İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   24   25   26   27   28   29   30   31   ...   168

 
56
Bayburd - İrəvan qubeniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 
Rayon mərkəzindən 24 km cənub-şərqdə, Azad çayının Milli qolununun sahilində yerləşir. «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s.28) qeyd edilmişdir. V əsrdən mövcuddur (Ermənistan Sovet 
Ensiklopediyası, II c., İrəvan, 1976, s.264). 
Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 143 nəfər, 1886-cı ildə 183 nəfər, 1897-ci ildə 224 
nəfər, 1904 - cü ildə 201 nəfər, 1914 - cü ildə 284 nəfər, 1916-cı ildə 465 nəfər azərbaycanlılar (415, 
s.84-85, 154-155) yaşamışdır. 1918-1919 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla 
qovulmuşdur. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan 
azərbaycanlılar geri öz kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə burada 55, 1926-cı ildə 49, 1931-ci 
ildə 140 (415, s.85, 155), 1959 - cu ildə 151, 1979 - cu ildə 150 nəfər (427, s.587) azərbaycanlı 
yaşamışdır. 
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin sakinləri -azərbaycanlılar 1948-49 - cu illərdə 
tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüşdür. 
Toponim oğuz soyundan olan bayburt etnonimi (238, s.188) əsasında əmələ gəlmişdir. Qızılbaş 
tayfalarından birinin də adı bayburdlu olmuşdur (354, s.92). Etnotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Bəydağ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda 
kənd olmuşdur. Rayon mərkəzindən 5 km şərqdə, Oxçu çayının sol sahilində yerləşirdi. 
Kənddə 1831-ci ildə 13 nəfər, 1873 - cü ildə 51 nəfər, 1886-cı ildə 68 nəfər, 1897-ci ildə 118 
nəfər, 1904 - cü ildə 193 nəfər, 1914 - cü ildə 58 nəfər azərbaycanlı yaşamışdır (415, s.54-55, 134-
135). 1918-ci ildə  kənd sakinləri erməni təcavüzünə  məruz qalaraq qırğınlarla qovulmuşdur.  İndiki 
Ermənistanda sovet hökuməti qurulandan sonra, kəndi tərk edən azərbaycanlılar 1923-24 - cü illərdə 
doğma ocaqlarına dönə bilmişdir. Burada 1926-cı ildə 28 nəfər, 1931-ci ildə 32 nəfər (415, s.55, 135), 
1939 - cu ildə 37 nəfər (427, s.588) azərbaycanlı yaşamışdır. Ermənilər buraya 1929-30 - cu illərdə 
köçürülmüşdür. 1959 - cu ildə Qafan şəhərinə birləşdirilmişdir. Sonralar kəndin keçmiş sakinləri 
Qafan şəhərinin sakinləri kimi siyahıya alınmışdır. 
Toponim Azərbaycan dilində «hündür, böyük» mənasında işlənən bəy (VI(1), s.754; 278, s.35) dağ sözünün birləşməsindən  əmələ  gəlib, «hündür, böyük dağ yaxınlığında 
kənd» mənasını ifadə edir. Onu da əlavə edək ki, bəy sözü qədim türk dilində bək formasında «təpə» 
mənasında işlənmişdir (287, s.468). 
Bəy sözü toponimlərin  əvvəlində  işlənərkən «hündür, böyük», «təpə», sonunda işlənərkən 
«ağa», «varlı adam» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Baydarçay - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunun 
Mollaqışlaq Kəndində çay. 
Hidronim türk mənşəli baytar //baydar etnonimi əsasında yaranmışdır. Etnohidronimdir. 
Quruluşca mürəkkəb hidronimdir. 
Bayraməli qışlağı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu 
ərazisində  kənd olmuşdur. Alagöz dağının cənubunda yerləşirdi. Erməni mənbələrində Bayraməli, 
Bayraməli kəndi formasında da qeyd edilir (415, s.106; 427, s.591). Kənddə 1873 - cü ildə 53 nəfər, 
1886-cı ildə 87 nəfər, 1897-ci ildə 132 nəfər, 1908-ci ildə 82 nəfər, 1916-cı ildə 100 nəfər yalnız 
azərbaycanlı  və  əcəmi kürdü yaşamışdır (415, s.22-23, 106-107). 1918-ci ildə  kəndin  əhalisi 
ermənilərin təcavüzünə  məruz qalaraq deportasiya olunmuşdur. 1920-ci illərin sonunda kənd ləğv 
edilmişdir. İndi xaraba kənddir. 
Toponim Bayraməli şəxs adı ilə «yaşayış məntəqəsi, kənd» mənasında işlənən qışlaq sözünün 
birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Bayraməli qışlağı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu 
ərazisində, Ayaslı  kəndinin yaxınlığında qışlaq. Toponim şəxs adı  əsasında  əmələ  gələn 
antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Baytar - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 3 
km şimal-şərqdə, Arpaçayın sol sahilində yerləşir.  
Kənddə 1831-ci ildə 27, 1873 - cü ildə 231, 1886-cı ildə 167, 1897-ci ildə 188, 1914 - cü ildə 
363 nəfər azərbaycanlı yaşamışdır (415, s.18-19, 102-103). Azərbaycanlılar 1915-cı ildə erməni 
daşnakları  tərəfindən qırğınlarla qovulmuşdur. Ermənilər buraya 1918-ci ildə Türkiyənin Qars 
vilayətinin Quleyban kəndindən köçürülüb yerləşdirilmişdir (427, s.588). 


 
57
Toponim baytar (baydar) türk tayfasının adı (222, s.42) əsasında formalaşmışdır. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  Kəndin adı  dəyişdirilib Hovtun 
qoyulmuşdur. 
Bakər - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) 
rayonu  ərazisində  kənd olmuşdur. Rayondakı  Aşağı  Çəmbərək kəndindən 2 km cənub-qərbdə 
yerləşirdi. İndi xaraba kənddir. Evlərin və qəbiristanlığın uçuq divarları indi də durur. 
Bala zağa - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd 
olmuşdur. Qafqazın 5 verstlik xəritəsində Zağa formasında qeyd edilmişdir (348, 94). 
1897-ci ildə 178 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85). XX əsrin  əvvəllərində, 1905-
1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim «kiçik» mənasında işlənən bala və «mağara, kaha» mənasında işlənən zağa sözlərinin 
birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb toponimdir. 
Balakənd - Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) 
rayonunda kənd. 1930 - cu ilə qədər azərbaycanlılar yaşamışdır. 1930 - cu ildən sonra azərbaycanlılar 
qovulmuş, kəndə ermənilər yerləşdirilmişdir. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. 
Toponim «kiçik» mənasında işlənən  bala  və «yaşayış  məntəqəsi» mənasında işlənən  kənd 
sözlərinin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. 
Qeyrirəsmi olaraq kəndin adı dəyişdirilib Doveğ qoyulmuşdur. 
Bala Məzrə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 9 km şimalda, Məzrə çayının yanında yerləşir. «İrəvan əyalətinin 
icmal dəftəri»ndə  Məzrə`ə formasında (143, s.62), Qafqazın 5 verstlik xəritəsində Bala Mazra kimi 
(348, s.164) qeyd edilmişdir. Kəndin bir adı da «Qulu ağalı» olmuşdur (348, s. 164). 
Kənddə 1831-ci ildə 227, 1873 - cü ildə 675, 1886-cı ildə 978, 1897-ci ildə 1200, 1908-ci ildə 
1658, 1914 - cü ildə 1731, 1916-cı ildə 1375 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 
1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet 
hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları  kəndə qayıda bilmişlər. 1922-ci ildə 
burada 359, 1926-cı ildə 653, 1931-ci ildə 912 (415, s.27, 113), 1987-ci ildə 2000 nəfər (85, s.290) 
azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən 
azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır. 
Kəndin əfazisində X-XII əsrlərə aid alban kilsəsi, IV-VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. 
Toponim  ərəb dilində  «əkilmiş yer, sürülüb toxum səpilmiş tarla» mənasında işlənən məzrə 
(məzru,) sözü əsasında (104, s.343) formalaşmışdır. «Bala» fərqləndirici  əlamət bildirən sözdür. 
Relyef bildirən toponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erməni dilinə kalka edilərək Pokr (kiçik, bala) Mazra kimi işlədilir. 
Bala tüklü təpə - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Barana (Noemberyan) 
rayonunda təpə. Rayondakı Yuxarı Körpülü kəndi ilə Gürcüstanın Marneuli rayonundakı Qaçağan 
kəndinin sərhədində yerləşir. Oronim Azərbaycan toponimiyasında fərqləndirici  əlamət bildirən bala 
(kiçik mə’nasında) sözü ilə Azərbaycanın Borçalı şivəsində «sıx, kol-kosluq» mənasında işlənən tüklü 
(129, s.64), «kiçik dağ» mənasında işlənən təpə sözlərinin birləşməsindən  əmələ  gəlmişdir. Relyef 
əsasında yaranan mürəkkəb quruluşlu oronimdir. 
Baldırğanlıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus 
rayonunda dağ. Baldırğan bitki adına -lıq şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. 
Baldırğan bitki adına Dağlıq Altay toponimlərinin tərkibində  də rast gəlinir (337, s.236). 
Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Baldırğanlı - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Şəmşəddin rayonu ərazisində 
qışlaq. Erməni mənbələrində «Bldrğand» formasında qeyd edilmişdir (415, s.70). 1930 - cu ildə ləğv 
edilmişdir. 
Toponim baldırğan bitki adına -lı  şəkilçisinin qoşulması ilə  əmələ  gəlmişdir. Fitotoponimdir. 
Quruluşca düzəltmə toponimdir. 
Baldırğanlı dağ - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan 
rayonunda dağ. Baldırğan bitki adından  əmələ  gəlmişdir. Fitooronimdir. Coğrafi nomenli mürəkkəb 
quruluşlu oronimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə