İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   29   30   31   32   33   34   35   36   ...   168

 
66
Toponim qədim türk dilində  təpə  mənasında işlənən bələk sözündən (359, IV (2), s.1609) 
əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. 
Bənövşəbuşt - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonu 
ərazisində  kənd. Rayon mərkəzindən 15-16 km şimalda yerləşirdi. Kənddə 1914 - cü ildə 28 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.142-143). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq 
sakinləri tarixi-etnik torpaqlarında deportasiya olunmuş  və  kənd xarabalığa çevrilmişdir. Indi xaraba 
kənddir. 
Toponim  bənövşə bitki adı ilə fars dilində «kiçik təpə» mənasında işlənən  puştə sözündən 
(104, s.507) əmələ  gəlib, «bənövşə  təpəsi» mənasını bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Bərk dərə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonunda oronim. Oronim Azərbaycan dilində «çətin», «möhkəm» mənasında işlənən bərk sözü ilə 
dərə sözünün birləşməsindən  əmələ  gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu 
oronimdir. 
Bərgüşad - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ. Oronim qaraçorlu 
türk tayfasından olan bərgüşad etnonimi (286, s.73) əsasında əmələ gəlmişdir. Etnooronimdir. 
Bəxtiyar - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında kənd. Dilican şəhəri 
yaxınlığında, Ağstafa çayının sağ sahilində yerləşirdi. 
Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 
Bilək - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Kənd su anbarından 3-4 km şimal-şərqdə, çayın sahilində, düzənlik vadidə yerləşirdi. 
«İrəvan əyalətinin icmal dəftəri»ndə Birək kimi (143, s.60) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 244 nəfər, 1886-cı ildə 334 nəfər, 1897-ci ildə 357 nəfər, 1904 - cü ildə 
536 nəfər, 1914 - cü ildə 590 nəfər, 1916-cı ildə 459 nəfər yalnız azərbaycanlılar yaşamışdır (415, 
s.88-89, 158-159). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq sakinləri deportasiya 
olunmuşdur. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim qədim türk dilində «çayın qolu» mənasında işlənən bilək sözü (299, s.99; 366, s.146) 
əsasında yaranmışdır. Hidrotoponimdir. Quruluşca sadə toponimdir. 
Birəli - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi(Ararat) rayonunda kənd. Kəndin 
başqa adı Pirli olmuşdur (415,s.84). Rayon mərkəzindən 32 km məsafədə, Xaçdağının  ətəyində 
yerləşir. 
1590-cı il tarixli «İrəvan əyalətinin müfessəl dəftəri»ndə Pirilər formasında (143, s.173), 1728-
ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri» ndə Yuxarı Pirli (143, s.107), Qafqazın 5 verstlik 
xəritəsində Birəli kimi (348, s.39) qeyd edilmişdir. 
Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır. 
Kəndin qədim, ilkin adlarına (Pirilər, Pirli) istinad edib bu qənaətə  gəlirik ki, toponim 
pirilər//pirli etnonimi əsasında forlmalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.  
 
   
Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur. 
Birinci Alyanlı - Yelizavetpol (Gəncə) qəberniyasının Zəngəzur qəzasında, indiki Gorus 
rayonu  ərazisində  kənd. Burada 1886-cı ildə 714 nəfər azərbaycanlı yaşamışdır (85, s.163). 1905-
1906-cı illərdə xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. 
Toponim fərqləndirici  əlamət bildirən birinci sözü ilə  əklənli  tayfa adı (406, s.206) əsasında 
əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Birinci Bəhlul - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində 
kənd. Mastara kəndindən 8-9 km cənub-qərbdə yerləşirdi. Kənd 1940-cı ildə  ləğv edilmişdir.  İndi 
xaraba kənddir. 
Toponim Azərbaycan toponimiyasında fərqləndirici  əlamət bildirən  birinci  sözü ilə  Bəhlul 
şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Birinci Qayaxaraba - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) 
rayonu ərazisində kənd. Kəndin başqa adı «Sultanağıl»dır. 


 
67
Kənddə 1897-ci ildə 119 nəfər, 1904 - cü ildə 106 nəfər, 1914 - cü ildə 174 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.44-45, 124-125). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz 
qalaraq deportasiya olunmuşdur və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. 
Toponim Azərbaycan dilində «təpə, dağ, sıldırım» mənasında işlənən qaya sözü ilə «dağıdılmış 
yer» mənasında işlənən xaraba sözündən  əmələ  gəlib «qayalıqda təpədə xarabalığa çevrilmiş  kənd» 
mənasını ifadə edir. Toponimin əvvəlindəki «birinci» sözü fərqləndirici  əlamət bildirir. 
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Birinci Qılıcyataq - İrəvan quberniyasının Adeksandropol qəzasında, indi Talin rayonunda 
kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin digər adı Türk Qılıncyatağı (Qılıncyataq 
türk) olmuşdur (415, s.34). Qafqazın 5 verstlik xəritəsində (348, s.137) qeyd edilmişdir. Toponim 
Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən birinci sözü ilə Azərbaycan dilində «hündür 
bir yerin təpəsi», «dikdir, yolun başı» mənasında işlənən qılıc sözünün (118, s.18; 253, s.16; 278, s.53) 
«payızda, qışda qoyun-quzu, mal-qara saxlanılan yer» mənasında işlənən yataq sözünə (10, s.510; 278, 
s.168) qoşulması ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Suser qoyulmuşdur. 
Bitlicə - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 
Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.39) qeyd 
edilmişdir. 
Kənddə 1897-ci ildə 246 nəfər, 1914 - cü ildə 198 nəfər, 1916-cı ildə 195 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə 
məruz qalaraq deportasiya olunmuş  və  kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.  İndiki 
Ermənistanda sovet hökuməti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 
ermənilərlə yanaşı 1922-ci ildə 73 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 85 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.45, 127). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-53 - cü 
illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüşdür.  İndi burada ermənilər 
yaşayır. 
Toponim türk mənşəli bitli etnoniminə (271, s.33) -cə  şəkilçisinin artırılması yolu ilə 
düzəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Erm. SSR AS RH-nin 20.VIII.1954 - cü il fərmanı ilə  kəndin adı  dəyişdirilib Bardzraşen 
qoyulmuşdur.  
Bığlı Hüseyn Saraclı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu 
ərazisində  kənd olmuşdur. Kəndin adı erməni mənbələrində Beqli Hüseyn, Bexlu formalarında da 
göstərilir (427, s.639, 647). 
Kənd Kəvər (Kamo) rayonunun 22 km şimal-qərbində, Göyçə gölünün şimal-qərbində 
yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.34) qeyd edilmişdir. 1930 - cu ildə Axta (Razdan) 
rayonunun ərazisinə daxil idi. 
Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 356 nəfər, 1886-cı ildə 505 nəfər, 1897-ci ildə 645 
nəfər, 1908-ci ildə 658 nəfər, 1914 - cü ildə 846 nəfər, 1916-cı ildə 768 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s. 16-17, 100-101). 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qətlə yetirilmiş 
və  vəhşicəsinə qovulmuşdur.  İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ 
qalan sakinləri geri dönmüşdür. 1922-ci ildə burada 53 nəfər təkcə azərbaycanlı yaşamışdır (415, 
s.101). 1923-25-cı illərdə kənddə olan azərbaycanlılar sıxışdırılaraq çıxarılmış və kənd ləğv edilmişdir. 
İndi xaraba kənddir. 
Toponim Bığlı Hüseyn antroponimi ilə qazax tayfalarından biri olan saraclı etnonimi (386, 
s.535) əsasında əmələ gəlib «Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd» mənasını bildirir. 
Mürəkkəb quruluşlu etnotoponimdir. 
Boğazkəsən - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda 
kənd. Qaranqu çayının sol axarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.40) qeyd 
edilmişdir. 
XIX  əsrin  əvvəllərində  kəndin sakinləri - azərbaycanlılar qovulmuş, Türkiyə  və  İrandan 
köçürülən ermənilər burada yerləşdirilmişdir. 
Toponim tayfa adı əsasında formalaşmışdır və iki hissədən ibarətdir: «boğaz» ismi ilə -ən feli 
sifət  şəkilçisi qəbul etmiş «kəsmək» felinin birləşməsindən  əmələ  gəlmişdir. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə