İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   22   23   24   25   26   27   28   29   ...   168

 
52
Kəndin adı ilk dəfə V əsrdə xatırlanır. Burada IV-V əsrlərə aid alban kilsəsinin qalıqları, IX-X 
əsrlərdə tikilən qalanın xarabalıqları indi də durur. Qədim Aşnak kəndi indiki Aşnak kəndindən 5 km 
qərbdə yerləşmişdir (427, s.294).  
Kənddə 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 363 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 744 
nəfər, 1904 - cü ildə 477 nəfər, 1914 - cü ildə 507 nəfər, 1916-cı ildə 806 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.34-35, 116-117). Kənd 1918-ci ildə erməni təcavüzünə  məruz qalaraq sakinləri - 
azərbaycanlılar qırğınlarla tarixi torpaqlarından deportasiya olunmuşdur. Bura 1914-20-cı illərdə 
Türkiyənin Sasun vilayətindəki Pirşen, Mşkeğ, Salvorik, Mkdenk, Crdnik, Kaşrenk, Cam, Nadopa, 
Blrenk, Talhor, Qomk, Xablzoq, Xarver, Qoşa, Tği, Areqdem kəndlərindən köçürülən ermənilər 
yerləşdirilir (427, s.294). 
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ 
qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. 1922-ci ildə  kənddə ermənilərlə yanaşı 22 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.117). Onlar 1924-25-cı illərdə sıxışdırılaraq kənddən qovulmuşdur. 
Lakin tarixi faktlar erməni mənbələrində saxtalaşdırılaraq təhrif edilir. «Ermənistan və  ətraf 
vilayətlərin toponimlər lüğəti»ndə göstərilir ki, Aşnak kəndində 1831-ci ildə 62, 1873 - cü ildə 363 
nəfər erməni yaşamışdır (427, s.294). Halbuki bu illərdə kənddə ermənilər yox, təkcə azərbaycanlılar 
yaşamışdılar (415, s.l 16). İndi ermənilər yaşayır. 
Toponim aşina //aşna türk etnoniminə (180, s.30; 393, s. 16-20) cəmlik bildirən -k şəkilçisinin 
artırılması yolu ilə düzəlib «aşina tayfasının yaşadığı  kənd» mənasını ifadə edir. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 


 
53
B 
  
Baba bulaq - Gorus rayonunda bulaq. Şəxs adı əsasında əmələ gələn antropohidronimdir. 
Babakişi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. 
Rayon mərkəzindən 10 km şimal-qərbdə, Misxana çayının yaxınlığında yerləşir. Ermənilər buraya 
1829 - cu ildə Türkiyənin Alaşkert vilayətindən köçürülmüşdür(427, s.159). 
Kənddə 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır (415, s.16-17). 1905-1906-cı illərdə 
azərbaycanlılar kənddən qovulmuş, kəndə tam ermənilər yerləşdirilmişdir. 1926-cı ildə ermənilərlə 
yanaşı 3 nəfər azərbaycanlı (415, s.17) yaşamışdır. 
1930 - cu ildə kənddə olan 3 nəfər azərbaycanlı da qovulmuşdur. İndi ermənilər yaşayır. 
Toponim Babakişi  şəxs adı  əssında  əmələ  gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Erm. SSR AS RH-nin 15.VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Ağavnadzor qoyulmuşdur. 
Babakişi - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. Nairi 
rayonu yaradılanadək 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 27 
km cənub-şərqdə, Zəngi çayından axan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, 
s.26) qeyd edilmişdir. Kənddə X-XIV əsrlərə aid tarixi abidələr vardır. 
Kənddə 1831-ci ildə 72 nəfər, 1873 - cü ildə 268 nəfər, 1886-cı ildə 435 nəfər, 1897-ci ildə 431 
nəfər, 1904 - cü ildə 483 nəfər, 1914 - cü ildə 573 nəfər, 1916-cı ildə 471 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.45, 96-97). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq yerli sakinlər-
azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş  və Türkiyədən köçürülən ermənilər 
yerləşdirilmişdir (415, s.97). Lakin bəzi erməni mənbələrində tarixi faktlar təhrif edilir. Belə ki, 1831, 
1873 - cü illərdə burada azərbaycanlılar yaşadığı halda (415, s.97), həmin illərdə yaşayanlar ermənilər 
kimi göstərilir. Ermənilər Babakişi kəndinə 1918-ci ildən sonra gəlmişdir. Lakin ermənilərin buraya 
səhv olaraq 1829 - cu ildə  gəldiyi göstərilir (427, s.747). İndiki Ermənistanda sovet hökuməti 
qurulandan sonra kənddə ermənilərlə yanaşı, 1922-ci ildə 4 nəfər, 1931-ci ildə 4 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.97). Onlar 30 - cu illərin ortalarında sıxışdırıhb kənddən çıxarılmışdır.  İndi 
ermənilər yaşayır. 
Toponim Babakişi  şəxs adı  əsasında  əmələ  gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə 
toponimdir. Kəndin adı dəyişdirilib Bujakan qoyulmuşdur.aq 
Babaxan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhərinin 
ərazisində dağ. Dilican şəhərindən 22 km şərqdə, Ağstafa çayının yanında yerləşir. Hündürlüyü 2337 
m-dir. Şəxs adı əsasında yaranmışdır. Antropooronimdir.Quruluşca sadə oronimdir. 
Babacan çay - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunun Babacan kəndində, Göyçə gölü hövzəsində çay. Babacan çayı Göyçə gölünə tökülür. 
Uzunluğu 10 km-dir. 
Hidronim «Kitabi-Dədə Qorqud» dastanlarında adı  çəkilən Baybecan şəxs adı  əsasında 
yaranmışdır. Antropohidronimdir. 
Babacan - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Kəndin əsl adı «Babacan dərəsi»dir (415, s.26; 348, s.26; 427, s.526). 
Rayon mərkəzindən 24 km şimal-qərbdə, Göyçə gölünün yaxınlığında yerləşir. «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s.82), Qafqazın 5 verstlik xəritəsində (348, s.26) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 107, 1886-cı ildə 173, 1897-ci ildə 244, 1908-ci ildə 259, 1914-cü iİdə 
265, 1916-cı ildə 290, 1919 - cu ildə 265 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.26-27, 110-111). 
1919 - cu ilin yazında kənd erməni təcavüzünə  məruz qalmış  və  kəndin sakinləri qırğınlarla 
deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş 
azərbaycanlılar ata-baba torpaqlarına dönə bilmişlər. Burada 1922-ci ildə 309, 1926-cı ildə 345, 1931-
ci ildə 373 (415, s.27, 111), 1967-cı ildə 775 (ASE, I, 1975, s.410), 1987-ci ildə 880 nəfər (85, s.279-
280) azərbaycanlı yaşamışdır. 
1988-ci ildə Moskvaya arxalanan ermənilər azərbaycanlıları doğma torpaqlarından qovmuşlar. 
Toponim «Kitabi-Dədə Qorqud» dastanlarında adı çəkilən Baybecan adı ilə bağlı yaranmışdır. 
Quruluşca sadə toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə