İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   16   17   18   19   20   21   22   23   ...   168

 
40
Axarbaxar - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonun ərazisində dağ. Adı dəyişdirilib Porak qoyulmuşdur. Mürəkkəb quruluşlu oronimdir. 
  
Axdala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi (Tumanyan) 
rayonunda qala. Rayondakı Axtala şəhər tipli qəsəbənin  ərazisində yerləşir. X-XIII əsrlərdə inşa 
edilmişdir. 
Axdərə - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasındı, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonunda çay. 
Axnçı - Tiflis quberniyasının Qazax qəzasında, indiki Şəmşəddin rayonunda qışlaq. 1930 - cu 
ildə ləğv edilmişdir. Toponim türk dilində «talançı əsgər» (359, I(1), s.100), «cəld, sürətlə hərəkət edən 
dəstə» (летучий отряд, 299, s.48) mənasında işlənən akmçı//aqınçı sözü əsasında yaranmışdır.  
Axsaxlı - İrəvan xanlığında mahal. İndiki Əşətərək rayonunun ərazisini əhatə edirdi. Toponim 
türk dilində «uca, hündür» mə’nasında işlənən ağ sözü ilə mənsubluq bildirən -lı şəkilçisi qəbul etmiş 
sak (sax-İ.B) türk etnonimi (402, s.73-80, 91-96; 235, s.31, 34, 47, 287, s.321-329) əsasında  əmələ 
gəlmişdir. Bu etnonimin haqqında ilk mə'lumat Strabonun «Coğrafiya»  əsərində verilir (377, s.483-
484). Türk etnonimiyasında ağhun, qarahun tayfa adlarının olmasını nəzərə alıb qeyd edə bilərik ki, 
Ağsaxlı toponimi axsak etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Axsu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasındı, indiki Şəmşəddin rayonunda 
meşə  məntəqəsi. 1959 - cu ildə 70 nəfər azərbaycanlı yaşamışdır (427, s.121). 1960-cı ildə  əhalisi 
köçürülərək kənd ləğv edilmişdir. Binaların uçuqları indi də durur. Ölü kənddir. 
Toponim türk dilində «kiçik, balaca» mə’nasında işlənən ağ sözü ilə (359, I(1), s.96) türk 
dilində «çay, kiçik çay, kiçik köl» mə’nasında işlənən su sözündən (299, s.512; 339, s.528-529) əmələ 
gəlib. «Kiçik çay yanında yerləşən kənd» mə'nasını ifadə edir. Hidrotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Axta - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda qəsəbə 
və rayonun inzibati mərkəzi. Zəngi çayının sahilində yerləşir. «İrəvan  əyalətinin icmal dəftərin»də 
Axtu formasında (143, s.53), Qafqazın 5 verstlik xəritəsində Axta kimi (348, s.23) qeyd edilmişdir. 
Toponim oğuz tayfası - padarların bir qolunu təşkil edən axta etnonimi (286, s.57) əsasında 
formalaşmış etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.SSR AS RH-nin 30.V.1956-cı il tarixli 
fərmanı ilə adı dəyişdirilib Razdan qoyulmuşdur. 
Axta - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Rayon mərkəzindən 15 km cənub-şərqdə, Arpa çayının sol qolu olan Axtaçay dağ 
çayının sahilində yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.60), Qafqazın 5 verstlik 
xəritəsində (348, s.23) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 187 nəfər, 1873 - cü ildə 290 nəfər, 1886-
cı ildə 304 nəfər, 1897-ci ildə 426 nəfər, 1904 - cü ildə 458 nəfər, 1914 - cü ildə 504 nəfər, 1916-cı 
ildə 463 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, 88-89, 158-159). 1918-ci ildə  kənd sakinləri 
erməni təcavüzünə mə'ruz qalaraq deportasiya olunmuşlar. Yalnız indiki Ermənistanda sovet hökuməti 
qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 129 nəfər, 
1926-cı ildə 128 nəfər, 1931-ci ildə 199 nəfər, (415, s.89, 159), 1939 - cu ildə 268 nəfər, 1959 - cu ildə 
202 nəfər, 1970-ci il də 379 nəfər (427, s.122) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr 
ayında kənd sakinləri azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından 
deportasiya olunmuşlar. İndi ermənilər yaşayır. 
Toponim padar türk tayfasından olan axta etnonimi (286, s.57) əsasında  əmələ  gəlmişdir. 
Quruluşca sadə toponimdir. 
Axtala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda 
şəhər tipli qəsəbə. Rayon mərkəzindən 10 km şimal-şərqdə,  Şamlıq kəndinin yaxınlığında yerləşir. 
Buranın qədim sakinləri azərbaycanlılar olmuşdur. XVIII əsrin ortalarında kəndə İran və Türkiyədən 
ermənilər köçürülmüşdür. Qəsəbədə 1959 - cu ildə 100 nəfər azərbaycanlı, 424 nəfər erməni, 1970-ci 
ildə 120 nəfər azərbaycanlı, 541 nəfər erməni yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan 
dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 
Toponim türk tayfası - padarların bir qolunu təşkil edən axta etnonimi (286, s.57) əsasında 
formalaşmış etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.  
  


 
41
Axtala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda 
qala. Tona (Debet) çayından 2-2,5 km qərbdə yerləşir. Qala XIII əsrdə tikilmişdir. 
Axtala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda 
selav. Uzunluğu 14 km-dir. 
Axtala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda 
mədən yeri. Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. 
Axtala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi (Tumanyan) rayonu 
ərazisində çay. Tona (Debet) çayının sol qoludur. Adı dəyişdirilib Hovanadzor qoyulmuşdur. 
Axtaxana - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Toponim atçılıqla məşğul olan axta etnonimindən 
(286, s.57) və fars dilində «yaşayış  məntəqəsi, ev, kənd» mənasında işlənən  xana  sözündən (339, 
s.590)  əmələ  gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı 1918-ci ildə 
dəyişdirilib Xlataq, sonra Erm.SSR AS RH-nin l.VI.1940-cı ilə  fərmanı ilə adı yenidən dəyişdirilib 
Zorastan qoyulmuşdur. 
Axtacul - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, Vayk) 
rayonu  ərazisində  kənd olmuşdur (427, s.123). Gomur kəndinin yaxınlığında yerləşirdi.  İndi ləğv 
edilib. 
Toponim padar türk tayfasının bir qolu olan axta etnonimi ilə (286, s.57) çul (çol//sul) qədim 
türk tayfa adının (287, s.111-114; 211, s.190-194) birləşməsindən  əmələ  gəlmişdir. Etnotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Axund Buzovand - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda 
kənd. Rayon mərkəzindən 8-9 km şimal-şərqdə, Gərni çayı sahilində yerləşir. 
«İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.49), Qafqazın 5 verstlik xəritəsində (348, s.23) 
qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 137 nəfər, 1873 - cü ildə 210 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 
341 nəfər, 1904-cı ildə 322 nəfər, 1914 - cü ildə 385 nəfər, 1916-cı ildə 299 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq 
deportasiya olunmuşdur.  İranın Xoy və Salmas bölgələrindən köçürülən ermənilər burada 
yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra 1922-ci ildən sonra 
azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. Burada 1926-cı ildə 161 nəfər azərbaycanlı, 11 
erməni, 1931-ci ildə 195 nəfər azərbaycanlı, 19 nəfər erməni yaşamışdır (415, s.46-47, 126-127). SSRİ 
Nazirlər Sovetin xüsusi qərarları ilə azərbaycanlılar 1948-49 - cu illərdə Azərbaycana köçürülmüşdür. 
İndi burada ermənilər yaşayır. 
Toponim xəzər türk tayfasından olan bozal etnonimində (286, s.45) öz əksini tapan bus (boz - 
İ.B) etnonimi ilə (287, s.253) türk mənşəli abant (avand –İ .B) etnoniminin (287, s.258) birləşməsindən 
əmələ  gələn etnotoponimdir. Toponimin əvvəlində  işlənən «axund» dini mənada işlənən sözdür. 
Mürəkkəb toponimdir. 
1920-ci ildə kəndin adı dəyişdirilib Bzovan qoyulmuş, sonra Berdin kimi rəsmiləşdirilmişdir. 
Axura - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda 
kənd. Rayon mərkəzindən 2 km cənub-şərqdə, Allahverdi Kirovakan şose yolunun üstündə yerləşir. 
Açıxlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. 
Rayon mərkəzindən 5-6 km şimal-qərbdə, Qır qalası dağının ətəyində yerləşir. 
X-XIII  əsrlərdə Açağu vəng formasında xatırlanır (427, s.303). Erməni mənbələrində  kəndin 
adı Açağu, Açaxlu, Acıllu formalarında da qeyd olunmuşdur (415, s.54; 427, s.303). 
Kənddə 1897-ci ildə 126 nəfər azərbaycanlı yaşamışdır (427, s.303). 1918-ci ildə 
azərbaycanlılar erməni təcavüzünə  mə'ruz qalaraq deportasiya edilmişdir.  İndiki Ermənistanda sovet 
hökuməti qurulandan sonra kənd sakinləri öz doğma yerlərinə dönə bilmişdir. Burada 1926-cı ildə 98 
nəfər, 1931-ci ildə 120 nəfər (415, s.55, 133), 1939 - cu ildə 165 nəfər, 1959 - cu ildə 186 nəfər, 1963 - 
cü ildə 300 nəfər (427, s.303) azərbaycanlı yaşamışdır. 1968-69 - cu illərdə azərbaycanlılar kənddən 
çıxarılaraq kənd ləğv edilmişdir. İndi ölü kənddir. Toponim relyef əsasında yaranmışdır.  
Acıbac – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 40 km məsafədə, Kığı çayının sol qolu olan Acıbac çayının sahilində 
yerləşir. Kəndin adı həm də Acıbacı, Acıbazı formalarında işlənir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə