İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə158/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   152   153   154   155   156   157   158   159   160

 

485


  

 

Xülasə, vətəndən başqa bir şeyə sevgi bəsləmək şəhvətpərəstlik və heyvani hissləri 



sakitləşdirməkdən başqa bir şey deyildir. Belə bir eşqi mədh etmək həqiqətdə onu təkdir etmək 

deməkdir. Çünki bununla yalnız onların şəhvətpərəstliyi bir növ ifşa olunur. 

 

  

 



Əlqərəz, onlar yuxarı çıxdılar. Mən qocanın ətəyindən tutub dedim: 

 

  



 

“Amandır, əhdə vəfa etmək imandandır. Allah rizasına, fürsəti əldən vermə, mənim müşkülümü 

həll elə, daha taqətim üzüldü, dözə bilmirəm.” 

 

  



 

Qoca dedi: 

 

  

 



“Adını, vilayətini söylə.” 

 

  



 

Dedim: 


 

  

 



“Adım Yusifdir, atamın adı Abdulladır, doğulduğum yer İrandır, Misirdə yaşayıram, burada 

kimsəsiz və qəribəm.” 

 

  

 



Qoca yuxarı çıxdı. Mən tam vəcdlə onun qayıtmasını gözləyirdim. 

 

  



 

Az sonra sevgililərin ikisi də başlarını otağın kiçik qapısından çıxarıb məni bir-birinə göstərərək 

dedilər: "Odur, özüdür". Sonra əllə, yaylıqla işarə edib, məni yuxarı çağırdılar. 

 

  



 

Bu əsnada qoca cəld aşağı düşdü. Hələ pilləkanların başından əl ilə işarə edib dedi: "Yuxarı gəl". 

Getdim. Qoca dedi: 

 

  



 

“Bəxtin sənə yar oldu, tale üzünə güldü, arzuna çatdın. Onlar səni tanıyırlar, səndən daha çox bir 

şövqlə səninlə görüşmək istəyirlər.” 

 

  




 

486


 

Mən yuxarı çıxıb, otağa daxil oldum. İkisi də əllərini boynuma salıb, məni qucaqladılar. Mən 

onların bu işinə lap təəccüb elədim, mənə elə gəldi ki, bir para məzəli böyük adamlar kimi 

zarafatı xoşlayırlar, məni ələ salırlar, özləri üçün məni gülmək vasitəsinə çevirmək istəyirlər. 

Bizim bir çox böyük adamlarımız və əsilzadələrimiz qoca, qərib və ya yoxsul bir adam gördükdə 

bu kimi zarafatlardan eləyir, onu bir növ ələ salırlar. Mən də onların bu hərəkətini ələ salmaq 

kimi zənn etdim. Utanıb geri çəkildim və dedim: 

 

  



 

“Əstəğfurullah, mən sizin xəyal etdiyiniz adam deyiləm. Məndə nə qabiliyyət   var ki, sizin bu 

sonsuz lütfünüzə şamil olam?” 

 

  



 

Dedilər: 

 

  

 



“Olmaya bizi tanımadın?” 

 

  



 

Dedim:  


 

  

 



“Xeyr.” 

 

  



 

Cavan barmağı ilə döşünə işarə edib dedi:  

 

  

 



“Yusif əmican, mən İbrahiməm!” 

 

  



 

Qız da öz müəlliməsindən öyrəndiyi kimi, incə və sevimli bir tərzdə sol ayağını bir qədər arxaya, 

sağ ayağını isə azca irəliyə qoyub, təzim və hörmət əlaməti olaraq başını əydi, əlini qoşa nar 

kimi olan döşünə aparıb dedi: 

 

  

 



“Əmican, kiçik kənizin Məhbubə!” 

 

  



 

Bu sözləri eşidən kimi "oğlum", "gözümün işığı" -- deyib özümü onların ayaqlarına atdım. 

Neysan yağışı kimi göz yaşları axıtdım. İbrahim bəy əlimdən tutub qaldırdı, sonra dedi: 

 



 

487


  

 

“Əmican, burada ağlamaq olmaz.” 



 

  

 



Durub dedim: 

 

  



 

“Qarşımda sənsənmi, ya ki, xəyalım,  

 

Taleyimdən mənim yox bu gümanım. 



 

  

 



Sizə qurban olum, mənim ağlamağım qəm-qüssədən deyil, əksinə, sevincdən, şadlıqdan və 

fərəhdəndir. Bununla belə ağlamaram.” 

 

  

 



Məni yuxarı mərtəbəyə apardılar. İkisi də qarşımda əyləşmişdi. Mən fikrə dalmışdım, 

düşünürdüm ki, görəsən bunlar yuxudur, ya ayıqlıq? 

 

  

 



Görəsən yuxudur, ya ki, həqiqət,  

 

O əzabdan sonra belə bir nemət. 



 

  

 



Dərin həsrətlə gözlərimi ovxalayıb bir daha baxdım, sonra dedim: 

 

  



 

“Sizə qurban olum, bilmirəm mənim qarşımda doğrudan da sizsiniz, ya sizin xəyalınızdır.” 

 

  

 



İbrahim bəy dedi: 

 

  



 

“Əmican, bizik.” 

 

  

 



Dedim: 

 

  



 


 

488


“Sizə və sizin cəlalınıza qurban olum, bu nə böyük səadət və xoşbəxtlikdir!” 

 

  



 

Qollarımı açıb ikisini də qucaqladım, öpdüm və iylədim. Dedim: 

 

  

 



“Bu qoca canım sizə fəda olsun, bura hansı aləmdir, bu səfalı işrət yeri haradır?” 

 

  



 

Məhbubə ətirli dəsmalla gözlərimin yaşını silir, gülə-gülə mənə təsəlli verirdi. İbrahim dedi: 

 

  

 



“Əmican, sizin məhəbbət və mehribanlığınızdan çox razıyam, bizi unutmadınız. Amma bilmirəm 

nə üçün sifətiniz hislidir, dəmirçi olmamısınız ki?...” 

 

  

 



Dedim: 

 

  



 

“Qurbanın olum, mənim başımın qəzavü qədəri uzundur. Amma, allaha min şükür ki, o 

müsibətdən sonra bu zəif qocanın üzünə nicat qapısı açdı. 

 

  



 

Şükr olsun allaha, ölmədik qaldıq,  

 

Əzizləri görüb mətləbə çatdıq.  



 

İndi can bəxş edir sənin vüsalın,  

 

Canımı almışdı sənin fəraqın. 



 

  

 



Kor Şeyx Qədirin mənə rast gəlib cəhənnəmi gəzdirməsini, cəhənnəmdə gördüklərimi və 

eşitdiklərimi əvvəldən axıradək danışdım. Dedi: 

 

  

 



“Yaxşı, de görüm, yazıq anamın kefi necədir, güzəranı nə vəziyyətdədir?” 

 

  



 

Dedim: 


 

  



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə