İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə152/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   148   149   150   151   152   153   154   155   ...   160

 

464


 

Gəl, həbibim, mənə rəhm eylə, gəl indi barışaq,  

 

Keçmişin söhbətini gəl nə deyək, nə danışaq. 



 

  

 



Sonra şeyx dedi: 

 

  



 

“Gəl gedək.” 

 

  

 



Keçib getdik. Şeyx dayanıb dedi: 

 

  



 

“Bax gör nə görürsən?” 

 

  

 



Gördüm qəssab dükanlarında olduğu kimi adamları şaqqalayıb odlu qənarəyə vurublar. Əzab 

mələkləri cəhənnəm odunda qızardılmış baltaları əllərində tutub, bir-bir zərbə endirdikcə onların 

əzasından birini parçalayıb yerə tullayırdılar. O birisi isə kəsilmiş üzvü götürüb qaynar qətranla 

yenə öz yerinə yapışdırırdı. Sonra təzədən balta ilə onu kəsib atır, başqası yenə də yerinə 

yapışdırırdı. Şeyx soruşdu: 

 

  



 

“Nə gördün?” 

 

  

 



Gördüklərimi dedim. Buyurdu: 

 

  



 

“Doğru görmüsən. Bunlar dünyəvi məqam və rəyasət üçün bu günü unudub, avam xalqı 

aldadaraq özlərindən təzə məzhəb və din icad etmişlər. Bir neçə mənasız, sözü bir-birinin 

quyruğuna düyünləyib lövhə düzəltmişlər. İnsanlar arasında nifaq salmışlar. Öz vətənlərinə və 

həmvətənlərinə zülm etmişlər. Bunların zülmü təsəvvürə sığışmaz. Onların başçısı min hiylə ilə 

xalqın pulunu yığıb öz vərəsəsinə qoyub getdi. Vərəsəsi isə yoxsulların ciyər qanı bahasına 

toplanmış bu vətən sərvətini xarici ölkələrin abadlaşmasına və biganələrin eyş-işrətinə sərf edir. 

Halbuki özünün əbədi uyduğu vətəndə vətən qardaşları tam zillət və pərişan halda yaşayırlar. 

Tezliklə vətən övladı onun vərəsəsinin qəbrini qazıb, cənazəsini çiyinlərində daşıyacaqdır. Bu 

əməlin müqabilində özünü əbədi əzaba və daimi lənətə düçar edibdir. 

 

  

 



Onun sifətinə diqqətlə baxdım. Sonra şeyx dedi: 


 

465


 

  

 



“İndi də buraya bax!” 

 

  



 

Baxıb gördüm başdan ayağa atəşdən qayrılmış bir böyük salondur. Dörd tərəfdən od-alov 

hasarları möhkəm bir qala kimi onu əhatə etmişdi. Bəziləri ayaqyalın idi, bir parası qızarmış 

dəmirdən ayaqqabı geymişdi. Paltarlarının ətəklərini yuxarı qaldırıb, qıçları çılpaq o tərəf-bu 

tərəfə qaçırdılar. Sanki çıxış yolu axtarırdılar. Lakin heç bir nicat yolu tanmırdılar. Dilləri uzanıb 

döşlərinə düşmüşdü. Yayın istisində ləhləyən it kimi bir dəqiqə belə rahatlıqları yox idi. Elə bir 

əzaba düçar olmuşdular ki, sözlə ifadə etmək mümkün deyildi. Şeyx soruşdu:  

 

  



 

“Nə görürsən?” 

 

  

 



Gördüklərimi söylədim. Buyurdu:  

 

  



 

“Düzgün görmüsən. Bunlar tənbəllik, arsızlıq və qeyrətsizlik üzündən halal iş dalınca getməyib, 

darğa şagirdi, fərraş və cəllad olmuşlar. Əlsiz-ayaqsızlara zülm edib, onları incitmişlər. Bunlar 

gərək anlaya idilər ki, şəhvətin əvvəli kefdir, axırı əzab. Bunların haqqında deyilmişdir: "Hədləri 

aşanlar əbədi olaraq oda düçar olacaqlar. Bu isə böyük əzabdır".” 

 

  



 

Mən ixtiyarsız olaraq ərz elədim:  

 

  

 



“Ya şeyx, soruş görüm, məni döyən Qəzvin fərraşbaşısı, minlərlə aciz və qərib adamlara əza-

cəza verən Şiraz fərraşbaşısı Hacı Ağacan və İsfahan darğası Məhəmməd Sadıqqulu da onların 

arasındadırmı?” 

 

  



 

Şeyx dedi: 

 

  

 



“Burada sual-cavab eləməyə haqqımız yoxdur. Bax rəqəmlərinə, onda sənə hər şey məlum olar.” 

 

  



 

Sonra şeyx buyurdu:  

 

  



 

466


 

“İrəli gəl.” 

 

  

 



İrəli gedib, zənanə hamamına oxşar izdihamlı bir yer gördüm. Qadınlar hirslənib bir-birinə 

qarışmışdılar. Hər ağızdan bir avaz gəlirdi, hamısı danışırdı, heç nə başa düşmək mümkün 

deyildi. Gah qışqırıb deyirdilər: "Ay məlun, mənim haqqımı ver. Yaxandan əl çəkən deyiləm, 

haqqımı alacağam". Arası kəsilmədən bu kimi sözlər eşidilirdi. Lakin məlum deyildi ki, kim 

deyir, kim eşidir; yaxud söhbət nəyin üstündədir. Şeyx soruşdu:  

 

  



 

“Nə görürsən?” 

 

  

 



Dedim: 

 

  



 

“Deyəsən, qadınların deyişməsidir. Amma məlum deyil ki, kim nə istəyir, cəncəl nə üstədir? 

Yalnız qarğış və lənət eşidirəm. Nə üçün, kim üçün? -- bilmirəm. Bəlli deyil danışan kimdir, 

eşidən kim; alan kimdir, verən kim.” 

 

  

 



Dedi: 

 

  



 

“Bu qədər bilirəm ki, onlar çoxarvadlı kişilərin arvadlarıdır. Ərləri onlarla ədalətli rəftar 

etməmişlər. İndi onlar öz ərlərindən şikayət eləyirlər. Əzab amilləri isə onların ərini həbs eləyib, 

bir-bir göstərir. Əgər ərlərinin yaxası əllərinə keçsə arvadlar qiyaməti gözlərinin qabağına 

gətirərlər.” 

 

  



 

Dedim: 


 

  

 



“Ya şeyx, bəs bunların aqibəti necə olacaq?” 

 

  



 

Dedi: 


 

  

 



“Hər kəs zülmünə və çövrünə görə cəzalanacaq. Ondan sonra bəzisi xilas və bir parası əbədi 

əzaba düçar olacaqlar.” 




 

467


 

  

 



Mən sızıldayıb icz ilə dedim: 

 

  



 

“Ya şeyx, bu ürək ağrıdan hadisələri görməyə daha taqətim qalmamışdır. Əlim ətəyində, amanın 

günüdür, sənə yalvarıram, allah rizasına, məni xilas elə. Mən bilirəm ki, xilas olmağım sənin 

meylindən və hümmətindən asılıdır.” 

 

  

 



Şeyx dedi: 

 

  



 

“Qəbul eləyirəm, bu şərtlə ki, tövbə eləyəsən, bir daha bir adamın ürəyinə dəyməyəsən, qəzavü 

qədər nəticəsində bir kor olduqda onun eyibini üzünə vurmayasan, örtülü saxlayasan.” 

 

  



 

Ədəblə diz çöküb, ətəyini tutdum, ağlayıb yalvardım, sonra dedim: 

 

  

 



“Əfv elə, əfv elə, rəhm elə, rəhm elə, ya şeyx! Tövbə, tövbə!” 

 

  



 

Gördüm bu qədər əziyyətdən sonra şeyx yenə də öz dediyinin üstündə durub, hirsi soyumayıb. 

Bir daha acizanə şəkildə dedim: 

 

  



 

“Şeyxəna, mən bu pillələri çıxmağa qadir deyiləm, düşmək asan olduğu halda mənim taqətimi 

kəsdi, qərarımı əlimdən aldı, yuxarı çıxarkən mən nə edəcəyəm?” 

 

  



 

Buyurdu: 

 

  

 



“Öz nalayiq danışığından peşiman olub, insanların könlünə toxunmağı tövbə elədiyinə görə bu 

pillələri çıxmaqdan azad oldun.” 

 

  

 



Dedim: 

 

  




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə