İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə5/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   2   3   4   5   6   7   8   9   ...   160

 

11

 



  

 

“Daha məni bağışlayın, işim var, gərək mürəxxəs buyurasınız.” 



 

  

 



İbrahim bəy tam könül açıqlığı ilə deyir:  

 

  



 

“Hacı Kərim  ağa, hara  gedirsiniz, nahar vaxtıdır, gedək çörək yeyək, acmışıq.” 

 

  

 



Hacı Kərim deyir: 

 

  



 

“Xeyr, iltifatınız artıq olsun, gərək gedəm, işim çoxdur, inşallah başqa bir vaxt. Xudahafiz, allah 

amanında!” 

 

  



 

Hacı Kərim gedir. İbrahim bəy çay pulunu verib çayxanadan çıxır. Lakin sevincindən bilmir 

haraya getsin, nə eləsin. İxtiyarsız fayton çağırır. Fayton gələn kimi oturub, haraya getməli 

olduğunu bildirmədən faytonçuya deyir: "Sür!" O, özündə deyil. Faytonçu o qədər sürür ki

şəhərdən kənara çıxır. Yalnız bu vaxt dönüb İbrahim bəyə deyir: "Bəy əfəndim, haraya təşrif 

buyuracaqsınız?" İbrahim bəy cavab verir: "Gəzmək, gəzmək istəyirəm". 

 

  

 



İbrahim bəy xeyli gəzdikdən sonra gün batana yaxın, nahar yeməmiş, ac-susuz, haman nəşə ilə 

evə qayıdır və bir baş kitabxanaya gedir, "Tarixi-Nadiri"-ni götürüb, Nadirin Hindistan səfəri 

əhvalatını oxuyur. Bu mütaliədən onun sevincinə yeni bir nəşə də əlavə olunur. 

 

  



 

Bu vaxt İbrahim bəyin anası gəlib deyir: 

 

  

 



“Oğlum, bu gün harada nahar elədin? Bizi lap nigaran qoydun.” 

 

  



 

“Anacan, heç yerdə bir şey yeməmişəm, ancaq könlüm elə toxdur ki, on gün də bir şey 

yeməsəm, acmaram,” -- deyə İbrahim bəy cavab verir. 

 

  



 


 

12

Sözün qısası, o gecə İbrahim bəyin sevincinin dərəcəsini ancaq özü bilirdi. Sabahı günü 



dostlarından bir-ikisinə rast gəlmək ümidi ilə evdən bir qədər də tez çıxdı. O istəyirdi Hacı 

Kərimin dünənki məktubu haqqında onlara söhbət eləsin. Şənliyin təsviri fərəh gətirər, -- 

demişlər. İbrahim bəy istəyirdi dünənki şad xəbəri dostlarına söyləməklə bir daha zövq alsın. 

Fəqət o, dostlarından heç birinə rast gəlmədi. Yenə də İsfahanlı Hacı Kərimin sorağını tutmaq 

üçün o çayxanadan bu çayxanaya getdi. Qəzadan onu da tapa bilmədi. 

 

  



 

Hacı Kərim isə kələyinin baş tutduğunu və İbrahim bəyin onun dalınca gələcəyini bilirdi. Ancaq 

məqsədə tez çatmaq üçün o günü evdən çıxmadı. Yazıq İbrahim bəy öz hədsiz sevincini 

bölüşdürmək məqsədilə o gün bir adam tapa bilmir, axşamadək gəzdikdən sonra evə qayıdır. 

Namazını qılıb, şam yedikdən sonra kitab oxumaqla vaxtını keçirir. Sabahı günü yenə də 

həmişəkindən daha tez evdən çıxır. Bir başa Məhəmmədəli Paşa meydanında olan böyük 

çayxanaya gedir. Fürsət dalınca gəzən Hacı Kərim nahara yaxın gəlib çıxır. İbrahim bəyin tək 

oturduğunu gördükdə saymazyana ötüb keçmək istəyir. Lakin İbrahim bəy Hacını görcək tələsik 

halda ucadan onu səsləyir. Belə bir fürsəti axtaran Hacı Kərim geri dönüb, İbrahim bəyi ilk dəfə 

görürmüş kimi, ona salam verir. İbrahim  bəy salamın cavabını verəndən sonra deyir: 

 

  

 



“Ay  Hacı, qurbanın olum, hara belə tələsirsən?” 

 

  



 

“Bu tərəfdə bir az işim var,” -- deyə Hacı cavab verir. 

 

  

 



“Hacı, sən allah, əyləş bir stəkan çay iç.” 

 

  



 

“Çox sağ ol, otura bilmərəm, getməliyəm.” 

 

  

 



“Canım, niyə belə tələsirsən, əyləş görək.” 

 

  



 

“Üzr istəyirəm, eləyə bilməyəcəyəm.” -- İbrahim bəy bir daha təkid edir: 

 

  

 



“Ay Hacı, qurbanın olum, mən bilirəm ki, sənin mağazan yoxdur, bir yerdə qulluq da ki 

eləmirsən, daha bu qədər naz nəyə gərəkdir?” 

 

  

 



Hacı Kərim yenə də yumşalmır: 

 



 

13

  



 

“Doğru buyurursunuz, heç bir tələsik işim yoxdur, amma elə bir üzrüm vardır ki, sizin 

saydıqlarınızın hamısından üstündür.” 

 

  



 

İbrahim bəy Hacının ətəyindən tutub deyir: 

 

  

 



“Di otur görüm üzürün nədir.” 

 

  



 

Hacı deyir: 

 

  

 



“Doğrusu budur ki, bir nanəcib Misir ərəbinə azca borcum var. Onun müqabilində mənim də 

birindən tələbim var. Vədə verib ki, gələn ayın əvvəlində ödəsin. Amma mən ərəbə gərək bu gün 

pul verəm, ancaq yoxumdur. Burada ki, çayxananın qabağıdır, qorxuram o köpək oğlu məni 

burada görüb yaxalasın, tələbini istəsin, hay-küy qaldırsın, həm siz xəcalət çəkəsiniz, həm də 

mən rüsvay olam. Əgər çayxananın içərisində əyləşsəydiniz, bəlkə də camaat arasında gözündən 

yayına bilərdik. Amma burada otura bilmərəm; çünki yolu bu tərəfdən düşsə, uzaqdan görən 

kimi tanıyacaq.” 

 

  



 

Onda da eşşək gətir, mərəkə yüklə. 

 

  

 



İbrahim bəy soruşur: 

 

  



 

“Məgər neçə borcun var?” 

 

  

 



“Elə bir şey deyil, cəmi on beş lirə.” 

 

  



 

İbrahim bəy təmkinlə deyir: 

 

  

 



“Bunun heç bir əhəmiyyəti yoxdur, allah kərimdir, əyləş görək.” 

 

  




 

14

 



Hacı naz-qəmzə ilə oturur. İbrahim bəy qəhvəçini çağırıb ondan qələm-davat istəyir. Çek 

dəftərini cibindən çıxarıb bir şey yazır, sonra Hacıya tərəf uzadıb deyir: 

 

  

 



“Buyur, Hacı, bu sənin on beş lirənin həvaləsi. Nə vaxt könlün istəsə gedib bankdan ala bilərsən. 

İndi arxayınlıqla qəhvə iç. Ancaq tələbini alan kimi mənim pulumu gətir qaytar.” 

 

  

 



Hacı deyir: 

 

  



 

“Sizə artıq dərəcədə təşəkkür edirəm. Doğrudan da mənim yaxamı bu mürvətsiz ərəbin əlindən 

qurtardınız. Onda mən də sizə bir sənəd yazıb verim. İnşallah iyirmi günün ərzində sizin 

pulunuzu qaytararam. Əgər bir yerdə verə bilməsəm də üç vədədə beş lirə-beş lirə borcumu 

üzərəm.” 

 

  



 

“Sənəd-zad lazım deyil. Sizin sözünüz mənim üçün sənəddir.” 

 

  

 



Bir qədər söhbətdən sonra İbrahim bəy soruşur: 

 

  



 

“Hacı, srağagünkü məktub yanınızdadırmı?” 

 

  

 



“Bəli, necə bəyəm?” 

 

  



 

“Mümkünsə onu ver mənə, istəyirəm özüm oxuyam. Nə yaxşı məktubdur! Biqeyrət köpək 

uşaqları hey yalandı ki, özlərindən toxuyurlar. Həya eləməyib deyirlər ki, İranda xarici səfirlər, 

konsullar, hətta xarici təbəələr istədiklərini eləyirlər; bir adam onlara deyə bilmir ki, gözünün 

üstündə qaşın var. İndi, gəlin Tehrandan bir müsəlmanın başqa bir müsəlmana yazdığı bu 

məktubu öz kor gözlərinizlə görün. 

 

  

 



Bu vaxt Hacı məktubu qoltuq cibindən çıxarıb İbrahim bəyə verir. İbrahim bəy məktubu açmaq 

istərkən Hacıdan soruşur: 

 

  

 



“Hacı əmi, başqa bir mətləb yoxdur ki?” 


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə