İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə4/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   2   3   4   5   6   7   8   9   ...   160

 

8

vəziyyətdə toplanar, hamısı da bütün xərcləri öz öhdəsinə götürər". O birisi deyirdi: "Hələ sənin 



Bəxtiyari atlılarından xəbərin yoxdur. Onlar iki həftə ərzində yüz min atlı qoşun hərbə tam hazır 

vəziyyətdə çıxara bilərlər". Üçüncüsü onun sözünü yarımçıq qoyub, Marağa və Əfşar 

qoşunlarının rəşadətindən və qəhrəmanlığından söz açırdı. Bu kimi məclislərin söhbəti sona 

çatdıqda İbrahim bəy könül açıqlığı və məmnuniyyətlə bütün çayxanada oturanların çay, qəlyan 

pulunu verər, hətta bəzi vaxt onları nahara və faytonla gəzməyə də qonaq edərdi. 

 

  



 

Bu haqda Misirdə sakin olan Hacı Kərim adlı bir isfahanlı qəribə bir əhvalat nəql edirdi. Hacı 

deyirdi ki: "Bir vaxt Misirdə vəziyyətim lap ağırlaşmışdı, taleyim əsla üzümə gülmürdü. Bütün 

dost-aşnadan borc almışdım, daha bir adama gümanım getmirdi ki, hətta bircə şahı ilə əlimdən 

tutsun. Əlim hər yerdən üzülüb, gecənin yavan çörəyinə möhtac qalmışdım. Hamıdan betəri bu 

idi ki, altı ay idi mənzil kirəsini verməmişdim. Evin sahibi olan ərəb mənim boş vədlərimdən, bu 

gün-sabaha salmağımdan təngə gəlib məhkəməyə şikayət eləmişdi. Məhkəmə onun əlinə hökm 

vermişdi ki, mənzil kirəsinə on iki lirə alandan sonra məni evdən qovsun. Min xahiş-iltimasla 

ondan on gün möhlət almışdım. Öz-özümə deyirdim: "Xudaya, nə eləyim?" Elə bil mənim 

ürəyimə damdı ki, bu işin çarəsi İbrahim bəydədir. Oturub düşündüm, ölçüb-biçdim, bu müşkül 

üçün tədbir aradım, bir məktub yazıb hazırladım. Guya mənim qohumlarımdan biri bu məktubu 

Tehrandan göndərmişdir. Sonra isfahanlı tacir Hacı Mirzə Rəfinin yanına gedib, ondan İran 

poçtu markası olan köhnə bir zərf aldım. Yazdığım məktubu zərfin içinə qoyub İbrahim bəyin 

yolu üstündə dayandım. Bilirdim ki, o, hər gün bu yolla get-gəl edir. Uzaqdan İbrahim bəyi 

görən kimi məktubu cibimdən çıxarıb oxumağa başladım. Özümü görməməzliyə vurmuşdum. 

İbrahim bəy yanıma çatan kimi başımı qaldırıb salam verdim. O, ucadan "əleykəssəlam" deyib, 

soruşdu:  

 

  



 

“Hacı Kərim ağa, haradan təşrif gətirirsiniz?” 

 

  

 



“Poçtdan gəlirəm, -- dedim. Tehrandan məktub almışam.” 

 

  



 

Dedi: 


 

  

 



“Tehrandan?” 

 

  



 

Dedim: 


 

  

 



“Bəli, Tehrandan.” 

 

  



 


 

9

“Çox gözəl, təzə nə xəbər var?” 



 

  

 



Dedim: 

 

  



 

“Hələ məktubu axıra qədər oxumamışam, amma şahın və başqalarının adı görünür.” 

 

  

 



İbrahim bəy əl-ayağa düşüb hövlnak dedi:  

 

  



 

“Gedək bu çayxanada bir stəkan çay içək, siz də məktubu arxayın oxuyun görək nə yazıblar.” 

 

  

 



Cavabında dedim: 

 

  



 

“Hərçənd ki, başım yaman qarışıqdır, ancaq bilirəm ki, sizin Tehran xəbərlərini eşitməyə böyük 

həvəsiniz var, müzayiqə etmirəm, buyurun gedək.” 

 

  



 

Çayxanaya getdik. Oturan kimi çay, qəlyan sifariş elədi. Sonra dedi: 

 

  

 



“İndi oxu görək nə xəbər var.” 

 

  



 

Mən də məktubun əvvəlindən oxumağa başladım. 

 

  

 



  

 

MƏKTUBUN MƏZMUNU: 



 

  

 



"Mənim əziz qardaşım! Məktubunuzu aldım, salamatlığınızdan xəbərdar olub, çox-çox sevindim. 

Üsgülü tacir Hacı Əbdürrəzaq ağa vasitəsilə həvalə etdiyiniz iyirmi beş lirə çatdı. Sizin, 

tapşırdığınız kimi, həmin məbləği İsfahana Məşədi Məmmədrzanın üstünə göndərdim ki, o, on 

lirəsini sizin evinizə versin, qalan on beş lirəsini də borcunuz hesabına Ağa Həsənə çatdırsın. 

Əlbəttə, özləri də bu haqda sizə yazacaqlar. Yazılmalı başqa mühüm mətləb yoxdur. Ancaq neçə 



 

10

gün bundan qabaq böyük bir hadisə üz verdi. Az qalmışdı ki, şəni yüksək İran dövləti İngiltərə 



hökumətinə müharibə elan etsin. Ola bilsin ki, eləyibdir də. Lakin neçə gündür ki, münaqişələr 

ortalıqdan qaldırılmış, ara bir qədər sakitləşmişdir. Deyildiyinə görə, münaqişənin səbəbi bundan 

ibarət idi ki, İngiltərənin səlahiyyətli naziri bizə məlum olmayan bir siyasi məsələ üstündə Sədr-

əzəm cənablarına hörmətsizliklə cavab qaytarmışdı. O cənab da mətləbi şah əlahəzrətlərinin 

nəzərinə çatdırmış, şah haman saat qəti hökm vermiş ki, xarici işlər naziri teleqrafla Londona 

xəbər versin ki, İngiltərə hökuməti öz səfirini bir həftədən gec olmayaraq Tehrandan geri 

çağırsın və cəzalandırsın. Əks təqdirdə İran qoşunu iki həftəyədək Herata doğru yürüş aparmaq 

və bütün Hindistanı işğal etmək əzmində olacaqdır. Haman gün əlahəzrət Zilli-Sultan 

cənablarına teleqrafla hökm olundu ki, dördüncü ordu iki həftəyədək bütün sürsatla Əbişəhr 

bəndələrinə doğru hərəkət etməyə hazır olsun. 

 

  

 



Bunlardan başqa, rəbiül-əvvəl[1] ayının iyirmi dördündə paytaxtda qoşunun ümumi sanı təşkil 

edildi. 


 

  

 



[1] Ərəb ilinin üçüncü ayı. 

 

  



 

Bu san olduqca tamaşalı idi. Məşq meydanında şahın xüsusi ordusu və paytaxtda olan əlli minə 

yaxın atlı, piyada və topçu qoşunları manevr vaxtı elə bir cəldlik və çeviklik göstərdilər ki, dost-

düşməni heyran qoydular. Qibleyi-aləmin özü qoşuna şəxsən başçılıq edib fərman verirdi. Sözün 

qısası, böyük mərəkə var idi. Naibüssəltənə hərbi nazir olduğu halda bir sərhəng kimi o tərəf-bu 

tərəfə qaçırdı. O qədər üz-gözünə toz qonmuşdu ki, heç kəs onu tanıya bilmirdi. Nəhəng topların 

tüstüsündən hava elə tutulmuşdu ki, günəşin şüası yerə düşmürdü. Bəli, haman gün teleqramın 

cavabı Londondan gəlib çatdı. Məzmunundan xəbərim yoxdur. Ancaq bu qədər bilirəm ki, 

Almaniyanın səlahiyyətli naziri vasitəçi oldu. Almaniya imperatorundan da qibleyi-aləmə xüsusi 

teleqram çatdı. Orada yazılmışdı ki, aramızda olan dostluq və səmimiyyət naminə xahiş edirəm o 

zati-ali sülhü qorumaq və ümumi məsləhət naminə şahanə mərhəmətini əsirgəməsin. Ona görə 

ki, o zati-aliyə məlumdür ki, bu gün dünyanın hər hansı tərəfində bir top səsi eşidilsə, ümumi 

hərb bütün aləmi bürüyəcəkdir. Çünki dövlətlərin siyasəti bir-birinə bağlıdır. Belə olduqda, 

böyük bir hərc-mərclik yaranacaq, allah bəndələrinin məişətinə səbəb olan ticarət işi ölkələr 

arasında pozulacaq. Mən o müdrik padşahla aramızda olan şəxsi dostluq naminə istəmirəm ki

şəni yüksək İran dövləti belə bir müharibənin başlanmasına səbəb olsun. Təvəqqe edirəm o 

ağılsız səfirin təqsirindən keçəsiniz. 

 

  



 

Bu minvalla məlum olur ki, müharibə olmayacaqdır. Amma qərar olub ki, İngiltərənin 

səlahiyyətli naziri üzr istəməklə bərabər cənab Sədr-əzəmin evinə getsin və açıq şəkildə onun 

könlünü ələ almağa çalışsın, öz dediklərindən peşman olduğunu bildirsin. Deyirlər həmin 

səlahiyyətli nazir bir aydan sonra işdən çıxarılıb Tehrandan geri çağırılacaq. İran dövləti daha 

heç vaxt onun səfirliyini qəbul etməyəcək, başqa birisi onun yerinə gələcəkdir". 

 

  

 



Yazıq İbrahim bəy bu xəbərdən elə fərəhlənib sevincə qərq olmuşdu ki, onu vəsf etmək mümkün 

deyil. İsfahanlı Hacı Kərim məktubu əvvəldən axıradək oxuduqdan sonra deyir: 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə