İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə153/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   149   150   151   152   153   154   155   156   ...   160

 

468


 

“Bəs bu uzun məsafəni necə keçib yuxarı qalxacağam?” 

 

  

 



Buyurdu: 

 

  



 

“Təmiz ürək, saf niyyətlə gözlərini yum, mənim əsamın başından tut, ancaq mənim iznim 

olmadan gözlərini açma, üç dəfə salavat çevir.” 

 

  



 

Onun dediyi kimi etdim. Bir qədər keçdikdən sonra dedi: 

 

  

 



“Əsamı burax, gözlərini aç!” 

 

  



 

Gözlərimi açarkən özümü geniş, işıqlı bir səhrada gördüm, rahatlıqla nəfəs çəkdim, azca 

dincəldim. Ancaq daha məndə bu şeyxin mahir bir cadugər və sehirçi olması haqda heç bir şübhə 

yeri qalmadı. Fəqət biz bunu əsla bilmirdik. Qanım əvvəlkindən daha artıq coşmağa başladı. 

Çünki şeyx dedi: 

 

  



 

“Mən bu kor gözlərimlə səni zülmət dünyasında gəzdirib işıqlı aləmə çıxartdım. İndi bu şəhla 

gözlərinlə mənim bələdçiliyim daha lazım deyil, özün gedib məqsədə çata bilərsən.” 

 

  



 

Dedim: 


 

  

 



“Ya şeyx, aman günüdür, qurbanın olum, mən buradan gedib bir yana çata bilmərəm; avara-

sərgərdan qalmışam, hansı tərəfə getməli olduğumu bilmirəm.” 

 

  

 



Şeyx əsası ilə bir tərəfə işarə eləyib dedi:  

 

  



 

“Bu tərəfə get!” 

 

  

 




 

469


Onun göstərdiyi səmtə baxıb demək istədim ki, tək gedə bilmərəm. Ancaq dönüb ona sarı 

baxdıqda şeyxi görmədim. Gözümdən itmişdi. İki əlli başıma vurub dedim: "Vay mənim halıma! 

İşim yaxşı olmaqdan daha da pis oldu". Əlacsızlıq üzündən oturub vahimədən əsə-əsə ağladım, 

öz-özümə dedim: "Başıma nə çarə qılım. İnsan izi olmayan bu biyabanda tək-tənha nə eləyim, 

hansı tərəfə gedim?!" 

 

  



 

Ancaq səhra tamamilə işıq idi. Hərçənd ki, nə günəşdən, nə aydan, ulduzlardan, nə də başqa bir 

işıq saçan mənbədən iz-əsər yox idi. Həm də göz işlədikcə bu səhranın dörd tərəfi açıqlıq və boş 

idi. Nə üfüq görünürdü, nə də şərq, qərb, cənub, şimal səmtləri anlaşılırdı. Mən öz yazıq 

vəziyyətimə görə ah və nalə eləyir, göz yaşları axıdırdım, qəm-qüssə dəryasına qərq olub, heç 

baş aça bilmirdim ki, indi gündüzdür, ya gecə. Nə bir qəmxarım var idi, nə də bir ürəyi yananım. 

Dedim: "Lənətə gələsən, ay cadugər şeyx! Gör bircə doğru söz üstə məni nə kimi müsibətlərə 

düçar elədin, gör başıma nə oyunlar açdın!" Bir tərəfdən də özümü danlayıb deyirdim: "Böyüklər 

buyurmuşlar -- küfr ilə iman arasında bircə kəlmə, behişt ilə cəhənnəm arasında bircə addım 

fasilə var". 

 

  

 



Nə qədər başları vermiş bada dil,  

 

Başının düşmənidir dil, bunu bil. 



 

  

 



Dildən qopub, ağızdan çıxan bir kobud sözün cəriməsini cəvahirlə dolu xəzinə ilə ödəmək 

mümkün deyil. Söz yarasını min cərrah belə sağalda bilməz. 

 

  

 



Dil yarası, hamı bilir, sağalmaz,  

 

Qılınc yarasının heç yeri qalmaz. 



 

  

 



Müdrik adamlar buyurmuşlar: "Ağızdan çıxan sözü geri qaytarmaq olmaz. Ağızdan çıxan söz 

kamandan çıxan ox kimidir, onların heç birisini təzədən öz yerinə qaytarmaq mümkün deyil. Söz 

deyilməyincə onun ixtiyarı səndədir, onu gizlədə bilərsən, deyiləndən sonra onu ört-basdır 

eləmək olmaz". 

 

  

 



Xülasə, çox götür-qoy elədim. Yadıma bir rəvayət düşdü. O rəvayətin mövcibincə, hər bir çətin 

işdə püşk atmaq tövsiyə olunurdu. Mən də dörd tərəfdən birinə doğru getmək üçün püşk atmaq 

qərarına gəldim. Dörd şeyə dörd tərəfin adını qoyub atmaq və onların içində qiblə tərəfindən 

getmək əzmində oldum. 

 

  

 




 

470


Cibimdə iki sikkə, bir möhür, bir də karandaş var idi. Onları çıxarıb atdım. Haman niyyətlə 

cənuba doğru yola düşdüm. Əvvəldən də ürəyim bu tərəfə getməyə fitva verirdi. Yola düşən 

kimi ətirli, mülayim bir külək əsməyə başladı. Onun ruhu oxşayan, ətir saçan qoxusu mənə ləzzət 

verdi. Allaha təvəkkül eləyib dedim: "Dost yolunda boran olar, qar olar". 

 

  

 



Yola düşüb əzmlə addımlamağa başladım. İrəlilədikcə ətrin qoxusu artırdı. Müşk-ənbər iyi mənə 

təzə ruh bağışlayırdı. Hər addımda şövqüm artırdı. Könlüm açıldı, müşk-ənbər iyi dimağımı 

oxşadı! Sanki məni gözə görünməz bir qüvvə özünə tərəf çəkirdi. Hava nəhayət dərəcədə saf idi, 

getdikcə daha da fərəhli və könülaçan olurdu. Nəsim öz xoş ətri ilə İsanın nəfəsi kimi ölüyə can 

bəxş edirdi, cansız bədənə ruh verirdi. Öz-özünə bu rübai dilimə gəldi: 

 

  



 

Badi-səba, nə fərəhli əsirsən,  

 

Hansı yarın diyarından gəlirsən?  



 

Doğru söylə, sən harada olubsan?  

 

Ey toz, sən də gözə tanış gəlirsən. 



 

  

 



Bir az da getdim. Yaşıl, səfalı bir çəmən göründü. Hər tərəfi lalə, gül-çiçəklə dolu idi. Gül 

yarpaqlarının üzərindəki şeh damcıları iri dürr danələrinə oxşayırdı. Bu könülaçan yaşıllığı görən 

kimi könlümün quşu qanad çalmağa başladı. Sürətimi bir qədər də artırdım. İxtiyarsız olaraq 

qaçmağa başladım. Uzaqdan sərvə oxşayan yaşıl ağaclar başını göylərə qaldırmış, budaqlarında 

qumrular, kəkliklər yuva salmışdı. Yəqin etdim ki, abadlığa yaxınlaşıb, yolun əzab-əziyyətindən 

canımı qurtarmışam. Nəhayət, ağacların yanına gəlib çatdım. Lakin imarətdən, daşdan, palçıqdan 

heç bir əsər görünmürdü. Ağacların budaqları baş-başa verib, geniş bir səhranın ətrafını əhatə 

etmişdi. Bir az da irəli gedib, birdən yaşıl ağaclardan düzəlmiş tağ şəklində darvaza gördüm. 

Onun sağında və solunda üzü nurani, xoş ətirli, qara saçlı iki cavan dayanmışdı. Lövhəsiz 

darvazanın başında bu sözlər yazılmışdı: 

 

  

 



"Ya həqq, ya mədəd!" 

 

  



 

Ədəb-ərkanla irəli gedib salam verdim, ikisi də "əleykəssəlam" dedilər. Dedim: 

 

  

 



“Ağalar, mən bu diyarda qəribəm, özü də pərişanhalam, bilmirəm bura haradır, bu darvazadan 

içəri keçmək olar, ya yox?” 

 

  

 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə