İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə25/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   21   22   23   24   25   26   27   28   ...   160

 

76

Vəzirüddövlə, Nəyyirüddövlə, Şücaülmülk, Zükaülmülk, Bəyanülmülk, Bənanülmülk, 



Müinülmülk, Ehtişamülmülk,    Müstənsərrüssəltənə, Ərfəssəltənə, Ədlülmülk, Müinüdədalə, 

Müinüləyalə,     Nüsrətülmülk, İqbalülmülk, İqbalüssəltənə, Həkimülmülk, Təbibülmülk,    

Filəsufülmülk, Məsihülmülk, Səhamülmülk, Qəvamülmülk, Xazinülmülk, Əlanlmülk,    

Dəbirülmülk, Bəhaülmülk, Ziyaülmülk, Nizamülmülk, Əzdülmülk, Zəhirülmülk, Seyfülmülk, 

Şəmşirülmülk, Mötəmədülmülk, Nazimülmülk, Siracülmülk,    Vəkilülmülk, Nəcmülmülk, 

Qəvamülmülk, Heşmətülmülk, Müşirülmülk, Müşkatülmülk, Ədibülmülk, Ədibülməmalik, 

Əminülmülk, Mühəndisüməmalik, Muhəqqiqülmülk, Sədülmülk, Səniülmülk, Şəhabülmülk, 

Səhabülmülk, Yəminülmülk, Lisanülmülk, Sidqülmülk, Sidiqülmülk, Nasirülmülk, 

Nasehülmülk, Əmidülmülk, İmadülmülk, İmadüssəltənə, Saidülmülk, Saidüddövlə, 

Saidüssəltənə, Saidülvəzarə, Mühəqqiqüddövlə, Mühəqqiqüssultan, Əmin dərbar, Əmin şura, 

Əmin xəlvət, Əmin həzrət, Əmin hüzur, Əmin divan, Əmin nizam, Əmin ləşgər, Əmin hərəm, 

Əmin xaqan, Əmin hümayun, Əmir nizam, Müşir nizam, Vəzir nizam, Şüca nizam, Müşrif 

nizam, Sərriştədar nizam, Bədayenigar, Vəqayenigar, Əminülvizarə, Naibülvizarə, Müinülvizarə, 

Etizadülvizarə, Mötəmədülvizarə.... 

 

  

 



“Qurtaran deyil ki, keç görək.” 

 

  



 

“Baş üstə Sədrülüləma, Etimadülüləma, İftixarülüləma.” 

 

  

 



“Bunlardan da keç, bizə lazım deyil.” 

 

  



 

“Məliküttüccar, Vəkilüttüccar, Əminüttüccar.” 

 

  

 



“Bunlardan da keçmək lazımdır. Biz ki, tacir silkinə mənsub deyilik.” 

 

  



 

“Fəxrüzzakirin, Seyfüzzakirin....” 

 

  

 



“Bunlar da mərsiyəxanlara məxsusdur. Yenə də bizə dəxli yoxdur. Bəli, bu kimi ləqəblər nə 

qədər istəsəniz var.” 

 

  

 



Üzümü molla Məmmədəliyə çevirib dedim: 

 

  



 


 

77

“Hacıxan, bu ləqəblərin bəzisinin üstündə qırmızı, bir parasının da üstündə göy xətlə əlamət 



qoymuşlar, bunun nə hikməti var?” 

 

  



 

“Afərin,” -- dedi, -- “yaxşı mültəfit olmusan. Onların ki, qırmızı əlaməti var, qoşun 

sərkərdələrinə məxsusdur, hər kəsin ki, mirpənc və sərtiblikdən aşağı rütbəsi olmasa ona 

verərlər. Əlbəttə, o da elə belə boş-boşuna olmaz. Çoxlu peşkəş müqabilində verilir. Sənin-

mənim kimilərin əli o ləqəblərə çatmaz. O göy rənglə əlaməti olanlar da sahibləri yaşayan 

ləqəblərdir. Nişansızlar isə boşdur, sahibi yoxdur. Mən özüm üçün onlardan hansını istəsəm ala 

bilərəm. Ancaq ərz elədiyim səbəbə görə istəmədim.” 

 

  



 

Mən öz başıma gələnləri sizə söyləyib qurtardım. İndi siz buyurun görək hal-qəziyyə nədir, necə 

olub ki, Misirdən buraya gəlibsiniz? 

 

  



 

Dedim: 


 

  

 



“Doğrusu, biz bu gün əməlli-başlı nahar eləməmişik, acıq. Buyurun şam gətirsinlər, çörək 

yeyəndən sonra mən də öz başıma gələnləri nəql eləyəcəyəm.” 

 

  

 



Şam gətirdilər. Dadlı küftə bişirmişdilər. Yedik. Çaxır təklif elədi. And içdim ki, indiyədək 

dilimə dəyməyib və bundan sonra da dəyməyəcək. Sonra mən sözə başlayıb dedim: 

 

  

 



“Bizim sərgüzəştimiz o qədər də uzun deyil. Misirdən müqəddəs Məşhədi ziyarət etmək 

niyyətilə yola düşdük. O ülvi məkanın ziyarətindən sonra gəzə-gəzə buraya gəlib çatdıq. 

Buradan da Azərbaycana getmək əzmindəyəm. İstəyirəm ürəyiməyatan bir yeri özümə daimi 

iqamətgah edəm. Gedib Misirdəki əmlakımı satam, sonra gəlib hər bir addımı mənim üçün 

Misirdən min dəfə əziz olan vətənimin bir guşəsində sakin olam. Ancaq təəssüflər olsun ki, hələ 

burayadək elə bir münasib yer görməmişəm. İndi bir vasitə tapıb nazirlərdən iki-üçü ilə 

görüşmək istəyirəm. Bir para deyilməli mətləblər var, gərək onlara çatdıram. Əgər mənim üçün 

bu işi yerbəyer eləsən onda mən sənə Hacıxan deyərəm. Yoxsa elə haman əvvəlki "gədə molla 

Məmmədəli" olaraq qalacaqsan.” 

 

  



 

Molla Məmmədəli dedi: 

 

  

 



“Əgər bir məsələ üçün vasitəçi axtarırsansa, yaxud yüksək bir məqama ərizə çatdırmaq olarsa, 

əlimdən gələr. Amma səni vəzirlərin yanına aparmağı, onlarla həmsöhbət eləməyi bacarmaram. 




 

78

Yəni bacarmaram deyəndə bir qədər yalan olar, bu tezlikdə bacarmaram. Əgər beş-altı ay burada 



qalsanız, o da mümkündür. Bilirsiniz, gərək belə iş üçün münasib fürsət ələ düşə.” 

 

  



 

“Bu şəhərdə uzun müddət qalmaq mənim üçün mümkün deyil, getməliyəm,” -- dedim. 

 

  

 



Bir qədər fikrə daldıqdan sonra dedi:  

 

  



 

“Vəzirlərdən hansını görmək istəyirsən?”  

 

  

 



“Daxili işlər naziri ilə, xarici işlər naziri ilə, bir də hərbi nazir ilə görüşmək istəyirəm.” 

 

  



 

Yenə də gözlərini naməlum bir nöqtəyə dikib dayandı, az sonra üzünü mənə çevirib dedi: 

 

  

 



“Bir tədbir nəzərimə gəldi. Görək nə nəticə verər.” 

 

  



 

Götürüb bir-birinin ardınca üç məktub yazdı. Hər birisini ayrıca zərfə qoyub, üstünü yazdıqdan 

sonra mənə tərəf uzadıb dedi: 

 

  



 

“Bu Mirzə Kazım bəyə yazdığım məktubdur. O, xarici işlər nazirinin uşaqlarının müəllimidir. 

Özü də əslən ərəbdir. Ərəb dilindən çox xoşu gəlir. Ərəbcə danışdığınızı görən kimi sizi rəğbətlə 

qarşılayacaq, nə dərdin olsa onun çarəsini eləyəcəkdir.” 

 

  

 



İkinci məktub Rza xanın adınadır. O da daxili işlər nazirinin xidmətçisidir. Bunu da ona 

çatdırmalısan. Üçüncü məktubu Əsəd bəy fərraşbaşının ünvanına yazmışam. O da hərbi nazirin 

fərraşbaşısıdır. Gərək ona verəsən. Əgər adamdır, işdir, birdən gördün ki, Rza xan və Əsəd bəy 

çəm-xəm eləyib rədd cavabı verirlər, ovuçlarına xəlvətcə bir-iki tümən pul bas. Onda 

yumşalarlar. Amma ehtiyatlı ol, Mirzə Kazım bəy rüşvətxor deyil ha.... O heç nə qəbul eləməz. 

Məşədi Həsən Kirmani bu nazirlikləri tanıyır, sabah onu bələdçi götür. İnşaallah, məqsədinə 

çatarsan. 

 

  



 

Çox sevinib dedim: 

 



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə