İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   37   38   39   40   41   42   43   44   ...   168

 
82
Qazarapad - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. 
Rayon mərkəzindən 26 km məsafədə yerləşirdi. Toponim monqol dilində «yer, torpaq, tarla» 
mənasında işlənən qazar sözünə (2, s.328) abad sözünün birləşməsindən  əmələ  gəlmişdir. Relyef 
əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Qayabaşı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 6-7 km cənub-qərbdə, Məzrə çayının yanında yerləşir. Qafqazın 
5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.125). Kəndin adı Qaya Baş Haçı Qərib (Кая Баш-Гаджи 
Кариб) formasında da qeyd edilir (309, s.305). 
Kənddə 1873 - cü ildə 131 nəfər, 1886-cı ildə 181 nəfər, 1897-ci ildə 219 nəfər, 1908-ci ildə 
219 nəfər, 1914 - cü ildə 240 nəfər, 1916-cı ildə 234 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-
113). 1919 - cu ildə aprelin 13-20-də azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşlar 
(309, s.305). İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar 
geri qayıda bilmişlər. 1922-ci ildə 149 nəfər, 1926-cı ildə 129 nəfər, 1931-ci ildə 181 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1926-cı ildən burada əcəmi kürdləri də yaşamışdır. 
1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən 
qovulmuşdur. İndi ermənilər yaşayır. 
Toponim «qaya» oroterminindən və «dağın yuxarısı, zirvəsi» mənasında işlənən baş sözündən 
əmələ  gəlmişdir. «Qayanın başında yerləşən kənd» mənasını bildirir. Kənd, doğrudan da, qayalıq, 
dağlıq yerdə yerləşir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Keğamabak 
qoyulmuşdur.  
Qayalı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. 
Toponim qaya sözünə -lı şəkilçisinin qoşulması ilə əmələ gəlib «daşlı, qayalı yerdə olan kənd» 
mənasını ifadə edir. Quruluşca düzəltmə toponimdir. 
Erm. SSR AS RH-nin 3.ll.1950-ci il fərmanı ilə dəyişdirilib Noraber qoyulmuşdur. 
Qayalı - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, Vayk) 
rayonun  ərazisində  kənd. Rayondakı Paşalı  kəndinin yaxınlığında, Arpaçayın sahilində yerləşirdi. 
«İrəvan əyalətinin icmal dəfəri»ndə (143, s.60) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 40 nəfər, 1873 - 
cü ildə 130 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 223 nəfər, 1904 - cü ildə 240 nəfər, 1914 - cü 
ildə 264 nəfər, 1916-cı ildə 292 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91, 158-159). 1918-ci 
ildə kəndə ermənilər hücum edərək sakinlərə divan tutmuş, onları ata-baba yurdlarından qovmuşlar. 
Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz 
doğma yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır (415, s.59). 
Azərbaycanlılar 1923-24 - cü illərdə  sıxışdırılaraq tarixi-etnik torpaqlarından çıxarılmış  və  kənd 
xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. 
Toponim «dağ, daş» mənasında işlənən qaya sözünə çoxluq bildirən -lı şəkilçisinin artırılması 
ilə düzəldilmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Qayqocalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda 
kənd. Rayonun şimal-şərqində, Böyük çayın sol sahilində, Tej dağının cənub ətəyində yerləşir. Kənd 
sonralar mənbələrdə  Dədəqışlaq, Miskin, S.Vurğun və Axundov (M.F.Axundov - İ.B.) kimi qeydə 
alınmışdır. 
Toponim Qayqocalı  şəxs adına mənsubluq bildirən -lı  şəkilçisinin qoşulması  əsasında  əmələ 
gəlib «Qayqocaya məxsus  ərazi, yaşayış  məntəqəsi» deməkdir. Qayqoca sözünün birinci tərəfi 
türklərdən bir bölük olan qay etnonimindən (399, s.158; 238, s.228) və Qoca şəxs adından ibarətdir. 
Toponimin ikinci komponenti olan Qoca şəxs adı. «Kitabi-Dədə Qorqud» dastanında da Duxa Qoca 
oğlu Dəli Domrul, Uşun Qoca oğlu Səkrək, Qanlı Qaca oğlu Qanturalı, Qazılıq Qoca oğlu Yeynək 
antroponimik modellərində  əksini tapmışdır (39, s.69). Deməli, Qayqocalı toponimi bilavasitə, 
«Kitabi-Dədə Qorqud» dastanı ilə bağlı yaranmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Qayqulu Ciftəli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) 
rayonunda kənd. Kəndin adı erməni mənbələrində Ciftəli kimi qeyd edilmişdir (415, s.20). Rayon 
mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.125) qeyd edilmişdir. 
Toponim oğuzların qayı etnonimindən (399, s.158), Qulu şəxs adından və mənsubluq bildirən -
lı şəkilçisinin qoşulduğu «mal-qoyun bəslənən yer» mənasında işlənən cift sözündən (35, s. 187) əmələ 


 
83
gəlib « qayı tayfasından olan Quluya mənsub mal-qoyun bəslənildiyi yer» mənasını bildirir. 
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə  kəndin adı  dəyşdirilib Zuyqaxpyur 
qoyulmuşdur. 
Qayqulu Düzkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç 
(Qukasyan) rayonunda kənd. Qızılqoç (Qukasyan) rayonu yaradılana kimi - 31 dekabr 1937-ci ilə kimi 
Ağbaba rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur. Kəndin adı ermənilər bura köçürüləndən 
sonra dəyişdirilib Düzxaraba edilmişdir (415, s.18). Qafqazın 5 verstlik xəritəsində Düzxaraba (348, 
s.90) kimi qeyd edilmişdir. 
Toponim oğuzların qədim tayfalarından olan qayı etnonimi ilə (399,s. 158; 238, s.222-223) 
Qulu  şəxs adından, relyef bildirən düz və  kənd sözlərindən  əmələ  gəlib «qayı tayfasından olan 
Qulunun düzdə saldığı kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə  kəndin adı  dəyişdirilib Artaşen 
qoyulmuşdur. 
Qayıqulu - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) 
rayonu ərazisində kənd. Mənbələrdə Qızılqoç rayonunun ərazisi kimi göstərilir (35, s.162). Kəndin adı 
Qayqulu kimi də göstərilir. 
Toponim oğuzları qayı tayfasının adı ilə (238, s.222) Qulu şəxs adı əsasında əmələ gəlib «Qayı 
tayfasından olan Quluya məxsus kənd, yaşayış yeri» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə dəyişdirilib Hartaşen qoyulmuşdur. 
Qala - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində qala. Şəhərcik kəndindən 7-8 ki şimal-qərbdə, Qanlı kəndindən Çəmən dağına doğru gedən 
yolun üzərindəki keçiddə tikilmiş qala. XVI əsrdə tikilmişdir. 
Qaladərəsi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus 
rayonundakı kənd. Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, 
s.l09)qeyd edilmişdir. 
Toponim  ərəb dilində «möhkəmləndirilmiş yer, şəhər» mənasında işlənən qala sözü ilə (299, 
s.410) Azərbaycan dilində «iki dağ  və ya təpə arasında, düzənlikdə uzun, dərin çuxur» mənasında 
işlənən dərə sözünün (10, s.74) birləşməsindən əmələ gəlib «dərədə yerləşən qala yanında olan kənd» 
mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Kəndin adı erməni dilinə kalka edilərək Qalidzor (Qala dərəsi) qoyulmuşdur. 
Qaladibi - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 
Dəvə gözü çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.110) qeyd edilmişdir. 1930 
- cu illərdə Vedi (Ararat) rayonunun tabeliyində olmuşdur (415, s.85-86). 
Kənddə 1873 - cü ildə 155 nəfər, 1886-cı ildə 221 nəfər, 1897-ci ildə 300 nəfər, 1904 - cü ildə 
242 nəfər, 1914 - cü ildə 399 nəfər, 1916-cı ildə 428 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-
157). 1918-ci ildə  kəndin sakinləri zorla və  qırğınlarla ermənilər tərəfindən qovulmuşdur.  İndiki 
Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda 
bilmişdir. 
Burada 1922-ci ildə 126 nəfər, 1926-cı ildə 130 nəfər, 1931-ci ildə 189 nəfər (415, s. 87, 157), 
1939 - cu ildə 387 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə  kəndin 
sakinləri azərbaycanlılar 1948-49 - cu illərdə zorla tarixi-etnik torpaqlarından çıxarılıb Azərbaycana 
köçürülmüşdür. Kənd 1950-ci ildə ləğv edilmişdir. 
Toponim iki sözün: qala və «bir yerin ən uzaq, ən dərin yeri» mənasında işlənən dib sözünün 
(278, s.66; 10, s.90) birləşməsindən ibarətdir. Görünür, kənd qalanın yanında salındığı üçün bu ad 
verilib. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Qalayçı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. Abaran 
çayının sağ qolu üzərində yerləşirdi. Kəndin digər adı Qalaça kimi qeyd edilir (415, s.4). Qafqazın 5 
verstlik xəritəsində Qalaça formasında (348, s.110) qeyd edilmişdir. 1950-ci illərdə ləğv edilmişdir. 
Toponim oğuzların bayandır tayfasından olan qalayçı etnonimi (238, s.305) əsasında  əmələ 
gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Qalakənd - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu  ərazisində  kənd. 1728-ci ildə  tərtib edilmiş  «İrəvan  əyalətinin icmal dəftəri»ndə Qalabəy 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə