İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   32   33   34   35   36   37   38   39   ...   168

 
72
şərqdə, Gərni çayından axan arxın yanında yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə  Dəlilər 
formasında (143, s.49), Qafqazın 5 verstlik xəritəsində Böyük Dəlilər kimi (348, s.74) qeyd edilmişdir. 
Burada tarixən yalnız azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). Kəndə ermənilər 1828-1829 - 
cu illərdə  İranın Xoy vilayətindən köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 46 nəfər, 
1873 - cü ildə 115 nəfər, 1886-cı ildə 124 nəfər, 1897-ci ildə 134 nəfər azərbaycanlı yaşamışdır (415, 
s.48-49, 128-129). 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. 
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndə az sayda azərbaycanlı dönə bilmişdir. 
Burada 1922-ci ildə 5 nəfər, 1926-cı ildə 4 nəfər, 1931-ci ildə 4 nəfər azərbaycanlı yaşamışdır (415, 
s.48-49, 128-129). 30 - cu illərin ortalannda kənddə olan azərbaycanlılar tamamilə qovulmuşdur. İndi 
burada yalnız ermənilər yaşayır. 
Toponim qədim türk tayfası tele (>dəli  İ.B.) etnoniminə (180, s.21) cəmlik bildirən -lər 
şəkilçisinin artırılması  əsasında  əmələ  gəlmişdir. Toponimdəki «böyük» sözü fərqləndirici  əlamət 
bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Dalar (dəlilər 
etnoniminin ermənicə tələffüz formasıdır) qoyulmuşdur. 
Böyük düz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) 
rayonunda dağ. Rayondakı Qızılörən kəndinin ərazisində yerləşir. Oronim Azərbaycan dilində «geniş» 
mənasında işlənən böyük sözü ilə «enişi, yoxuşu, çuxuru, təpəsi olmayan hamar yer» mənasında 
işlənən düz sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yarananan mürəkkəb oronimdir.  
Böyük Zeyvə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) 
rayonunda kənd. Rayon mərkəzindən 5,5 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində 
(348, s.97) qeyd edilmişdir. Kəndin ilkin sakinləri azərbaycanlılar olmuşdur. Türkmənçay 
müqaviləsindən sonra kəndə 1828-29 - cu illərdə İranın Salmas və Xoy vilayətlərindən və 1915-16-cı 
illərdə Türkiyənin Alaşkerd vilayətindən köçürülən ermənilər yerləşdirilmişdir (427, s.320). Burada 
ermənilərlə yanaşı 1897-ci ildə 29 nəfər azərbaycanlı yaşamışdır (415, s.82-83). Azərbaycanlılar XX 
əsrin  əvvəllərində, 1905-1906-cı illərdə  sıxışdırılıb tarixi-etnik torpaqlarından qovulmuşdur.  İndi 
ermənilər yaşayır. 
Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən «böyük» sözü ilə ərəb dilində «guşə, 
künc, bucaq» mənasında işlənən zaviyə sözünün (104, s.207) birləşməsindən əmələ gəlmişdir. Bu söz 
(zaviyə) islamiyyətlə əlaqədar olub fars dilindəki xanəgah sözü ilə sinonim münasibətindədir və «bir 
şeyx və ya mürşidin rəyasəti altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer» anlamını verir. 
Səfəvilərin hakimiyyəti dövründə imtiyazlı zümrələr içərisində feodallardan sonra ikinci yeri ruhanilər 
tuturdu. Ruhanilərə  hər vilayətdə  şeyxülislamlar, vaizlər və  nəhayət, dərviş malikanələrindəki 
(xanəgah və zaviyələrdəki) şeyxlər daxil idi. Ömürlərini ibadətlə keçirən ruhanilər, tərkidünyalar üçün 
bir küncdə, bucaqda, camaatdan kənarda tikilən evlər zaviyə adlanırdı və sonralar həmin yer yaşayış 
məntəqələrinə çevrilmişdi (93, s.54). Deməli, Zeyvə kəndləri, zaviyə sözünün əsasında formalaşmışdır. 
Digər tərəfdən bu bir daha göstərir ki, həmin ərazi Səfəvilərin hakimiyyəti altında olmuşdur. Relyef 
əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Arataşen qoyulmuşdur. 
Böyük yoxuş - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) 
rayonunda dağ. Rayondakı Göykilsə (Kaputan) kəndinin  ərazisində yerləşir. Oronim Azərbaycan 
dilində «geniş, iri» mənasında işlənən böyük sözü ilə «yolun dağa, təpəyə tərəf qalxan hissəsi, dik yer» 
mənasını verən  yoxuş sözü əsasında yaranmışdır. Relyef əsasında yaranan murəkkəb quruluşlu 
oronimdir. 
Böyük Kəpənək - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) 
rayonunda kənd. Rayon mərkəzindən 9 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun 
tərkibində olmuşdur. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.113) qeyd edilmişdir. Kəndin köklü sakinləri 
azərbaycanlılar olmuşdur. 1828-30 - cu illərdə bura ermənilər köçürülmüş  və azərbaycanlılar 
qovulmuşdur. İndi ermənilər yaşayır. 
Toponim qədim türk dilində «geçə, yapıncı» mənasında işlənən kəpənək sözündən düzələn 
kəpənəkçi etnonimi (195, s.159) əsasında  əmələ  gəlmişdir. Kəpənək sözünə «yıpınçı» mənasında 
«Kitabi-Dədə Qorqud»da rast gəlinir. «Böyük» fərqləndirici  əlamət bildirir. Etnotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 


 
73
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Musaelyan 
qoyulmuşdur. 
Böyük Keyti - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) 
rayonunda kənd. Rayon mərkəzindən 18 km məsafədə yerləşir. 1937-ci ilə qədər Leninakan rayonunun 
tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.128) qeyd edilmişdir. Kəndin digər adı 
Keyti, Kaytı olmuşdur (415, s.44). 
Toponim türk dilində «meşəsiz dağ yamacının gün düşən tərəfi» mənasında işlənən kət (339, 
s.264) və  fərqləndirici  əlamət bildirən «böyük» sözlərindən  əmələ  gəlmişdir. Orotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Keti qoyulmuşdur. 
Böyük kotaklı - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində 
qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. 
Toponim peçenəqlərin katak (kotak İ.B) etnoniminə (287, s. 114-116) -lı sözdüzəldici 
şəkilçisinin artırılması yolu ilə  əmələ  gəlmişdir. Toponimin əvvəlindəki böyük fərqləndirici  əlamət 
bildiran sözdür. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Böyük Gilanlar - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda 
kənd. Rayon mərkəzindən 28 km şimal-şərqdə, Yelincə çayının sahilində yerləşir. 1930 - cu ildə Vedi 
(Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi (415,s.l54). 
«İrəvan əyalətinin icmal dəftərin»də Böyük Gilan (143, s.102), Qafqazın 5 verstlik xəritəsində 
Böyük Gilyanar (348, s.62) formalarında qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 143 nəfər, 1873 - cü ildə 146 nəfər, 1886-cı ildə 194 nəfər, 1897-ci ildə 
310 nəfər, 1914 - cü ildə 389 nəfər, 1916-cı ildə 272 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85, 154-
155). 1918-1919 - cu illərdə kəndin sakinləri ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda 
sovet hakimiyyəti qurulandan sonra sağ qalan gilanlarlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1922-
ci ildə 120 nəfər, 1926-cı ildə 178 nəfər, 1931-ci ildə 230 nəfər (415, s.85, 155), 1939 - cu ildə 339 
nəfər (427, s.862), azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci il tarixli xüsusi qərarı ilə 
kəndin sakinləri - azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür.  İndi burada təkcə ermənilər 
yaşayır. 
Böyük Məzrə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 5 km şimal-şərqdə, Məzrə çayının sahilində yerləşir. «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s.62), Qafqazın 5 verstlik xəritəsində (348, s.164) qeyd edilmişdir. 
Kəndin bir adı Kalı ağalı olmuşdur (415, s.26). 
Kənddə 1831-ci ildə 293 nəfər, 1873 - cü ildə 956 nəfər, 1886-cı ildə 1379 nəfər, 1897-ci ildə 
1652 nəfər, 1908-ci ildə 1842 nəfər, 1914 - cü ildə 1970 nəfər, 1916-cı ildə 1792 nəfər, 1919 - cu ildə 
220 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 
1918-ci ildə indiki Ermənistanda hakimiyyətə gələn daşnaklar 1919 - cu ilin mayında Böyük 
Məzrəyə hücum edərək sakinləri qırğınlarla tarixi torpaqlarından deportasiya etmişlər (309, s.305) və 
1922-ci ildə kəndə 572 nəfər erməni yerləşdirmişlər (415, s.113). İndiki Ermənistanda sovet hökuməti 
qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişlər. 
Burada ermənilərlə yanaşı 1922-ci ildə 572 nəfər, 1926-cı ildə 594 nəfər, 1931-ci ildə 867 nəfər (415, 
s.27, 113), 1988-ci ildə 2500 nəfər (85, s.281-282) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr 
aylarında erməni sakinlərinin iştirakı ilə azərbaycanlılar öz doğma torpaqlarından qovulmuşlar.  İndi 
burada təkcə ermənilər yaşayır. 
Kənddə albanlara məxsus IX əsrə aid tarixi abidə vardır. Bu tarixi abidənin üzərində 881-cı il 
tarixi yazılmışdır. Eyni zamanda kəndin yaxınlığında oğuzlara məxsus qəbiristanlıq indi də qalır. 
Bütün bunlar kənddə tarixən azərbaycanlıların yaşadığını sübut edir. 
Toponim  ərəb dilində  «əkilmiş yer, sürülüb toxum səpilmiş tarla» mənasında işlənən məzrə 
(məzru') sözü əsasında (104, s.343) əmələ gəlmişdir. Böyük sözü fərqləndirici əlamət bildirir. Relyef 
əsasında yaranan mürəkkəb toponimdir. 
Kəndin adı erməni dilinə kalka edilərək Medz (böyük) Mazra formasında yazılır və işlədilir. 
Böyük Sarıyal - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) 
rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun 
tərkibinə daxil idi. Kəndin başqa adı Saral olmuşdur (415, s.44). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə