İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   17   18   19   20   21   22   23   24   ...   168

 
42
Kənddə 1886-cı ildə 202 nəfər, 1897-ci ildə 34 nəfər azərbaycanlı yaşamışdır (415, s.54-55, 
132-133). Sonradan azərbaycanlılar deportasiya edilmişdir.  İndiki Ermənistanda sovet hökuməti 
qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 77 nəfər, 1926-cı 
ildə 90 nəfər, 1931-ci ildə 115 nəfər (415, s.55, 132-133), 1939 - cu ildə 134 nəfər, 1959 - cu ildə 190 
nəfər, 1970-ci ildə 227 nəfər, 1979 - cu ildə 202 nəfər (427, s.316) azərbaycanlı yaşamışdır. 1988-ci 
ilin noyabr ayında azərbaycanlılar tamamilə öz doğma yerlərindən deportasiya edilmişdir. 
Toponim türk dilində «hündür dağ  aşırımı» mə’nasında işlənən acı sözü ilə (337, s.238) 
Azərbaycan dilində «düzən yerdə tirə, təpəcik, hündür yer» mənasında işlənən bazı sözünün (253, 
s.120) fonetik forması olan bac sözünün birləşməsindən əmələ gəlmişdir. Acı sözü Dağlıq Altayın türk 
mənşəli toponimlərin tərkibində aju//ajı formalarında işlənir. Acı sözü qədim türk dilində aju 
formasında «geniş  dərə», «yarğan», «çökəklik» mənalarında işlənmişdir (359, I(1), s.610). 
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Acibac 
qoyulmuşdur. 
Acılu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. 
Rayon mərkəzindən 14 km şimal-qərbdə, Oxçu çayının sağ qolu olan Əfsərli çayının sağ sahilində 
yerləşir. Erməni mənbələrində Acılu, Acrlu, Acrli, Tunis Acilu formalarında qeyd edilir (427, s.316). 
Kənddə 1831-ci ildə 79 nəfər, 1873 - cü ildə 134 nəfər, 1886-cı ildə 153 nəfər, 1897-ci ildə 126 
nəfər, 1908-ci ildə 335 nəfər, 1914 - cü ildə 100 nəfər azərbaycanlı yaşamışdır (415, s.54-55, 132-
133). 1918-ci ildə  kəndin  əhalisi erməni təcavüzünə  mə'ruz qalaraq deportasiya olunmuşdur.  İndiki 
Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada 
1922-ci ildə 124 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 78 nəfər (415, s.55, 133), 1959 - cu ildə 69 
nəfər (427, s.316) azərbaycanlı yaşamışdır. Sakinləri qonşu Müsəlləm kəndinə köçürülmüş və 1960-cı 
illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim acurlu (>acılu) türk etnonimi (238, s.184; 142, s.92) əsasında  əmələ  gəlmişdir. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Acılu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunun 
ərazisində  kənd. Rayondakı Tey kəndinin yaxınlığında yerləşirdi. XVIII əsrin axırı, XIX əsrin 
əvvəllərində ləğv edilmişdir. İndi ölü kənddir (427, s.316). Toponim acırlı türk etnoniminin adı (238, 
s.184) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Aşağı Ağbaş - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 
Rayon mərkəzindən 10 km şimal-şərqdə, Çatmadağın ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində 
(348, s.3) qeyd edilmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-ci 
illərdə İranın Salmas və Xoy bölgələrindən köçürülüb yerləşdirilmişdir(427, s.431). 
Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 11 nəfər, 1926-cı ildə 2 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.46-47). 
Toponim türk mənşəli ağbaş etnonimi (238, s.323; 92, s.24) əsasında əmələ gəlmişdir. «Aşağı» 
fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Arevşat qoyulmuşdur. 
Aşağı  Ağdan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray 
(İcevan) rayonunda kənd. Rayon mərkəzindən 21 km məsafədə yerləşir. 
Toponim türk dilində «kiçik, alçaq, çox da hündür olmayan» mənasında işlənən ağ sözü ilə (94, 
s.68) «çöl, səhra, açıq yer» mənasında işlənən dan sözünün (287, s.470) birləşməsindən  əmələ 
gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. 
  
Erm.SSR AS RH-nin 25.V.1967-cı il fərmanı kəndin adı ilə dəyişdirilib Morut, ll.XI.1970-ci il 
fərmanı ilə yenidən dəyişdirilərək Aknaxbyur qoyulmuşdur. 
Aşağı  Ağ körpü - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan 
rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.5). Qarakilsə 
kəndinin 95 km-liyində yerləşirdi. Toponim fərqləndirici  əlamət bildirən aşağı sözü ilə  ağ  və körpü 
sözlərindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. 
Aşağı  Ağcaqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. 
Rayon mərkəzindən 12 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb tərəfində yerləşir. Kəndin digər 
adı Hacıqala olmuşdur (415, s.34). Qafqazın 5 verstlik xəritəsində (348, s.4) qeyd edilmişdir. 


 
43
Kənddə 1831-ci ildə 53 nəfər, 1873 - cü ildə 398 nəfər, 1886-cı ildə 502 nəfər, 1897-ci ildə 617 
nəfər, 1904 - cü ildə 315 nəfər, 1914 - cü ildə 334 nəfər, 1916-cı ildə 733 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.34-35, 116-117). 1918-ci ildə  kənd erməni təcavüzünə  mə'ruz qalaraq sakinləri 
azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş  və 1915-18-cı illərdə 
Türkiyənin Sasun vilayətinin Arzvik, Qrmav, Qdzak, Kaşkşenk kəndlərindən və Muş vilayətindən 
köçürülən ermənilər kənddə yerləşdirilmişdir (427, s.545). Göründüyü kimi, 1918-ci ilə kimi burada 
yalnız azərbaycanlılar yaşamışdır. Erməni mənbələrində tarixi faktlar saxtalaşdırılaraq kənddə 1831-ci 
ildə və 1897-ci ildə azərbaycanlıların yox, ermənilərin yaşadığı göstərilir (427, s.545). 
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən aşağı sözü ilə türk dilində 
«ağımtıl, quru, bozumtul düzən, çöl» mə’nasında işlənən ağca sözünə (93, s.22-23) qala sözünün 
qoşulmasından  əmələ  gəlib «ağımtıl, bozumtul yerdətikilən qala yanındakı  kənd» mə'nasının ifadə 
edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.  
Emı.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı  dəyişdirilib Nerkin Bazmaberd (Aşağı 
Rəngbərəng, çal qala) qoyulmuşdur. 
Aşağı Adyaman -  İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) 
rayonunda kənd. Rayon mərkəzindən 6 km məsafədə, Adyaman çayının yanında yerləşir. «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s.61), Qafqazın 5 verstlik xəritəsində (348, s.7) qeyd edilmişdir. 
Adyaman kəndindən köçənlər yeni yaşayış yerlərinə Aşağı Adyaman qoymuşlar. 1897-ci ildə burada 
13 nəfər azərbaycanlı yaşamışdır (415, s.64-65). Ermənilər buraya 1828-29 - cu illərdə Türkiyənin 
Alaşkerd bölgəsindəki Topraqqala kəndindən köçürülmüşdür (427, s.844). Mürəkkəb quruluşlu 
toponimdir. 
Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Nerkin Getaşen (Aşağı 
Çaykənd) qoyulmuşdur. 
Aşağı Altuntaxt - İrəvan xanlığının Göycə mahalında, indiki Kəvər (Kamo) rayonu ərazisində 
kənd. XVIII əsrdə ləğv edilmişdir (427, s.79). Indi ölü kənddir. 
Toponim vulkan mənşəli qaya adlarında qırmızı  mə’nasında işlənən altun sözü ilə «dağın 
zirvəsində hamar, düzən yer» mə’nasında işlənən taxt sözünün (339, s.,547; 210, s.5) birləşməsindən 
əmələ  gəlmişdir. Toponimin əvvəlindəki «aşağı» sözü fərqləndirici  əlamət bildirir. Orotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Aşağı Alçalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) 
rayonunda kənd. Rayon mərkəzindən 18 km şimal-şərqdə, Göyçə gölündən 2 km aralıda, Alçalı 
çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.14) qeyd edilmişdir. 
XIX əsrin 20-cı illərinə qədər burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən 
sonra, 1829-30 - cu illərdəTürkiyənin Alaşkerd bölgəsindən köçürülən ermənilər burada 
yerləşdirilmişdir. Azərbaycanlılar həmin vaxtdan kənddən qovulmuşdur. 
Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə məasubluq bildirən -lı şəkilçisi qəbul etmiş 
alça bitki adı əsasında əmlə gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponiındir. 
Erm.SSR AS RH-nin 27.IX.1968-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Ardzvanist 
qoyulmuşdur. 
Aşağı Axta - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda 
kənd. Zəngi çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.23) qeyd edilmişdir. 
Kənddə 1897-ci ildə 119 nəfər azərbaycanlı yaşamışdır (415, s.16-17). XX əsrin əvvəllərində, 1905-
1906-cı illərdə azərbaycanlılar kənddən qovulmuş  və  kənd ermənilərin yaşayış  məntəqəsinə 
çevrilmişdir. 1926-cı ildə kənddə cəmi 3 nəfər azərbaycanlı yaşamış (415, s.16-17) və sonralar onlar 
da qovulmuşlar. Kənd rayon mərkəzi ilə birləşdirilmişdir. 
Toponim fərqləndirmə mə'nasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil 
edən axta etnoniminin (286, s.57) birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Erm.SSR AS RH-nin 30.VI.1959 - cu il fərmanı ilə  kəndin adı  dəyişdirilib Razdan 
qoyulmuşdur. 
Aşağı Axtala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasındı, indi Allahverdi (Tumanyan) 
rayonunda kənd. Borçalı (Debet) çayının sol sahilində, Ləlvər dağının ətəyində yerləşir. Bura tarixən 
azərbaycanlıların yaşayış  məntəqəsi olmuşdur. 1770-cı ildə mis mədənlərini işlətmək üçün buraya 
yunanlar köçürülmüşdür. Kənddə azərbaycanlılarla yanaşı, erməni və yunanlar da yaşamışdır (415, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə