İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   27   28   29   30   31   32   33   34   ...   168

 
62
Erm. SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə adı  dəyişdirilib Vernaşen (Başkənd) 
qoyulmuşdur. 
Başkənd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda 
kənd. Rayon mərkəzindən 11 km qərbdə yerləşir. 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. 
Türkmənçay müqaviləsindən sonra 1828-29 - cu illərdə İranın Xoy və Səlmas vilayətlərindən 
ermənilər köçürülərək bu kənddə yerləşdirilmişdir (427, s.630). 
Toponim Azərbaycan dilində  «əsas, yuxarı» mənasında işlənən baş sözü ilə  kənd coğrafi 
nomeninin birləşməsindən  əmələ  gəlmişdir. Relyef əsasında  əmələ  gələn mürəkkəb quruluşlu 
toponimdir.  
Kəndin adı əvvəlcə dəyişdirilib Məzrə, sonra Erm. SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə 
dəyişdirilib Barsravan qoyulmuşdur. 
Başkənd - İrəvan quberniyasının Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda 
kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə Azərbaycanın Gədəbəy rayonu ərazisində yerləşir. 
Buraya ermənilər 1859 - cu ildə Qarabağdan və Şəmşəddin rayonundan gəlmişlər (427, s.453). 
Toponim Azərbaycan dilində  işlənən baş  və  kənd sözlərinin birləşməsindən  əmələ  gəlmişdir. 
Mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Ardzvaşen 
(Qartalkənd) qoyulmuşdur. 
Başkənd - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda 
kənd. Rayon mərkəzindən 5-6 km şimal-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Başköy 
formasında (143, s.79), Qafqazın 5 verstlik xəritəsində Başkənd kimi (348, s.34) qeyd edilmişdir. 
1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1829 - cu ildə  İranın Salmas və Xoy 
vilayətlərindən ermənilər köçürülüb burada yerləşdirilmişdir (427, s.146). Kənddə ermənilərlə yanaşı, 
1897-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır (415, s.44-45). XX əsrin  əvvəllərində, 1905-1906-cı 
illərdə azərbaycanlılar tarixi torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayırlar, 
Toponim türk dilində «baş», «çayın mənbəyi», «dağın zirvəsi», «yuxarı», «əsas», «böyük» 
mənalarında işlənən  baş sözii ilə (339, s.76-77) kənd  coğrafi nomenin birləşməsindən  əmələ 
gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Akunk qoyulmuşdur. 
Başkənd - Keçəldağ silsiləsində  aşırım. Ermənistanın Çəmbərək (Krasnoselo) rayonu ilə 
Azərbaycanın Gədəbəy rayonunun sərhəddində, Başkənd (Arzveşen) kəndinin yaxınlığındadır. Yay 
otlağıdır. 
Başköy - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda 
kənd. Rayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində 
olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.34) qeyd edilmişdir. 
Kənddə 1830 - cu ilə kimi qarapapaqlar (azərbaycanlıların etnoqrafik qrupu - İ.B.) yaşamışdır. 
1830 - cu ildə buraya Türkiyənin Muş vilayətindən ermənilər köçürülüb yerləşdirilmiş və kəndin əsas 
sakinləri-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 
Toponim Azərbaycan dilində «böyük, əsas, yuxarı» mənasında işlənən baş sözü ilə, türk 
dilində «kənd» mənasında işlənən  köy sözündən  əmələ  gəlmişdir. Relyef əsasında yaranmışdır. 
Quruluşca mürəkkəb toponimdir. 
XX  əsrin 20-cı illərində  kəndin adı erməni dilinə kalka edilərək Başqyuğ (Başkənd) 
qoyulmuşdur. 
Başköy - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Rayon 
mərkəzindən 7 km məsafədə yerləşir. 
«İrəvan əyalətinin icmal dəftəri»ndə Başkənd kimi (143,s.128), Qafqazın 5 verstlik xəritəsində 
Baş kyoq formasında(348, s.34) qeyd edilmişdir. 
Toponim Azərbaycan dilində  «əsas, böyük, dağın zirvəsi» mənalarında işlənən baş sözü ilə 
müasir türk dilində «kənd» mənasında işlənən köy sözündən əmələ gəlmişdir. 
Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə  Kəndin adı  dəyişdirilib Saralanc 
qoyulmuşdur. 
Baş Gərni - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda 
kənd. Rayon mərkəzindən 32 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.33) qeyd 
edilmişdir.Kənd Gərni çayının mənbəyində salınmışdır. 


 
63
Toponim türk dilində «çayın mənbəyi» mənasında işlənən baş sözü ilə (339, s.76-77) urartu 
dilində «qala» mənasında işlənən gərini (gərni) sözü (332, s.68) əsasında formalaşmışdır. Relyef 
əsasında əmələ gələn toponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Gərni qoyulmuşdur. 
Baş Gözəldərə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) 
rayonunda kənd. Göyçə gölünün yaxınlığında, Gözəldərə çayının yanında, Gözəldərə başı dağının 
ətəyində yerləşir. Kəndə  həm də Yuxarı Gözəldərə deyilir. Ermənilər buraya 1828-ci ildən sonra 
Türkiyədən köçürülmüşdür (386, s.595-598). 
1897-ci ildə burada ermənilərlə yanaşı 108 nəfər azərbaycanlı yaşamışdır (415, s.66-67). XX 
əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən deportasiya edilmişdir. 
Toponim fərqləndirici  əlamət bildirən baş (yuxarı) sözü ilə gözəl və  dərə sözlərinin 
birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Başnalı - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 
Rayon mərkəzindən 4 km şimal-qərbdə, Gərni çayından ayrılan arxın kənarında yerləşir. «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s.99), Qafqazın 5 verstlik xəritəsində (348, s.34) qeyd edilmişdir. 
Kəddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1829-32-cı illərdə  İranın Xoy və Salmas 
bölgələrindən ermənilər köçürülüb burada yerləşdirilmişdir (427, s.578). 
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 30 nəfər, 1873 - cü ildə 85 nəfər, 1886-cı ildə 56 nəfər, 
1897-ci ildə 70 nəfər, 1904 - cü ildə 85 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-127). 1918-ci 
ilin martında azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur.  İndiki 
Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sağ qalan sakinləri öz yurdlarına dönə 
bilmişdir. Burada 1922-ci ildə 14 nəfər, 1926-cı ildə 10 nəfər, 1931-ci ildə 7 nəfər azərbaycanlı 
yaşamışdır (415,s.47, 127). 1940-cı illərdə azərbaycanlılar tamamilə qovulmuşdur.  İndi burada 
ermənilər yaşayır. 
Toponim türk mənşəli başnalı tayfasının adı  əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin I.XII. 1949 - cu il fərmanı ilə  kəndin adı  dəyişdirilib Bağramyan 
qoyulmuşdur. 
Başsız - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Rayon 
mərkəzindən 15 km şərqdə, Alagöz dağının cənubunda, İrəvan-Gümrü yolunun sağ tərəfində yerləşir. 
Kəndin adı mənbələrdə həm də Baysız göstərilir (415, s.34; 427, s.590). Kənddə 1831-ci ildə 12 nəfər 
yalnız azərbaycanlı yaşamışdır (427, s.590). Sonralar 40-50-ci illərdə azərbaycanlılar tarixi 
torpaqlarından sıxışdırılıb çıxarılmış və kəndə Türkiyədən köçürülən kürdlər yerləşdirilmişdir (415, s. 
116-117). 
Toponim türk dilində toponimiyada «dağ zirvəsi, irəli çıxan, görünən qaya, sıldırım qayalar», 
«təpə», «çayın yuxarı axarı», «çayın mənbəyi», «böyük», «əsas» mənasında işlənən baş sözünə (339, 
s.76-77) -sız şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. Düzəltmə quruluşlu toponimdir. 
Berd qalacıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu 
ərazisində  kənd. Rayondakı  Məliklər (Spandaryan) kəndinin yaxınlığında yerləşirdi.  İndi xaraba 
kənddir. Toponim türk dilində «çətin keçilən yer» mənasında işlənən bert sözü ilə (337, s.239) kiçiltmə 
mənasını bildirən -cıq  şəkilçisi qoşulmuş qala sözünün birləşməsindən  əmələ  gəlmişdir. Relyef 
əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Berdadağ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu  ərazsində  kənd. Rayondakı Xaçik kəndindən 2 km cənub-şərqdə yerləşirdi.  İndi xaraba 
kənddir. Toponim türk dilində «çətin keçilən yer» mənasında işlənən bert sözü ilə (337, s.239) dağ 
sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Beybudabad - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonu 
ərazisində kənd olmuşdur. Rayonun Təzəkənd (Ayntap) kəndinin yaxınlığında yerləşirdi (427,s.235). 
Kənd haqqında ilk məlumat 1465-1466 illərdə verilmişdir (427, s.235). Bu kənd XIX əsrin 
əvvəllərində ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim Beybud şəxs adı ilə fars dilindən Azərbaycan dilinə keçən «yaşayış məntəqəsi, kənd» 
mənasında işlənən abad sözünün (9, s.25; 339, s.36) birləşməsindən  əmələ  gəlmişdir. 
Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə