İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   35   36   37   38   39   40   41   42   ...   168

 
78
Burçulu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Qacaran kəndindən 2-3 km cənub-qərbdə yerləşmişdir. 
Toponim qıpçaq mənşəli  burçoğlu  etnoniminin (286, s.48) fonetik variantı olan burçulu 
etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Bülbülolan - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd 
(Yeğeqnadzor) rayonu ərazisində kənd olmuşdur. Orta kənddən 3-4 km qərbdə, Həsənkəndlə Qoytul 
kəndləri arasında (85, s.354), Təkədonduran dağının yaxınlığında yerləşirdi. Kəndin digər adı 
Bülbüloğlu və Kaha olmuşdur (427,s.751). 
Kənddə 1831-ci ildə 67 nəfər, 1873 - cü ildə 163 nəfər, 1886-cı ildə 205 nəfər, 1897-ci ildə 252 
nəfər, 1904 - cü ildə 398 nəfər, 1914 - cü ildə 437 nəfər, 1916-cı ildə 223 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.92-93, 160-161). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya 
olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd əhalisindən sağ qalanlar ata-
baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 53 nəfər azərbaycanlı yaşamışdır (415, s.160-161). 
Onlar yenidən 1923-1925-cı illərdə qovularaq kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim şəxs 
adı (Bülbül olan// Bülbüloğlu) əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 
Bcni - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. 
Rayon mərkəzindən 9 km cənub-qərbdə, Zəngi çayının sağ tərəfində, Zincirli dağının ətəyində yerləşir. 
«İrəvan  əyalətinin icmal dəftəri»ndə Beçni formasında (143, s.36), Qafqazın 5 verstlik xəritəsində 
Bicni kimi (348, s.34) qeyd edilmişdir. Kəndin yerli əhalisi azərbaycanlılar olmuşdur. Ermənilər 
buraya 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1829-30 - cu illərdə, eləcə də 1915-27-cı illərdə 
Türkiyənin Bolis, Van bölgələrindən köçürülmüşdür (427, s.737). 
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 232 nəfər, 1873 - cü ildə 685 nəfər, 1908-ci ildə 826 
nəfər, 1914 - cü ildə 1176 nəfər, 1916-cı ildə 1309 nəfər azərbaycanlı yaşamışdır (415, s.16-17, 100-
101). 1918-20-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda Sovet 
hakimiyyəti qurulduqdan sonra (1922-ci ildən sonra) azərbaycanlılar öz doğma kəndlərinə qayıda 
bilmişlər. 1926-cı ildə kənddə 48 nəfər, 1931-ci ildə 64 nəfər azərbaycanlı yaşamışdır (415, s.17, 101). 
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə azrbaycanlılar zorla Azərbaycana 
köçürülmüşdür. İndi yalnız ermənilər yaşayır. 
Toponim  beçenek  türk tayfasının (399, s.488) adı  əsasında yaranmışdır. Quruluşca sadə 
toponimdir. Bjni, beçenək etnoniminin ərəb dilində yazılış formasıdır. 


 
79
V 
  
Vağudi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda 
kənd. Rayon mərkəzindən 9 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində, Ağudi kəndindən 3 km 
məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.47). Vağudi adlı 3 kənd 
olmuşdur: I Vağudi, II Vağudi, III Vağudi (415, s.76). Vağudi kəndi həmin 3 Vağudi adlı kəndlərinin 
birləşməsindən yaranmışdır. 
Kənddə 1831-ci ildə 44 nəfər, 1873 - cü ildə 653 nəfər, 1886-cı ildə 926 nəfər, 1897-ci ildə 
1286 nəfər, 1908-ci ildə 1395 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1914 - cü ildən 
başlayaraq azərbaycanlılar erməni təcavüzü nəticəsində deportasiya olunmuş  və  kəndə xaricdən 
köçürülən ermənilər yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra 
azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 131 nəfər, 1926-
cı ildə 226 nəfər, 1931-ci ildə 336 nəfər (415, s.76-77, 146-147), 1987-ci ildə 700 nəfər (85, s. 182-
183) azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonlarında azərbaycanlılar qırğınlarla Ermənistan dövləti 
tərəfindən qovulmuşlar. Indi yalnız ermənilər yaşayır. 
Kəndin adı Ağudi toponiminin əvvəlinə «v» samitinin artırılması əsasında yaranmışdır. Voxçu 
(Oxçu toponimindən) toponimi, varsaq (arsaq etnonimindən) etnonimi həmin konstruksiya əsasında 
yaranmışdır. Ağudi toponimi ilə Vağudi toponimi eyni semantik xüsusiyyətə malikdir (Bax: Ağudi). 
Varmaziar - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçtniədzin) rayonunda 
kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.49) 
qeyd edilmişdir. Kənddə 1831-ci ildə 61 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.152). 1828-29 - 
cu illərdə indi Ermənistan adlanan əraziyə İranın Xoy və Salmas vilayətlərindən köçürülən ermənilər 
həm də burada yerləşdirilmiş  və azərbaycanlılar kənddən çıxarılmışdır (427, s.424). İndi ermənilər 
yaşayır. 
Toponim türk dilində «dərə, vadi, dərin yarğan» mənasında işlənən var (339, s.113) və  ərəb 
dilində «ziyarət yeri, ziyarət olunan yer, qəbir» mənasında işlənən məzar sözlərindən (104, s.341) 
əmələ  gəlib, «dərədə, vadidə olan kənd» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Arevaşat qoyulmuşdur. 
Vers dağı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu  ərazisində dağ. Vers dağı  Dərələyəz və Göyçə mahallarının sərhədində yerləşir. Bir tərəfi 
Dərələyəzdə Qovşuq kəndinə  məxsus Soğanlı yaylağına, o biri tərəfi isə Göyçənin Basarkeçər 
(Vardenis) və Qaranlıq (Martuni) rayonuna (Göyçə gölünə) baxır. Dağın yüksəkliyi 3522 mdir (211, 
s.194-195). Oronim varsaq türk tayfasının adı (235, s.3738; 238, s.185) əsasında əmələ gəlmişdir (211, 
s.195). Etnooronimdir. Quruluşca mürəkkəb oronimdir. 
Vəliağalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda 
kənd. Rayon mərkəzindən 8 km şimal-şərqdə, Göyçə gölünün yaxınlığında yerləşir. Qafqazın 5 
verstlik xəritəsində (348, s.48) qeyd edilmişdir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar 
yaşamışdır. Türkmənçay müqaviləsi ilə bağlı 1828-1829 - cu illərdə Türkiyədən köçürürlən ermənilər 
burada yerləşdirilib (386, s.595-598). Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 41 azərbaycanlı 
yaşamışdır (415, s.66-67). XX əsrin  əvvəllərində - 1905-1906-cı illərdə azərbaycanlılar tarixi-etnik 
torpaqlarından deportasiya edilmişdir. İndi burada yalnız ermənilər yaşayır. 
Toponim Vəliağa  şəxs adına mənsubluq bildirən -lı  şəkilçisinin artırılması  əsasında  əmələ 
gəlmişdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Kəndin adı 1920-ci ildə dəyişdirilib Dzorageğ (Dərəkənd) qoyulmuşdur. 
Vəlikənd - Tiflis quberniyasının Borçalı  qəzasında, indi Şəmşəddin rayonunda kənd. Rayon 
mərkəzindən 17 km məsafədə yerləşir. 
Toponim Vəli  şəxs adı  əsasında  əmələ  gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Erm. SSR AS RH-nin 4.IV.1939 - cu il fərmanı ilə adı dəyişdirilib Qisaxkavan qoyulmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə