İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   19   20   21   22   23   24   25   26   ...   168

 
46
Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən «aşağı» sözü ilə oğuz tayfalarından 
olan  qarxın  (mənbələrdə qarqın, qarkın kimi qeyd edilir) etnonimi (238, s.300) əsasında  əmələ 
gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı  dəyişdirilib Araks (Araz çayının 
ermənicə adı) qoyulmuşdur. 
Aşağı Qızqala - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində 
qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. 
Azərbaycan dilində r~z səs  əvəzlənməsinin qanunauyğun hal olduğunu (2, s.234-248) nəzərə 
alıb qeyd edə bilərik ki, toponim qədim türk dilində «yayla» (399, s.324; 299, s.445) «çöl, dağ zirvəsi, 
dağ, təpə, dağ  qılıcı» (339, s.327-328) mənasında işlənən qır (>qız) sözü ilə qala sözündən  əmələ 
gəlmişdir. «Aşağı» fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Aşağı Qoylasar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda 
kənd. Kəndin başqa adı Sufla Qoylasar olmuşdur (415, s.48). Rayon mərkəzindən 10 km məsafədə, 
Xaraba Kotanlı kəndindən 7 km cənubda yerləşir. 
Burada tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə kəndə İrandan ermənilər 
köçürülmüşdür (386, s.551-554). Burada 1831-ci ildə 5 nəfər, 1873 - cü ildə 4 nəfər, 1897-ci ildə 19 
nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). XX  əsrin  əvvəllərində (1905-1906) 
azərbaycanlılar qovulmuşdur. İndi ermənilər yaşayır. 
Toponim Azərbaycan toponimiyasında fərqləndirici  əlamət funksiyasında iştirak edən aşağı 
sözü ilə «qala» və «hasar» sözlərinin təhrif edilmiş forması olan qoylasar sözündən əmələ gəlmişdir. 
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm.SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə  kəndin adı  dəyişdirilib Dimitrov 
qoyulmuşdur. 
Aşağı Qulubəyli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) 
rayonu ərazisində kənd. Böyük Qarasu çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, 
s.147) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 298 nəfər, 1886-cı ildə 421 nəfər, 1897-ci ildə 501 nəfər, 1904 - cü ildə 
718 nəfər, 1916-cı ildə 550 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). 1918-ci ildə 
kənd erməni təcavüzünə mə'ruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla 
deportasiya olunmuşdur və  kəndə xaricdən köçürülən yezidi kürdlər yerləşdirilmişdir. 1940-cı ildə 
kənd ləğv edilmişdir. 
Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə -li şəkilçisi qəbul etmiş Qulubəy şəxs adı 
əsasında  əmələ  gəlmişdir. «Qulubəyə  mənsub kənd» mə'nasını ifadə edir. Antropotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Aşağı Darğalı - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda 
kənd. Rayon mərkəzindən 3-4 km şərqdə, Gərni çayından axan arxın yanında, Araz çayının 
yaxınlığında, Yuva kəndinin yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.100), 
Qafqazın 5 verstlik xəritəsində (348, s.75) qeyd edilmişdir. Burada tarixən, 1828-ci ilə kimi 
azərbaycanlılar yaşamışdır. Kəndə ermənilər 1828-30 - cu illərdə Iranın Xoy və Salmas vilayətlərindən 
köçürülmüşdür (427, s.226). 
Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 125 nəfər, 1873 - cü ildə 22 nəfər, 1886-cı ildə 36 
nəfər, 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1918-ci ildə 
azərbaycanlılar soyqırımına mə'ruz qaralaraq deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. 
Toponim monqol dilində «şəhər, qəza, mahal, vilayət hakimi» mə'nasında işlənən darğa sözünə (10, 
s.36) mənsubluq bildirən -lı  şəkilçisinin artırılmasından  əmələ  gəlib «şəhər, qəza, mahal, vilayət 
hakiminə mənsub kənd» mə’nasını bildirir. «Aşağı» fərqləndirici əlamət bildirir. Quruluşca mürəkkəb 
toponimdir. 
Erm.SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə  kəndin adı  dəyişdirilib Anastasavan (26-
lardan olan Anastas Mikoyanın  şərəfinə), 30.XII.1957-ci il fərmanı ilə yenidən dəyişdirilərək 
Aygezard qoyulmuşdur.  
Aşağı  Əylənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) 
rayonunda kənd. Rayon mərkəzindən 6 km cənub-şərqdə, Kasax çayının sağ sahilində yerləşir. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.8) qeyd edilmişdir. Kəndin digər adı Əylənli-Yasaxlu olmuşdur 
(415, s.80; 348, s.8). Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay 


 
47
müqaviləsindən sonra 1826-30 - cu illərdə kəndə İrandan köçürülən ermənilər yerləşdirilmişdir (386, 
s.583-586) 1830 - cu ildən sonra qarışıq kəndə çevrilmişdir. 
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 59 nəfər, 1897-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.80-81, 150). Onlar 1890-cı illərdə ermənilər tərəfindən sıxışdırılaraq tarixi-etnik torpaqlarından 
qovulmuşdur. İndi ermənilər yaşayır. 
Toponim  əylənli  nəsil adı  əsasında  əmələ  gəlmişdir.  Əylənli tayfası F.Sümərin «Oğuzlar» 
əsərində  əylənoğlu formasında qeyd edilir (238, s.185). «Aşağı» sözü fərqləndirici  əlamət bildirir. 
Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə  kəndin adı  dəyişdirilib Lenuği (Lenin yolu) 
qoyulmuşdur. 
Aşağı  Əli qrıx - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) 
rayonunda kənd. Q.Alişanın «Sisakan» əsərində (427, s.85) adı  çəkilir.  Əhalisi  Əliqrıx kəndindən 
köçmüşdür. 
Aşağı Ərmik - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd 
olmuşdur. Vedi çayının aşağı axarında, Axissu bulağının yanında yerləşirdi. «İrəvan əyalətinin icmal 
dəftəri»ndə  Ərmük formasında (143, s.105), Qafqazın 5 verstlik xəritəsində  Ərmik kimi (348, s.19) 
qeyd edilmişdir. 
Kənddə 1877-cı ildə 312, 1897-ci ildə 192, 1906-cı ildə 156 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.84-85; 427, s.220). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 
İndi Ermənistan adlanan ərazidə sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz 
kəndlərinə dönə bilmişlər. Burada 1926-cı ildə 21 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85). 
Kəndin  əhalisi azərbaycanlılar 1948-49 - cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 
Azərbaycana köçürülmüş və kənd 1949 - cu ildə ləğv edilmişdir. İndi xaraba kənddir. 
Aşağı Zağalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 9 km qərbdə, Göyçə gölünün cənub-şərq sahilində yerləşir. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.94) qeyd edilmişdir. Basarkeçər rayonunda XIX əsrdə yalnız 
Zağalı kəndi ollmuşdur (386, s.599-600; 348, s.94) Zağalı kəndinin sakinləri isə yalnız azərbaycanlılar 
olmuşlar. Türkmənçay müqaviləsindən sonra 1828-29 - cu illərdə Türkiyə  və  İrandan köçürülən 
ermənilərin bir hissəsi də Basarkeçər rayonu ərazisində yerləşdirilmişdir. Zağalı kəndinə isə ermənilər 
1830 - cu illərdən sonra köçürülmüşdür. Bura köçürülən ermənilər Zağalı kəndinin yaxınlığında ayrıca 
kənd salmış  və Zağalı  kəndindən fərqləndirmək üçün kəndi Aşağı Zağalı adlarıdırmışlar. Burada 
ermənilərlə yanaşı azərbaycanlılar yaşamışdır. 
Toponim Azərbaycan dilində «mağara», «kaha» mənasında işlənən zağa sözünə -lı şəkilçisinin 
artırılması  əsasında yaranmışdır. Kənd dağlıq  ərazidə, zağa olan yerdə salındığı üçün Zağalı 
adlandırılmışdır. Relyef əsasında yaranan toponimdir. Aşağı  fərqləndirici  əlamət bildirən sözdür. 
Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 12.VIII.1946-cı il fərmanı ilə  kəndin adı  dəyişdirilib Tsovak (Göllü) 
qoyulmuşdur. 
Aşağı  Kəhriz -  İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu 
ərazisində  kənd olmuşdur. 1897-ci ildə 40 nəfər yaşamışdır (415, s.50-51). XX əsrin  əvvəllərində - 
1905-1906-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim fərqləndirici əlamət bildirən 
aşağı sözü ilə «yeraltı su yolu, su kəməri» mənasında işlənən  kəhriz sözündən (11, s.62) əmələ 
gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Aşağı Kilsə - İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. 
Rayon mərkəzindən 23 km cənub-qərbdə, Hallavarla Güllüdərə  kəndləri arasında yerləşir. Quqark 
rayonunda tarixən Kilsə  kəndi olmuşdur. Sonra Kilsə  kəndindən ayrılanlar yeni kənd salırlar. Yeni 
salınan kənd Kilsə kəndindən fərqləndirilmək üçün Aşağı Kilsə kəndi adlandırılmışdır. 
Kənddə 1922-ci ildə 87, 1926-cı ildə 110, 1931-ci ildə 128 nəfər (415, s.54-55, 132-133), 
1987-ci ildə 120 nəfər (85, s.314) azərbaycanlı yaşamışdır. 1988-ci ilin dekabr ayında ermənilər kəndə 
hücum edərək azərbaycanlıları zor və qırğınlarla öz doğma kəndlərindən qovmuşlar. İndi burada yalnız 
ermənilər yaşayır. 
Toponim «aşağı» fərqləndirici sözü ilə «dini məbəd» mənasında işlənən kilsə sözünün 
birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə