İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   14   15   16   17   18   19   20   21   ...   168

 
36
Kənddə 1831-ci ildə 119, 1873 - cü ildə 389, 1886-cı ildə 602, 1897-ci ildə 788, 1908-ci ildə 
1000, 1914 - cü ildə 1045, 1916-cı ildə 1158, 1919 - cu ildə 1154 nəfər yalnız azərbaycanlı 
yaşamışdır(415, s.30-31, 114-115). 
1919 - cu ilin əvvəllərində (fevral-mart aylarında) ermənilər, kəndin sakinlərini qırğınlarla 
qovmuşlar və kənd əhalisi Azərbaycana qaçmışdır. Indiki Ermənistanda sovet hakimiyyəti qurulandan 
sonra sağ qalan ardanışlılar öz doğma kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 1138, 1926-cı 
ildə 1257, 1931-ci ildə 1246 (415, s.31, 115), 1939 - cu ildə 1643, 1959 - cu ildə 1406, 1970-ci ildə 
2034, 1979 - cu ildə 2137 nəfər (427, s.491), 1986-cı ildə 2500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci 
ilin noyabrın 24-dən 28-dək Ermənistan dövləti tərəfindən kənd sakinləri tarixi-etnik torpaqlarından 
qovulmuşdur. İndi burada ermənilər yaşayır. 
Toponim qədim türk dilində «dağ», «dağlıq», «dağ  kəndi» mənasında işlənən art sözündən 
(299, s.55) və məkan anlayışı bildirən -an və -ış sözdüzəldici şəkilçisindən ibarət olub «dağlıq yerdə 
yerləşən kənd» mənasını bildirir. Kəndin relyefi bu məna ilə uyğun gəlir. Orotoponimdir. Quruluşca 
düzəltmə toponimdir.  
Arıqlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu 
ərazisində  kənd olmuşdur. Erməni mənbələrində Ariklu formasında qeyd edilmişdir (415, s.146). 
Kənddə 1873 - cü ildə 60 nəfər, 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 88 nəfər, 1908-ci ildə 126 nəfər, 
1914 - cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1918-ci ildə azərbaycanlılar 
ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilmiş və kənd dağılıb xarabalığa çevrilmişdir. 
Toponim türk mənşəli arıq etnoniminə (271, s.24) mənsubluq bildirən -lı şəkilçisinin artırılması 
ilə düzələn etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Arıqlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda dağ. 
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.19). Arıqlı etnonimindən  əmələ  gəlmişdir. 
Etnotooronimdir. Quruluşca sadə oronimdir. 
Arıqlı çay - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda 
çay. Rayondan axan Bazarçayın (Orotan) sağ qolu. Qafqazın 5 verstlik xəritəsində (348, s.19) qeyd 
edilmişdir.  İlk dəfə Q.Alişanın «Sisakan» əsərində xatırlanınışdır (427, s.326). Arıqlı etnonimini 
əsasında yaranan etnohidronimdir. 
Arıxvəli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda 
kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində 
olmuşdur. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.128), Qafqazın 5 verstlik xəritəsində (348, s. 
19) qeyd edilmişdir. 
Toponim türk mənşəli arıq etnonimi ilə (271, s.24) Vəli şəxs adından əmələ gəlmişdir. «Arıq 
(Arıx) tayfasından olan Vəliyə  məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 21.X.1967-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lernut qoyulmuşdur. 
Armaş - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon 
mərkəzindən 25 km məsafədə yerləşir. 
Toponim türk dilində «möhkəm, qüvvətli» mənasında işlənən armas sözü (359,I(1), s.340) 
əsasında formalaşmışdır. 
Armudlu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Dilican şəhəri yaxınlığında 
qışlaq. 1926-cı ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31). XX əsrin 30 - cu illərində 
ləğv edilmişdir. 
Toponim meyvə adı bildirən armud sözünə -lu şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. 
Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Armudlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Artik rayonunda kənd. Rayon 
mərkəzindən 9 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.19) qeyd edilmişdir. 
Toponim armud bitki adına çoxluq mənası bildirən -lu şəkilçisinin artırılması ilə düzəlmişdir. 
Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Erm.SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı  dəyişdirilib Tufaşen (Tuf kəndi) 
qoyulmuşdur. 
Armudlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunun 
ərazisində  kənd olmuşdur. Dəstəgird Kəndindən 1 km aralı, dağın  ətəyində yerləşirdi. 1918-ci ildə 
xarabalığa çevrilib. 


 
37
Toponim armud meyvə adına -lı şəkilçisinin artırılması ilə düzəlib. Fitotoponimdir. Quruluşca 
düzəltmə toponimdir. 
Armudlu  - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində kənd olmuşdur. 
Toponim armud bitki adına -lu şəkilçisinin artırılması  əsasında  əmələ  gələn fitotoponimdir. 
Quruluşca düzəltmə toponimdir. 
Armudlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
çay. Armud bitki adı əsasında yaranmışdır. Fitohidronimdir. 
Armudlu dərəsi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan 
rayonunda dərə.  İkinci növ təyini söz birləşməsi  əsasında  əmələ  gələn mürəkkəb quruluşlu 
mikrotoponimdir. 
Armudlu -  İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) 
rayonunda dərə. Rayondakı Toxluca kəndinin qərbində yerləşir. 
  
Arpa - İrəvan quberniyasının Ateksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunun 
ərazisində kənd olmuşdur. Kənddə qarapapaq türk tayfası yaşamışdır. 1940-cı illərdə ləğv edilmişdir. 
Toponim tarixdə yaşamış Elxani tayfasından olan Arpanın (əsli Arpaqaun) adı (238, s.156) 
əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Arpa - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə, Arpa çayının yanında yerləşir. Burada 
1321-cı ildə tikilmiş qədim alban abidəsinin-məbədinin qalıqları indi də durur. Mənbələrdə Arpanyal, 
Arbanyal kimi də xatırlanır (427, s.421). Qafqazın 5 verstlik xəritəsində (348, s.20) qeyd edilmişdir. 
Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 34 nəfər, 1926-cı ildə 15 nəfər azərbaycanlı yaşamışdır (415, 
s.90-91). 30 - cu illərdə azərbaycanlılar qovulmuşdur. İndi ermənilər yaşayır. 
Toponim Arpa türk şəxs adı (238, s.156) əsasında formalaşmışdır. Görünür, sonralar tayfa adı 
kimi sabitləşmişdir. H.Mirzəyev toponimin türk tayfa adından əmələ gəldiyini göstərir (211, s.237). 
Erm.SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə dəyişdirilib Areni qoyulmuşdur. 
Arpa dərəsi - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) 
rayonunda qala. Craşen Kəndindən 1 km qərbdə yerləşir. 
Artalas - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Elpin kəndindən qərbdə, Qozluca kəndinin yanında yerləşirdi. Mənbələrdə kəndin adı 
Artaras, Artaraz, Artarax, Artaraq (427, s.501,) Ardalas (Сборник сведений о Кафказе, т.V, Тифлис, 
1979, № 791) formalarında qeyd edilmişdir. Kənddə 1831-ci ildə 30 nəfər, 1873 - cu ildə 219 nəfər, 
1886-cı ildə 304 nəfər, 1897-ci ildə 332 nəfər, 1904 - cü ildə 353 nəfər, 1914 - cü ildə 388 nəfər, 1916-
cı ildə 507 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91, 160-161). 1918-ci ildə  kənd erməni 
təcavüzünə  mə'ruz qalaraq deportasiya olunmuş  və yalnız indiki Ermənistanda sovet hökuməti 
qıırulandan sonra sağ qalan kənd sakinləri öz doğma yurdlarına dönə bilmişlər. Burada 1922-ci ildə 
114 nəfər, 1926-cı ildə 120 nəfər, 1931-ci ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.91, 
161). Kənd 1939-40-cı illərdə ləğv edilmişdir. 
Toponim türk dilində «dağlıq, dağ keçidi, təpə» mə’nasında işlənən art sözü ilə (299, s.55) türk 
dilində «açıq yer, tala» mə’nasında işlənən  alas  (əsli alan) sözünün (339, s.44-46) birləşməsindən 
əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Artız - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. 
Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsinlə (348, s.20) qeyd 
edilmişdir. 
Kənddə 1873 - cü ildə 221 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 426 nəfər, 1904 - cü ildə 
293 nəfər, 1914 - cü ildə 480 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.44-
45, 124-125). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına mə'ruz qalaraq depertarsiya 
olunmuş, kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet 
hökuməti qurululandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada ermənilərlə 
yanaşı 1922-ci ildə 63 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 74 nəfər azərbaycanlı yaşamışdır (415, 
44-45, 124-125). Azərbaycanlılar 1948-49 - cu illərdə Azərbaycana köçürülmüşdür.  İndi ermənilər 
yaşayır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə