirdi.
1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Kütus (143, s.172), Qafqazın 5
verstlik xəritəsində Kotuz formasında (348, s.142) qeyd edilmişdir. Erməni mənbəyində kəndi adı həm
də Kyotuz, Kotız, Kyutuz formalarında göstərilir (415, s.88).