İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə9/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   5   6   7   8   9   10   11   12   ...   160

 

25

“Getməyin!” 



 

  

 



Sonra Yusif əmini bir kənara çəkib pıçıldadı: 

 

  



 

“Məbadə bunların qəhvəxanalarına gedəsiniz. Hamısı şarlatan, oğru və lotudur. Yaxşısı budur ki, 

"İmperial" mehmanxanasına gedəsiniz. Bu yaxınlıqdadır. Orada qalmağınız məsləhətdir. 

Doğrudur, gecədə bir-iki manat artıq verməlisiniz, ancaq hər bir təhlükədən asudə olarsınız.” 

 

  

 



Yusif əmi hambala dedi ki, "İmperial" mehmanxanasına gedəcəyik. Orada gecəsi iki manata bir 

otaq tutduq. Gecəni yatıb istirahət etdik. Səhər tezdən mehmanxanadan çıxıb, 

həmvətənlərimizdən birinə rast gəlib, Tiflis maşınının nə vaxt hərəkət edəcəyini ondan soruşduq. 

O dedi ki, biri indi hərəkət edəcək, biri də axşam. Gördük ki, indikinə çatmarıq. Ona görə də 

qərara gəldik ki, axşam maşınını gözləyək, həm də şəhəri yaxşı-yaxşı gəzək. O həmvətənimizin 

adını və vilayətini soruşdum.  

 

  

 



“Dedi adım Əlidir, özüm də lənkəranlıyam.” 

 

  



 

O da öz növbəsində məndən soruşdu: 

 

  

 



“Bəs siz haradan təşrif gətirirsiniz?” 

 

  



 

“Misirdən gəlirik,” -- dedim. 

 

  

 



“Mən də bir müddət Misirdə olmuşam,” -- dedi. 

 

  



 

Hətta bəzi adamların əhvalından xəbər tutdu.  

 

  

 



Dedim: 

 

  



 


 

26

“Qəribədir, burada hara baxırsan iranlıdır. Özü də hamısı pərişan, hamısı fəlakətlə əlbəyaxa! 



Məlum olur ki, hamısı yoxsuldur.” 

 

  



 

“Bəli,” -- dedi. -- “Burada iranlı çoxdur. Bu gün bazar günü olduğuna görə hər yerdə tətildir. 

Buraya toplaşanların çoxu sabah işdə olar.” 

 

  



 

“Nə iş görürlər,” -- deyə soruşdum.  

 

  

 



Cavab verdi: 

 

  



 

“Hamısı fəhlə və hambaldır. Qırx-əlli nəfəri də tabaqçı, aşpaz və alverçidir. Qalanı avara-

sərgərdan, gündəlik çörəyinə möhtac bəndələrdir.” 

 

  



 

“Bəyəm nə qədərdilər?” 

 

  

 



“Dörd-beş min nəfər olar,” -- dedi. 

 

  



 

Öz-özümə dedim: "İlahi, cəlalına çox şükür. Bu kiçik şəhərdə dörd-beş min nəfər iranlı var. 

Hamısının da vəziyyəti pərişan". 

 

  



 

Müsahibim dedi: 

 

  

 



“Ağayi-mən, bu nə fərmayişdir? Qafqazın bütün şəhərləri, qəsəbələri, hətta kəndləri bu kimi 

iranlılarla doludur. Hələ burada başqa yerlərə nisbətən azdır.” 

 

  

 



“Bəs İran dövləti bunlara niyə icazə verir ki, vətənlərini tərk etsinlər?” 

 

  



 

“Allah atana rəhmət eləsin,” -- dedi. -- “Elə bil o dünyadan gəlmisən. Nə qoymusan, nə 

axtarırsan? Əvvəla İranda əmin-amanlıq yoxdur, iş yoxdur, çörək yoxdur. Daha bu yazıqlar nə 

eləsinlər. Bəzisi hakimlərin özbaşınalığından, bir parası bəylərbəyi, darğa və kətxudanın 




 

27

zülmündən baş götürüb qaçıblar. Bu alçaqlar birində beş şahı pul görən kimi o saat min hiylə və 



bəhanə ilə ona papuş tikirlər. Birinə deyirlər: sənin qardaşın sərbaz idi, qoşundan qaçıbdır. O 

birinə bənd olurlar ki, əmioğlun neçə vaxt qabaq çaxır içib və ya qohumlarından biri qumar 

oynayıbdır.  Hətta qonşunu tutub qonşusunun etmədiyi günah üstündə cərimə edirlər. Əgər bu 

bəhanələr onların məqsədini təmin etməsə, onda özünə mnn    cür töhmət və iftira atacaqlar. 

Buna görə də xalq cəlayi-vətən edib, Osmanlı ölkəsinə, Rusiyaya, Hindistana gedir. Bu ölkələrdə 

də səfirlərin, konsulların, onların haramxor adamlarının əlindən asudə deyillər. Burada gördüyün 

o yazıq ayaqyalınlar hər gün səhərdən axşamadək günün istisi altında palçıq daşıyır, fəhləlik 

eləyirlər. Kafərin də onlara rəhmi gəlir. Ancaq bu səfirlər, konsullar və onların maaşsız-

donluqsuz nökərləri biçarə iranlıları rəhmsizliklə soyur, hərəsindən ildə dörd min manat təzkirə 

pulu alırlar. Eşitdiyimə görə, İstambulda və Osmanlı ölkəsinin sair yerlərində iranlılara bundan 

da çox zülm olunur. Konsullar iranlılardan aldıqları pulun hesabına səfirliyin bütün xərclərini 

ödəyirlər. Əslində konsulların İran təbəələrini soymaqdan başqa bir vəzifəsi yoxdur. Səfirlər 

konsulluq rütbəsini bir növ icarəyə verirlər.” 

 

  



 

Bu fəhlələrdən biri öldükdə, azdan-çoxdan bir şeyi olarsa, cənazəsinin başında hamıdan əvvəl 

konsulxana məmurları hazır olur. Onlar özlərini ölünün həqiqi varisi hesab edirlər. Əgər ölən 

yoxsul olsa, cənazəsi üç günlərlə yerdə qalsa da, o tərəfə dolanan olmaz. Gərək bu bədbəxt 

muzdur fəhlələrin özləri pul toplayıb, meyidi dəfn etsinlər. 

 

  



 

Hal-hazırda həmin Batum şəhərində qırx-əlli nəfər günahsız iranlı zindanda yatır. Konsul bu 

haqda heç bir məqamdan sorğu-sual etmir, etsə də ruslar onun sözünə etina etməyəcək, 

deyəcəklər ki, rüşvət aldığın üçün onu buraxdırmaq istəyirsən. Ruslar konsulların öz təbəələri ilə 

necə rəftar etmələrindən baxəbərdirlər. Həm də bilirlər ki, konsulun, hətta ondan yuxarıda 

oturanların güzəranı bu bir ovuc əlsiz-ayaqsız rəiyyətdəndir. Rəiyyətin hüququnu qorumalı olan 

bu cənablar özləri onları çapırlar. Daha belə olduqda əcnəbidən nə gözləmək olar?  

 

  



 

Dedim: 


 

  

 



“Görünür, İran dövlətinin bunların rəftarından xəbəri yoxdur. Gərək təbəələr özləri ərizə yazıb, 

zalimlərdən şikayət eləsinlər.” 

 

  

 



Dedi: 

 

  



 

“Vallah, dövlət məndən də yaxşı bilir, necə yəni bilmir? Bir halda ki, dövlət öz xarici 

məmurlarına maaş verməyə, əksinə, külli məbləğ də əlindən ala, əlbəttə, onu heç vaxt sorğu-

suala çəkib deyə bilməz ki, nə üçün bunu belə elədin, onu elə elədin.” 

 

  

 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə