İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə10/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   6   7   8   9   10   11   12   13   ...   160

 

28

Osmanlı ölkəsi və Rusiyada gördüyün konsulların hər birindən iki-üç min alıb, bu yerlərə 



göndəriblər. Bunlar da gərək bircə ilin ərzində verdiklərinin beş-altı bərabərini biçarə rəiyyətin 

dərisindən çıxarsınlar. 

 

  

 



Bəli, bu, ilk kədərli hadisə idi ki, Batumda səyahət zamanı onun şahidi oldum. Ürəyim qəmdən 

sıxıldı. Hey ah idi ki, bilaixtiyar ürəyimin təkindən çıxırdı. Pərişanlıq üzündən Batumda nə qədər 

gəzdiyimizi hiss etmədim. Kefim yaman pozulmuşdu. Nəhayət, günü başa çatdırdıq. Qatarın 

hərəkət vaxtına az qalırdı. Tiflisə getmək üçün iki dənə birinci dərəcəli bilet aldıq. Hər biletin 

qiyməti on dörd manat oldu. Bir manat da Əliyə ənam verib, onunla vidalaşdıq. 

 

  



 

Yolun yarısını gecə ikən keçdik. Səhərə yaxın bir neçə tunelə rast gəldik. Burada uca dağların 

qəlbini cəsarətlə deşib yol açmışlar. Qatar yerin altından keçirdi. Öz-özümə düşündüm ki, bu 

bəşər övladı nə böyük qüdrətə malikdir. Bir tərəfdən belə nəhəng dağların bağrını on 

kilometrlərlə yarır, o biri tərəfdən bir şəhəri bir parça dəmirə bağlayıb, neçə dəqiqənin içində 

dağın bu tərəfindən o biri tərəfinə keçirir. Bu kimi fikirlərə dalmışdım. Özümə gəldikdə 

ixtiyarsız olaraq dedim: "İnsanların hümməti dağı yerindən qoparar". 

 

  



 

Vaqonumuzda bir erməni də var idi. Ona dedim: 

 

  

 



“Həndəsə elmi qəribə möcüzələr eləyir. Bu uca dağların bağrını yarmaq, bu böyüklükdə maşını 

oradan keçirmək üçün böyük hünər, hədsiz-hesabsız məxaric lazımdır.” 

 

  

 



“Bəli, böyük hünərdir,” -- dedi. -- “Çoxlu vəsait də xərc olunubdur. Ancaq keçən il hökumət 

həmin dəmiryoldan, məxaricindən əlavə, on altı milyon manat mənfəət də götürdü. Bunlardan 

əlavə, bu gördüyün yerlərin hamısı bir müddət əvvəl əkinsiz çöllər idi, yaşayışdan xəbər yox idi. 

Div də buradan keçməyə cəsarət etməzdi. İndi Bakının qara neftinin bərəkətindən hər il xaricdən 

bu ölkəyə neçə milyon manat pul axıb gəlir. Elə bunun üçün də hər neçə addımda abad bir 

qəsəbə və kənd görürsən. Sizin İran torpağında da bu kimi mədənlər və qazanc mənbələri 

çoxdur. Amma dövlətin xəbərsizliyindən, millətin tənbəlliyindən ölkənizin torpağında yatmış o 

tükənməz xəzinələr əl dəyilməmiş qalır. Elə buna görə də sizin həmvilayətlilər zəlil-sərgərdan 

vəziyyətdə baş götürüb xarici ölkələrə qaçır, orada fəhləlik, hamballıq, palçıq daşımaq kimi 

alçaq işlərlə başlarını girləyirlər. Onların çoxu bir neçə vaxtdan sonra dilənçi kökünə düşüb, ona-

buna əl açmaq məcburiyyətində qalır.” 

 

  



 

Doğrusu, bu məzəmmətli sözlər ox kimi ürəyimə sancıldı. Nə eləyim, dava eləmək yeri deyil. 

Əlacsızlıq üzündən durub vaqonun bir guşəsinə çəkildim. Qüssənin şiddətindən yaxamı 

qurtarmaq üçün başımı yastığa atıb yatdım. Bir vaxt gördüm ki, Yusif əmi məni yuxudan oyadır: 

 

  

 




 

29

“Bəy, dur tamaşa elə, Tiflis görünür.” 



 

  

 



Durdum. Bir az sonra qatar dayandı. Məlum oldu ki, məqsədə çatmışıq. Qatardan düşdük. 

Çamadanlarımızı hambal götürüb faytona qoydu. Faytonçuya dedim bizi "London" 

mehmanxanasına aparsın. Ona görə ki, Batumda lənkəranlı Əli tapşırmışdı ki, bu mehmanxanaya 

düşək. 


 

  

 



Mehmanxanada gecəsi dörd manata bir otaq tutduq. Əl-üzümüzü yuyub təmizlədikdən sonra 

Yusif əmiyə dedim ki, çıxaq bazara, bəlkə bir iranlı aşpazı tapıb, bir şey yeyək. 

 

  

 



Şəhərə çıxdıq. Məşhur "Şeytanbazar"da bir neçə yeməkxana gördük. Hamısı pinti və iyrənc idi. 

Hamısının mis qabları qaralmışdı, dükanlardan pis iy gəlirdi. Nəhayət, bir çilovpəz dükanına 

çatdıq. Əlacsızlıqdan dükana girib çilov-kabab istədik. Gətirdilər. Əlimiznən yedik. Təmizlikdən 

və səliqədən əsər belə yox idi. Yeməkdən sonra çıxıb şəhəri gəzməyə başladıq. Buradakı 

iranlıların vəziyyətini Batumdakılardan daha pərişan gördüm. Demək olar ki, hamısı inşaat 

işlərində işləyir, muzdurluq edir, ya da küçələri daşla fərş etməklə məşğuldurlar. Onların 

əlacsızlıq üzündən ağır əmək şəraitinə dözmələrini, pərişan halını görməkdən ürəyim qan oldu. 

Sözün qısası, bu ölkələrdə bütün ağır və alçaq işlər iranlıların öhdəsindədir. Yolda rastlaşdığım 

bir həmvilayətlidən soruşdum: 

 

  



 

“Bəs burada iranlı tacir yoxdur?” 

 

  

 



“Nə üçün yoxdur,” -- dedi. -- “Xələtov, Baronbəyov və sair karvansaralarda çoxlu iranlı tacir 

var.” 


 

  

 



O karvansaraların yolunu soruşub, haman səmtə getdik. Karvansaraya daxil olan kimi diqqətlə 

hər tərəfi nəzərdən keçirməyə başladım. Gördüm bir parası mağazalarda öz ətrafına neçə top 

qanovuz, Həmədan, Brucird çiti, Yəzd qədəyi, Nain bezi düzüb oturub. Bu vaxt kimsə məni 

adımla səslədi: "İbrahim bəy! İbrahim bəy!" 

 

  

 



Ayaq saxladım. Bir kişi mənə tərəf qaçıb gəldi və salam verdi. Mən onun salamının cavabını 

verdim. 


 

  

 



“Yəqin ki, məni tanımırsan,” -- deyə soruşdu. 

 

  




 

30

 



“Gözümə şirin gəlirsiniz. Ancaq yaxşı xatırlaya bilmirəm ki, harada sizin qulluğunuzda 

olmuşam.” 

 

  

 



“Misirdə,” -- dedi. -- “Neçə il bundan qabaq müqəddəs Məkkənin ziyarətindən qayıdan baş 

Qahirəyə gəlmişdim. Hacı Mirzə Məmmədrəfi Müşkinin ticarətxanasında sizinlə görüşmək 

şərəfi mənə nəsib oldu. Gecəni də onun evində qonaq qaldıq.” 

 

  



 

“Ola bilər,” -- dedim. 

 

  

 



Bizi öz dükanına apardı. Söhbət əsnasında dedim: 

 

  



 

“Deyəsən, burada iranlı çoxdur. Maşallah, hər tərəfə baxırsan bir iranlı görürsən. Ancaq, təəssüf 

ki, çoxunun halı olduqca fəlakətli və pərişandır.” 

 

  



 

“Bəli, burada çox iranlı var,” -- deyə müsahibim cavab verdi. 

 

  

 



“Nə qədər olarlar,” -- deyə soruşdum. 

 

  



 

“Deyirlər Qafqazda altmış min nəfərə yaxın olar.” 

 

  

 



“Bunların cəlayi-vətən edib, qürbətdə qalmalarının səbəbi nədir? Axı nə üçün bu qədər adam 

axışıb xarici ölkələrə gəlir, niyə bu əzab-əziyyət, məşəqqət və təhqirə dözürlər?” 

 

  

 



“Səbəbi aydındır,” -- dedi. -- “İran məmləkətinin gəliri azdır, xalq işsizdir.    Güclülər gücsüzlərə 

zülm edirlər. Rəiyyət sahibsizdir. Bütün bunları bircə tümən  təzkirə  pulu almaq tamahı ilə 

sualsız-cavabsız buraxıb xarici ölkələrə axıdırlar. Bir adam yoxdur ki, bunlardan soruşsun: 

haraya gedirsən və nə iş görcəksən? Elə buna görə də sərhəddə yaxın qəsəbə və kəndlərdəki 

qəbristanlıqlarda baş daşında kişi adına çox az rast gəlmək olur. Hamısı qadın adıdır. Sanki 

qadınlar ölkəsidir.” 

 

  

 



“Bəs bunların içində başqa peşə sahibi yoxdur? Elə deyəsən hamısı fəhlədir,” -- deyə soruşdum. 


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə