İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə156/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   152   153   154   155   156   157   158   159   160

 

478


Dedim: 

 

  



 

“Amandır, de görüm, orada əyləşmiş gözəl cavan, əzəmətli padşah kimdir? Bu imarət 

onundurmu? Ya başqasınınkıdır? Məndə ki, taqət qalmayıbdır. Allah rizasına cavab ver, daha 

dözə bilmirəm.” 

 

  

 



Qoca dedi: 

 

  



 

“Heç təvəqqe lazım deyil, burada xahiş, tərif, tövsif qadağandır. Əgər savadın varsa oxu.” 

 

  

 



O, şəhadət barmağı ilə yuxarıya işarə elədi. Gördüm müşəşə və nurani xətlə "Bura İbrahimin 

məqamıdır" yazılmışdır. "Allahu əkbər" deyib, təkrar elədim: "Bura İbrahimin məqamıdır". 

Bunu oxumuşdum, indi o məqamı gözümlə gördüm. İxtiyarsız olaraq dedim: 

 

  



 

“Ey xeyir və ehsan mənbəyi olan qoca, mən bu məqamın sahibinin əlini öpmək feyzinə nail ola 

bilərəmmi?” 

 

  



 

Dedi: 


 

  

 



“Əlbəttə, öz arzuna çatacaqsan. Lakin indi onların gəzmək vaxtıdır. Çox yubanmazlar, 

qayıdarkən, inşaallah, sənin xahişini yerinə yetirərəm, səni onunla görüşdürərəm.” 

 

  

 



Soruşdum: 

 

  



 

“Siz haralısınız? İranlıya çox oxşayırsınız, nə vaxtdan burada məkan salıb yaşayırsınız?” 

 

  

 



Dedi: 

 

  



 


 

479


“Ay allah bəndəsi, mən heç bir yerli deyiləm. Bu qəsrin sahibi belə paltarı xoşladığına görə mənə 

buyurmuşdur ki, onun qulluğunda bu görkəmdə hazır olum. Bu cənnət bağının və onun bütün 

huri və qılmanlarının başçılığı mənə məxsusdur.” 

 

  



 

Bu əsnada xəbərdarlıq şeypuru çalındı. Bütün günəş üzlülər, pəri-peykərlər qaçıb qəsrin 

pilləkanlarının yanında sağ və sol tərəfdə sıraya düzülüb hörmət mərasimini yerinə yetirmək 

üçün dayandılar. Hamısı əllərini döşünə qoyaraq, səssiz-səmirsiz kamali-ədəb və vüqarla ruhsuz 

heykəllər kimi dayanıb yerə baxırdı. Onların camalının nuru yeri, göyü işıqlandırırdı. Öz 

ağalarının intizarında zəlil bəndə kimi bir yerdə quruyub qalmışdılar. 

 

  

 



Qəribəsi bu idi ki, bu dəstədən olan hurilərin heç birisi geyim və görkəm etibarilə bir-birinə 

oxşamırdılar. Əgər Mani də burada olsaydı, onların gül camalını, rəna qəddü-qamətini görcək 

heyran qalıb barmağını dişlərdi. Heç kəs belə gözəl şəmayil çəkməyə qadir deyil. 

 

  



 

Xülasə, bir az keçməmiş, İranda olan təxti-rəvanlar kimi bir təxt hazır oldu. Pilləkanların 

yanında yerə qoyuldu. Gül üzlü, pərişan zülfləri çiyinlərinə tökülmüş, sərv boylu bir nazəninlə 

qılman kimi gözəl bir oğlan qollarını bir-birinin boynuna saldıqları halda taxta tərəf gəldilər. 

Camallarının şövqü aya və günəşə işıq saçırdı. Onları huri və qılmana belə oxşada bilmərəm. 

Huri də, qılman da onlardan nur alırdılar. Onlara mələk desəm də yanılmış olaram; çünki 

mələklər də gözəllikdə onlara tay ola bilməzdilər. Dağ kəkliyi onlardan yeriş öyrənir, Xəta ahusu 

isə onların baxışından dərs alırdı. Tavusun çətri o rəna pərinin ətəyindən bir nişanə idi; arxadan 

iki arşın uzanmış olan ətəyi yeri bəzəyirdi. 

 

  



 

Xülasə, onların heç bir təşbih və tövsifə ehtiyacı yox idi. Mən hər nə desəm ondan yaxşı idilər. 

Xəyal qüvvəsi onları təsvir etməkdən acizdir, təfəkkür isə onları düşünməyə qadir deyil. O huri 

başdan ayağa işvə və nazdan yaranmışdı. Nazənin bədənini xalis ipək parça ilə örtmüşdü. Qolları 

dirsəyə qədər görünürdü. Bədəni xam gümüş kimi idi. Taxtın xadimləri misilsiz cəvahirlərlə 

bəzənmiş pərdəni yuxarı qaldırdılar. Sanki ay günəşin qolundan tutdu. O nazlı dilbər min işvə-

naz ilə taxta əyləşdi. Sonra sevgili öz məhbubəsinin solunda oturdu. Guya onu qorumaq üçün 

nəzakətlə əlini onun belinə salıb saxladı. 

 

  

 



Qol-boyun olmuşlar həvəslə onlar,  

 

Könüldə məhəbbət, başqa sevgi var. 



 

  

 



Taxt yuxarı qaldırıldı. Bunlar isə başlarını pəncərədən çıxarıb, hörmət üçün sıraya düzülmüşlərə 

dəsmal silkələyib vidalaşdılar. 

 

  

 




 

480


Sırada dayananlar kəmali-ədəb və tavazö ilə təzim edib onlara cavab verdilər. Mən bu 

gözlənilməz mənzərəyə valeh olub heyran qalmışdım. Çünki heç bir paytaxtda heç bir sultanın 

belə cəlal və şövkəti nə görünüb, nə də eşidilibdir. Bunları vəsf etmək üçün yeganə çarə öz 

iczimi etiraf etməkdir. Onların haqqında mədh söyləmək həcv demək kimidir. Doğrudan da, tərif 

üçün nə söyləsəm onları tərif etmək deyil, həcv etmiş olaram. 

 

  



 

Min qərinə onun vəsfini etsəm,  

 

Yüz mindən birini söyləyə bilməm. 



 

  

 



Bilmirəm öz heyrət və təəccübümü vəsf eləyim, ya onların qəribə əhvalını və işlərini. 

 

  



 

Çiyninə tökülmüş qulac hörüklər,  

 

Görən həsrət ilə barmağın dişlər.  



 

Salmış saçlarının hər bir həlqəsi  

 

Qılman qulağına qulluq həlqəsi.  



 

Bənövşə vurulmuş gül yanağına.  

 

Nəsrin qibtə edər ağ buxağına.  



 

Mişktər, tökülmüş sanki kafura,  

 

Qaranlıq sarılmış elə bil nura. 



 

  

 



Dedim: 

 

  



 

“Ey bu yolun qoca Xızrı, lütf eləyib buyur görüm, onlar nə vaxt qayıdacaqlar? Onları görmək 

şövqü mənim tabü təvanımı kəsdi, daha intizar taqəti məndə yoxdur. Amanın günüdür, əlim 

ətəyindədir.” 

 

  

 



Eşqinin oduna oldum giriftar,  

 

Sevgisinə qəlbən oldum xəridar.  



 

İztirab dalğası başımdan aşdı,  

 



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə