İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə17/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   13   14   15   16   17   18   19   20   ...   160

 

48

 



Sonra bir saata qədər də söhbət elədik. Hacı üzünü oğluna tərəf tutub dedi: 

 

  



 

“Rza, sən qonaqları apar bir az şəhəri, çay kənarını gəzdir. Axşam da buyurun evə təşrif gətirin. 

Şamdan sonra mən sizi öz mənzilinizə çatdıraram, orada çadırda yatarsınız.” 

 

  



 

Baxdım gördüm üzrümü heç vəchlə qəbul eləməyəcək, çarəsiz qalıb razılıq verdim. Durub yola 

düşdük. Mən soruşdum: 

 

  



 

“Hara gedəcəyik?” 

 

  

 



Yusif əmi dedi: 

 

  



 

“Məncə, bu şəhərin məktəb və ya mədrəsələrindən birinə gedib vəziyyəti ilə tanış olsaq pis 

olmaz.” 

 

  



 

Ağa Rzadan soruşdum: 

 

  

 



“Bu şəhərdə məktəb varmı?” 

 

  



 

“Bəli,” -- dedi. -- “Burada cəmi üç məktəb var. Biri çox uzaqdır. Bizim uşaqlar haman məktəbdə 

oxuyurlar. Biri də bu yaxınlıqda Nəccərabazardadır. Amma fikirləşirəm ki, oraya getsək nə 

deyək. O məktəbdə məni o qədər də tanımırlar. Yaxşısı budur ki, birimiz borclu olaq, o birimiz 

də tələbkar. Sənəd yazdırmaq üçün oraya gedək. Onda siz də istədiyiniz kimi məktəblə tanış ola 

bilərsiniz.” 

 

  

 



Ağa Rzanın bu tədbiri məni çox güldürdü. Dedim: 

 

  



 

“Nə eybi var, siz deyən kimi elərik.” 

 

  

 




 

49

Yusif əmi dedi: 



 

  

 



“Mən öz adımı deməyəcəyəm, başqa bir ad deyəcəyəm.” 

 

  



 

Ağa Rza dedi:  

 

  

 



“Ürəyin necə istəyirsə elə də elə.” 

 

  



 

Mirzənin məqsədi bir abbasını almaqdır. Hansı adı istəyirsənsə özünə bağla. Heç kəsin adını, 

ünvanını aydınlaşdırmaqla bir işi yoxdur. 

 

  



 

Bir az da zarafatlaşdıq. Birdən qarşımızdan "çəkil, çəkil!" nidaları ucaldı. Hər tərəfdən bağırıb: 

"İrəli keç, dayan, əbanın qolunu gey!" deməyə başladılar. Mən təəccüblə səs gələn tərəfə 

baxdım. 


 

  

 



Gördüm atın üstündə bığıburma, ucaboy bir cavan gəlir. Arxasınca da otuz-qırx nəfər əllərində 

çomaq, onun hər iki tərəfində cərgə ilə irəliləyirlər, onların da önündə qırmızı paltarlı, sifəti 

dəhşətli bir adam, onun da arxasında on-on beş atlı sıra ilə hərəkət edir. Ağa Rzadan soruşdum:  

 

  



 

“Bu nə həngamədir?” 

 

  

 



“Şəhərin hakimidir, ova gedir,” -- dedi, sonra əlavə etdi: 

 

  



 

“Yerinizdə düz dayanın, gəlib qabağınızdan keçəndə ikiqat təzim eləyin. Baxın, hamı necə 

eləyir, siz də onlar kimi eləyin.” 

 

  



 

Ətrafıma göz gəzdirdim, gördüm doğrudan da hər dörd tərəfdən hey başdı ki, əyilir, hey 

səcdədədir ki, olunur. Hakim cənabları da heç onlara etina eləmədən bir ucdan bığlarını burur. 

Ağa Rzaya dedim: 

 

  

 




 

50

“Əgər baş əyməsək nə olar?” 



 

  

 



Dedi: 

 

  



 

“Daha orasını fərraşlar bilir, bir də onların əlindəki çomaqlar! Deyəsən  canınızdan 

doymusunuz.” 

 

  



 

“Yox, nə üçün doyuram, ürəyimdə min arzum var,” -- dedim. 

 

  

 



Kəmali-ədəblə dayandıq. Hakim bizə yaxınlaşanda ikiqat əyilib salam verdik. "Bir bəla çatmış 

idi, amma ki, qurtardı, gözəl!" 

 

  

 



İndiyədək belə bir vəziyyətə heç bir yerdə rast gəlmədiyimə görə çox təəccübləndim. Öz-özümə 

dedim: "Abad olsan İran, yeddi milyon cəmiyyəti olan London kimi bir şəhərin hakimi hər yerə 

tək gedir, bir nəfər də onun kim olduğunu bilmir və bilsə də fərqi yoxdur, onun şənini və 

rütbəsini sayan olmaz. Amma, maşallah olsun, bizim kiçik bir vilayətin hakiminin bu qədər cah-

cəlalı var. Bəli, hökumət belə olmalıdır!" 

 

  



 

“Ağa Rza, hakim bu qədər adamın məvacibini, donluğunu haradan verir,” -- deyə soruşdum. 

 

  

 



“Bunların donluğu yoxdur,” -- deyə Ağa Rza cavab verdi. 

 

  



 

Mən təəccüblə soruşdum:  

 

  

 



“Bəs nə yeyirlər?” 

 

  



 

Səhərdən axşamadək küçə-bazarı dolaşırlar, harada iki nəfər dava eləsə, tutub fərraşbaşının 

yanına aparırlar. Dava əhəmiyyətsiz olarsa, iki tümən fərraşbaşı, beş qran naib, iki-üç qran da bu 

fərraşlar alıb onların yaxasından əl çəkirlər. Yaxın kəndlərdən şikayətçi gəlsə, bu atlılardan bir-

ikisi çapıb talamağa göndərilir. Dava bir az böyük olarsa pişxidmətlərdən biri, ya mehtərbaşı, ya 

əsləhədarbaşı, ya abdar, ya qəhvəçi o işə baş çəkmək üçün göndərilir. Onlar da əllidən-yüzdən 

şahzadəyə, on-on beş tümən də özləri üçün cərimə, peşkəş alırlar. 



 

51

 



  

 

Bu sözləri eşitdikdə mən yerimdəcə qurudum. Doğrusu, səyahətimdən peşman oldum. Öz-özümə 



dedim: "Kaş kor olaydım, bu vəziyyəti görməyəydim, kar olaydım, bu sözləri eşitməyəydim. 

Min əzab-əziyyət çəkdim, bu qədər pul xərclədim, özüm üçün qəribə bir bəlanı satın aldım!" 

 

  

 



Məktəbə gəlib çatdıq. Bu məktəb Nəccərabazardır. Təxminən otuz arşın boyu, on arşın eni olan 

böyük bir otaqda yüzdən artıq məsum uşaq toplaşıb oturmuşdu. Onlardan bəzisi quru torpaq üstə, 

bir parası keçə parçası, bir neçəsi həsir və ya kilim üstə oturub dərs öyrənirdilər. Müəllimləri 

əmmaməli qoca bir kişi idi. Məktəbə daxil olub salam verdik, uşaqların səs-küyü üzündən 

müəllim bizim salamımızı eşitmədi. Biz də bir guşədə oturduq. Axund soruşdu: 

 

  



 

“Nə fərmayişiniz var?” 

 

  

 



Yusif əmi dedi: 

 

  



 

“Mən bu kişiyə yetmiş tümən borcluyam. Xahiş edirəm mənim tərəfimdən həmin məbləğə bu 

adamın adına bir höccət yazasınız.” 

 

  



 

“Çox gözəl,” -- dedi. -- “Adınız nədir?” 

 

  

 



“Əbdülqafardır,” -- deyə Yusif əmi  cavab verdi. 

 

  



 

“Bəs ağanın adı nədir?” 

 

  

 



“İbrahim bəydir.” 

 

  



 

“Müamilə üçün girov vardırmı?” 

 

  

 



“Bəli, evimi girov qoyuram.” 

 



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə