İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə154/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   150   151   152   153   154   155   156   157   ...   160

 

471


Mənə cavab vermədilər, lakin işarə ilə göstərdilər ki, salam verib daxil olmaq olar. Bəlli oldu ki, 

onlar danışmırlar, qaravulların heç yerdə danışmaq haqqı yoxdur. Bir addım da irəli keçib "Ya 

həqq, ya mədəd!" dedim və içəri girdim. 

 

  



 

Xoşavazlı tutilər, gözəl səsli bülbüllər yavaş-yavaş oxuyurdular. Müşk-ənbər qoxusu adamın 

ruhunu təzələyir, hədsiz sevinc bəxş edirdi. Gül-çiçək getdikcə artırdı. Qəlbimdə hər an yeni 

qüvvət doğur, gücüm anbaan çoxalırdı. Fərəhlə atdığım hər bir addımda sevincim artır, onun 

müqabilində dünyanın və axirətin ləzzətini unudurdum. Həqiqi sevgi cazibəsi məni elə sürətlə 

özünə tərəf çəkirdi ki, əl-ayağımı büsbütün itirmişdim. Özümü əsla saxlaya bilmirdim. Şadlıq və 

sevincimin şiddətindən uşaqlar kimi atılıb düşür, əl çalıb oynayırdım. Göz işlədikcə yaşıl ağaclar 

idi. Onların dibindən duru, saf su axırdı. Bəzən istəyirdim bu sərin, şəffaf suyun kənarında 

oturub əl-üzümü yuyam, bir qədər sərinləyəm, cəhənnəmin tüstü və kəsafətini üz gözümdən 

təmizləyəm, lakin mövhüm məhbubun vüsal şövqü mane olurdu. Mən qaça-qaça suyun kənarı ilə 

gedir və öz-özümə deyirdim: "Bu səfərdə, şübhəsiz ki, bəxt mənə yar olmuşdur, iqbal və uca tale 

məni buraya çəkib gətirmişdir". 

 

  

 



Min könül qanı ilə bəxt yetirmiş yarə,  

 

Ey gözüm, gözlə, yatarsan, daha olmaz çarə. 



 

  

 



Getdim. Birinci darvaza kimi zəfər tağını andıran ağaclarla bəzənmiş bir yerə gəlib çatdım. 

Sağında və solunda yenə də iki qaravul dayanmışdı. Bunların birinci qaravullarla fərqi yalnız 

paltarlarının rəngində idi. Bunlar al-qırmızı paltar geymişdilər. Ağacların da qol-budağı, 

yarpaqları tamamilə qırmızı idi, ləl kimi al rəngdə idi. Əvvəlki kimi irəli gedib salam verdim. 

Salamımı aldılar. Daxil olmaq icazəsi aldım. İşarə ilə izin verdilər. Tağın başında lövhə 

vurulmadan qırmızı xətlə "Ya həqq, ya mədəd!" yazılmışdı. Mən də "Ya həqq, ya mədəd!" deyib 

içəri girdim. Burada hər şey -- çəmən də, ağaclar da, süsən də, sənubər də al rəngdə idi. Mənə elə 

gəldi ki, Mars kürəsinə gəlib çatmışam. Çünki, eşitdiyimə görə, Mars kürəsində bütün ağaclar, 

göyərtilər, hətta quşların qanadları qırmızıdır. Arxlarda saf, şəffaf sular axırdı, ancaq onların da 

rəngi yaqut kimi qırmızı idi. Mən özümü anlamadan, hər şeydən xəbərsiz, mövhüm dosta çatmaq 

üçün ixtiyarsız gedirdim. Sanki məchul bir qüvvə məni özünə tərəf çəkirdi. 

 

  



 

Boynuma bir ip salıbdır sevgili,  

 

Lütfdür, nazu məhəbbət hər teli.  



 

Gah cəhənnəm, gah behiştə o çəkir,  

 

Sövq edir hər yanə kim, o istəyir. 



 

  

 



Yenə də tələsib sürətimi artırdım. Kimsəni görmürdüm ki, kefini soruşam, görsəydim də 

danışmaq macalım yox idi. 




 

472


 

  

 



Gəlib başqa bir tağın yanına çatdım. Yenə də əvvəlki qaravullar kimi, üzü nurani iki cavan tağın 

sağında və solunda dayanmışdılar. Əllərində nur saçan qızıl çomaq tutmuşdular. Tağın başında 

"Ya həqq, ya mədəd!" yazılmışdı. Onun da üstündə havada bir-birinin yanında bu hərflər bir 

sırada dayanmışdı: VƏTƏN! 

 

  

 



Qaravullara yaxınlaşıb salam verdim. Cavabını eşitdim. İçəri girmək üçün izn aldım. Əvvəlkilər 

kimi işarə ilə izn verdilər. Yenə də bunlarla əvvəlkilərin arasında yalnız paltarlarında fərq var idi. 

Bunların geyimi camaat arasında o qədər də işlənilməyən göy rəngdə idi. "Ya həqq, ya mədəd, 

ya Vətən!" deyib içəri girdim. Bircə addım irəli atan kimi qəribə bir mənzərənin şahidi oldum. 

 

  

 



Bəh-bəh, əcəb səfalı məva, nə gözəl abu həva! Hər tərəfdən sular şaqqıldayıb axır, xoş avazlı 

quşlar ağacların budaqlarına qonub cəh-cəh vururdu. Arxlardakı qumlar da dürr və mərcan kimi 

idi. Meyvə ağacları bir-birinin yanında səf çəkib dayanmışdılar. Arxların ətrafı gül-çiçək, lalə-

sünbüllə örtülmüşdü. Sərv ilə şümşad başını göylərə qaldırmışdı. Bu bağdakı ağacların yanından 

sular axıb keçirdi. 

 

  



 

Bir az da irəli gedib bir dəstə adamı bir yerə toplaşıb oturan gördüm. Bir qism də, -- bilmirəm 

huri idilər, ya qılman, ya da insan cildinə girmiş göylər mələki idilər, -- dəstə-dəstə dolanıb 

söhbət eləyir, deyib gülürdülər. Bura çəmənlik idi, yaxud həqiqi cənnət. Hamı şən və fərəhli idi, 

hamı çalıb oynayırdı. Onlar başqa bir aləmdə, bizim gördüyümüz aləmdən tamamilə fərqli bir 

aləmdə idilər. Düşmənin gözündən iraq, mən yazıq mat və məəttəl heyran olmuşdum. 

"Fətəbarəkallahu əhsənül-xaliqin" dedim. Şeyx Sədinin bir şeri yadıma düşdü. Yavaş-yavaş 

zümzümə eləməyə başladım: 

 

  

 



Lətafətli gözəl bir abu həva.  

 

Mübarək bir mənzil, ülvi bir məva;  



 

Arxların kənarı gül ilə reyhan. 

 

Jalədə yuyunmuş çiçəklər əlvan.  



 

Cərgəylə düzülmüş ağaclar uca,  

 

Gözəl dilbərlərtək qədləri rəna. 



 

Hər bir budağında xoş səsli quşlar  

 

Yüz mahnı bəstələr, min cəh-cəh vurar.  



 

Sərvi sanki gəlmiş cənnət bağından,  




 

473


 

Tuba ağacından verərdi nişan. 

 

  

 



Heyrətimin şiddətindən məndə yerimdən tərpənmək taqəti qalmadı. İstər-istəməz oturdum .... 

Yerimdən durdum, irəli gedib gördüklərimi daha yaxından diqqətlə nəzərdən keçirdim. 

 

  

 



Ay üzlülər, günəş simalılar, ahu yerişlilər, zünnar saçlılar dəstə-dəstə gələrək göz yaşı kimi duru 

sular püskürən qızıl fəvvarələrin yanında əyləşib gülümsəyirdilər. 

 

  

 



Üz deyil gördüyüm, cənnətdir yəqin,  

 

Bir cüt kəmənd idi sanki telləri.  



 

Ləltək dodaqlar göyərçin qanı,  

 

Zil qara telləri qaranquş pəri. 



 

  

 



Dildə hanı o qüdrət ki, o işvəli-şivəli pəri-peykərləri layiqincə tərifləyə bilsin. 

 

  



 

Məhcəbinlər dəstə-dəstə dayanmış, 

 

Ayüzlülər qatar-qatar düzülmüş, 



 

Yüz min bülbül olmaz yüz min çəməndə, 

 

Hər budaqda yüz min bülbül oturmuş.    



 

  

 



Əcəba, görəsən cənnət budurmu? Bu deyildirsə, bəs bura haradır? Bu sular, bu ağaclar behiştdən 

başqa harada ola bilər? Belə meyvələri heç bir göz görməmiş, onların tərifini heç bir qulaq 

eşitməmişdir. Ürəyimdən keçirdi ki, meyvələrdən bir az dərib yeyim, ya da cibimdə, qoynumda 

saxlayıb, dünyaya aparım. Ancaq qorxurdum səslənsinlər ki, "bu ağaca yaxınlaşma", sonra da bu 

mübarək yerdən qovulum. Özümü saxladım. Həva və həvəsin ardınca getmədim. Lakin yenə də 

nəfsi-əmmarənin məni aldadacağından, mənim xəcalət çəkib başı aşağılığıma səbəb olacağından 

qorxurdum. Qorxurdum ki, bunun üstündə məni bayıra atsınlar. Mən bu gülzarın və günəş üzlü 

hurilərin tamaşasından məhrum qalım, xoş avazlı quşların səsini bir daha eşitməyim. 

 

  

 



Belə bir vəziyyətdə özümü hər bir cəhətdən bəxtiyar hesab edirdim, heç nədən şikayətim yox idi, 

fəqət bir dil bilən tapmırdım ki, ondan soruşam görəm mən haradayam. 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə