İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   33   34   35   36   37   38   39   40   ...   168

 
74
Toponim fərqləndirici əlamət bildirən «böyük» sözü ilə qədim türk dilində «düzənlik, düz, çöl, 
sahə» mənasında işlənən sara (sarı - İ.B. 359, IV(1), s.315) və «dağın döşü, dağın yamacı», «dağ 
keçidi, təpə» (339, s.648), müasir Azərbaycan  ədəbi dilində «hündür bir yerin təpəsi», «dikdir», 
«yoxuşun başı» (10, s.479) mənasında işlənən  yal sözlərinin birləşməsindən  əmələ  gəlmişdir. 
Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 2.III.1940-cı il fərmanı ilə adı dəyişdirilib Medz Sariar (Böyük Sarıyal) 
qoyulmuşdur. 
Böyük təpə - Tiflis quberniyasının Borçalı  qəzasında, indi Kalinino rayonundakı Cücəkənd 
kəndində oronim. Oronim Azərbaycan dilində «geniş, hündür, iri» mənasında işlənən böyük sözü ilə 
«kiçik dağ» mənasında işlənən təpə sözünün birləşməsindən  əmələ  gəlmişdir. Quruluşca mürəkkəb 
oronimdir. 
Böyük Təpəköy - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon 
mərkəzindən 17 km şimal-qərbdə, Arpa gölün şərq tərəfində, dəniz səviyyəsindən 20-27 m 
hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.237). 
Kəndin sakinləri azərbaycanlıların etnoqrafiq qrupu olan qarapapaqlar olmuşdur. Erməni 
mənbələrində kənddə yaşayan qarapapaqlar xüsusi bir xalq kimi göstərilir (415, s.20, 105). 
Kənddə 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildə 296 nəfər, 1914 - cü ildə 
357 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.20-21, 104-105). 1918-20-cı illərdə azərbaycanlılar 
erməni təcavüzünə  məruz qalmışlar və sakinlər deportasiya olunmuşlar. Sakinləri Türkiyəyə  pənah 
aparmışlar. 
İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri geri qayıtmışdır. 
1922-ci ildə 71 nəfər, 1926-cı ildə 138 nəfər, 1931-ci ildə 174 nəfər (415, s.21, 105), 1970-ci ildə 772 
nəfər, 1987-ci ildə 757 nəfər (35, s.161) azərbaycanlı yaşamışdır. 
1988-ci ilin oktyabr ayında azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən tarixi-etnik 
torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır. 
Toponim Azərbaycan dilində «kiçik dağ, dağ» mənasında işlənən təpə sözü ilə müasir türk 
dilində «kənd» mənasında işlənən köy sözlərinin birləşməsindən  əmələ  gəlmişdir. «Böyük» 
fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Daşdavayr 
qoyulmuşdur. 
Böyük tüklü təpə - Tiflis quberniyasının Loru-Pəmbək qəzasinda, indiki Barana 
(Noemberyan) rayonunda təpə. Rayondakı Yuxarı Körpülü kəndi ilə Gürcüstanın Marneuli 
rayonundakı Qaçağan kəndinin sərəhəddində yerləşir. Oronim Azərbaycan dili şivələrində «sıx, kol-
kosluq» mənasında işlənən  tüklü  sözü ilə (129, s.64) «kiçik dağ» mənasında işlənən  təpə  sözünün 
birləşməsindən  əmələ  gəlmişdir. «Böyük» sözü fərqləndirici  əlamət bildirir. Quruluşca mürəkkəb 
oronimdir. 
Böyük çay - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonundakı 
Qayqoca kəndində çay. İki sözdən: böyük və çay hidroterminindən düzəlmişdir. Quruluşca mürəkkəb 
hidronimdir. 
Böyük camışlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) 
rayonunda kənd. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuş, 15 mart 1972-ci ildə Alagöz 
(Araqadz) rayonu yaradıldıqdan sonra onun tərkibinə daxil edilmişdir. Abaran çayının sahilində 
yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.80) qeyd edilmişdir. 
Toponim Azərbaycan toponimiyasında fərqləndirici  əlamət bildirən  böyük  sözü ilə  camışlı 
türk tayfa adı (142, s.29 ) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 4.l.1938-ci il fərmanı ilə adı dəyişdirilib Alagöz (Alaqəz) qoyulmuşdur. 
Böyük Şəhriyar - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə, Arazdan axan arxın kənarında yerləşir. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.290) qeyd edilmişdir. 
Toponim böyük fərqləndirici əlamət bildirən sözlə Şəhriyar şəxs adı əsasında əmələ gəlmişdir. 
Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Nalbandyan (erməni şairi) 
qoyulmuşdur. 


 
75
Böyük  Şiştəpə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) 
rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun 
tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftərin»də (143, s.135) qeyd edilmişdir. 
Toponim Azərbaycan dilində «dağın, təpənin zirvəsi, ən yüksək nöqtəsi» mənasında işlənən şiş 
sözü ilə (196, s.42) «kiçik dağ» mənasında işlənən  təpə  sözünün birləşməsindən  əmələ  gəlmişdir. 
«Böyük» sözü fərqləndirici əlamət bildirir. Relyeflə bağlı yaranan orotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Erm. SSR AS.RH-nin 12.XI.1946-cı il fərmanı ilə dəyişdirilib Medz Sepasar (Böyük Şiştəpə) 
qoyulmuşdur. 
Böyük  Şöllü Dəmirçi - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Zəngibasar (Masis) 
rayonunda kənd. Rayon mərkəzindən 7 km məsafədə yerləşir. 
1969 - cu ildə Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonun tərkibində 
olmuşdur. Kənddə 1831-ci ildə 338 nəfər (386, s.547-548),1886-cı ildə 1318 nəfər (Свод статических 
данных  о  населении  Закавказского  края,  Тифлис ,1893, № 101), 1922-ci ildə 238 nəfər, 1926-cı 
ildə 417 nəfər, 1931-ci ildə 453 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). SSRİ 
Nazirlər Sovetinin xüsusi qərarı  kənddə yaşayan azərbaycanlılar 1948-53 - cü illərdə zorla 
Azərbaycana köçürülmüş, Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Kənddə yaşayan 
3540 azərbaycanlı ailəsi isə 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən deportasiya 
olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim mənsubluq bildirən -lu şəkilçisinin qoşulduğu çol (şol - İ.B.) etnonimindən (287, s. 
112-114) və dəmirçi türk etnonimindən (271, s.466) əmələ gəlmişdir. 
Toponimin  əvvəlindəki «böyük» fərqləndirici  əlamət bildirir. Etnotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Şorlu qoyulmuşdur. 
Börkçülər - İrəvan  şəhərində  məhəllə. Papaqçılıqla məşğul olan börkçülər (börk papaq 
deməkdir) tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. 
Böyük Çobankərə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Zəngibasar (Masis) 
rayonunda kənd. Qarasu və  Zəngi çayları arasında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, 
s.286) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 951 nəfər, 1873 - cü ildə 2337 nəfər, 1886-cı ildə 2487 
nəfər, 1897-ci ildə 2631 nəfər, 1904 - cü ildə 2411 nəfər, 1914 - cü ildə 3089 nəfər, 1918-ci ildə 2417 
nəfər, 1919 - cu ildə 4600 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). 1919 - cu ilin 
sonlarında kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Yalnız 
indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz doğma yurdlarına 
dönə bilmişdir. Burada 1922-ci ildə 66 nəfər, 1926-cı ildə 279 nəfər azərbaycanlı yaşamışdır (415, 
s.82-83, 152-153). Kəndin əhalisi 1930 - cu illərdə qonşu Mehmandar kəndinə köçürülərək kənd ləğv 
edilmişdir. İndi xaraba kənddir. 
Toponim qazaxlar türk tayfasından olan böyük çobankərə etnonimindən (386, s.535, 631) 
əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Buğakar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda 
kənd. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Meğri çayının sahilində yerləşir. 
Kənddə 1897-ci ildə 139 nəfər, 1904 - cü ildə 194 nəfər, 1914 - cü ildə 96 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.66-67, 142-143). Kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalmış 
və sakinləri - azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti 
qurulandan sonra kənd sakinlərindən sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 
1922-ci ildə 44 nəfər, 1926-cı ildə 30 nəfər, 1931-ci ildə 41 nəfər azərbaycanlı yaşamışdır (415, s.67, 
143). 1940-cı illərdə rayondakı Lök (Vartanidzor) kənd sovetinin tərkibinə daxil edilmişdir. 
Toponim türk dilində «dağ keçidi», «dar, ensiz, vadi, yarğan», «dağ  ətəyində, çay sahilində 
düzənlik yer» mənasında işlənən buk sözü ilə (339, s.99-100) türk dilində «sıldırım qaya» mənasında 
işlənən kar sözünün (323, s.107) birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Buğakar - Tiflis quberniyasının Loru-Borçalı  qəzasında, indiki Barana (Noemberyan) 
rayonunun  ərazisində  qışlaq olmuşdur. 1926-cı ildə burada 1 nəfər azərbaycanlı, 2 nəfər yunan 
yaşamışdır (415, s.67). 1930 - cu illərdən sonra rəsmi sənədlərdə adı çəkilmir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə