İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə12/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   8   9   10   11   12   13   14   15   ...   160

 

34

  



 

[3] Bakıda iranlılara həmşəri deyirlər. 

 

  

 



Dedim: 

 

  



 

“Bəs bu necə müsəlmançılıq oldu ki, bir günahsız qərib adamın üstünə əlli adam tökülüb vurur?” 

 

  

 



Yanımda duran şəxs dedi: 

 

  



 

“İranlıların haqqında çox rəhmsizdirlər.” 

 

  

 



İstədim özümü ortalığa atım. Təmkinli adama oxşayan həmin şəxs mənim qolumdan tutub dedi: 

 

  



 

“Yaxın getmə, səni də onun kökünə salarlar. Görünür, siz bu şəhərə təzə gəlmişsiniz. Biz hər gün 

bu kimi hadisələrin şahidi oluruq. Ürəyimiz od tutub yanır. Bizim bu cür zəlil, xar və sərgərdan 

olmağımıza bais olanların cəzasını qoy allah özü versin.” 

 

  

 



Bu da ürəynmin köhnə yaraları üstünə təzə duz səpdi. Öz-özümə deyinə-deyinə, allahın cəlalına 

şükür deyə-deyə limana tərəf gedib, Uzunadaya gedən gəminin nə vaxt yola düşəcəyini 

öyrəndim. Dedilər bir gəmi sabah yola düşəcək. Amma gəzəyəndir, birbaşa gedən deyil, sahilləri 

dolaşıb yük, sərnişin axtarandır. Başqa bir gəmi də var ki, buradan birbaşa Uzunadaya üzür. 

Ancaq dörd gündən sonra hərəkət eləyəcək. 

 

  



 

Düşündüm ki, dörd gün dənizin üzündə qalmaq bu şəhərdə oturub rəhmsiz, acizə qənim adamları 

görməkdən yaxşıdır. Oradan tez qayıdıb mehmanxana xidmətçisinə tapşırdım ki, bizim üçün 

gəmiyə iki bilet alsın. Sabah hərəkət etməli idik. Təzədən şəhəri gəzməyə başladıq. Bu şəhərdə 

bağ-bağça, gül-çiçək yoxdur. Lakin çox hündür və əzəmətli imarətləri, mötəbər ticarət 

müəssisələri vardır. Bunların çoxu müsəlmanların və ermənilərindir. Yer üzündəki mədənlərin 

əksəriyyətindən daha az tanınmış bu qara neftin bərəkətindən həmin imarətlər göyə ucalmış, 

saysız-hesabsız sərvət toplanmışdır.... 

 

  

 



Deyildiyinə görə, Bakı müsəlmanlarından bir neçəsinin, o cümlədən Hacı Zeynalabdin 

Tağıyevin neçə milyon manatlıq var-dövləti var. Onun müsəlmançılıq qeyrəti və həmiyyəti 




 

35

müsəlmanların iftixarına və başının ucalığına səbəb olubdur. Hamı onun adını hörmətlə yad edir, 



haqqında təriflə danışırlar. Deyirlər təbiətən xeyriyyə işlərinə, müsəlmanların tərəqqisinə və 

maariflənməsinə böyük səy və həvəs göstərir. Özü də müsəlmanların qeyrətli və həmiyyətli 

şəxsiyyətlərindən biridir. Allah onun kimilərin sayını müsəlmanlar içərisində daha da artırsın! 

Bakıda bir neçə nəfər mötəbər İran taciri də var. Tanışlığım olmadığına görə onlarla görüşümüz 

olmadı. Yusif əmiyə dedim ki, daha bundan sonra İran səfəri başlanır. Gərək qənd-çay, yağ-düyü 

alaq. Bir pud sədri düyüsü aldıq. Amma çox baha idi. Səbəbini soruşdum. Dedilər quraqlıq 

olduğuna görə İran dövləti düyünü xaricə ixrac etməyi bərk qadağan edibdir. Ona görə də iki ay 

olar ki, düyü azalıb və qiyməti çox qalxıbdır. 

 

  

 



Şəhəri gəzə-gəzə günü başa çatdırdıq. Mehmanxanaya gəlib bir qədər istirahət etmək istədik. 

Ancaq taxtabiti, birənin əlindən gözümüzü yuma bilmədik. Səhərədək ulduzları sayıb, oyaq 

qaldıq. Sübh tezdən vahid allahın dərgahına iki rikət namaz qıldıqdan sonra özümüzü gəmiyə 

çatdırıb, çayı orada içdik. Günortaya üç saat qalmış gəmi yola düşdü. Sabahısı gün həmin vaxt 

Ənzəli limanında lövbər saldı. Hava olduqca gözəl idi. Gəmidən çıxdıq. Bir tərəfdən gəminin 

yükünü boşaldır, o biri tərəfdən onu yükləyirdilər. Gətirilən tayların hamısı düyü idi. Sahildə 

körpü üstündə dayanmış bir şirvanlıdan soruşdum:  

 

  



 

“Bakıda deyirlər ki, İran dövləti düyünü başqa ölkələrə ixrac etməyi qəti qadağan edibdir. Bəs 

necə olub ki, bu qədər düyünü gəmiyə doldururlar?” 

 

  



 

O cavab verdi: 

 

  

 



“Rəhmətliyin oğlu, İran dövlətinin hökmü nə vaxt və harada yerinə yetirilibdir ki, indi bu 

qadağan olunmaq hökmünə də qulaq asan olsun. Doğrudur, Tehran təkidlə qadağan edibdir. 

Ancaq vilayətin hakimi dövlətin əmrini qulağının ardına vurub, düyünün hər kisəsindən Rəştdə 

bir qran, Ənzəlidə on şahı rüşvət alır və xaricə aparmağa icazə verir. Hər gəmidə min, iki-min 

kisə düyü aparırlar. Ancaq guya bunu görən yoxdur.” 

 

  



 

Gəmi bütün yükünü tutduqdan sonra axşam üstü yola düşdü. Sari, Məşhədsər və sair limanların 

hər birində də neçə saatlarla məəttəlçilik oldu. Bu limanlarda da bir neçə kədərli hadisənin şahidi 

olub, keçdik. Nəhayət, dördüncü gün Uzunadaya, oradan da Aşqabada çatdıq. Dayanmadan qırx 

beş manata dördatlı bir kalyaska kirə eləyib, uzun illərdən bəri ürəyimdə arzusunu bəslədiyim 

müqəddəs Məşhədin    ziyarəti əzmi ilə yola düşdük. Ancaq Aşqabadda da həmvətənlərimi 

bundan əvvəl rast gəldiyim şəhərlərdə olduğu kimi gördüm. Gecə yolüstu karvansaralardan 

birində qaldıq. Səhəri yenə də yolumuzu davam etdirdik. Uzun məsafə keçdikdən sonra Xorasan 

torpağının bir hissəsi olan İran-rus sərhəddinə gəlib çatdıq. Aşqabad tərəfində ruslar uca və 

əzəmətli imarətlər tikib, hər tərəfə qarovul qoyublar. Yarım saata qədər bizi saxlayıb, 

pasportlarımıza və vəsiqələrimizə qol çəkdilər. Sonra sərhəddi keçməyə izin verdilər. Təxminən 

on dəqiqəlik bir məsafəni keçdikdən sonra bir sıra əlamət və nişanları olan nöqtəyə gəlib  çatdıq. 

Kalyaskaçımız əli ilə işarə edib dedi: 

 



 

36

  



 

“Bu nişanların o tərəfi İran torpağı, bu tərəfi isə ruslarındır.” 

 

  

 



Mən kalyaskaçıya dedim: 

 

  



 

“Bir qədər saxla, işim var.” 

 

  

 



O, elə zənn etdi ki, mənim başqa işim var. Ona görə də dedi: 

 

  



 

“Bir az gözlə, su yaxındadır. Orada saxlaram.” 

 

  

 



“Su lazım deyil,” -- dedim, -- “torpağınan işim var.” 

 

  



 

Sürücü kalyaskanı əylətdi. Mən aşağı düşüb yerdən bir ovuc torpaq götürüb öpdüm, iyləyib 

gözümə sürtdüm. Dedim: ey mənim ağlar gözlərimin dərmanı olan pak türbət, allaha şükür ki, 

səni görmək mənə nəsib oldu. Səni görməklə gözlərim işıqlandı. Sən bütün möhtacların 

sığınacağı, babalarımızın əbədi uyuduğu torpaqsan. Sən öz nazlı qucağında bizləri bəslədin, bizi 

min məhəbbətlə boya-başa çatdırdım. Biz isə sənin o tükənməz qayğı və məhəbbətinin 

müqabilində heç bir şey deyə bilmərik. Ona görə ki, boynumuzda sənin böyük haqqın var. Elə 

buna görə də müqəddəs islam şəriətinin banisi (ona və onun övladına salam və salavat 

göndəririk), səni sevməyi allaha inamla bərabər tutdu. Daha mən sənin tərifində nə deyim ki, 

yüksək şəninə layiq olsun. 

 

  

 



Qəhərləndim. Boğazım qovuşdu. İxtiyarsız olaraq göz yaşlarım axıb, o pak torpağın üzərinə 

töküldü. Dərdli könlümün arzuladığı kimi bir qədər sevinclə ağladım. Belə düşünürəm ki, bu 

ağlamağın  ləzzəti son nəfəsimədək mənim könlümün ən əziz bir guşəsində yadigar qalacaq. 

Kalyaskaçı hədsiz heyrətlə mənə baxırdı.  O, dərin təəccüb və heyrətdən  sonra dedi:  

 

  

 



“Afərin sənə, Hacı oğlu! Mən neçə ildir ki, bu yolda işləyirəm, sən birinci  adamsan ki, öz 

vətəninin torpağını əziz tutdun. Mənim də ürəyim dağlıdır, mən də sənin kimi dərdliyəm. 

Gəncəliyəm. Mənim də sənin kimi vətənə deyəcəyim ürək sözlərim, nisgillərim var. Bizim 

ölkəmiz babalarımızın bacarıqsızlığından zəlil günə qaldı.... Nə etmək olar? Əgər İran dövləti 

düz-əməlli dövlət olsaydı,    ölkəsində qanun, nizam-intizam və hüquq bərabərliyi olsaydı, 

rəiyyətini  hakimlərə keçi qiymətinə satmasaydı, biz heç vaxt əcnəbilərin hökmünə boyun    

əyməzdik, hər şeydən əl çəkib, İrana köçərdik.” 



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə