İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə150/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   146   147   148   149   150   151   152   153   ...   160

 

456


 

“Ya şeyx, dediyimə peşiman oldum, tövbə elədim, üzr istəyirəm, məni bağışla! Mən bilirəm, 

daha bizim bundan irəliyə getməyimiz mahaldır. Bu ehramın sonu təhlükəli, xətərli bir 

mağaradır.” 

 

  

 



Şeyx dedi: 

 

  



 

“Ehramı keçdik. Mən sənə dedim ki, səni cəhənnəmə aparıram, gəl!” 

 

  

 



Dedim: 

 

  



 

“Əlimi burax, ağrıyır.” 

 

  

 



Dedi: 

 

  



 

“Mən sənin əlini buraxmağın vaxtını bilirəm.” 

 

  

 



İlahi, nə eləyim. Söyüd yarpağı kimi əsirdim. Bu nə bəladır ki, mənim başıma gəldi. Mən 

haradan bu korun kirinə düşdüm?! 

 

  

 



Qorxa-qorxa gedib bir yerə çatdıq. Şeyx dedi:  

 

  



 

“Daha qaça bilməzsən, indi əlini buraxıram.” 

 

  

 



Aşağıya doğru gedən bir pilləkana çatdıq. Şeyx dedi: 

 

  



 

“Mənim əsamın başından tut, yavaş-yavaş arxamca gəl.” 

 

  

 




 

457


Asta-asta aşağı düşməyə başladıq. Bir, iki, üç, dörd, beş -- nə qədər getdik, qurtarmadı. Mindən 

çox pillə endik, gördüm qurtarmaq bilmir. Yalvararaq dedim: 

 

  

 



“Ya şeyx, daha yoruldum, qıçlarımın damarları qırıldı, taqətim kəsildi. Bu bəladan nə vaxt xilas 

olacağam? Biz yerin yeddinci qatından da keçdik, bəs sonuncu mənzilimiz haradadır?” 

 

  

 



Dedi: 

 

  



 

“Cəhənnəmdir, indicə çatarıq.” 

 

  

 



Birdən burnuma üfunət iyi dəydi. Sanki odda leş və ya sümüklə tük yandırırlar. Üfunətdən, 

iyrənc qoxudan az qalırdı beynim partlasın. Yenə də bir neçə pillə aşağı düşdük. Qoxunun 

şiddətindən beynimdən tüstü qalxdı. Gözlərim yaşardı, daha artıq işgəncəyə düçar oldum. Bir 

tərəfdən qorxu, vahimə, üfunət iyi, qəliz tüstü, digər tərəfdən də işimin aqibəti məni düşündürdü. 

Hönkür-hönkür ağlamağa başladım. Şeyx dedi: 

 

  



 

“Ağlamağını kəs, yoxsa səni burada qoyub gedərəm.” 

 

  

 



Qorxumdan nəfəsimi köksümdə boğub ağlamağımı uddum. Sonra soruşdum: 

 

  



 

“Nə qədər gedəcəyəm?” 

 

  

 



“Bir neçə pillə qalıbdır,” -- dedi. -- “Pillələrin qurtarmasına o qədər qalmayıbdır.” 

 

  



 

Doğrudan da, az sonra pillələr sona çatdı. Odun işığı göründü, geniş, zil qaranlıq bir vadi 

qarşımıza çıxdı. Ahü nalə, zarıltı, əl-aman və ax-vay səsləri gah ucadan, gah da astadan 

eşidilməyə başladı. Soruşdum: 

 

  

 



“Ya şeyx, bura haradır?” 

 

  



 


 

458


Dedi: 

 

  



 

”Cəhənnəmdir, ancaq iranlıların cəhənnəmidir.” 

 

  

 



İndi təsəvvür etmək olar ki, mən cəhənnəm adını eşitcək nə hala düşdüm. Bədənim titrəməyə 

başladı, söyüd yarpağı kimi əsirdim. Bəzən fikirləşib öz-özümə deyirdim: "Bu şeyx sehr-caduçu 

imiş, biz heç bunu bilməmişdik". Gahdan da düşünürdüm ki, inşaallah, yuxu görürəm. 

 

  



 

Bir qədər də yaxına gedib gördüm oddan kürsülər düzəldib, hərəsinin də üstünə bir adam 

əyləşdirmişlər. Kürsülər bir-birindən neçə metr aralı qoyulmuşdu. 

 

  



 

Şeyx soruşdu: 

 

  

 



“Nə görürsən?” 

 

  



 

Dedim: 


 

  

 



“Oddan qayrılmış taxt görürəm. Hərəsinin də üstündə bir adam oturub.” 

 

  



 

Dedi: 


 

  

 



“Diqqətlə baxdınmı?” 

 

  



 

Dedim: 


 

  

 



“Bəli.” 

 

  



 

Soruşdu: 




 

459


 

  

 



“Nə eləyirlər?” 

 

  



 

Dedim: 


 

  

 



“Birinci taxtda əyləşdirilmiş adamın hər çiynindən oddan yaranmış bir ilan çıxıb, alovlu dili ilə 

onun ağzını, burun-qulağını yalayır. Bir nəfər də cəhənnəm maliklərindən mis lövhəni dəmirçilər 

kimi cəhənnəmin kürəsində qızardıb, zindan kimi onun başına qoymuş, ətrafında dayanmış neçə 

nəfər başqa cəhənnəm maliki əllərindəki ağır gürzlə o atəşin lövhəni döyəcləyirlər.” 

 

  

 



Şeyx dedi: 

 

  



 

“Yaxşı gördünmü?” 

 

  

 



Dedim: 

 

  



 

“Bəli, ancaq onun kim olduğunu bilmədim.” 

 

  

 



Cavab verdi: 

 

  



 

“Bu haman adamdır ki, ilk dəfə olaraq İran əhalisinə zülmü rəva gördü. Min il padşahlıq elədi.” 

 

  

 



Onun oturduğu taxtın haşiyəsinə baxıb gördüm 829 rəqəmi yazılmışdır. 

 

  



 

Bir az da getdik. Gördüm bir nəfər firəngi qiyafəsində odlu hasarla əhatə olunmuş böyük bir 

salonda o tərəf-bu tərəfə qaçır, çıxış yolu axtarır, lakin tapa bilmir. Dili ağzından çıxıb döşünə 

sallanmışdı. Hey qışqırıb kömək istəyirdi. Ancaq səsinə səs verən yox idi. 

 

  

 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə