İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə155/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   152   153   154   155   156   157   158   159   160

 

474


 

  

 



Yenə də bir qədər yol getdim. Çox iri, geniş və vüsətli bir göl gördüm. Ağ mərmərdən idi

olduqca gözəl fəvvarələri var idi. Fəvvarələrin bəzisi quş, bir parası balıq, bir neçəsi şir başı və 

müxtəlif qəribə heyvanlar şəklində düzəldilmişdi. Hamısının ağzından su püskürürdü. Gölün 

ətrafına huri simalı, ay bədənli qızlar toplaşmışdılar. Onların sifəti səmanın ortalığında olan 

günəş kimi işıq saçır, adamın gözlərini qamaşdırırdı. Bunlar əvvəlki gülçöhrələri mənim 

yadımdan çıxardılar. Bunların vücudu sanki xalis nəşədən yoğrulmuş idi. Bunların gözəlliyini, 

məlahətini, lətafətini vəsf etmək mümkün deyil. Şəkər kimi dodaqlarında məlahətli təbəssüm 

oynayarkən, sədəfi andıran dişlərinin parıltısından gözlərim qamaşırdı. Bütün əzaları, 

saçlarından tutmuş ayaq dırnaqlarına qədər bir parça vəcahət və məlahət idi. Allah bu şeri 

söyləyənə rəhmət eləsin: 

 

  

 



Şənlikdə Zöhrəyə sanki olmuş tay,  

 

Üz-üzə dayanmış günəş ilə ay. 



 

  

 



Bu misilsiz nazlı dilbərlərin sevinc bəxş edən gül camallarını görəndən sonra daha məndə taqət 

qalmadı, yol gedə bilmədim, qıçlarım sustaldı, dedim: 

 

  

 



Üzündən gözümü yayındırmaram,  

 

Gözümün içinə ox atılsa da. 



 

  

 



İxtiyarsız olaraq oradaca oturub sakit qaldım. Lakin hər an təəccüb və heyrətim artırdı. Bu gül 

üzlülərin tamaşası, quşların xoş səsi, behişt meyvələrinin gözəlliyi, allahın kamil qüdrətini 

nümayiş etdirən bu nemətlər huşumu başımdan çıxarmış, taqətimi almışdı. 

 

  



 

Yenə də durub yavaş-yavaş getməyə başladım. Uzaqdan bir nəfərin gəzə-gəzə gəldiyini gördüm. 

Yaxınlaşdıqda uca boylu, mətin, ağsaqqal, nurani bir kişi gördüm ki, başında İran papağı, 

əynində ağ paltar, əlində təsbeh vardı. Qocanın xoş siması, rəftarı, vüqar və təmkini məndə 

hurilərin görüşündən daha xoş təsir oyatdı. 

 

  



 

Arxası tavusun pəritək əlvan,  

 

Boyası artıqdı saydan-hesabdan.  



 

Pakizə sinəsi gümüş təkin ağ,  

 



 

475


Gözləri günəşdən işıqlı çıraq. 

 

  



 

Onun bütün adabı, rəftarı, paltarı və görünüşü mənim həmyerlim tərzində idi. Çox 

təəccübləndim, dedim görəsən, bu qocanın hurilərlə nə münasibəti, onların isə bununla nə əlaqəsi 

var. Yəqin etdim ki, bu qoca şeytandır. Yəqin ki, o mənim iranlı olduğumu görüb, özünü iranlı 

qiyafəsinə salmışdır. Bununla da məni yoldan çıxarmaq istəyir. Elə haman yuxu aləmində qəti 

qərara gəldim ki, hər nə desə onun tərsini eləyim. Çünki aqillər demişlər: 

 

  

 



Ox kimi düzgün yol göstərsə sənə,  

 

Həzər et, qayıt get onun əksinə. 



 

  

 



Əgər vəsvəsə eləyib desə ki, bu rəngarəng meyvələrdən dər ye, əsla yeməyəcəyəm. 

 

  



 

Mənim yanıma gəlib çatan kimi məni qabaqlayıb salam verdi. Mən salamını aldım. Buyurdu: 

 

  

 



“Əziz həmyerli, buraya nə üçün gəlmisən, bu gəlişdən məqsədin nədir?” 

 

  



 

Dedim: 


 

  

 



“Mənim əzizim, bilmirəm təsadüfmü, iqbalmı məni buraya çəkib gətirmişdir. Əgər bununla bir 

xilaf iş məndən baş vermişsə, buraya gəlməyim cayiz deyilmişsə, rica edirəm əfv edəsiniz

üzrümü qəbul edəsiniz, lütfən çıxış yolunu mənə göstərəsiniz, məmnuniyyətlə qayıdıb gedərəm.” 

 

  



 

Gülümsünüb dedi: 

 

  

 



“Əgər sənin buraya gəlmək icazən olmasaydı, qapıçı mane olardı, içəriyə girməyə qoymazdılar. 

İndi ki, gəlmisən, arxayın ol, bil ki, yad deyilsən, doğmasan.” 

 

  

 



Qocanın xoş rəftarı, mülayim sözləri ürəyimi sakitləşdirdi. İrəli gəlib iranlıların qaydası ilə əl 

verdi. Belə məhəbbət və mehribanlıq göstərməsinə baxmayaraq yenə də ürəyim təşvişdə idi. 




 

476


Deyirdim, birdən şeytan olar. Bu fikir başımdan çıxmırdı. Onun bütün iltifat, məhəbbət, 

yumşaqlıq göstərməsi və şirin dil tökməsini şeytanlığa yozurdum. 

 

  

 



Dedi: 

 

  



 

“Yaxşı gəzdinmi?” 

 

  

 



Dərindən ah çəkib dedim: 

 

  



 

“Hər şeyi yaxşı gördüm, amma bilmirəm haradayam. Ey qəlbi işıqlı qoca, ümidim sənin 

kərəminədir.” 

 

  



 

Cəmalın şövqündən, ey mahi-taban,  

 

Qaranlıq bəxt evi oldu çırağban.  



 

Mənə yar olandan, ey gözəl-pəri,  

 

Bəxtim gülşəninin açdı gülləri.  



 

Gəl sən bu səhrada mənə dayaq ol,  

 

İqbalım evində yanan çıraq ol.  



 

Ruhum ol, işıqlı səhərim gəl ol,  

 

Könlümü sındırma, lütf elə bir yol. 



 

  

 



“Mənə de görüm bura haradır? Bu ay üzlülər burada nə eləyirlər? Bu qəsr hansı şövkətli 

padşahındır? Burayacan mehriban bir dilbilən tapmadım ki, soruşam. Keçdiyim darvazaların heç 

birisində qapıçılar mənim sualıma cavab vermədilər. Buna görə də heç kəsdən bu mətləbi soruşa 

bilməmişəm.” 

 

  

 



Qoca dedi: 

 

  



 

“Gəl!” 



 

477


 

  

 



Ardınca getdim. Bir imarətə çatdıq. Xəyal quşu belə bir imarətin zirvəsinə qalxa bilməzdi. 

Təsəvvürün sürətlə çapan atı onun sahəsini ötüb başa vurmaqdan aciz idi. Təfəkkür memarı isə 

belə bir imarətin tərhini çəkə bilməzdi. Onun vəsfini ərəb və əcəm fəsahətliləri bəyan edərkən 

çətinlik çəkərdilər. Yalnız qadir allahın əlilə belə bir bina əmələ gələ bilərdi. 

 

  

 



Səfalı bir məva, gözəl bir məkan,  

 

Nizam hökm sürür onda hər zaman.  



 

Fərşi salınmışdır sanki səfadən.  

 

Üzərliyi odda dəmi-İsadən,  



 

Hər tərəfi onun əmin-amanlıq.  

 

Hər yerinə saçır nur çıraqbanlıq.  



 

Günəşlə ay olmuş onun bəzəyi.  

 

Nəqşi heyran etmiş sanki fələyi.  



 

Tağının qaşila etsə işarət,  

 

Təzə ay yaşınıb çəkər xəcalət.  



 

O mənzili gəlib görsəydi Rizvan.  

 

Cənnətdə qalmazdı o heç bir zaman.  



 

Bir cavan əyləşmiş xoşbəxt yar ilə,  

 

Ayın ətrafında sanki bir halə.  



 

Xətindən, xalından yağır məlahət,  

 

Cəmalından onun saçır təravət. 



 

Qara saçlarını verəndə yelə,  

 

Mişkin ürəyinə salır vəlvələ.  



 

Baxışlar nə qədər onda füsunkar,  

 

Görməyə könüllər çəkir intizar. 



 

  

 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə