İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə20/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   16   17   18   19   20   21   22   23   ...   160

 

61

 



  

 

“Gözüm üstə,” -- dedi. -- “Ancaq buyurun görək Tehrana gəlməkdən məqsədiniz nədir?” 



 

  

 



“Elə bir məqsədim yoxdur. Doğrusunu desəm, istəyirəm bu məmləkətin vəzirlərindən bir neçəsi 

ilə görüşüm, bir para məsələləri onların hüzuruna çatdırım. Ancaq bilmirəm bu bağlı qapının 

açarı kimdədir. Məqsədimə çatmaq üçün hansı vasitəyə əl atmalı olduğumu da bilmirəm.” 

 

  



 

“Olmaya ərizədən-zaddan vermək istəyirsən,” -- deyə soruşdu. 

 

  

 



“Yox,” -- dedim. -- “Onların özünü görüb bir para deyilməli mətləbləri onlara şəxsən söyləmək 

istəyirəm.” 

 

  

 



“Doğrusu, elə bir vasitəni mən də bilmirəm. Əgər müəyyən bir iş üçün vasitəçilik və ya xahiş 

lazım olsa idi düzəldə bilərdim. Amma sənin qolundan tutub vəzirlərlə diz-dizə oturda bilən bir 

adam tanıyıram.” 

 

  



 

“Vasitəçi və ya xahiş üçün münasib bildiyin adam kimdir, adı nədir?” 

 

  

 



“Sənin onun ad-sanı ilə işin olmasın. Mənimlə çox yaxın dostluğu var. Bütün vəzirlər və dövlət 

adamları onun xatirini istəyirlər. Məmləkətin həməkarəsidir. Hal-hazırda Tehranda müəyyən bir 

iş üçün hər kəsə vasitəçi lazım olsa mənə müraciət edir. Mən də on-on iki tümən alıb vasitəçini 

tapıram. O da o işi yerbəyer edir. Bu işdən ələ gələn mədaxilin onda birini də mənə verir.” 

 

  

 



Bu xəbər məni artıq dərəcədə sevindirdi.  

 

  



 

“Dostum, mən sənə ikicə tümən nəqd verərəm,” -- dedim, -- “o adama da hər neçə lazımdır 

verərəm. Sənin heç nəynən işin olmasın, ancaq onu mənə göstər, vəssəlam.” 

 

  



 

“Gözüm üstə,” -- dedi. -- “Amma gərək əvvəlcə ona xəbər verəm. Qəbul edərsə, sabah gedərik 

yanına. Onu da sənə deyim ki, arxayın ol, qəbul edəcək. Çünki özü yaxşı adamdır, türkdür. 

Türklərin xatirini də çox istəyir. Zarafatçı, əhli-zövq, təvazökar adamdır. Özünü çəkmək onun 

məzhəbində küfr hesab olunur.” 



 

62

 



  

 

Əlqərəz, ağa Məşədi Həsən Kirmani getdi. Sabahısı gün gəlib dedi: 



 

  

 



“O vasitəçini görüb işləri düzəltmişəm. Bismillah, buyurun gedək yanına.” 

 

  



 

Durub getdik. Çoxlu yol gəldikdən sonra qaranlıq bir döngəyə çatdıq. Elə burada məni vahimə 

basdı. Özümü məzəmmət elədim ki, nə üçün tək gəldim, Yusif əmini özümlə gətirmədim. Allaha 

təvəkkül deyib, döngəyə daxil oldum. Lap sonunadək getdim. Məşədi Həsən qapını taqqıldatdı. 

Qapını açdılar. Altmış-yetmiş yaşlarında olan bir qoca kişi gördüm. Başında dövrəsinə bir fitə 

sərinmiş keçə papağı var idi, saqqalı qırmızı, sifəti qara idi. Fələk başına qəm külü ələmiş, bütün 

dişləri tökülmüşdü. Ölgün gözləri, sönük baxışları var idi.  Paltarı o qədər kirli idi ki, parçasının 

əvvəlcə nə rəngdə olduğu məlum deyildi. Məşədi Həsən qocadan soruşdu:  

 

  

 



“Hacıxan evdədirmi?” 

 

  



 

Qoca cavab verdi:  

 

  

 



“Bəli, buyurun, sizi gözləyir.” 

 

  



 

Otağa çıxan pillələrə ayaq basan kimi arağın qoxusundan az qaldı beynim partlasın. Evin 

dəhlizinə heç deyəsən nuh əyyamından süpürgə dəyməmişdi. Zibilliyə oxşayırdı. Otağın qapısına 

gəlib çatdıq. Qoca pərdəni qaldırdı: kimi görsəm yaxşıdır?--Gördüm məşhur molla Hacı 

Məmmədəli yuxarı başda  ağır-ağır özünü çəkib  əyləşibdir. O da, mən də bir-birimizi görcək 

heyran qaldıq. İkimiz də bir-birimizi tanıdıq. Heyrətim o dərəcədə şiddətli idi ki, salamı da 

unutdum. Dedim: 

 

  



 

"Gədə, molla, sən hara, bura hara, ləvəndxan olmusan?!" 

 

  

 



Onu da böht aparmışdı. Lakin zirəkliyindən tez özünü ələ alıb, ucadan dedi: 

 

  



 

“Bah, İbrahim bəy, xoş gəlmisiniz, səfa gətirmisiniz, buyurun, buyurun.” 

 



 

63

  



 

Yerindən dik qalxıb mənə tərəf əl uzatdı. Görüşdük, qucaqlaşıb öpüşdük, ancaq mən türkcə 

danışdıqca o özünü farslığa vururdu. Mən onu şeytan atından salmaq istəyirdim, o düşmək 

istəmirdi. Nəhayət, saqqal tutub mənə işarə ilə bildirdi ki, mən ölüm, məni zay eləmə, ovcumu 

açma. 

 

  



 

Gördüm Məşədi Həsəndən utanır, onun yanında qədir-qiymətdən düşmək istəmir. Mən də 

sözümü dəyişdim. "Ərz eləyirəm", "buyurursunuz", "mübarək başınıza and olsun", "cənabınız 

buyurun" deməyə başladım. Mollanın nəfəsi açıldı, bir qədər rahatlaşdı, təzədən özünü tutdu, 

kef-əhval soruşdu, Misirdən xəbər aldı: 

 

  



 

“Misrin hakimi konsulla necə rəftar edir? Şübhəsiz ki, İstambulda səfiri gördünüz, necədir? 

Tiflisdə hakim yenə qraf Şeremetyevdirmi? Çox yaxın dostuq. Osmanlı konsulu Xəlil əfəndi 

yenə də ordadırmı? Çox nəcib, alicənab adamdır. İranlıların ticarəti oralarda nə 

vəziyyətdədir?...” 

 

  



 

Bütün bu suallara ədəblə cavab verdim. Hər nə deyirdisə təsdiq eləyib deyirdim: "Bəli, cənab 

Hacıxan, mübarək başınıza and olsun, belədir ki, var". Bu minvalla yarım saata yaxın söhbət 

elədik. İzin alıb getmək istədim. Ədəblə baş əyib yola düşdüm. Otaqdan çıxandan sonra məni 

səslədi. Mən qayıtdım. Məşədi Həsən dayanıb məni gözlədi. Hacıxan ağzını qulağıma tutub dedi: 

 

  



 

“Sabah gecə gəlin bura, xudmani oturub məhrəmanə söhbət elərik, razu-niyaz, dərdi-dil edərik. 

Şamı da bir yerdə yeyərik.” 

 

  



 

“Gözüm üstə, icazə versəniz Yusif əmini də gətirərəm.” 

 

  

 



“Daha gözəl, onu da gətir,” -- dedi. 

 

  



 

Bu dəfə: -- “allah amanında,” -- deyib çıxdım. 

 

  

 



Bazaradək gəldik. Mən Məşədi Həsənə dedim: 

 

  



 

“Siz buyurun təşrif aparın. Sabah da zəhmət çəkməyin. Biz hamama-zada gedəcəyik.” 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə