İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   34   35   36   37   38   39   40   41   ...   168

 
76
Buğacıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində kənd. Meşənin içində yerləşirdi. 
Kənddə 1897-ci ildə 125 nəfər, 1922-ci ildə 21 nəfər, 1926-cı ildə 1 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.54-55, 134-135). 1929-30 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim buğacıq türk mənşəli etnonimi əsasında yaranmışdır. Bu tayfanın adına «Kitabi-Dədə 
Qorqud»da rast gəlirik: «Sol tərəfdə Buğacıq Məlikə Qarabudaq qarşu gəldi» (158, s.77)» . 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Buğda - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda dağ. 
Rayondakı  Ağudi kəndinin yanında yerləşir. Oronim buğda bitki adı  əsasında yaranmışdır. 
Fitooronimdir. Quruluşca sadə oronimdir. 
Buğdalı - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 
1930 - cu ildə ləğv edilmişdir. 
Toponim buğdalı tayfa adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Buğda təpə - İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonu 
ərazisində  kənd. XVIII əsrdə  tərtib edilmiş  «İrəvan  əyalətinin icmal dəftəri»ndə Buğdayitəpə 
formasında (143, s.55) qeydə alınmışdır. Kənd Göyçə dağında yerləşirdi. Z.Qorqodyan Göyçə 
mahalında ləğv edilmiş kəndlər sırasında Buğdatəpə kəndinin də adını çəkir (415, s.16). 
Toponim bitki adı bildirən  buğda  və kiçik dağ  mənasında işlənən  təpə  sözlərinin 
birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Buğdatəpə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında dağ. Göyçə gölünün yaxınlığında 
yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.44) qeyd edilmişdir. 
Oronim bitki adı bildirən buğda və təpə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca 
mürəkkəb oronimdir. 
Buğdatəpə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında aşırım. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.44) qeyd edilmişdir. 
Buğdatəpə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda 
dağ. Hündürlüyü 2057 m-dir. Oronim buğda və təpə coğrafi nomeninin birləşməsindən əmələ gələn 
fitooronimdir. Quruluşca mürəkkəb oronimdir. 
Buğdaşen - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. 
Rayon mərkəzindən 20 km cənub-qərbdə, Gümrü-Qurduqulu (Oktemberyan) yolunun üstündə, 
yaylaqda, Arpaçayın yaxınlığında yerləşir. Burada XIX əsrin 30 - cu illərinə  qədər azərbaycanlılar 
yaşamışdır. Ermənilər buraya 1828-29 - cu illərdə Türkiyənin Alaşkert, Bulanix, Muş vilayətlərindən 
köçürülmüşdür (427, s.535). 
Toponim buğda və  qədim türk dilində «kənd», «yaşayış yeri» mənasında işlənən  şenlik 
mənasını ifadə edən şen sözündən formalaşmışdır. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 3.XII.1947-ci il fərmanı ilə adı dəyişdirilib Baqravan qoyulmuşdur. 
Buğdaşen stansiya qəsəbəsi - Ağin (Ani) rayonunda stansiya qəsəbəsi. Qəsəbənin adı 
Buğdaşen kəndinin adından götürülüb. 
Erm. SSR AS RH-nin 31.VII.1950-ci il tarixli fərmanı ilə  dəyişdirilib Baqravan stansiya 
qəsəbəsi qoyulmuşdur. 
Buğutlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda 
dağ. Dağın adı dəyişdirilib Arteni qoyulmuşdur. Oronim türk dilində «dağ maralı» mənasında işlənən 
buğut sözü (323, s.73) əsasında formalaşmışdır. 
Bulaqlar - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Rayondakı Herher kəndindən 4 km cənubda, Herher çayının sahilində yerləşirdi. 
Kənddə 1873 - cü ildə 68 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 149 nəfər, 1904 - cü ildə 
132 nəfər, 1914 - cü ildə 145 nəfər, 1916-cı ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.88-
89, 158-159). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq deportasiya olunmuşdur. Yalnız 
Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə 
bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı 40 nəfər, 1931-ci ildə 63 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.89, 159). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə  kənd sakinləri 1948-49 - cu 
illərdə zorla Azərbaycana köçürülmüşdür. 1949 - cu ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Kənd dərədə çoxlu bulaq olan yerdə salındığı üçün Bulaqlar adlandırılmışdır. Hidrotoponimdir. 
Quruluşca düzəltmə toponimdir.  


 
77
Bulaqlı  -  İrəvan quberniyasının  İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. 
Rayon mərkəzindən 8 km cənubda yerləşir. 1969 - cu ilə kimi, Zəngibasar (Masis) rayonu təşkil 
edilənədək, Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. 
Kənddə 1831-ci ildə 85 nəfər, 1873 - cü ildə 183 nəfər, 1886-cı ildə 222 nəfər, 1897-ci ildə 234 
nəfər, 1908-ci ildə 256 nəfər, 1914 - cü ildə 376 nəfər, 1916-cı ildə 228 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.48-49, 128-129). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə  məruz qalaraq 
deportasiya olunmuş, yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd 
sakinləri 1923-25-cı illərdə ata yurdlarına dönə bilmişdir. Burada 1926-cı ildə 36 nəfər, 1931-ci ildə 75 
nəfər azərbaycanlı yaşamışdır (145, s.48-49, 128-129). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 
azərbaycanlılar 1948-49 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 1950-ci illərdə onların bir 
hissəsi yenidən öz kəndlərinə qayıtmışdır. 1988-ci ilin noyabr ayında Ermənistan dövləti bir daha 
onları zorla doğma yurdlarından Azərbaycana qovdu. İndi burada ermənilər yaşayır. 
Toponim X əsrdə yaşamış yağma türk tayfasının bir boyunu təşkil edən  bulaq etnoniminə 
(238, s.5152) mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib «bulaq tayfasına məxsus yaşayış 
yeri» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Kəndin adı 1920-ci ildə  dəyişdirilib Həbilkənd, sonra yenidən dəyişdirilib Kalinin qəsəbəsi 
qoyulmuşdur. 
Bulxer - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon 
mərkəzindən 17 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Alagöz dağının  ətəyində yerləşir. 
1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Bulxeyir (143, s.174), 1728-ci ildə 
tərtib edilmiş  «İrəvan  əyalətiriin icmal dəftəri»ndə  Əbülxeyir (143,s.54), Bulxeyir (143, s.lll), 
Qafqazın 5 verstlik xəritəsində Blxer (348, s.40) formalarında qeyd edilmişdir. Kəndin adı erməni 
mənbələrində Plxer, Bulxayır kimi də göstərilir (415, s.4). Sarmatiyada yaşayan xalqlardan birinin adı 
bulxi olmuşdur (383, c.222, 265, s.38). Bu qənaətə gəlmək olar ki, bulxi etnoniminə türk dilində «igid, 
qoçaq»mənasında işlənən  ər sözünün qoşulması  əsasında bulxer etnonimi yaranmışdır. Fikrimizcə
bulxer bulqar etnoniminin fonetik variantıdır. Xəzər, salar, toxar, quqar və s. türk etnonimləri də həmin 
konstruksiya əsasında formalaşmışdır. 
Belə  qənaətə  gəlirik ki, toponim bulxer etnonimindən  əmələ  gəlmişdir. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Şenavan qoyulmuşdur. 
Bunud - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. 
İrəvandan 85 verst məsafədə, Cığın dərəsində, Cığınsu çayının yanında, Topdağ dağının  ətəyində 
yerləşir. 
Kənddə 1873 - cü ildə 178 nəfər, 1886-cı ildə 173 nəfər,1897-ci ildə 161 nəfər, 1904 - cü ildə 
397 nəfər, 1914 - cü ildə 437 nəfər, 1916-cı ildə 215 nəfər azərbaycanlı yaşamışdır (415,s.84-85, 154-
155). 1918-19 - cu illərdə kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. 1920-ci ildə 
indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra, azərbaycanlılar 1923-25-cı illərdə öz 
kəndlərinə dönə bilmişlər. 1926-cı ildə burada 35 nəfər azərbaycanlı yaşamışdır (415, s.85). 1930 - cu 
illərdə azərbaycanlılar qovularaq kənd ləğv edilmişdir. İndi xarabakənddir. 
Toponim «soy, nəsil» mənasında işlənən bun sözünə (359, IV(2), s.1813), -ud şəkilçisinin 
artırılması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Burma - Tiflis quberniyasının Loru-Borçalı  qəzasında, indi Barana (Noemberyan) rayonu 
ərazisində  kənd. Rayon mərkəzindən 10-12 km cənub-qərbdə, Tona (Debed) çayının sol sahilində 
yerləşirdi. Burada tarixən yalnız azərbaycanlılar yaşayıb. 
Kənddə 1922-ci ildə 59 nəfər azərbaycanlı yaşamışdır (415, s.98-99). 1930 - cu illərdə  kənd 
ləğv edilmişdir. 
Burun - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. 
Rayon mərkəzindən 5 km məsafədə yerləşir. 
Toponim Azərbaycan dilində «irəliyə  çıxan və ya suya doğru uzanan quru» (253, s.99), 
«qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi» (9, s.330), «qurunun, dağın və ya qayanın sivri 
bucaq  şəklində düzünə  tərəf uzanmış hissə» (198, s.151), başqa türk dillərində «dağ  çıxıntısı, qum 
silsiləsi, cərgəsi, qum təpəsi», «sıra dağlardan ayrılan dağ qolu, dil» mənasında işlənən «burun» 
sözündən (339, s. 103-104) əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə