İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   25   26   27   28   29   30   31   32   ...   168

 
58
Balıqlı - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 
20-21 km şimal-şərqdə, Arpa gölünün şimal-şərq sahilində, Arpa çayının qərb sahilində, təpəlikdə 
yerləşir. Relyefi cənub və  şimal hissədə düzənlik, qərb və  şimal-qərb hissədə  dərə-təpəlikdir. Kənd 
XVIII əsrin sonu, XIX əsrin əvvəllərində salınmışdır. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.30) qeyd edilmişdir. 
Kənddə 1886-cı ildə 205, 1897-ci ildə 326, 1908-ci ildə 372 nəfər, 1914 - cü ildə 474 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.18-19, 102-103). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən 
qovulmuş və bir hissəsi qətlə yetirilmişdir. 
Kəndin  əhalisi Türkiyəyə  pənah aparmışdır. 1920-ci ilin noyabrın 29-da indiki Ermənistanda 
sovet hakimiyyəti qurulmuş  və sabitlik yaranmışdır. Kəndin sakinləri ata-baba torpaqlarına 
qayıtmışdır. Burada 1922-ci ildə 107, 1926-cı ildə 178, 1931-ci ildə 205 (415, s.19, 103), 1964 - cü 
ildə 300, 1970-ci ildə 440, 1979 - cu ildə 472 (427,s.556), 1987-ci ildə 432 nəfər azərbaycanlı 
yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kənd sakinləri Ermənistan dövləti tərəfindən tarixi-
etnik torpaqlarından qovulmuşdur. Onlar Azərbaycana pənah gətirmişlər.  İndi burada ermənilər 
yaşayır. 
Toponim qədim türk dilində «sığınacaq, şəhər, qala» mə'nası bildirən balıq sözünə (399, s.379; 
299, s.80) -lı sözdüzəldici  şəkilçisinin artırılması yolu ilə  əmələ  gəlmişdir. Quruluşca düzəltmə 
toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Zorakert 
qoyulmuşdur. 
Balıqçay - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri 
ərazisində çay. Hidronim qədim türk dilində «şəhər» mənasında işlənən balıq sözü ilə (299, s.80) çay 
sözünün birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu hidronimdir. 
Balta dərəsi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) 
rayonunun Ardanış kəndi ərazisində qışlaq. 1926-cı ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır (415, 
s.30-31). XX əsrin 30 - cu illərində ləğv edilmişdir. 
Toponim balta türk tayfasının (286, s.60) adı ilə  dərə sözünün birləşməsindən  əmələ  gəlib, 
«balta tayfasına mənsub dərə», «yaşayış yeri» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Baltaçay - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında azərbaycanlı  kəndi 
olmuşdur. Dilican şəhəri yaxınlığında yerləşirdi. 1959 - cu ildə  kəndin  ərazisi Dilican şəhərinə 
birləşdirilərək ləğv edilmişdir. 
Toponim türk mənşəli balta etnoniminə (286, s.60) çay sözünün birləşməsi nəticəsində əmələ 
gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Barana - indiki Ermənistanda inzibati rayon. Respublikanın  şimal-şərqində yerləşir. 
Azərbaycan və Gürcüstanla həmsərhəddir. Rayon kimi 1937-ci ildə  təşkil edilmişdir. 1953 - cü ildə 
rayon kimi ləğv edilərək ərazisi Allahverdi (Tumanyan) rayonunun tabeliyinə verilmişdir. 1954 - cü 
ildə yenidən müstəqil rayon kimi təşkil edilmişdir. Sahəsi 538 km
2
dir. Mərkəzi Barana (indi 
Noemberyan)  şəhəridir.  Ərazisi 1996-cı ildə  təşkil edilmiş Tavuş vilayətinə daxildir. Azərbaycanın 
Qədim torpaqları olmuşdur. VII əsrdən sonra ərəblərin istilası altında olmuşdur. X-XII əsrlərdə 
səlcuqların tabeliyində olmuş, 1236-cı ildə monqollar işğal etmişdir. 1801-cı ildə Rusiya tərəfindən 
işğal edilmişdir. 
XIX  əsrdə  Gəncə quberniyasının Qazax-Şəmşəddin qəzasına daxil idi. 1920-29 - cu illərdə 
indiki Ermənistanın şimal rayonları ilə birlikdə Loru-Pəmbək qəzasının tərkibinə daxil edilmişdir. 
Erm. SSR AS RH-nin 4.1.1938-ci il fərmanı ilə adı dəyişdirilib Noemberyan qoyulmuşdur. 
Barana - Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmşəddin qəzasında, indi Barana 
(Noemberyan) rayonunda kənd və Barana rayonunun mərkəzi. 
Kəndin adı «Abaran» (Abaranlı) sözü ilə eyniləşdirilir. Erməni tədqiqatçıları qeyd edirlər ki, 
Abaran rayonundan bir neçə erməni ailəsi bu əraziyə köçərək məskunlaşmışdır. Qonşu kəndin 
adamları onlardan soruşublar ki, siz haradan gəlmisiniz? Cavab verirlər ki, Abarandan (abaranits). 
Buradan da kəndin adı yaranıb. Yəni Barana Abaran sözünün təhrif edilmiş formasıdır (427, s.618). 
Lakin bu həqiqətə uyğun deyil. 


 
59
Toponim qoraqoyunlu tayfa ittifaqına daxil olan və «qoyun», «qoç» sözündən yaranan 
baranilər etnonimi (ASE, II c., B., 1978, s.25; 271, s.29) əsasında yaranmışdır Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 4.l.1938-ci il fərmanı ilə yaşayış  məntəqəsinin adı  dəyşdirilib Böyük 
Oktyabr sosialist inqilabının şərəfinə Noemberyan qoyulmuşdur. 
Barana qəzası - İndiki Ermənistanın Dilican qəzası ərazisində kiçik qəza. Ərazisi 524,4 km
2

əhalisi 11391 nəfər olmuşdur. I.X.1929 - cu ildə indiki Ermənistanda rayonlaşdırmanın yaradılması ilə 
bağlı ləğv edilmişdir. 
Qaraqoyunluların barani (barana) tayfasının adı (ASE, II c., B., 1978, s.25) əsasında  əmələ 
gəlmişdir. Etnotoponimdir. 
Barana - Barana rayonunda, Kürün hövzəsində çay. Hidronim türk mənşəli barana etnonimi 
(271, s.29) ilə bağlı yaranmışdır. Etnohidronimdir. 
Baraxlı - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) 
rayonunda yaşayış  məntəqəsi-qışlaq. Rayon mərkəzindən 30 km şimalda, Tona (Debet) çayının 
sahilində yerləşirdi. Ləmbəli sovetliyinin tərkibində olmuşdur. Burada tarixən yalnız azərbaycanlılar 
yaşamışdır. 1926-cı ildə burada 5 nəfər azərbaycanlı olmuşdur (415, s.67). 1930 - cu illərdə yaşayış 
məntəqəsi kimi ləğv edilmiş, azərbaycanlılar buradan köçürülmüşdür. 
Toponim türk mənşəli barak tayfasının (228., s. 16-17; 321, s.43, 45) adı  əsasında  əmələ 
gəlmişdir. -lı  mənsubluq bildirən  şəkilçidir. «Barak tayfasına məxsus yer» deməkdir. Türk dilində 
barak «uzun, sıx və  qıvrım tüklü heyvan» mənasını bildirir. (359, IV (1), s.1447). Etnotoponimdir. 
Quruluşca düzəltmə toponimdir. 
Barzaxı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda 
əkin yeri. Rayondakı Nüvədi kəndinin ərazisində yerləşir (127, s.ll). Toponim oğuz tayfalarından olan 
barza etnonimi (238, s.189) əsasında əmələ gəlmişdir. Toponimin sonundakı «xı» şəkilçi funksiyasını 
yerinə yetirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Basarkeçər - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Göyçə gölünün yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.61) 
qeyd edilmişdir. 
1969 - cu ildən şəhər tipli qəsəbə və eyni adlı rayonun mərkəzi olmuşdur. 
Kənddə tarixən azərbaycanlılar yaşamışdıır. 1831-ci il əhalinin siyahıya alınmasında burada 
178 nəfər yalnız azərbaycanlının yaşadığı göstərilir (386, s.599-602; 415, s,110). 1831-ci ildən sonra 
Türkiyədən köçürülən 1296 nəfər (1873 - cü il siyahıya alınmasına  əsasın) erməni burada 
yerləşdirilmiş, azərbaycanlılar sıxışdırılmağa başlanmışdır. 1897-ci ildə burada 85 nəfər azərbaycanlı, 
2108 erməni yaşamışdır (415, s.26-27). 1908, 1914, 1916-cı illərdə  əhali ümumi şəkildə 
(azərbaycanlılar və ermənilər birlikdə) göstərilmişdir. 1918-ci ildə axərbaycanlılar qırğınlarla 
qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra buraya azərbaycanlılar qayıda 
bilmişlər. Erməni mənbələrində göstərilir ki, burada 1922-ci ildə 1 nəfər (2511 erməni), 1926-cı ildə 7 
nəfər (3456 erməni), 1931-ci ildə 19 nəfər (3914 erməni) azərbaycanlı yaşamışdır (415, s,27, 111). 
Lakin bu rəqəmlər inandırıcı deyil. 1967-cı ildə 150 (9150 erməni) nəfər (ASE, 1975, I., s.485), 1970-
ci ildə 9 nəfər    azərbaycanlı (8077 erməni) yaşamışdır. 1988-ci ildə azərbaycanlılar tam surətdə zorla 
qovulmuşlar. İndi burada təkcə ermənilər yaşayır. 
Erməni alimlərinin fikrincə, Basarkeçər toponiminin hücum etmək mənasında işlənən «basar» 
və keçmək, getmək mənasını bildirən «keçər» sözlərinin birləşməsindən əmələ gəlmişdir (427, s.609). 
Bu, doğru izah deyil, təsviri, əsl həqiqəti gizlətməyə xidmət edən izahdır. 
Toponim qıpçaq mənşəli bazar//basar etnoniminə (286, s. 60-61) qeyri-qəti gələcək zamanda 
işlənən keçər sözünün qoşulmasından əmələ gəlmişdir. «Bazar //basar tayfasının keçdiyi, getdiyi yer» 
mənasını bildirir. «...bazar sözü mürəkkəb toponimlərin tərkibində tayfa adı kimi işləndikdə toponimik 
adın 1 komponenti... yerində işlənir» (93, s.31). Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 2.VI.1969 - cu il fərmanı ilə adı dəyişdirilib Vardenis qoyulmuşdur. 
Basarkeçəri daşt - Göyçə gölünün cənub-şərqində, Basarkeçər rayonu ərazisində çöl, ərazi. 
1916 m. hündürlükdə yerləşir. Toponim bazar //basar etnoniminə (93, s.31; 286, s.60-61) qoşulan 
keçər sözü ilə  qədim türk dilində «çöl, bayır» mənasında işlənən daşt (qədim forması  dış) sözünün 
(339, s.173) birləşməsindən əmələ gəlmişdir. «Bazar //basar tayfasının keçdiyi, getdiyi çöl» mənasını 
bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə