İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   15   16   17   18   19   20   21   22   ...   168

 
38
Toponim qədim türk dilində «ardıc, ardıc kolu» mə’nasında işlənən artız sözündən (299, s.57) 
əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Gehard qoyulmuşdur. 
Artik - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd.  İndi Ermənistan adlanan 
respublikada rayon və rayon mərkəzi. Alagöz dağının  şimalında, dəniz səviyyəsindən 1750 metr 
hündürlükdə yerləşir.  İlk dəfə VII əsrdə bir mənbədə adı  çəkilir (427, s.438). Qafqazın 5 verstlik 
xəritəsində (348, s.20) qeyd edilmişdir. 1924 - cü ilə kimi Aleksandropol qəzasına tabe idi. 
Erm.SSR AS RH-nin 20 oktyabr 1938-ci il tarixli fərmanı ilə qəsəbə adlandırılmışdır. Tarixən 
burada azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1829-30 - cu illərdə Türkiyənin Ərzurum və Qars 
vilayətlərindən köçürülümüşdür (427, s.438). 
Ermənilər toponimin erməni dilində kişi mə’nasında işlənən «ayr» sözü ilə fars dilində «yuxarı, 
yüksək» mə’nasında işlənən «tik» sözündən əmələ gəldiyini göstərirlər (427, s.438). Əvvəlcə onu qeyd 
edək ki, «tik» fars sözü yox, əsl Azərbaycan sözüdür. 
Toponim qədim türk dilində «dağ keçidi» (359, I(1), s.309), «dağ, dağlıq» (299, s.55) 
mə’nasında işlənən  art sözünə -ik şəkilçisinin artırılması ilə düzəlmişdir, -ik şəkilçisi qədim türk 
dilində  məkan anlayışı bildirən isimlərə  də qoşulmuşdur. Buna VII-XIII əsrlərə aid qədim türk 
abidələrində rast gəlinir (299, s.660). 
Artik dağlıq yerdə yerləşir. Deməli, oykonimin adı əraziyə uyğun verilmişdir. Orotoponimdir. 
Quruluşca düzəltmə toponimdir.  
Artik vəng - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda qala.  
Arx qırağı - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Şəmşəddin rayonun ərazisində 
qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Arxac - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında indiki Keşişkənd (Yeqeqnadzor) 
rayonu ərazisində kənd. Kənddə 1897-ci ildə 587 nəfər, 1926-cı ildə 80 nəfər azərbaycanlı yaşamışdır 
(85, s.353). 40-cı illərdə kənd ləğv edilmişdir. 
Toponim «qoyun, mal yatağı» mə’nasında işlənən arxac sözündən (9, s.129) əmələ gəlmişdir. 
Relyef əsasında yaranmışdır. Quruluşca sadə toponimdir. 
Arxaşan - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda dağ. İstisu (Cermuq) şəhərinin şərqində yerləşir.  
Arxaşan - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Quqark rayonunda qışlaq. 
Rayondakı Hallavar kəndinin  ərazisində yerləşirdi. Toponim Azərbaycan dilində «arxın tirədən 
keçdiyi yer» mə’nasında işlənən arxaşan sözü (253, s.120) əsasında əmələ gəlmişdir.  
Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Arxaşan çay - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri 
ərazisində çay. 
Arxüstü - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində  kənd olmuşdur. Yuxarı Kirətaq kəndinin yaxınlığında yerləşirdi. 1897-ci ildə 24 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.54-55). XX əsrin  əvvələrində, 1905-1906-cı illərdə azərbaycanlılar 
deportasiya olunaraq kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Kənd arxın üstündə salındığı üçün Arxüstü adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Arcut - İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. 
Kirovakan  şəhərindən 6 km şimal-qərbdə, Bozabdal dağının  ətəyində, Pəmbək çayının yaxınlığında 
yerləşir. Qafqazın 5 verstlik xəritəsində Arçut kimi qeyd edilmişdir (348, s.21). Kənddə 1831-ci ildə 
137, 1873 - cü ildə 357, 1886-cı ildə 477, 1897-ci ildə 574, 1914 - cü ildə 759 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.50-51, 130-131). Kəndin sakinləri 1918-ci ildə erməni təcavüzünə mə'ruz qalaraq 
qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk 
etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. 1922-ci ildə 697, 1926-cı 
ildə 820, 1931-ci ildə 886 (415, s.51, 131), 1939-cı ildə 1052, 1959 - cu ildə 1295, 1970-ci ildə 2009, 
1979 - cu ildə 2172 nəfər (427, s.484) azərbaycanlı yaşamışdır. 
1988-ci ilin noyabrında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla 
qovulmuşdur. İndi kənddə ermənilər məskunlaşıb. 
Toponim artuç (ardıc  İ.B.) bitki adı (299, s.57) əsasında yaranmışdır. Fitotoponimdir. 
Quruluşca sadə toponimdir.  


 
39
Aslan xaraba - İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indiki Quqark rayonu 
ərazisində  kənd.  Şahalı  dəmiryolu stansiyasının yaxınlığında yerləşmişdir. Azərbaycanlılara məxsus 
qəbiristanlığın xarabalıqları indi də durur. 
Toponim  şəxs adı  əsasında  əmələ  gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
  
Asnı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Saraybulaq 
dağ silsiləsinin cənubunda, Asnı dərədə, Daşbulağın yanında yerləşir. 
Kənddə 1831-ci ildə 41, 1873 - cü ildə 79, 1886-cı ildə 72, 1897-ci ildə 208, 1904 - cü ildə 165, 
1914 - cü ildə 292, 1916-cı ildə 138 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85, 154-155). 1918-ci 
ildə azərbaycanlılar qırğınlarla qovulmuş və kənd 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim iki komponentdən ibarətdir. Birinci komponent türk mənşəli az//as etnonimdən, ikinci 
komponent mənsubluq, aidlik bildirən -nı şəkilçisindən ibarətdir. Sonralar bu iki komponentin (as+nı) 
əsasında asnı türk tayfa adı yaranmışdır. Asnı tayfası indi Naxçıvanın Sədərək qəsəbəsində yaşayır və 
türkoloq dilçi Cəfər Cəfərovun özü bu tayfadandır (69, s.31, 36). Etnotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Atqız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. 
Oxçu çayının sol sahilində, Oxçu kəndindən 2 km şimalda, Pirhəmzə dağının cənub-qərbində, Qafan-
Gecalan avtomobil yolundan 2 km şimalda dağ döşündə yerləşirdi (85, s.133). 1959 - cu ildə Kecalan 
şəhəri ilə birləşdirilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.22). 
Kənddə 1831-ci ildə 37 nəfər, 1873 - cü ildə 105 nəfər, 1886-cı ildə 120 nəfər, 1897-ci ildə 242 
nəfər, 1908-ci ildə 198 nəfər, 1914 - cü ildə 36 nəfər azərbaycanlı yaşamışdır (415, s.54-55, 132-133). 
1916-18-cı illərdə azərbaycanlılar deportasiya edilmişdir.  İndiki Ermənistanda sovet hakimiyyəti 
qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1926-cı ildə 74 nəfər, 1931-ci 
ildə 101 nəfər azərbaycanlı yaşamışdır (415, s.55, 133). 1988-ci ilin noyabr ayında azərbaycanlılar 
tamamilə öz doğma ocaqlarından qovulmuşdur. Toponim oğuz türk tayfa adının fonetik forması olan 
qız etnonimi əsasında yaranmışdır. 
Atqoç - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda 
kənd. XIX əsrin əvvəllərində ləğv edilmişdir. 
Toponim türk dilində ad mə’nasında işlənən at sözü ilə (299, s.64), «düşərgə» mə'nasında 
işlənən
 
koç, koş sözünün (299, s.311) birləşməsindən  əmələ  gəlmişdir. Relyeflə bağlı yaranan 
mürəkkəb quruluşlu toponimdir. 
Artdaş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda 
kənd. 1950-ci ildə ləğv edilmiş və yaxınlıqda Qaraçı kəndi salınmışdır. Toponim türk dilində «dağlıq, 
dağ keçidi» mə’nasında işlənən art sözü ilə (299, s.55) «dağ, qaya» mə’nasında işlənən  daş  sözü 
əsasında yaranmışdır. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Atdaş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda çay. 
Atcar - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu  ərazisində, Ağca kəndi yaxınlığında, Arpaçayın yuxarı axarında yerləşən kənd. Erməni 
mənbələrində kəndin 930 - cu ildə salındığı göstərilir (427, s.372). Kəndin digər adı «Adcar»dır (427, 
s.36). 
Toponim Azərbaycan dilində  işlənən at sözü ilə türk dilində «dik, sahil», «sıldırım, yarğan, 
uçurum», «dik qaya» mə'nasında işlənən çar sözündən (339, s.607) əmələ gəlmişdir. Orotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Auş  -  İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu ərazisində kənd olmuşdur. Arpa çayının sol qolu ilə Qabaqlı çayının yuxarı axarı arasında (85, 
s.352), Gəlinqaya selavının yanında yerləşirdi. XIII əsrdə Amağu məbədinə tabe idi. Kəndin adı Ayuş 
(85, s.352) və Aveş kimi də (Сборник сведений о Кавказе, т.V, Тифлис, 1879, № 802) göstərilir. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.22) qeyd edilmişdir. Kənddə 1873 - cü ildə 28, XX əsrin 
əvvəllərində 50 azərbaycanlı evi olmuşdur (85, s.352). XX əsrin ortalarında kənd ləğv edilmişdir, indi 
xaraba kənddir. 
Toponim qədim avşar// afşar etnonim (399, s.56) əsasında  əmələ  gəlmişdir. Avşar etnonimi 
qədim qaynaqlarda aveş //auş formalarında da verilmişdir (92, s.16). Etnotoponimdir. Quruluşca sadə 
toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə