İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə11/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   7   8   9   10   11   12   13   14   ...   160

 

31

 



  

 

“Eh, kaş hamısı fəhlə olaydı. Çox vaxt oğurluq da eləyir, cibə də girirlər. Min cürə rüsvayçılıq 



törədirlər. Onların da xəcalətini biz çəkirik.” 

 

  



 

Təəccüblə soruşdum: 

 

  

 



“Bəs konsul nə karədir. O nə üçün işə qarışmır?” 

 

  



 

“Allah atana rəhmət eləsin! Konsulun dörd manat təzkirə pulu, onun bir neçə bərabərini rüşvət 

və cərimə adı ilə almaqdan başqa bir işi yoxdur. Biri öləndə də əgər bir şeyi olsa, o da 

konsulunkudur.” 

 

  

 



“Bu altmış min nəfərin təzkirə pulu böyük məbləğ olur,” -- dedim. -- “Görünür, hamısı dövlətə 

çatır.” 


 

  

 



“Dövlətin heç bir şeydən xəbəri yoxdur. Heç o pulun bircə şahısı da dövlətin cibinə girmir. 

Konsuldan ancaq işə təyin olunduğu gün peşkəş ünvanı ilə müəyyən məbləğ alınır. O da 

vəzirlərin və səfirlərin malı olur. Dövlətə çatan ancaq bütün bu işlərin bolluca məsuliyyəti və 

lənətidir. Hər konsul harada könlü istəsə öz bildiyi qədər təzkirə çap edib satır. İndi daha 

iranlılarla kifayətlənməyib, xarici təbəələrdən olan hər bir oğruya, quldura və xəspuşa bir-iki 

manat artıq pulun müqabilində təzkirə verirlər. O da gedib iranlı adı ilə hər cür xəyanətə və 

cinayətə əl qatır. Rus hökuməti tərəfindən yaxalananda da ilk axtarışda məlum olur ki, onun 

pasportu saxtadır. Onda gör əcnəbi dövlətin yanında İran hökumətinin heysiyyəti necə aşağı 

düşür. Daha bundan sonra o konsulun əcnəbi yanında nə kimi qədr-qiyməti olar?” 

 

  



 

Söhbətimiz buraya çatanda gördüm ki, hamısı qəmli və kədərlidir. Ürəyim sıxıldı. Söhbətimizin 

mövzusunu dəyişdim, ticarətdən, alverdən söz saldım: 

 

  



 

“Sizin ticarət vəziyyətiniz necədir, vətəndən nə kimi əmtəələr və mallar gətirirsiniz?” 

 

  

 



“Elə bu Həmədan, Brucird çiti, Milan, Təbriz qanovuzunu gətirib burada satırıq,” -- dedi. -- “Bu 

malların bazarı da əvvəlkilərə nisbətən çox kasadlanıbdır. Bundan qabaq ildə bu mallardan neçə 

min yük gətirib, bu tərəflərdə satırdıq. Ancaq indi keçmiş zamanların heç yüzdə biri qədər də 

satılmır. O qədər qəlp mal buraxdılar, cinsin rəngindən, ipəyindən o qədər oğurladılar ki, daha 




 

32

indi bir kəs rəğbət eləyib, bu malların heç üzünə də baxmır. Çox keçməz daha bunların istehsalı 



tamamilə yığışdırılar. Onda gərək biz Moskvanın ipək mallarını alıb İrana göndərək.” 

 

  



 

Mən özüm ticarətlə məşğul olduğum bu az müddət ərzində bir çox rus tanıyıram ki, cüzi sərmayə 

ilə toxuculuqa başlayıb, üç-dörd ilin içində düzlük, doğruluq nəticəsində hər biri milyon sahibi 

olubdur. Bu gün əksinə, bir çox iranlı da tanıyıram ki, hərəsi böyük bir sərmayə ilə buraya gəlib, 

on-iyirmi il zəhmətdən sonra iflasa uğrayıbdı. Ona görə ki, biz milli və ümumi mənfəəti heç vaxt 

mülahizə eləmirik. Ölkənin əmtəəsini özümüzün beş günlük, müvəqqəti xeyrimiz üçün 

saxtalaşdırırıq. 

 

  



 

Bunu birdəfəlik bilmirik ki, əyri yük mənzilə çatmaz. Bir neçə vaxt keçdikdən sonra o malın qəlp 

olduğu üzə çıxır, hamının gözündən düşür, istər-istəməz alıcısı olmadığına görə istehsalı 

birdəfəlik yığışdırılıb aradan gedir. Onda bu müvəqqəti mənfəətin zərərini bütün həmvətənlər 

çəkir. İndi, dediyim kimi, Tiflisdə İran malı, demək olar ki, tamamilə gözdən düşübdür. Elə buna 

görə də bütün iranlıların arasında on min tümən sərmayəsi olan tacir az tapılar. Hamı Əlinin 

börkünü Vəlinin başına, Vəlinin börkünü Əlinin başına qoymaqla məşğuldur. Bu xoşagəlməyən 

vəziyyətin də ümdə səbəbi yenə də hökumətin səhlənkarlığı, məmurların rüşvətxorluğudur. O 

böyük ölkəni xaraba qoyan bu iki mənhus amilin bərəkətindən heç bir qayda-qanun orada baş 

tutmur. 


 

  

 



Doğrusu, gördüm artıq bu kimi sözləri eşitməyə taqətim yoxdur. Söhbəti qurtarmaq üçün 

soruşdum: 

 

  

 



“Bakı qatarı nə vaxt hərəkət eləyir?” 

 

  



 

“Axşam çağı,” -- dedi. -- “Ancaq sizi getməyə qoymayacağam. Bu gecəni bizə qonaq 

olmalısınız.” 

 

  



 

Çox üz vurdu. Qəbul etmədim, üzr istədim: 

 

  

 



“İltifatınıza görə təşəkkür edirəm. Qala bilmərik, getməliyik,” -- dedim. Sonra vidalaşıb, birbaşa 

mehmanxanaya getdik. 

 

  

 



Hərçənd ki, Tiflis böyük, tamaşalı şəhərlərdən biridir. Ancaq bu söhbətlərdən o dərəcədə 

kədərləndim ki, bütün dünya gözümdən düşdü, heç bir şeyi görmək həvəsi məndə qalmadı. Bir 

az yatdım. Qatarın hərəkətinə az qalmış durub mehmanxananın hesabını verdim. Bir bələdçi 



 

33

götürüb yola düşdük. Bütün yolu vətəndən avara düşüb qürbətdə tam fəlakət və zildətlə gün 



keçirən millətimin pərişan halı haqqında düşünürdüm. Hey papiros çəkir, köksümü ötürürdüm. 

Nəhayət, təəssüratımın şiddətindən öz-özümə dedim: "Gərək bundan sonra vətənin vəziyyətini 

soruşmaqdan, həmvətənlərimin əhvalını yazmaqdan vaz keçəm. Çünki hamısı ancaq qəm-qüssə 

gətirir". Sonra atamın vəsiyyəti yadıma düşdü. Gördüm əlacım yoxdur, yazmalıyam. 

 

  

 



Sabahısı gün ikindi çağı çox gec Bakıya çatdıq. Bir baş "Qafqaz" mehmanxanasına getdik. Bu 

mehmanxanada mənzil kirayəsi ucuz idi, hər günü bir manat idi. Ancaq çox çirkli idi. 

Xidmətçiləri də olduqca kobud idilər. İki gecədən artıq qalmalı olmadığımıza görə başqa yerə 

köçmək istəmədim. Mehmanxanadakıların əksəriyyəti müsəlman idi. Hər kəs öz mənzilində 

xörək hazırlayır, kabab bişirirdi. Bəziləri tiryək də çəkirdilər. Yusif əmiyə dedim: 

 

  



 

“Gedək bir az şəhəri gəzək. Həm də bəlkə bu andıra qalmış tiryəkin zəhlətökən iyindən canımız 

qurtarsın.” 

 

  



 

Mehmanxanadan çıxdıq. Qapıda xidmətçilərdən biri bizim qabağımızı kəsib dedi: 

 

  

 



“Məşədi, nəqd pul, qiymətli şeydən-zaddan varınızdırsa, burada qoymayın. İşdi, oğurlansa biz 

cavabdeh deyilik.” 

 

  

 



“Mənzilin açarı cibimizdədir,” -- dedim. 

 

  



 

“Mən açar-maçar bilmirəm. Sizə xəbərdarlıq elədim, vəssəlam.” 

 

  

 



“Qorxma,” -- dedim, -- “bizim bir neçə köynək-tumandan savayı bir şeyimiz yoxdur. Nə tacirik, 

nə də sərraf.” 

 

  

 



Ancaq xidmətçinin bu haləti məni həm təəccübləndirdi, həm də ona gülməyim tutdu. Nə isə, 

mehmanxanadan çıxıb dəniz kənarına getdik. Hər tərəfə baxdım, yenə də Batumda olduğu kimi, 

həmvilayətlərimizi gördüm. Dəstə-dəstə özlərini günə verib  bitlənirdilər. Bizdən bir qədər aralı 

bir dəstə adam toplaşdı. Səs-küy ucaldı. Birini döyüb ucadan deyirdilər: "Bu köpəkoğlu 

həmşərini vurun!"[3]. Çatan o adamı döyürdü. Mən camaatdan soruşdum ki, bunun günahı nədir, 

nəçidir və nə üçün döyülür? Dedilər iranlıdır, özü də muzdurdur. Sahibi Bakı əhalisindən olan 

bir müsəlmanın gəmisində işləyir. Onu vuranlar da gəmi muzdurlarıdır. Özləri də bu şəhərin 

əhalisindəndirlər. 

 



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə