İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə160/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   152   153   154   155   156   157   158   159   160

 

493


Quşlar, qarışqalar sənlə danışar,  

 

Necə ki, danışmış bir vaxt Süleyman. 



 

  

 



Dedim: 

 

  



 

“Qurbanın olum, bəs nə üçün nəzərini mənə tərəf yönəltmədin, məni öz yanına çağırmadın?” 

 

  

 



Dedi: 

 

  



 

“Gəlməyini bilmirdim ki, sənə fikir verim. Diqqət göstərmədiyi təqdirdə heç bir kəs gizli sirrlərə 

vaqif ola bilməz. Sənin gəlməyindən mənim xəbərim yox idi. İnsan sözün əsil mənasında kamil, 

sözü doğru və allaha itaətkar olsa, Bəni-İsrail peyğəmbərlərinin göstərdiyi hər bir möcüzəni o da 

göstərə bilər.” 

 

  



 

Bu əsnada haman qoca üç nəfəri yuxarıya çıxartdı. İbrahim bəy və Məhbubə xanım ədəblə ayağa 

durub, məhəbbət və mehribanlıqla onları qarşıladılar, yer göstərib əyləşdirdilər. Hal-əhval 

tutduqdan sonra İbrahim bəy soruşdu: 

 

  

 



“Yoldaşlarınız və həmsəfərləriniz kimlərdir?” 

 

  



 

Dedi: 


 

  

 



“Yüz nəfərdən artıq idik. Biz üç nəfərdən başqa heç bir kəsin buraya daxil olmasına icazə 

vermədilər. Hamısını qapıdan qaytardılar, dedilər: səhra yolu ilə gedin.” 

 

  

 



İbrahim bəy dedi: 

 

  



 

“Sizin ismi-şərifiniz nədir? Haralısınız, İranın hansı vilayətindənsiniz?” 

 

  

 




 

494


Dedi: 

 

  



 

“Mən xorasanlıyam, bu Hacı azərbaycanlıdır, marağalıdır, o da tehranlıdır, Məsihülmülkün 

bacısı oğludur.” 

 

  



 

İbrahim bəy dedi: 

 

  

 



“Hacı, Hacı, tövbə elə, əstəğfurullah de! Tez de "tövbə!"” 

 

  



 

Yazıq Hacı on dəfədən artıq dedi: 

 

  

 



“Əstəğfurullah, tövbə!” 

 

  



 

İbrahim bəy daha dinmədi. Xorasanlı Hacı dedi: 

 

  

 



“Möhtərəm cənab, mən nə dedim ki, sizin acığınıza gəldi, hansı küfr sözü danışdığıma görə məni 

tövbə deməyə məcbur elədiniz?” 

 

  

 



İbrahim bəy dedi: 

 

  



 

“Küfr danışmadın, lakin yalan söz dedin. Müqəddəs məkanda yalan söz danışmaq olmaz. Adamı 

o saat bayıra çıxararlar.” 

 

  



 

Hacı dedi: 

 

  

 



“Mən bir söz demədim ki, onun yalan-doğruluğu məlum olsun.” 

 

  



 

İbrahim bəy dedi: 




 

495


 

  

 



“Açıq yalan söylədin. Çünki sən dedin, "Məsihülmülkün bacısı oğlu". Məgər həzrət Məsihin 

bacısı var idi ki, oğlu da olsun? Bundan əlavə, Məsihin vaxtından min doqquz yüz il keçmişdir. 

Onun bacısı indi necə yaşaya bilər?” 

 

  



 

Hacı dedi: 

 

  

 



“Ağacan, mən o Məsihi demədim, bu adamın dayısı həkimdir, dövlət tərəfindən ona ləqəb 

veriblər.” 

 

  

 



İbrahim bəy dedi: 

 

  



 

“Açıq yalandır, demək lazımdır; filan həkimin bacısı oğlu.” 

 

  

 



Sonra bəy dedi: 

 

  



 

“Yaxşı, Tehranda nə xəbər var?” 

 

  

 



Xorasanlı Hacı dedi: 

 

  



 

“Tehranın təzə xəbərlərini Novruz xan həkimin bacısı oğlundan soruşun, mən heç nə bilmirəm.” 

 

  

 



Novruz xan həkimin bacısı oğlu dedi: 

 

  



 

“Allaha şükür, səlamətlikdir.” 

 

  

 



İbrahim bəy soruşdu: 

 



 

496


  

 

“Sarayın işi-gücü necədir?” 



 

  

 



Dedi: 

 

  



 

“Bir az şuluqdur. Saray həkimi Mirzə Mahmud xanı işdən çıxarıb hakim adı ilə Rəştə sürgün 

elədilər. Keçən il oraya varid olandan üç ay sonra qəflətən vəfat elədi. Camaat arasında onun 

ölümü haqqında müxtəlif sözlər danışılır. Bəziləri deyirlər ki, onu zəhərləyiblər, bir parası da 

qorxudan və vahimədən bağrının çatladığını söyləyirlər. Hər kəs bir söz deyir, lakin sonuncu 

qənaətin doğru olması zənn edilir.” 

 

  

 



Sabiq sədr-əzəm Mirzəli xan İrandan sürgün edilmiş, arvad-uşağı ilə Firəngistana   tərəf yola 

düşmüşdür. Bu il sədr-əzəm Mirzə Ələsgər xan iş başından götürüldü. Guya Məkkəyə getmək 

xəyalı var, Firəngistan yolu ilə gedəcəkdir. Nökərlərindən biri mənə dedi ki, Məkkədə 

görüşəcəyik.”  

 

  

 



İbrahim bəy soruşdu:  

 

  



 

“İndi sədr-əzəm kimdir?” 

 

  

 



Dedi: 

 

  



 

“Məlum deyil, işləri hələlik şahzadə Əbdülməcid Mirzə idarə edir.” 

 

  

 



İbrahim bəy dedi:  

 

  



 

“Tanımıram.” 

 

  

 



Dedi: 

 

  




 

497


 

“Sizin qorxunuzdan ləqəbini deyə bilmirəm, yoxsa tanıyardınız. Orada ona Eynüddövlə deyirlər. 

Tehran hakimi idi.” 

 

  



 

İbrahim bəy soruşdu:     

 

  

 



“Xalqla necə rəftar edir?” 

 

  



 

Dedi: 


 

  

 



“Hələ işin əvvəlidir, bir söz demək olmaz. Lakin elə indidən bir qədər yaxşılaşma və işlərin 

sahmana düşməsi duyulur. Deyirlər bacarıqlı, tədbirli adamdır, lakin müstəbil və özbaşınadır. 

Deyəsən, işlər yaxşı olacaq. Kələfin ucu elə itibdir ki, bu tezlikdə onu tapmaq mümkün 

olmayacaq. Hər kəs bu işlərə bir sahman versə, çox böyük bir vəzifənin öhdəsindən gəlmiş olar. 

Onun gördüyü bircə iş bundan ibarətdir ki, "Həblülmətin" qəzetini qapanmaqdan xilas edibdir. 

Onun bu əməli camaat tərəfindən hüsn-rəğbətlə qarşılanmışdır. Lakin ağıllı adamların çoxunun 

fikrincə, iş başında kim olur-olsun, fərq eləməz, bərabərlik qanunları olmasa, hər kəsin vəzifəsi 

müəyyənləşdirilməsə, daha sadə demiş olsaq, məşrutiyyət və məsuliyyət ortalıqda olmasa, işlər 

gündən-günə xarablaşacaq. Bundan əlavə, bu şahzadənin nə ölkəni idarə etmək biliyi var, nə də 

kifayət qədər təcrübəsi. İstər-istəməz ölkə hərc-mərcliyə və işlər xarablığa doğru gedəcək.” 

 

  

 



Sonra hacılar izn alıb ayağa durdular. İbrahim bəy onları yola salıb qayıtdı. 

 

  



 

Mən fikrə dalmışdım. Düşünürdüm ki, görəsən İbrahim bəy Məhbubəni bunlardan nə üçün 

yaşındırmadı, üzü açıq onların yanında əyləşdirdi. İbrahim bəy mənim nə haqda düşündüyümü 

duyub dedi: 

 

  

 



“Əmican, sən bu fikirdəsən ki, Məhbubə nə üçün əcnəbilərin yanında örtüksüz əyləşib üz 

tutmadı?” 

 

  

 



“Bəli, elədir,” -- dedim. 

 

  



 

Dedi: 


 


 

498


  

 

“Əmican, əgər onların niyyəti xain olsaydı, buraya gələ bilməzdilər. Eşitmədinmi ki, dedilər: biz 



yüz nəfərdən artıq idik, üçümüzdən başqa buraya heç kəsi qoymadılar, Beləliklə, məlum olur ki, 

bunlar hər cür hiylə və qəlplikdən uzaq, təmiz və həqiqi insanlardır. Bundan əlavə, Məhbubənin 

rütbəsi o qədər yüksəkdir ki, xain, naməhrəm baxışlar onun camalının işıltısını dərk edə bilməz. 

Sən onun əmisi və atası yerindəsən, o, sənin əlində böyümüşdür, sənin qızın, evladın kimidir. 

Sədinin bu kəlamı yadında deyilmi? O, həmin mətləbə işarə etmişdir: 

 

  



 

Aç niqabı, səni biganələr əsla görməz,  

 

Sən böyüksən, kiçik ayinə səni göstörməz.” 



 

  

 



Dedim: 

 

  



 

“Qurbanın olum, hər gün bu təxti-rəvanla gəzintiyə çıxırsınız?” 

 

  

 



Dedi: 

 

  



 

“Yox, bəzi vaxtlar çıxırıq. Bu gün bu tezlikdə gəlməsini gözlədiyim bir möhtərəm şəxsin 

məqamına getdim. Onun iqamətgahını qeyri-adi bir vəziyyətdə bəzəyir və səliqəyə salırlar. Hamı 

onu qarşılamağa hazırlaşır. Onun üçün getmişdik, yoxsa hər gün getmirik.” 

 

  

 



Mən həqiqəti görən bir gözlə bu aşiq-məşuqa baxır və qəribə bir aləmdə seyr edirdim. Məhbubə 

doğrudan da dünya gözəli, zəmanəmizin Züleyxası, hüsn və məlahətdə, işvə və nazda misilsiz 

olduğu kimi, həya-namusda ona tay-bərabər yox idi. Onunla danışan adam camalına baxsaydı 

görərdi ki, birdən-birə qızarır, yanaqları qızıl gül kimi al rəng alır. İndi o, əvvəlkindən də 

məlahətli və qəşəng olmuşdu. Mən o, məlahət və gözəllik heykəlinin tərifini söyləməkdən 

acizəm. 


 

  

 



İndi o İbrahim bəyin eşq və məhəbbət badəsindən elə sərməst və sərbəst olmuşdu ki, nə dosta, nə 

də biganəyə fikir vermirdi, gözü və bütün fikri-huşu İbrahim bəyin yanında idi, yalnız ona baxır 

və təkcə ona qulaq asırdı. Bir anlığa belə ondan diqqətini yayındırmırdı. Sanki bunun ruhu onun 

nəfəsində idi. Onu görmək şövqü ilə kiprik belə çalmırdı. Elə İbrahim bəy də onun kimi idi. 

Məhbubə istəməsəydi, o danışmazdı. Birinin dediyini o birisi təsdiq edirdi. Bunlar sanki bir 

qabıqda olan iki badam içi idilər. Məhəbbət ilahəsi eşqi yaradan gündən zəmanə bu iki aşiqin 

arasında olan həqiqi məhəbbət kimi bir sevgi görməmişdir. Heç nəyi nəzərə almadan və heç kəsə 



 

499


etina etmədən bunun qolu onun gərdənində, onun əli bunun belində südlə şəkər kimi bir-birində 

həll olunmuşdular. Mən isə bu iki sevimli evladımın eşq və sevgisindən muradıma çatmışdım. 

 

  

 



İbrahim bəyə dedim: 

 

  



 

“Gözümün işığı, doğrusunu de görüm, sən Məhbubəni çox istəyirsən, ya Məhbubə səni?” 

 

  

 



İbrahim bəy dedi:  

 

  



 

“Məhbubədən soruş.” 

 

  

 



Dedim: 

 

  



 

“Mənim canım-ciyərim, Məhbubə, sən əminin canı, de görüm hansınızın məhəbbəti daha 

çoxdur.” 

 

  



 

Dedi: 


 

  

 



“Əmican, mənim əlimdə mizan-tərəzi yoxdur ki, hər birimizin məhəbbətini    çəkib-ölçəm. 

Ancaq bunu deyə bilərəm ki, mənim canım onun nəfəsində, onun da canı mənim nəfəsimdədir. 

Mənim istəyim onun istəyidir, onun meyli mənim meylimdir. Sanki iki bədəndə bir ruh və ya iki 

cismdə bir ünsürük. 

 

  

 



Mən canım tək istərəm cananım hər nə istəsə. 

 

  



 

Bir öpüş istəsəm ikisini verər.”  

 

  

 



Bunu deyib onun dodaqlarından iki dəfə ləzzətlə öpdü və dedi: 

 

  




 

500


 

“Mənim canım-ciyərim, belə deyilmi?” 

 

  

 



Məhbubə bizi çox güldürdü və sevindirdi. Söhbətimiz zarafata keçdi, sonra o, bu beyti oxudu: 

 

  



 

Oturarıq ürəyimizcə əlbət,  

 

Fürsət olar yenə edərik söhbət. 



 

  

 



Mən Məhbubəyə dedim: 

 

  



 

“Əmi sənə qurban olsun, hələ də şer deməyin qurtarmayıbdır?” 

 

  

 



Dedi: 

 

  



 

“Allaha şükür, nə baxtımdan şikayətim var, nə də rəqibdən incikliyim, nə ruzigar mənə əzab 

verir, nə də yar. Şükür olsun, taleyim mənə yar oldu, ruzigar muradımca dolandı, yarım vəfalıdır, 

rəqibim də yoxdur. Daha nə üçün gərək şer deməyim? Bir bəyim var ki, mənim nəzərimdə gözəl, 

qəşəng və əzizdir. O mənim ayım, günəşim, şahım, tacım, eyşim, işrətim, izzətim, şövkətim, 

Xosrovum, Şirinim, Şəkərim, Leylim, Vamiqim, Əzram, gülüm, bülbülüm, sünbülümdür. Onu 

bütün dediklərimə oxşatmaq olmaz, mən kamili naqislə təriflədim, yoxsa bəyimin məqamı 

bunlardan, şübhəsiz ki, çox-çox yüksəkdir. 

 

  

 



İxtiyarım ola gər ruz-qiyamətdə mənim,  

 

İstəməm rövzeyi-rizvan, mənə bəsdir sənəmim.” 



 

  

 



İbrahim bəyin əlini tutub dodaqlarına apardı, öpdü, iylədi. 

 

  



 

Mən dedim: 

 

  

 



“Yadında varmı ki, hicrandan şikayət eləyib ud çaldın, bu şerləri oxudun: 


 

501


 

  

 



Nə vəslinə məndə taqət, nə hicrinə məndə təvan,  

 

Vəslin bəla, hicrin bəla, gəlsin mənə sənin qadan.” 



 

  

 



Mən bunu deyən kimi Məhbubənin simasında utanmaq əlamətləri göründü, birdən-birə yanaqları 

qızardı. 

 

  

 



İbrahim bəy dedi: 

 

  



 

“Nə ud, nə şer? Bunlar nə vaxt olubdur?” 

 

  

 



Dedim: 

 

  



 

“Bəli, bu xanım sizin xəstələndiyiniz vaxt özünü də dəliliyə vurmuşdu. Biz istədik sizi musiqi 

hikməti ilə müalicə eləyək. Xəbərin yoxdur nələr eləyirdi. Dua yazan ərəbə pul verirdi, həkimə 

cəvahir bağışlayırdı.” 

 

  

 



Xülasə, Məhbubənin gördüyü bütün işləri nağıl elədim. 

 

  



 

Bəy qolunu Məhbubənin boynuna salıb onu bərk-bərk qucaqladı və dedi: 

 

  

 



“Mənim gözümün işığı, bəs bu əhvalatı indiyə kimi nə üçün mənə deməmisən?” 

 

  



 

Məhbubə dedi: 

 

  

 



Dedim hicran qəmini söylərəm əl versə hüzur,  

 

Səni görcək bu könül dərdini yeksər unudur. 



 


 

502


  

 

İkisi də bir-birini ruh ilə bədən kimi qucaqlayıb, bir cüt göyərçin tək dodaq-dodağa verdilər. Bu 



vaxt gördüm Hacı Məsud qapını döyür və deyir: 

 

  



 

“Yusif əmi, çırağı nə üçün söndürməmisən?” 

 

  

 



Gözlərimi açıb dedim: 

 

  



 

“Ay bədbəxt, məni niyə yuxudan oyatdın?” 

 

  

 



Yenə də gözlərimi yumdum, dedim ola bilsin gördüklərimi bir daha görə biləm. Ancaq heyhat, 

heyhat!... Bu səadət bir daha mənə nəsib olmadı. 

 

  

 



Nə xoşdur ol gecə ki, ta qiyamət,  

 

Ona olmur həqiqətdə nəhayət,  



 

Nə xoşdur ol yuxu ki, bəxt olur yar,  

 

O dəmdə üz verir dilbərlə didar. 



 

  

 



Ayılandan sonra məni əvvəlkindən daha bərk ağlamaq tutdu. Səhər istədim yuxumu Haciyə 

xanıma nağıl eləyim. Düşündüm ki, dərdini bir daha təzələrəm, yarasını qoparıb duz səpmiş 

olaram. Çünki bu kimi sözlər müsibəti yada salır, möhnətin, qəmin, kədərin artmasına səbəb 

olur. 


 

  

 



Gün çıxandan sonra qəbiristanlığa tərəf yola düşdüm. Gözlərimdən ürək qanı axıdıb, məzarın 

torpağını islatdım. Doyunca ağlayandan sonra Mirzə Abbasın evinə gedib yuxumu söyləmək 

istədim. Gördüm Hacı Təbrizi, Rza xan mazandaranlı da oradadırlar. Dünən Firəngistandan 

gəlmişdilər. İstəyirdilər Haciyə xanıma başsağlığı vermək üçün bizə gəlsinlər. 

 

  

 



Rza xan məni görən kimi qollarını açıb bağrına basdı, üz-gözümdən öpüb iylədi, dedi: 

 

  



 


 

503


“İbrahim bəyin iyini səndən alıram.” 

 

  



 

Çox ağladı, heyfsiləndi. Bir qədər sakitləşəndən sonra mən öz yuxumu əvvəlindən axırınadək 

gördüyüm kimi danışdım. Hamı doluxsundu. Rza xan dedi: 

 

  



 

“Bu yuxunun təbiri aydındır. Bir para hadisələrdən duyulur, min ümidsizlik və məyusluqdan 

sonra artıq indi ümid doğulur.” 

 

  



 

Keçdi hicran möhnəti, gəldi səfayi-vəsli-yar,  

 

Üz qoyur abadlığa viranə qalmış bu diyar. 



 

  

 



Vətənpərvərlərin duasının bərəkətindən xoşbəxtlik, şənlik və səadətimizin əsası yarandı, 

dövlətimiz mədəniyyət sahəsinə qədəm qoydu, qurumuş arxa yenidən su gəldi. Sizə qonaq 

olacağım bu neçə gündə fürsət olsa vətənin səadətindən xəbər verən bu yuxunu təbir etməyə və 

şərhini söyləməyə çalışacağam. Əziz vətənimizin bütün bu məşəqqətlərə və viranlığa düçar 

olduqdan sonra istiqlaliyyətə və parlaq istiqbala nail olacağı müjdəsini eşidib şükranəsini yerinə 

yetirərsiniz. Bəli, "Mumiyanın qədrini sınıq qol bilər". 

 

  

 



Ta xarab olmasa abad olmaz. 

 

 



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə