İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə159/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   152   153   154   155   156   157   158   159   160

 

489


 

“Sən gəl bizim halımızı soruşma,  

 

İraq düşdün, dərdə saldın, danışma. 



 

  

 



Biz iki aşiqin iş-peşəsi ağlamaqdır. Hər gün səhər anan Səkinə ilə qəbristanlığa gedir, axşamadək 

ağlayırlar. Axşam isə bu qəmli, kədərli, hicran bəlasına giriftar olmuş qocanın növbəsi çatır. 

Qəbrinizin üstünə gedib, gözümdən həsrət yaşı tökürəm, o pak türbənin torpağını başıma 

sovururam, yorulub əldən düşəndən sonra ürəyim yana-yana, gözlərimdən yaş axa-axa sərsəri 

kimi evə gəlirəm, dizlərimi qucaqlayıb tənha əyləşirəm. Nə bir munisim var ki, ürəyimi ona 

boşaldım, nə də bir həmdərdim var ki, mənə təsəlli versin. Uzun gecələr qüssə, kədər mənim 

həmdəmimdir. Qoca anan Züleyxa kimi Misir Yusifinin hicran dərdindən o qədər ağlamışdır ki, 

gözləri tutulmuşdur. Həyatda onun üçün ahu nalə və dərdli könüldən başqa bir şey qalmamışdır. 

İndi ki, siz bu cəlal və əzəmətlə rahat yaşayır, şən həyat sürürsünüz, bəs nə üçün bizi öz yanınıza 

çağırmırsınız? Biz də sizi görməklə təsəlli tapardıq, həm də sizin şad günlərinizdə iştirak 

edərdik. 

 

  



 

Yox mənim səbrim, məni öz yanına dəvət elə,  

 

Ya ki, allahdan mənə, paksan, bir az taqət dilə.” 



 

  

 



Dedi: 

 

  



 

“Əmican, hər bir işin öz vaxtı var. Əlbəttə, siz də gələcəksiniz, lakin sizin öhdənizdə bir neçə 

vəzifə var, gərək onları yerinə yetirəndən sonra gələsiniz.” 

 

  



 

Dedim: 


 

  

 



“Qurbanın olum, o vəzifələr nədir, buyur, yerinə yetirim.” 

 

  



 

Dedi: 


 

  

 



“Əvvəlcə, gərək Səkinəni ərə verəsiniz ki, bizim nəslimiz kəsilməsin; ikincisi, atamın irsindən 

qalan hissədən Səkinə hər nə istəsə müzayiqə etməyəsiniz. Hətta hamısını belə istəsə, ona 

verəsiniz. Yox, əgər öz hissəsilə kifayətlənsə, malın üçdə biri onundur, mənim payım olan iki 

hissəni mötəbər bir banka tapşırasınız, orada qalsın. Elə ki, İranda qanun və şəhər idarəsi təsis 




 

490


olundu, onda əvvəlcə vətənimin qərib və adamsız xəstələri üçün altmış çarpayılıq bir xəstəxana 

tikdirəsiniz, onun illik xərcini hesab edib, gəliri ilə həmin xərci ödəyə biləcək mülklər alasınız və 

o xəstəxanaya vəqf edəsiniz. Millətin yetim balaları üçün yüz əlli nəfərlik bir məktəb binası da 

tikdirəsiniz. Uşaqların paltar, yemək, hətta müəllimlərinin asayişi və dolanacağı üçün lazım olan 

vəsaiti hesablayasınız və vəsait ayırasınız. Bu vəsaiti ödəyə bilən bir mülk alıb, həmin məktəbə 

vəqf edəsiniz. Üçüncüsü, mənim "Səyahətnamə"mi əvvəldən axıradək çap edin. Məndən bir 

evlad qalmadı ki, adım yada düşsün, qoy bu kitab mənim evladımı əvəz etsin, vətəndaşlarım 

mənim adımı unutmasınlar. 

 

  

 



Yaxşıdır kişidən qala yadigar,  

 

Getsə də, yadigar onu yaşadar.” 



 

  

 



Əvvəlcə bu sözləri cəfəngiyyat hesab edib, mənim adımı pisliklə yad etsələr də, sonralar ölkə 

asayiş üzü görər, xalq cəhalətin zülməti və istibdadın boyunduruğundan xilas olar. Onda bu kitab 

mənə gözəl ad qazandırar, hər kəs onu oxusa, məni xeyir-dua ilə yad edər.” 

 

  



 

Dedim:  


 

  

 



“Qurbanın olum, bütün bu bağ və imarətlər sizinkidirmi?” 

 

  



 

Dedi:  


 

  

 



“Bəli, hamısı bizimkidir.” 

 

  



 

Dedim: 


 

  

 



“Burada dost-aşna və həmsöhbətiniz varmı? Bir adamla get-gəl eləyirsinizmi? Yoxsa yalqız 

yaşayırsınız?” 

 

  

 



Dedi: 

 

  



 


 

491


“Vardır.” 

 

  



 

Dedim: 


 

  

 



“Kimlərdir, onları mən tanıyıram, ya yox?” 

 

  



 

Dedi: 


 

  

 



“Bilmirəm tanıyırsan, ya yox, amma onlar məni tanıyırlar. Bizim olduğumuz yerin yuxarı 

mərtəbəsində Mirzə Təqixan Əmirnizam olur. Biz gələn kimi görüşümüzə gəldi.  

 

  

 



O bəzən vətəndən, xüsusilə Ərdəbil qalasından söhbət düşəndə ağlayır.” 

 

  



 

Dedi: 


 

  

 



“Mümkün qədər vətən sevgisini ürəyindən çıxartma, onun məhəbbətini gündən-günə daha da 

dərinləşdir. Milli təəssübdə möhkəm çalış, vətən sevgisi badəsini iç. Bu mərtəbə və məqama heç 

kəs çata bilməz, ancaq o adamlar nail ola bilərlər ki, bu gözəl xasiyyətə və əxlaqa malik olsunlar. 

Mən cavanam, sizin şagirdinizəm, siz mənim qocaman müəllimimsiniz. Ancaq məndən sizə 

vəsiyyət -- gec gəlməyin eybi yoxdur, gec gəl, amma yaxşı gəl. Vətən sevgisini ürəyində 

möhkəmləndir. Könlünü vətən sevgisi ilə təmizlə, gözlərini vətən məhəbbəti ilə işıqlandır, gec 

gəlməkdən qorxma!” 

 

  



 

Sən bu murdar qabı yaxşıca bir yu,  

 

Sonra o qədəhə tök kövsər suyu.  



 

Çoxdur Loğman kimi haziq həkimlər,  

 

Lakin hər xəstəyə məcun verməzlər.  



 

Mümkündür mətləbin bir az gecikə,  

 

Darıxma, səlahın ondadır bəlkə.  



 

Nakamlıq odunda yanmalısan sən,  




 

492


 

Hər aşqardan təmiz olmalısan sən. 

 

  

 



Bu vaxt bağa tərəf baxıb, o vaxtadək görmədiyim meyvələrin, güllərin, ağacların adını, tamını 

soruşmaq istədim. Birdən gördüm ki, bağda nim kimi valeh və heyran olan üç nəfər çiyinlərində 

əba, başlarında papaq gəlir və təəccüblə ətrafa baxırlar. Onları İbrahim bəyə göstərib dedim: 

 

  



 

“Bax, yenə də bizim həmvilayətlərimiz gəlirlər. Bir adam göndər, onları buraya gətirsin. Görəsən 

necə olub ki, gəlib buraya çıxmışlar.” 

 

  



 

Dedi: 


 

  

 



“Adam göndərməyə heç bir lüzum yoxdur, onlar özləri gələcəklər.” 

 

  



 

Dedim: 


 

  

 



“İzn verməmisən, onlar neçə gələ bilərlər?” 

 

  



 

Dedi: 


 

  

 



Canı bir, dili bir olan iki yar,  

 

Dodaq tərpənmədən deyər, danışar. 



 

  

 



“Kamil insan hər nəyə meyl göstərsə, onun istəyi yerinə yetər, cazibə qüvvəsi onu öz tərəfinə 

çəkər. Mən nəzərimi onlara tərəf yönəltdiyimə görə, onlara da qeybdən ilham oldu ki, mən onları 

istəyirəm.” 

 

  



 

İmanda, hikmətdə sən kamil olsan,  

 

Quşların da dilin bilərsən asan.  



 


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə