İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   30   31   32   33   34   35   36   37   ...   168

 
68
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dzorakap qoyulmuşdur. 
Boğazkəsən yolu - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Kalinino rayonundakı 
Cücəkənddə mikrotoponim. Boğazkəsən etnonimi əsasında düzələn mürəkkəb quruluşlu 
etnotoponimdir. 
Boğakar - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Allahverdi (Tumanyan) 
rayonunda qışlaq. 1920-30 - cu illərdə burada yaşayış olmuşdur. 30 - cu illərin ortalarında ləğv 
edilmişdir. 
Boğutlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon 
mərkəzindən 4 km cənub-şərqdə yerləşir. «Свод  статических  данных  о  населении  Закавказского 
края» toplusunda Buqıtı  (№ 1109), Qafqazın 5 verstlik xəritəsində Buğutlu kimi (348, s.44) qeyd 
edilmişdir. 
Toponim türk dilində «dağ maralı» mənasında işlənən buğut sözünə (323, s.73) -lu şəkilçisinin 
artırılması əsasında əmələ gəlmişdir. 
Zootoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Erm. SSR AS RH-nin 3l.VIII.1950-ci il fərmanı ilə adı dəyişdirilib Arteni qoyulmuşdur. 
Boğutlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda dağ. Qafqazın 5 
verstlik xəritəsində (348, s.44) qeyd edilmişdir. Hündürlüyü 2047 m.dir. Oronim dağ maralı mənasında 
işlənən buğut sözünə -lu şəkilçisinin qoşulması yolu ilə əsasında yaranmışdır. Zooronimdir. Quruluşca 
düzəltmə oronimdir. 
Bozabdal - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. 
Kirovakan  şəhərindən 5 km şimal-qərbdə, Pəmbək çayının sol sahilində, Bozabdal dağının  ətəyində 
yerləşir. Erməni mənbələrində Bzovdal (415, s.130; 427, s.548), Qafqazın 5 verstlik xəritəsində 
Bzobdal, Bzovdərə kimi (348, s.35) qeyd edilmişdir. 
Toponim türk mənşəli boz (287, s.254) və abdal etnonimlərinin (355, s.16) birləşməsindən 
əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bazum qoyulmuşdur. 
Bozabdal - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunun Bazabdal 
kəndində dağ. Oronim boz və abdal etnonimləri  əsasında yaranmışdır. Etnooronimdir. Quruluşca 
mürəkkəb oronimdir. 
Bozavdal yaylası - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) 
rayonunda yaylaq. Rayondakı Saral kəndinin  ərazisində yerləşir. Oronim boz və avdal (abdal) 
etnonimləri ilə «dağlıqda olan düzən yerlər» mənasında işlənən yayla sözünün (10, s.477) 
birləşməsindən əmələ gəlmişdir. Etnooronimdir. Quruluşca mürəkkəb oronimdir.  
Bozburun - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. 
Alagöz kəndindən 5 km şimal-qərbdə yerləşirdi. Kəndin adı Bozbur formasında da qeyd edilir 
(364,№217;427,s.716). 
Kənddə 1873-cı ildə 81 nəfər, 1904 - cü ildə 100 nəfər, 1897-ci ildə 162 nəfər müsəlman kürdü 
yaşamışdır (427, s.716). 1918-ci ildə kənd erməni təcavüzünün qurbanı olmuş və sakinləri deportasiya 
olunmuşdur. 1920-ci ildə ləğv edilmişdir (427, s.716). 
Toponim Azərbaycan dilində «çılpaq, otsuz, meşəsiz» mənasında işlənən boz sözü ilə (339, 
s.87-88), «irəliyə çıxan və ya quruya uzanan quru» (253, s.99), «dağ çıxıntısı, dağın qolu, qumlu təpə
sıldırım qaya», «qurunun, dağın sivri bucaq şəklində düzünə  tərəf uzanınış hissə» (198, 
s.l51;339,s.103) mənasında işlənən burun sözünün birləşməsindən  əmələ  gəlib, «otsuz çılpaq dağ 
çıxıntısı, dağın qolu yanında, quruya uzanan yerdə olan kənd» mənasını bildirir. Orotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Bozburun - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Talin rayonunda dağ. Qafqazın 5 
verstlik xəritəsində (348, s.41) qeyd edilmişdir. Dağın adı  dəyişdirilib Yerax qoyulmuşdur (427, 
s.716). 
Oronim Azərbaycan dilində «otsuz, çılpaq, meşəsiz» mənasında işlənən boz sözü ilə (339, s.88) 
«dağ çıxıntısı, dağın qolu» (339, s.103) «qurunun, dağın və ya qayanın sivri bucaq şəklində uzanınış 
hissə» (198, s.151) mənasında işlənən burun sözünün birləşməsindən əmələ gəlib «otsuz, çılpaq dağ 
çıxıntısı» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu oronimdir. 


 
69
Bozqala - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.  İmanlı  kəndinin 
cənub-şərqində, Arpaçayın sağ sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.41) qeyd 
edilmişdir. 
Kənddə 1908-ci ildə 139 nəfər, 1914 - cü ildə 159 nəfər azərbaycanlı yaşamışdır (415, s.104-
105). Kəndin əhalisi 1918-ci ildə ermənilər tərəfindən təcavüzə məruz qalmış, bir hissəsi qırılmış, sağ 
qalanlar Türkiyəyə getmişlər. 1922-ci ildən sonra indiki Ermənistanda sakitlik yaranmışdır. Kəndi tərk 
etməyə  məcbur olan azərbaycanlılar 1922-ci ildən ata-baba torpaqlarına dönə bilmişdir. 1926-cı ildə 
55 nəfər, 1931-ci ildə 94 nəfər (415, s.18-19, 104-105), 1939 - cu ildə 104 nəfər (427, s.718) 
azərbaycanlı yaşamışdır. 1940-cı ildə kənd ləğv edilmişdir. İndi ölü kənddir. 
Toponim Azərbaycan dilində «çılpaq, otsuz, meşəsiz» mənasında işlənən boz sözü ilə (278, 
s.38-39; 339, s.87-88) qala sözünün birləşməsindən  əmələ  gəlmişdir. Relyef əsasında yaranan 
mürəkkəb quruluşlu toponimdir. 
Bozdoğan - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. 
Rayon mərkəzindən 40 km məsafədə, Arpaçaydan 8 verst aralıda yerləşir. «İrəvan  əyalətinin icmal 
dəftəri»ndə (143, s.96), Qafqazın 5 verstlik xəritəsində (348, s.41) qeyd edilmişdir. 
Toponim oğuzlara məxsus bozdoğan adlı türk tayfasının adından (303 a. s.11; 238, s.188-189, 
332) formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Sarakan qoyulmuşdur. 
Bozyoxuş - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) 
rayonu  ərazisində  aşırım. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.41). Oronim türk 
dilində «otsuz, çılpaq» mənasında işlənən boz sözü ilə (339, s.87-88) «dik, dikə, təpəyə qalxan yol» 
mənasında işlənən yoxuş sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb 
quruluşlu oronimdir. 
Bozyoxuş - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) 
rayonunda kənd. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 12 km 
məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.41) qeyd edilmişdir. 
Toponim Azərbaycan dilində «otsuz, çılpaq, meşəsiz»mənasında işlənən  boz sözü ilə (278, 
s.38-39; 339, s.87-88)«dik, dağa, təpəyə qalxan yol» mənasında işlənən yoxuş sözünün birləşməsindən 
əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə  kəndin adı  dəyişdirilib Musaelyan 
qoyulmuşdur. 
Bozyoxuş - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) 
rayonunda dağ. 
Boz kaha - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu 
ərazisində  kənd olmuşdur. Rayondakı Qarnidzor kəndindən 3 km şimal-şərqdə yerləşirdi.  İndi 
xarabalığa çevrilmiş kənddir. 
Toponim rəng mənasında işlənən boz sözü ilə «mağara, zağa, qayalıqda, dağda təbii və ya süni 
oyuq» mənasında işlənən kaha sözünün (11, s.26) birləşməsindən  əmələ  gəlmişdir. Relyef əsasında 
yaranan mürəkkəb quruluşlu toponimdir. 
Bozkosa - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonundakı 
kənd. 
Kənddə 1873 - cü ildə 99 nəfər, 1886-cı ildə 141 nəfər, 1897-ci ildə 161 nəfər, 1904 - cü ildə 
154 nəfər, 1914 - cü ildə 225 nəfər, 1916-cı ildə 221 nəfər azərbaycanlı yaşamışdır (415, s.44-45, 124-
125). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kənd 
xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. 
Toponim bozkosa tayfa adından əmələ gələn etnotoponimdir. Oğuzlarda «boz» sözü ilə əmələ 
gələn tayfalar çoxdur: bozcalu, boz oxlar, bozdoğan, boz ulus və s. (238, s.164, 175, 186, 188, 198). 
Sadə quruluşlu toponimdir. 
Bozgöy - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. 
Erməni mənbələrində kəndin adı Bozikağ, Bozikənd, Həmzəçimən kimi də göstərilir (415, s.52). 
Kənd Həmzəçimən çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir 
(348, s.41). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə