İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   31   32   33   34   35   36   37   38   ...   168

 
70
Toponim Azərbaycan dilində «bitkisiz, otsuz, meşəsiz, çılpaq» mənasında işlənən boz (9, 
s.299; 178, s.38-39) və türk dilində «kənd» mənasında işlənən göy sözlərinin birləşməsindən  əmələ 
gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Markahovit 
qoyulmuşdur. 
Boznəli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu 
ərazisində kənd. Qafqazın 5 verstlik xəritəsində Bozlu formasında qeyd edilmişdir (348, s.41).Boznəli 
Bozlu formasının təhrif edilmiş formasıdır. XIX əsrin əvvəllərində ləğv edilmişdir. 
Toponim bəydili türk tayfalarından olan bozlu etnonimindən (238, s.289) əmələ gəlmişdir. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Boyaqçı - İrəvan  şəhərində  məhəllə.  İrəvanda yaşayan azərbaycanlılara aid boyaqçı  nəsil adı 
əsasında formalaşmış patronimik toponimdir. Quruluşca sadə toponimdir. 
Bora dağı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunun Yuxarı 
Kilsə kəndində dağ. Oronim Azərbaycan dilində «sırsıra» mənasında işlənən bora sözü ilə (253, s.121) 
dağ oroterminin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir. 
Borçalı arxı - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana 
(Noemberyan) rayonunda arx. Tona çayından çəkilmişdir. 
Hidronim Borçalı türk etnonimi (142, s.82; 287, s.54) ilə arx sözü əsasında yaranan 
etnohidronimdir. Quruluşca mürəkkəb hidronimdir. 
Bostan tala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray 
(İcevan) rayonu ərazisində, Yuxarı  Ağdan  ərazisində yerləşən qışlaq. 1926-cı ildə burada 12 nəfər 
azərbaycanlı yaşamışdır (85, s.78). XX əsrin 30 - cu illərində ləğv edilmişdir. 
Toponim türk mənşəli  bostan  etnonimi ilə (286, s.61) «meşə sahəsində açıqlıq» mənasında 
işlənən tala sözünün birləşməsindən əmələ gəlmişdir. 
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Böyük Ağa - İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonu 
ərazisində kənd. Qanlı Ağalı kəndinin yaxınlığında yerləşmişdir. Z.Qorqodyanın əsərində kəndin adı 
xatırlanır və göstərilir ki, kənd ləğv edilmişdir (415, s. XVII). 
Toponim Azərbaycan dilində «hörmətli, nufuzlu» mənasında işlənən böyük sözü ilə  şəxs adı 
bildirən Ağa sözünün birləşməsindən  əmələ  gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir.  
Böyük Ayrım - Tiflis quberniyasının Loru-Borçalı  qəzasında, indi Allahverdi (Tumanyan) 
rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə,  İrəvan-Tiflis dəmiryolunun sol tərəfində 
yerləşir. 
Kənddə 1886-cı ildə 171, 1897-ci ildə 223, 1908-ci ildə 390, 1914 - cü ildə 381 nəfər 
azərbaycanlı yaşamışdır (415, 67, 98-99). 1918-20-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən 
qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan 
azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 454, 1926-cı ildə 282, 
1931-ci ildə 391 (415, s.7, 99), 1939 - cu ildə 530 nəfər, 1959 - cu ildə 550 nəfər, 1970-ci ildə 815 
nəfər (427, s.244) yalnız azərbaycanlı yaşamışdır. Müxtəlif illərdə (1873, 1886, 1908, 1897, 1922, 
1926, 1931) əhalinin siyahıya alınmalarda göstərilir ki, kəndə yalnız azərbaycanlılar yaşamışdır (415, 
s.67, 98-99). Halbuki bu tarixi fakt saxtalaşdırılaraq «Ermənistan və  ətraf vilayətlərin toponimlər 
lüğəti»ndə həmin illərdə kənddə yaşayan azərbaycanlılar erməni kimi göstərilir (427, s.244). 1950-ci 
ildə  Şnoğ meyvəçilik sovxozu ilə birləşdirilmişdir. 1988-ci ilin noyabr ayında kənddə yaşayan 
azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar. İndi ermənilər yaşayır. 
Toponim Azərbaycan toponimiyasında fərqləndirici  əlamət bildirən böyük sözü ilə  oğuzların 
eymur (eymir, imir) tayfa adının (238, s.324; 178, s.204) fonetik variantı olan ayrım etnoniminin 
əsasında  əmələ  gəlmişdir. M.Vəlili (Baharlı) ayrım tayfasını  səlcu'qların bir qolu hesab edir (245, 
s.43). Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Böyük Arıxvəli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. 
Rayon mərkəzindən 10 km məsafədə yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.128), 
Qafqazın 5 verstlik xəritəsində (348, s.19) qeyd edilmişdir. 
Toponim tayfa (arıx) və şəxs (Vəli) adlarından törəmişdir (35, s.160). «Arıxlar tayfasından olan 
Vəliyə mənsub yaşayış yeri» deməkdir. Toponimin əvvəlindəki «böyük»fərqləndirici əlamət bildirir ki, 


 
71
bu da Azərbaycan toponimiyası üçün xarakterikdir. Arıx etnonimi mənbələrdə arıxlı formasında öz 
əksini tapır (142, s.39). Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Medz Mantaş qoyulmuşdur. 
Böyük Armudlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad 
(Oktemberyan) rayonunda kənd. Burada ermənilərdən başqa 1831-ci ildə 129 nəfər (386, s.579-580), 
1922-ci ildə 52 nəfər (415, s.138-139) azərbaycanlı yaşamışdır. 1930 - cu ildə azərbaycanlılar kənddən 
çıxarılmışdır. İndi ermənilər yaşayır. 
Toponim armud sözünə -lu şəkilçisinin artırılması ilə əmələ gəlib «armud olan yer» mənasını 
bildirir. Toponim əvvəlindəki «böyük» sözü fərqləndirici  əlamət bildirir. Fitotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı  dəyişdirilib Tandzut (Armudlu) 
qoyulmuşdur. 
Böyük Vedi - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda yaşayış 
məntəqəsi şəhər tipli qəsəbə. Vedi rayonunun mərkəzi. Vedibasar çayının yanında yerləşir. 
1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə (143, s.172), 1728-ci il tarixli «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s.51), Qafqazın 5 verstlik xəritəsində (348, s.50) qeyd edilmişdir. 
Burada 1831-ci ildə 799, 1873 - cü ildə 1743, 1886-cı ildə 2110, 1897-ci ildə 2792, 1914 - cü 
ildə 2672 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.84-85, 154-155). 1918-19 - cu illərdə 
azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş  və 1918-20-cı illərdə  İran və Türkiyədən 
köçürülən ermənilər burada yerləşdirilmişdir. 
Burada 1922-ci ildə 1504 nəfər azərbaycanlı, 453 erməni, 1926-cı ildə 1545 nəfər azərbaycanlı, 
261 erməni, 1931-ci ildə 1254 nəfər azərbaycanlı, 214 erməni yaşamışdır (415, s.85, 155). Sonralar 
kəndin  əhalisi erməni mənbələrində qarışıq  şəkildə göstərilmişdir. 1972-ci ildə burada 5624 nəfər 
azərbaycanlı  və erməni yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövlət 
tərəfindən qırğınlarla qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır. 
Toponim fərqləndirici əlamət bildirən böyük və ərəb dilində «iki dağ arasında olan uzun çuxur 
dərə», «bir çayın axdığı yer, çay yatağı», «çöl, səhra», «sahə», «məkan, yer» mənalarında işlənən vadi 
(104, s.83) sözlərindən  əmələ  gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Yaşayış məntəqəsinin adı erməni dilinə kalka edilərək Medz (böyük) Vedi formasında işlədilir. 
Böyük Qaraqoyunlu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər 
(Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə yerləşir. Kəndin bir adı da 
Yellicə olmuşdur (427, s.46). Qafqazın 5 verstlik xəritəsində Yellicə Qaraqoyunlu kimi qeyd 
edilmişdir (348, s.92). 
Kənddə 1831-ci ildə 379 nəfər, 1873 - cü ildə 408 nəfər, 1886-cı ildə 591 nəfər, 1897-ci ildə 
447 nəfər, 1908-ci ildə 505 nəfər, 1914 - cü ildə 655 nəfər, 1916-cı ildə 516 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.26-27, 110-111). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla 
qovulmuşdur.  İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz 
kəndlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 392 nəfər, 1926-cı ildə 374 nəfər, 1931-ci ildə 488 
nəfər (415, s.27, 111), 1939 - cu ildə 562, 1959 - cu ildə 746, 1970-ci ildə 1130, 1979 - cu ildə 1407 
(427, s.46) nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrında azərbaycanlılar Ermənistan dövləti 
tərəfindən qovulmuşlar. İndi ermənilər yaşayır. 
Toponim qoraqoyunlu türk etnonimi əsasında  əmələ  gəlmişdir. «Böyük» fərqləndirici  əlamət 
bildirən sözdür. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib  Əzizli, Ermənistan 
prezidentinin 19.l.1991-ci il fərmanı ilə bir daha dəyişdirilib Norabak qoyulmuşdur. 
Böyük Qarakilsə - İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində kənd. 
Quqark rayonunun ilk adı. 
Toponim alban məbədinin adı əsasında yaranmışdır. Həmin ərazidə yerləşən kilsə qara daşdan 
tikildiyi üçün Qarakilsə adlanmış  və sonra da Qarakilsə toponimə çevrilmişdir. «Böyük» sözü 
fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Kirovakan adlandırılmışdır. 
Böyük Dəlilər - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda 
kənd. Erməni mənbələrində Dəlilər kəndi kimi qeyd edilir (415, s.48). Rayon mərkəzindən 2 km şimal-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə