İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   28   29   30   31   32   33   34   35   ...   168

 
64
Berdateğ - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda qala. Quqark 
rayonundakı Bzovdal kəndindən 12 km şimal-şərqdə yerləşirdi. Xarabalığa çevrilmiş qalanın divarları 
indi də durur. 
Berdi xaraba - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) 
rayonunda xaraba kənd. XIX əsrin axırlarına kimi burada dini məbədin qalıqları dururdu. Toponim 
türk dilində «çətin keçilən yer», mənasında işlənən berd (birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Berdtəpə - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Əştərək rayonunda qala. Rayondakı 
Haxs (Dzorap) kəndinin yaxınlığında yerləşir. 
Bekciqazlı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 
Rayon mərkəzindən 500 m şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Bekciqazlu 
formasında (348, s.36) qeyd edilmişdir. Kəndin adı Becazlı formasında sabitləşmişdir (266, s.264). 
Tarixən burada yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1823-30 - cu illərdə İranın 
Xoy və Salmas bölgələrindən köçürülmüşdür (386, s. 551-554). 
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 102 nəfər, 1873 - cü ildə 22 nəfər, 1886-cı ildə 19 
nəfər, 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-127). 1905-1906-cı illərdə 
azərbaycanlılar erməni soyqırımına məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur.  İndiki 
Ermənistanda Sovet hökuməti qurulandan sonra - 1920-24 - cü illərdə sağ qalan azərbaycanlılar öz 
kəndlərinə dönə bilmişdir. Burada 1926-cı ildə 15 nəfər, 1931-ci illərdə 11 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.47 127). SSRİ Nazirlər Sovetinin xüsusi qərarlarından sonra kənddə yaşayan 
azərbaycanlılar 1948-ci ildə zorla Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır. 
Toponim qədim türk dilində «möhkəm», «bərk» mənasında işlənən bek sözü ilə (299, s.92) qaz 
(kas) türk etnoniminin birləşməsindən  əmələ  gəlmişdir. Toponim sonundakı -lı  mənsubluq bildirən 
şəkilçidir. 
Erm. SSR AS RH-nin 20.VII.1945-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Bostan 
qoyulmuşdur. 
Beşbarmaq - Yelizavetpol (Gəncə) quberniyasının Zəgəzur qəzasında, indiki Gorus rayonu 
ərazisində qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. 
Toponim beş sayı ilə türk dilində «dağın şiş təpəsi, zirvəsi» mənasında işlənən barmaq sözünün 
(253, s.100; 339, s.74) birləşməsindən  əmələ  gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Bəbirli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. 
Rayon mərkəzindən 36 km məsafədəyerləşir. «İrəvan  əyalətinin icmal dəftərin»də (143, s.130), 
Qafqazın 5 verstlik xəritəsində (348, s.27) qeyd edilmişdir. 
Burada 1860-cı illərə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1860-cı ildə 
Türkiyənin Qazarabad, 1915-20-cı illərdə Muş və Bulanis vilayətindən köçürülmüşdür (427, s.629). 
Toponim bəbirli türk tayfa adı əsasında formalaşmışdır və quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 3.11.1947-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Bartsraşen 
qoyulmuşdur. 
Bəbirli yeri - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda yurd. 
Bəbirli tayfa adı ilə Azərbaycan dilində «yurd, ərazi, sahə» mənasında işlənən yer sözünün 
birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Bəzirxana - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. 
Rayon mərkəzindən 11 km məsafədə, Arpaçayın yaxınlığında, Qırxbulaq kanalının yanında yerləşir. 
Toponim burada əkilən zəyərək bitkisindən çəkilən bitki yağı «bəzir» sözünə (35, s.159) xana 
sözünün qoşulmasından əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1924 - cü 
ildə adı dəyişdirilib Dzitankov qoyulmuşdur. 
Bəybalı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu 
ərazisində  kənd. Sofulu kəndinin  şimalında yerləşirdi. XIX əsrin  əvəllərində  ləğv edilmişdir.  İndi 
xaraba kənddir. 
Toponim şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca sadə toponimdir. 
Bəybuğan - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonu 
ərazisində dağ. Adı dəyişdirilib Bağaysar qoyulmuşdur. 


 
65
Bəykənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Erməni 
mənbələrində kəndin adı Bekyan, Kiçik Bekyand kimi qeyd edilir (427, s.287). Rayon mərkəzindən 5 
km şimalda, Alagöz dağının şimal-qərbində yerləşir. 
«İrəvan əyalətinin icmal dəftəri»ndə Bəykənd kimi (143, s.126), Qafqazın 5 verstlik xəritəsində 
Kiçik Bekand formasında (348, s.36) qeyd edilmişdir. 
Toponim qədim türk dilində «təpə, yüksəklik» mənasında işlənən bək (bak < bəy) sözü ilə 
(278, s.35) kənd sözünün birləşməsindən əmələ gəlib «təpəlik, dağlıq yerdə yerləşən kənd» mənasını 
bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
1920-ci ildə adı  dəyişdirilib Pokr Parni, Erm. SSR AS RH-nin 7.V.1969 - cu il fərmanı ilə 
yenidən adı dəyişdirilib Anuşavan (Anuş şəxs adıdır) qoyulmuşdur. 
Bəykənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda 
kənd. Rayon mərkəzindən 17 km məsafədə, Qaranqu çayının yanında yerləşir. 1728-ci il mənbəyi olan 
«İrəvan  əyalətinin icmal dəftəri»ndə  Bəykənd kimi (143, s.126) qeyd edilsə  də, XIX əsr rus 
mənbələrində (348, s.36, 364, N° 1125) və erməni mənbələrində (415, s.42) Bekant formasında qeyd 
edilir. Təbii ki, Bekant Bəykənd toponiminin erməni və rus dillərində təhrif edilmiş formasıdır. 
Toponim qədim türk dilində «təpə, yüksəklik, zirvə» mənasında işlənən bəy ((278, s.35) kənd sözünün birləşməsindən  əmələ  gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Kəndin adı 1920-ci ildə dəyişdirilib Medz Parni qoyulmuşdur. 
Bəyrabad - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək 
(Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 24 km cənub-şərqdə, İcevan-Krasnoselo rayonunun 
sərhəddinin  şimalında yerləşir. Kəndin adı erməni mənbəyində Bayirabad, Bayrabad, Bayravat, 
Bəriyabad formalarında da qeyd edilir (427, s.589, 592, 625). Kəndin ərazisi 1897-ci ilə kimi Gölkənd 
kəndinin tabeliyində olmuşdur. 
Kənddə 1897-ci ildə 111, 1919 - cu ildə 96 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31, 114-
115). 1919 - cu ilin yazında azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. Kəndin sakinləri 
Azərbaycanın Qazax rayonuna qaçmağa məcbur olmuşlar.  İndiki Ermənistanda sovet hökuməti 
qurulandan sonra sağ qalan kənd sakinləri öz doğma ocağlarına dönə bilmişlər. Burada 1922-ci ildə 85 
nəfər, 1926-cı ildə 91 nəfər, 1931-ci ildə 109 nəfər (415, s.31, 115), 1939 - cu ildə 102 nəfər, 1959 - cu 
ildə 205 nəfər (427, s.625), 1986-cı ildə 380 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ilin 
noyabrın 24-28-də  kəndin sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından 
qovulmuşdür. İndi burada ermənilər yaşayır. 
Toponim türk dilində «təpə, hündür yer, təpəlik» mənasında işlənən bair //bayır sözü ilə (366, 
s.3738; 339, s.64) abad sözünün birləşməsindən  əmələ  gəlmişdir. Bayır //bair sözü monqol dilində 
bayr formasında «çöl, bayır» mənasında işlənir (2, s.328). Orotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Barenat 
qoyulmuşdur. 
Bəkdaş - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Rayon mərkəzindən  şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Beyxtaş formasında 
qeyd edilmişdir (348, s.35). .  
Kənddə 1897-ci ildə 87 nəfər, 1907-ci ildə 100 nəfər (427, s.648) 1914 - cü ildə 230 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.54-55, 134-135). 1918-ci ildə ermənilər azərbaycanlıları  qırğınlarla 
deportasiya etmişlər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri öz evlərinə 
dönə bilmişdir. Burada 1922-ci ildə 28 nəfər, 1926-cı ildə 25 nəfər, 1931-ci ildə 40 nəfər (415, s.55, 
135), 1959-cı ildə 60 nəfər (427, s.588) azərbaycanlı yaşamışdır. 1973 - cü ildə kənd ləğv edilmişdir. 
İndi ölü kənddir. 
Toponim böyük sözünün təhrif olunmuş forması olan bək sözü ilə «dağ, qaya» mənasında 
işlənən daş sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Bələk  (Balak) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan 
rayonunda kənd. Rayon mərkəzindən 9-10 km şimal-qərbdə, Bazarçay çayının sağ sahilində yerləşir. 
1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir (143, s. 182). 
Ermənilər buraya 1828-29 - cu illərdə  İranın Salmas vilayətindən köçürülərək yerləşdirilmiş 
(427, s.554) və azərbaycanlılar tarixi torpaqlarından qovulmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə