İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə2/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   2   3   4   5   6   7   8   9   ...   160

 

4

Bu sədaqətli və təmiz vicdanlı tacir Misirdə sakin olduğu uzun illər boyu öz gözəl milli adət-



ənənələrini zərrəcə də olsun dəyişməmiş, yemək-içməkdə, geyimində, adamlarla rəftarında, bir 

sözlə, məişətində öz babalarının yolu ilə getmişdir. Daim vətən təranəsini zümzümə edərdi. Hər 

kəsi görsəydi, vətəninin və həmvətənlərinin əhvalını soruşardı. Özü Misirdə olsa da, ürəyi 

həmişə İranda idi. Qış gecələrində tanınmış həmvətənlərindən bir neçəsini qonaq çağırardı. 

Qonaqlıq məclislərində isə onların məşğələsi İranın tarix kitablarını və keçmiş şahların əhvalatını 

oxumaqdan ibarət olardı. Uzun illərdən bəri onun oğlunun tərbiyəçisi və müəllimi olan Mirzə 

Yusif adlı bir şəxs "Nasixüt-təvarix" kitabından Keyxosrov, Cəmşid, Bəhmən, Şapur, 

Ənuşirəvan və bunlar kimi böyük padşahların dastanlarını oxuyar, o isə qulaq asdıqca fərəhlənər, 

ürəyi qürur hissi ilə dolardı. 

 

  



 

Onun "Tarixi-Nadiri"ni oxumağa qəribə bir meyli və həvəsi var idi. Həmin kitabı o qədər 

oxumuşdu ki, əvvəldən axıradək əzbərləmişdi. 

 

  



 

Bu vətənpərvər və qeyrətli şəxs vəfat edəndən sonra onun İbrahim adlı bir oğlu qaldı. Həmin 

səyahətnamə də onun adınadır. Mən atanın vəfatından sonra onun oğlu ilə də tanış olmuşdum. 

Günlərin bir günündə Misirə güzarım düşdü. Köhnə dostluq münasibətlərinə görə birbaşa 

İbrahim bəyin evinə gedib, orada qaldım. Bir gün onun kitabxanasına baxırdım. Müxtəlif 

xətlərdə və çaplarda olan altı-yeddi cild "Tarixi-Nadiri" gördüm. Çox təəccübləndim. Öz-özümə 

düşündüm: "Bir kitabxanada eyni kitabdan Tehran, Təbriz, Bombey və başqa yerlərdə çap 

olunmuş müxtəlif nüsxələrin toplanmasının nə mənası var?" Nəhayət, bunun səbəbini İbrahim 

bəyin özündən soruşmaq qərarına gəldim və dedim: 

 

  



 

“Bu qədər "Tarixi-Nadiri"ni nə üçün buraya toplamısınız?” 

 

  

 



O dedi: 

 

  



 

“Atamdan yadigardır. O rəhmətlik bu kitabı hədsiz dərəcədə sevirdi. Bunu hamı bilirdi. Ona görə 

də həmin kitabdan harada əlyazması və ya yaxşı çap olunmuş nüsxə tapsaydılar, mərhum atamın 

yanına gətirər və yaxşı qiymətə satardılar. Hələ atam bu kitabın bir neçə cildini vəqf etdiyi üçün 

vəfatından sonra gəlib apardılar.” 

 

  



 

Xülasə, onun iranlılıq təəssübü o dərəcədə idi ki, qələm onu şərh etməkdə acizdir. Misal üçün, 

əgər bir nəfər bilə-bilə və ya bilmədən onun yanında İranı pisləsəydi, İbrahim bəy onu dinsiz və 

qeyrətsiz adlandırıb, ömrünün axırınadək onunla danışmazdı. Misirdə bir neçə nəfər də İranın 

mötəbər taciri vardı. Hər birinin sərvəti əlli min tümənə çatardı. Hamısının dövləti aşıb-daşırdı. 

Ancaq İranın dövlət məmurlarının özbaşınalığı, zülm və təcavüzündən cana gəlib, təbəəliyini 

tərk etmiş, hər birisi özünü İngiltərə, Fransa, Rusiya və bu kimi böyük dövlətlərdən birinə 

bağlamışdır ki, məmurların şərindən asudə olsun. Bu tacirlər həmin qeyrətli şəxsə də xeyirxahlıq 

üzündən dəfələrlə nəsihət edib deyirdilər ki, sən də İran təbəəliyini tərk etməsən öz vərəsələrinə 



 

5

və övladına açıq zülm və xəyanət etmiş olarsan. Çünki Osmanlı ölkəsində və Qafqazda olan İran 



səfirləri və məmurları özlərini ölmüş iranlıların həqiqi varisi və hamisi, dirilərinin isə qəyyumu 

hesab edirdilər. Bunun üçün də sən öləndən sonra irsindən övladlarına bir şey verməyəcəklər. 

Məgər hər gün buna oxşar hadisələri görmür və ya eşitmirsən? Ancaq bu qeyrətli şəxs onların 

nəsihətinə qulaq asmır, hətta sözlərini belə eşitmək istəmirdi. Konsullar neçə dəfə bəhanə tapıb 

onu həbs və cərimə etdirmişdilərsə də, o yenə də təmkinini pozmayıb, təbəəliyini dəyişdirməyi 

qeyrətinə sığışdırmamışdı. Öz zülmü və alçaq bidətləri ilə indi də İstambulda və sair Osmanlı 

vilayətlərində iranlıların var-yoxuna od vuran və hamının nifrətini və lənətini qazanan Hacı 

Mirzə Nəcəfəli xan bu xoşxasiyyətli insanın vəfatından sonra, onun mötəbər şəri vəsiyyətnamə 

qoyub getməsinə baxmayaraq, vərəsəsindən min ingilis lirəsi almayınca onların yaxasından əl 

çəkmədi. Əgər vəsiyyətnamədə kiçik bir barmaq yeri tapsaydı, onda allaha pənah, bütün var-

dövləti içəri salmayanadək yaxalarından əl çəkən deyildi. 

 

  



 

Sözün qısası, İbrahim təzəcə iyirmi yaşına qədəm qoymuşdu ki, atası vəfat etdi. Son nəfəsində 

atası öz oğlunu yanına çağırdı. Belə bir ataya layiq olan tərzdə vəsiyyətini eləyib dedi: 

 

  



 

"Mənim gözümün işığı! Mən atalıq vəzifəsini sənin haqqında yerinə yetirdim, ana dili və milli 

dilindən əlavə, sənin kimilərin dadına çatan və kişi üçün bir hünər sayılan xarici dillərdən və 

fənlərdən də sənə öyrətdim. Sən bunların hamısını öz fərasətinlə, fitri zəkanla gözəlcə qavradın. 

Allaha şükür, sənin pak əxlaqına, abrına və dəyanətinə söz ola bilməz. Bu cəhətdən mən səndən 

razıyam. Lakin indi mənim həyatımın şamı sönərkən sənə bir neçə vəsiyyətim var. Yaxşı qulaq 

as, hər iki dünyada xoşbəxt olmaq üçün onları yadından çıxarma! 

 

  



 

Birincisi budur ki, ananı sənə tapşırıram. Sən özün bundan sonra biləcəksən ki, o və mən sənin 

boya-başa çatmağın və tərbiyən üçün nə kimi zəhmətlərə qatlaşmışıq. 

 

  



 

İkincisi, sənin mürəbbin və müəllimin olan Mirzə Yusif əmidən muğayat ol; ona görə ki, ata-

anadan sonra müəllimin hörməti hər bir kəsin borcudur. Ələlxüsus ki, Yusif əminin hörməti. O, 

sədaqətli, dəyanətli, vəfalı bir adamdır; ömrünün əvvəlindən bizimlə bir yerdə olub. İndi onu 

ailəmizin bir üzvü hesab etmək lazımdır. 

 

  



 

Üçüncüsü, heç vaxt gözəl milli adət-ənənəni tərk eləmə. Bəzi biqeyrət nanəciblər İranı 

pisləyirlər, sən onlara uyma; yalan deyirlər. Hətta, misal üçün, onların sözləri düz olsa da, sən 

onlara qoşulma, vətəni pisləməkdə onlarla həmavaz olma. 

 

  

 



Dördüncüsü, öz sirrini hər bir adamdan gizli saxla. Yalnız sınaqdan çıxmış təmiz vicdanlı 

dostuna ürəyini aç. Ancaq, heyhat, belə dost az tapılar; o, kimya hökmündəndir. 

 

  

 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə