İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   23   24   25   26   27   28   29   30   ...   168

 
54
Erm. SSR AS RH-nin 25.1.1978-ci il tarixli fərmanı ilə  kəndin adı  dəyişdirilib Qızılkənd, 
Ermənistan prezidentinin 19.IV.1991-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilib Tsapatağ 
qoyulmuşdur. 
Bağırbəyli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu 
ərazisində kənd. Rayon mərkəzindən 21 km cənub-şərqdə yerləşirdi (427, s.574). Qafqazın 5 verstlik 
xəritəsində (348, s.27) qeyd edilmişdir. Burada 1907-ci ildə 836 nəfər azərbaycanlı yaşamışdır (427, 
s.574). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq sakinləri -azərbaycanlılar tarixi-etnik 
torpaqlarından qırğınlarla qovulmuşdur. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim Bağırbəy  şəxs adına mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə  əmələ  gəlib, 
«Bağırbəyə mənsub kənd» mənasını bildirir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir.  
Bağçalı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonun ərazisində 
kənd. 
1886-cı ildə 162, 1897-ci ildə 240, 1905-ci ildə 277, 1914 - cü ildə 236 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.18-19, 102-103). 1918-20-cı illərdə azərbaycanlılar buradan ermənilər tərəfindən 
qovulmuş, erməni soyqırımına məruz qalmışlar. Azərbaycanlılar qovulduqdan sonra kənd ləğv 
edilmişdir.  İndi xaraba kənddir. Toponim bağça sözünə -lı  şəkilçisi artırmaqla yaranmış 
fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Bağçacıq - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu  ərazisində  kənd. Horbadağ  kəndinin  şimal-qərbində yerləşirdi. «İrəvan  əyalətinin icmal 
dəfətəri»ndə (143, s.57) qeyd edilmişdir. İndi xaraba kənddir. 
Toponim bağça sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. 
Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Bağçacıq - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd 
olmuşdur. Rayon mərkəzindən 22-23 km şimal-şərqdə, Vedi çayının yanında yerləşirdi. 1590-cı il 
tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə (143, s.179), Qafqazın 5 verstlik xəritəsində (348, s.33) 
qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 236, 1886-cı ildə 361, 1897-ci ildə 373, 1904 - cü ildə 618, 1914 - cü 
ildə 680, 1916-cı ildə 455 nəfər azərbaycanlı yaşamışdır(415, s.84-85, 154-155). 
1918-19 - cu illərdə azərbacanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. Ermənistanda 
Sovet hakimiyyəti qurulandan sonra kəndi məcburi tərk etmiş azərbaycanlılar geri dönə bilmişlər. 
Kənddə 1922-ci ildə 88 nəfər, 1926-cı ildə 130 nəfər, 1931-ci ildə 162 nəfər (415, s.85, 155), 1939 - cu 
ildə 270 nəfər (85, s.221) azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-49 - 
cu illərdə  kəndin sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana 
köçürülmüş və kənd 1959 - cu ildə ləğv edilmişdir (427, s.577). İndi ölü kənddir. 
Toponim bağça sözünə -cıq  şəkilçisinin birləşməsindən  əmələ  gəlmişdir. Fitotoponimdir. 
Quruluşca düzəltmə toponimdir. 
Bağçacıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Alagöz 
dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.33) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 10 nəfər, 1873 - cü ildə 82 nəfər, 1886-cı ildə 93 nəfər, 1897-ci ildə 140 
nəfər, 1904 - cü ildə 101 nəfər, 1914 - cü ildə 107 nəfər, 1916-cı ildə 152 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.34-35, 116-117). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq sakinləri -
azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Particak qoyulmuşdur. 
Bazarkənd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu 
ərazisində kənd olmuşdur. 1488-1489-cu illərdə xatırlanır (427, s.543). Rayondakı Bazarçay kəndinin 
yaxınlığında, Bazarçayın yuxarı axarında yerləşirdi. XIX əsrin II yarısında ləğv edilmişdir. 
Toponim türk mənşəli bazar etnoniminə (286, s.61) kənd coğrafi nomeninin birləşməsindən 
əmələ  gəlib «bazar tayfasına mənsub kənd» deməkdir. Etnotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Bazarçay - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda 
çay. Qafqazın 5 verstlik xəritəsində (348, s.28) qeyd edilmişdir. 
Bazar türk tayfasının adından (286, s.61) və çay coğrafi nomenindən  əmələ  gəlmişdir. 
Etnohidronimdir. İndi çay Vorotan adlanır. 


 
55
Bazarçay - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda 
kənd. Rayon mərkəzindən 24 km şimal-şərqdə, Bazarçayın yuxarı axarında, düzənlikdə yerləşir. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.28) qeyd edilmişdir. 
Kənddə 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 631 nəfər, 1908-ci ildə 635 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.76-77, 146-147). 1918-ci ildən sonra xaricdən köçürülən ermənilər bu kənddə 
yerləşdirilərək azərbaycanlılar deportasiya olunmuşdur. 1926-cı ildə burada ermənilərdən başqa 3 
nəfər azərbaycanlı da yaşamışdır (415, s.77). 1929 - cu ildə onlar da qovulmuşdur.  İndi yalnız 
ermənilər yaşayır. 
Toponim bazar türk tayfasının adı ilə (286, s.61) çay sözünün birləşməsindən  əmələ  gəlib. 
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Bazarcıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon 
mərkəzindən 15 km cənub-qərbdə, İrəvan-Abaran yolunun sol tərəfində, Abaran çayının sağ sahilində 
yerləşir. «İrəvan əyalətinin icmal dəfətəri»ndə (143, s.113), Qafqazın 5 verstlik xəritəsində (348, s.28) 
qeyd edilmişdir. 
Ermənilər buraya 1829-30 - cu illərdə Türkiyənin Muş, Alaşkert və Bulanixdən köçürülmüşdür 
(427, s.389). 
Toponim kiçiltmə  mənası bildirən -cıq  şəkilçisinin bazar (basar) türk etnoniminə (286, s.61) 
qoşulması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Erm. SSR AS RH-nin 15. VI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Arayi qoyulmuşdur. 
Bayandur - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda 
çay. Bayandur kəndindən 5 km şimal-qərbdə yerləşir. Uzunluğu 14 km-dir. Hidronim qədim türk 
tayfalarından olan bayandur etnonimi ilə bağlıdır. Etnohidronimdir. 
Bayandur - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) 
rayonunda vağzal. 
Bayandur - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) 
rayonunda kənd. Rayon mərkəzindən 20 km, Gümrü şəhərindən 10 km şimal-qərbdə yerləşir. 1937-ci 
ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəfətəri»ndə Bayandırlı 
formasında (143, s.131) qeyd edilmişdir. 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər 
buraya 1828-30 - cu illərdə Türkiyədən köçürülmüşdür (415, s.40). İndi ermənilər yaşayır. 
Toponim bayandur qədim türk tayfasının adı (399, s.56) əsasında  əmələ  gəlib, «bayandur 
tayfasının yaşadığı kənd» mə'nasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Bayandur - İrəvan quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Rayon 
mərkəzindən 37 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.34) qeyd edilmişdir. 
Erməni mənbələrində kəndin adı həm də I Bayandur, II Bayandur formalarında qeyd edilir (415, s.22). 
Kənddə 1831-ci ildə 101 nəfər, 1873 - cü ildə 514 nəfər, 1886-cı ildə 869 nəfər, 1897-ci ildə 
363 nəfər, 1904 - cü ildə 830 nəfər, 1914 - cü ildə 409 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.28-
29, 112-113). 1916-cı ildə kənd erməni təcavüzünə məruz qalmış və azərbaycanlılar tamamilə tarixi-
etnik torpaqlarından deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. 
1918-ci ildən burada ermənilər yaşayır. 
Toponim bayandur türk etnonimi (399, s.56; 299, s.79) əsasında  əmələ  gəlmişdir. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 7.V.1969 - cu il fərmanı ilə adı dəyişdirilib Vağatur qoyulmuşdur. 
Bayandur bulağı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri 
rayonunda bulaq. Rayondakı Nüvədi kəndinin Ternovit yaylağında yerləşir. Hidronim bayandur türk 
tayfa adı əsasında yaranmışdır. Etnohidronimdir. 
Bayat dağı - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunun Hallavar 
kəndində dağ. Türk mənşəlli bayat etnonimin əsasında yaranan toponimdir. 
Bayatlar - İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indiki Quqark rayonu ərazisində 
qışlaq. Hallavar kəndinin yaxınlığında yerləşirdi. 
Burada 1926-cı ildə 23 nəfər azərbaycanlı yaşamışdır(415, s.50-51). 1930 - cu illərdə yaşayış 
məntəqəsi kimi ləğv.edilmişdir. 
Toponim oğuz tayfalarından biri olan bayat etnoniminə (228,8.391) -lar şəkilçisinin qoşulması 
yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə