İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə15/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   11   12   13   14   15   16   17   18   ...   160

 

43

qazanmağa, sərvət toplamağa can atırdılar. Belə olduqda, onların dostluğuna və sədaqətinə necə 



bel bağlamaq olardı? Hər cür ticarət üçün əlverişli olan müqəddəs Məşhəd şəhərində bircə dənə 

də olsun kompaniya və şirkətə rast gəlmədim. Halbuki sərvət sahibləri az deyil. Yerli 

məhsullardan isə xalı, tiryək, pambıq və sair əmtəələr,   maşallah olsun, çoxdur. Elə onların bir-

biri ilə əl-ələ verməməsi aralarında olan nifaqa sübut sayıla bilər. Amma, adamın allahı var, 

vətən əmtəəsi və məhsullarını saxtakarlıq edib korlamaqda böyük hünər sahibidirlər. O ki, 

xalçadı, onları qırmızı və bədəl rənglərlə  korlayıblar.  Tiryəkə də ki, un və  çiriş qatırlar. Bunlara 

əl çatmasa, torpaq ki, hər yerdə var! Hökumət neçə dəfə bədəl rəngləri qadağan elədi. Qəti 

şəkildə əmr etdi ki, tiryəkə başqa şeylər qatmasınlar. Yenə də fayda vermədi. Ona görə ki, dövlət 

məmurları rüşvət alıb, qadağan qaydasını pozdular. Hər şeydən betəri bu ölkədə tiryəkliyin geniş 

yayılmasıdır. Kişili-arvadlı, cavanlı-qocalı bu öldürücü zəhərə mübtəla olublar. Dükan-bazarda 

ayın-şayın tiryək çəkirlər. Elə buna görə də nə kişilərində kişilikdən bir əlamət qalıb, nə də 

arvadlarında qadınlıq təravəti və lətafəti görünür. Hökumət də bu kimi məsələlərə əsla fikir 

vermir, çarəsi çox asan olan bu şiddətli bəlanı aradan  qaldırmağa əl qatmır. Təəccüblüdür ki, 

məmləkətin ruhaniləri də bu qatil zəhəri kefləndirici maddələrdən hesab etmirlər. Halbuki tiryək 

adamı başqa nəşələndirici maddələrdən daha bərk sərxoş edir. Deyirlər, hətta həmin ruhanilərin 

evində (bunlar üləma cildinə girmiş oğrulardır) tiryək çay kimi dəbdədir, onu hamı çəkir. 

 

  

 



Məşhəddə qaldığım günlərdə ali məscidlərdən olan Gövhərşad məscidində on vaizin moizə 

məclisində oturdum. Hamısı bir qayda olaraq təharət və qüsldən danışırdılar. Qüsl və ya təharət 

vaxtında sağ ayağı necə qoymaq və ya sol ayağı nə vəziyyətdə saxlamaqdan söhbət edirdilər. 

Hamısı cüziyyatdan bəhs edir, əsl məsələ tamamilə unudulmuşdur. Cahaddan, onun 

faydalarından, cahadın səbəblərindən, vətəni müdafiədən və onun necə olmasından bircə söz də 

deyilmir. Halbuki din düşməni gəlib lap qapılarına çatmışdır. Xülasə, demək olar ki, İrana 

Pişdadilər zamanından bugünədək belə bir qəflət, belə bir bədbəxtlik üz verməmişdir. 

 

  



 

Səhər tezdən yükümüzü çatıb, şəhərin kənarından bir qəm-qüssə karvanı ilə birlikdə yola 

düşdük. Neçə gündən sonra kiçik bir şəhər olan Səbzivara çatdıq. Onun ticarət malı ancaq 

pambıqdan ibarətdir ki, o da Qafqaz ermənilərinin əlindədir. Bunlar bir neçə maşın gətirib, 

Misirdə və sair mədəni ölkələrdə olduğu kimi, pambığı taylara doldururlar. Səbzivarda bircə gün 

qaldıq. Oranı da tərk edib yola düşdük, bir neçə gündən sonra Nişabura gəlib çatdıq. Şəhərin 

girəcəyində əzəmətli bir məscid var idi. Tamaşasına getdik. Məscidin bu dünya kimi insandan 

xali olduğunu gördüm. Amma ortalıqda böyük bir xalı görünürdü: uzunluğu 14 arşın olardı. Bir 

qədər də irəli getdikdə gördüm ki, xalının bir bucağında bir it yatıb. Dərindən təəssüfləndim

ixtiyarsız olaraq məni ağlamaq tutdu. İkiəlli başıma vurub dedim: ilahi! bu nə dözülməz 

vəziyyətdir, bu nə əsəfli haldır. Axı bu ölkənin əhalisi üçün dindən, şəriətdən nə qalıbdır? 

 

  



 

Belə musəlmanların vay gününə.  

 

Bu gündən sonra bir sabah olarsa. 



 

  

 



Məscidin vəziyyətini soruşdum, məlum oldu ki, nə vaizi var, nə də azançısı, namaz qılanlardan, 

camaatdan da bir xəbər yox idi. Son dərəcə dilxor və naümid bir halda mənzilə qayıtdım. Biçarə 

Yusif əmi məni görən kimi təzə bir qüssə və qanıqaralıq üz verdiyini duydu. O, mənim nələr 



 

44

çəkdiyimi dərk edir, ancaq susurdu. Mən də nə qədər təəssüflənib mütəəssir olduğumu ondan 



gizlədirdim. Ürəyim qəm-qüssədən az qalırdı partlasın. Əlqərəz, oranı da tərk etdik. Bir neçə 

mənzillik yol getdikdən sonra Damğan şəhərinə çatdıq. Bazara girən kimi qəribə bir izdiham 

gördüm. Bir nəfər əlini ağzına soxub, başqa bir bədheybət kişi də kəndirin ucundan tutmuşdu. O, 

kəndiri hər tərəfə dartırdısa əlini ağzına soxmuş kişi də haman tərəfə dönürdü. Bunu gördükdə 

mənə elə gəldi ki, onlar bir növ oyun və rəqs icra edirlər. Cilovdar Hacı Hüseyndən soruşdum:  

 

  



 

“Bu nə həngamədir?” 

 

  

 



O da bazardakıların birindən xəbər aldı. Bir nəfər dedi: 

 

  



 

“Bu kişi çörəkçidir, çörəyi təyin olunan çəkidən əskik bişirdiyinə görə  cilovlayıblar. Əlində 

kəndiri dartan isə mirqəzəbdir. Çörəkçinin burnunu deşib kəndir keçiribdir.” 

 

  



 

Dedim: 


 

  

 



“Qəribə qanundur! Çox təəccüblüdür!” 

 

  



 

Dedi: 


 

  

 



“Bir az da irəli gedin, bundan qəribəsini də görərsiniz. O tərəfdə üç nəfər qəssabın qulaqlarını 

siyiriblər. Mirqəzəblər qulaqları kəsilmiş qəssabları bazarda gəzdirir və hər dükançıdan bir şey 

alırlar.” 

 

  



 

Bu vaxt bazarın o biri başından hay-küy ucaldı. Mirqəzəblər o yazıqları çəkə-çəkə gətirirdilər. 

Özləri də əllərində qanlı bıçaq hər bir dükanın qabağında dayanıb pul yığırdılar. Yazıq Yusif əmi 

atın üstündən hey qışqırırdı: "Bəy, baxma, baxma!" 

 

  

 



Doğrudan da, bu haləti görən kimi ürəyim bulandı. Atı mahmızlayıb keçdik. Şəhərin kənarında 

olan bir karvansarada mənzil tutduq. 

 

  

 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə