İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   42   43   44   45   46   47   48   49   ...   168

 
92
Dilican rayonunun tabeliyində olmuşdur. 1926-cı ildə burada 38 nəfər azərbaycanlı yaşamışdır (415, 
s.30-31). XX əsrin 40-cı illərində azərbaycanlılar köçürülmüş  və yaşayış  məntəqəsi kimi ləğv 
edilmişdir. 
Toponim türk dilində böyük mənasında işlənən qara sözü ilə əhmədli türk tayfasının adı (254, 
s.40) əsasında əmələ gələn etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Qaraiman - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 13 km şimal-şərqdə, dağ ətəyində yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində qeyd edilmişdir (348, s.l 16). 
Kənddə 1831-ci ildə 207 nəfər, 1873 - cü ildə 418 nəfər, 1886-cı ildə 569 nəfər, 1897-ci ildə 
775 nəfər, 1908-ci ildə 1033 nəfər, 1914 - cü ildə 1079 nəfər, 1916-cı ildə 650 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). Kəndin sakinləri 1919 - cu ilin aprel ayının 13-20-də 
azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən öz doğma kəndlərindən qovulmuşlar (309, s.305). 
İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanları yenidən 
Qaraiman kəndinə qayıda bilmişlər. Burada 1922-ci ildə 478 nəfər, 1926-cı ildə 527 nəfər, 1931-ci ildə 
652 nəfər (415, s.26, 27, 112-113), 1987-ci ildə 2000 nəfər (85, s.282-283) azərbaycanlı yaşamışdır. 
1988-ci ildə azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından 
qovulmuşlar. İndi ermənilər yaşayır. 
Toponim qaraman türk tayfasının adı  əsasında (31, s.25) əmələ  gəlmişdir. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyidirilib Sovetkənd, Ermənistan 
prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilib Kaxaki qoyulmuşdur. 
Qaraisa - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. Rayon 
mərkəzindən 10 km  cənub-qərbdə yerləşir. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun 
tərkibində olmuşdur. 1937-ci il dekabrın 31-də Kalinino rayonu yarandıqdan sonra Cəlaloğlu 
(Stepanavan) rayonunun indiki ərazi bölgüsündən çıxarılmışdır. 
Kənddə 1922-ci ildə 128 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 196 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.78-79, 148-149). 1950-ci ilin sonlarında İlməzli sovetliyinə tabe edilmişdir. 1988-ci 
ilin axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya 
olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim üçoxlara mənsub qara isalı türk tayfasının adı (238, s.185) əsasında əmələ gəlmişdir. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Meğvahovit 
qoyulmuşdur. 
Qarakənd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində kənd. Şəhərcik kəndinin şərqində, kənddən 3 km aralı yerləşmişdir (85, s.139). XIX əsrin 
əvəllərində ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim türk dilində böyük mənasında işlənən qara sözünə  kənd coğrafi nomeninin 
birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. 
Qarakilsə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon 
mərkəzindən 19 km məsafədə, Alagöz dağının  ətəyində, Abaran çayının sağ qolu üzərində yerləşir. 
«İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.111), Qafqazın 5 verstlik xəritəsində Qarakilsə formasında 
(348, s. 117) qeyd edilmişdir. 
Toponim kənddəki qara daşdan tikilmiş alban kilsəsinin adı əsasında əmələ gəlmişdir. Relyef 
əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Hartavan qoyulmuşdur. 
Qarakilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. 
Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qarakilis formasında 
qeyd edilmişdir (348, s. 117). 
Burada Qarakilsə adlı iki kənd olmuşdur: Böyük Qarakilsə, Kiçik Qarakilsə (415, s.148) Böyük 
Qarakilsədə 1831-ci ildə ermənilərdən başqa 8 nəfər azərbaycanlı yaşamışdır (415, s.148-149). Kiçik 
Qarakilsədə 1886-cı ildə yalnız 106 nəfər azərbaycanlı yaşamışdır (415, s.148). XIX əsrin 90-cı 
illərində azərbaycanlılar deportasiya edilmişdir. İndi burada yalnız ermənilər yaşayır. 
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Lernahovit 
qoyulmuşdur. 


 
93
Qarakilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) 
rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin başqa adı Kiçik Qarakilsə 
olmuşdur (427, s.40). Burada tarixən azərbyacanlılar yaşamışdır. Azərbaycanlılar 1826-cı ildə Rus-
İran müharibəsi nəticəsində  kənddən qovulmuş  və buraya 1829-30-cu illərdə Türkiyənin Qars və 
Alaşkert vilayətindən ermənilər köçürülüb yerləşdirilmişdir (427, s.40). Kəndin adı dəyişdirilib Azatan 
qoyulmuşdur. Mürəkkəb quruluşlu toponimdir. 
Qarakilsə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd.  İndiki Sisyan 
rayonun mərkəzi, şəhərtipli qəsəbə. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə 
(143, s.183), Qafqazın 5 verstlik xəritəsində (348, s. 117) qeyd edilmişdir. 
Ermənilərlə yanaşı burada 1831-ci ildə 63 nəfər, 1873 - cü ildə 197 nəfər, 1886-cı ildə 297 
nəfər, 1897-ci ildə 481 nəfər, 1914 - cü ildə 866 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-
147). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünün qurbanı olmuşdur. Az bir qismi sağ qalaraq 
canlarını qurtara bilmişdir. 1926-cı ildə 7 nəfər, 1931-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır (415, 
s.77, 147). 30 - cu illərin ortalarında azərbaycanlılar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Kəndin adı ərazidəki albanlara məxsus qara rəngli kilsənin adı əsasında yaranmışdır. Quruluşca 
mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 2.III.1940-cı il fərmanı ilə adı  dəyişdirilib Sisavan, sonradan Sisyan 
adlandırılmışdır. 
Qaragədik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu 
ərazisində  kənd. Gorus rayonunun mərkəzindən 27-28 km şimal-şərqdə, dağlıq və meşəlik sahədə 
yerləşirdi. XIX əsrin axırlarında 151 nəfər, XX əsrin əvvəllərində 108 nəfər azərbaycanlı yaşamışdır. 
1918-ci ildə ermənilərin təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla deportasiya olunmuş və kənd 
ləğv edilmişdir (85, s.165). 
Toponim Azərbaycan dilində «böyük, uca, hündür» mənasında işlənən qara sözü ilə «dağ 
belində batıq, aşırım» mənasında işlənən gədik sözünün (253, s.126; 278, s.55) birləşməsindən əmələ 
gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Qaragöl - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasnda, indi Gorus rayonunda göl. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.115) qeyd edilmişdir. Hidronim Azərbaycan dilində 
«keyfiyyətsiz, ağır, içməyə, istifadəyə yararsız» mənasında işlənən qara sözü ilə göl sözünün 
birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb hidronimdir. 
Qara güney - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan 
rayonunda oronim. Böyük mənasında işlənən qara sözü ilə «gün düşən yer, gün tutan yer» mənasında 
işlənən güney (11, s.214; 94, s.76) sözünün birləşməsindən  əmələ  gəlmişdir. Relyeflə bağlı yaranan 
mürəkkəb quruluşlu oronimdir. 
Qaragüney - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) 
rayonunda dağ. Rayondakı Toxluca kəndinin şimal-şərqində yerləşir. 
Oronim türk dilində «geniş, böyük» mənasında işlənən qara sözü ilə (11, s.214; 94, s.76) 
«dağın gün düşən tərəfi, cənub» mənasında işlənən güney sözünün birləşməsindən  əmələ  gəlmişdir. 
Mürəkkəb quruluşlu oronimdir. 
Qaral - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda 
kənd. Rayon mərkəzindən 14 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.118) qeyd edilmişdir. 
Toponim qarael (>qaral) türk etnonimi əsasında əmələ gəlmişdir. «Böyük el, tayfa» mənasını 
ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Katnacur qoyulmuşdur. 
Qaralar - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) 
rayonu  ərazisində  kənd. Paşalı  kəndinin Pordərəsinin yaxınlığında yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.118) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 49 nəfər, 1873 - cü ildə 84 nəfər, 1886-cı ildə 101 nəfər, 1897-ci ildə 113 
nəfər, 1904 - cü ildə 108 nəfər, 1914 - cü ildə 118 nəfər, 1916-cı ildə 148 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.90-91, 158-159). 1918-ci ildə  kəndə ermənilər təcavüz edərək sakinlərini 
deportasiya etmişdir. Kənd xarabalığa çevrilmişdir. 1918-ci ildə  kənd ləğv edilmişdir.  İndi xaraba 
kənddir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə