İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə157/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   152   153   154   155   156   157   158   159   160

 

481


Şövqünün oduyla ruhum alışdı. 

 

  



 

De görüm, bu əzizlər kimlərdir? 

 

  

 



Cavabında dedi: 

 

  



 

“Bir-birinin həqiqi aşiqləri, öz möhtərəm vətənlərinin əsl vətənpərvərləri. Bütün bu xidmətçilər, 

bu bağ, əzəmətli imarət onlara məxsusdur. Onlar qayıdanadək döz, səni onların hüzuruna 

apararam.” 

 

  

 



Dedim: 

 

  



 

“Gecdir, qəlbi işıqlı qoca, birdən bu gecə qayıtmasalar mən nə edərəm? Məndə dözməyə taqət 

yoxdur.” 

 

  



 

Soruşdu: 

 

  

 



“Gecə nə deməkdir?” 

 

  



 

Dedim: 


 

  

 



“Gecə də, yəni günəş batandan sonra.” 

 

  



 

Dedi: 


 

  

 



“Nə günəş, hansı günəş?” 

 

  



 

Dedim: 



 

482


 

  

 



“Aləmi öz nuruna qərq eləyib işıqlandıran günəş.” 

 

  



 

Dedi: 


 

  

 



“Sənin sözlərindən bir şey başa düşə bilmirəm.” 

 

  



 

Dedim: 


 

  

 



“Ay canım, bizim dildə zülmətə gecə, işığa gündüz deyirlər.” 

 

  



 

Qoca dedi: 

 

  

 



“Yenə də bir şey anlamadım. Zülmət nə deməkdir? Burada zülmət yoxdur. Hər şey nurdur. Biz 

işıq xüsusi bir mənbədən almırıq. Kim ki, buraya yol tapdı, zülmətdən bir dəfəlik qurtuldu, fikir-

xəyal, qəm-qüssədən bir dəfəlik rahat oldu. Bura eyş-işrət, ayın-şayınlıq və əbədiyyət 

məkanıdır.” 

 

  

 



Gördüm gecə-gündüzü ona başa salmaq üçün dəlil-sübut gətirsəm, öz cəhalət və nadanlığımı 

bildirmiş olacağam. Dedim, elə yaxşısı budur ki, ağzımı yumub, sakit dayanım. Ona görə ki, bu 

yerə daxil olandan sonra mən nə günəş gördüm, nə də ay işığı, isti-soyuq, bulud, toz, duman da 

görmədim. "Hər şeyi onun ziddinə olan bir şeylə tanımaq olar" -- demişlər. Mən ki, burada nurun 

ziddini, yəni qaranlığı görmürdüm. Daha ona necə başa sala biləydim. Öz-özümə dedim: 

"Burada ziddiyyətlər gözə çarpmır, belə bir işıq içərisində heç bir kölgəyə rast gəlməmişəm". 

 

  

 



Fikir, xəyal məndən əl çəkmirdi. Düşünürdüm ki, birdən bunlar qayıtmazlar. Bu düşüncə mənim 

əhvalımı tamamilə pozdu. Ahəstə-ahəstə bu şeri oxudum: 

 

  

 



Sevgisi könlümə hakim kəsildi,  

 

Fəryadım ürəkdən ərşə çəkildi,  



 


 

483


Kədər dırnağilə cızdı ruhumu,  

 

Yaram üstə səpdi o almaz unu.  



 

Səbrü qərarımla tabü təvanım,  

 

Dördü də kəsildi, incəldi canım.  



 

Canımda olmadı bu dərdə dözüm,  

 

Yuxuda da yuxu görmədi gözüm.  



 

Əl çəkməz canımdan qəm-qüssə bir an,  

 

Kədərim artırdı hey zaman-zaman.  



 

Dərdimi göstərir açıq sifətim,  

 

Qəm-qüssə olubdur mənim ülfətim. 



 

Saman çöpü kimi saralmış sifət  

 

Gizli ələmimə verir şəhadət. 



 

  

 



Qoca mənim bikef olduğumu, ümidsizliyə və məyusluğa qapıldığımı görən kimi əlimdən tutub 

dedi: "Gəl!" 

 

  

 



Mən onunla getdim. Lakin ürəyim başqa yerdə idi. Bir qədər hovuzun və arxların ətrafında 

gəzişdik. Hər bir gülün, ağacın və meyvələrin keyfiyyətini ondan soruşdum. O da tam 

mehribanlıqla cavab verirdi. Ancaq qocanın mənim haqqımda göstərdiyi bütün mehribanlıq və 

məhəbbətinə baxmayaraq yenə də onu ilk dəfə görərkən ürəyimə dammış şübhələr məndən əl 

çəkmirdi. Onun şeytan olduğunu zənn edirdim. Qorxurdum mənə meyvə təklif eləsin. Hər halda 

qəti qərara gəlmişdim ki, onun xahişini rədd eləyim, bir bəhanə ilə meyvə yeməkdən imtina 

edim. Elə bu vaxt qoca dedi: 

 

  



 

“Əgər bu rəngarəng meyvələrdən könlün istəsə, heç bir maneə yoxdur, dər, ye!” 

 

  

 



Dedim: 

 

  



 

“Ey azmışlara yol göstərən, məndə nə yemək, nə içmək, nə dincəlmək, nə də asudə olmaq meyli 

var.” 

 



 

484


  

 

Yavaş-yavaş gəldiyimiz yollarla qayıdırdıq. Birdən taxtın yerə oturduğunu gördüm. Yenə də 



xəbərdarlıq səsi eşidildi. Ulduzlar kimi pərakəndə olan bütün mələksimalar, gülüzlülər əvvəlki 

qayda üzrə halə kimi bir yerə toplaşdılar, pilləkanın sağında və solunda səf bağlayıb, vüqar və 

təmkinlə əlləri döşlərində dayanıb durdular. Taxt göyə qalxdığı nöqtədə yerə oturdu. 

 

  



 

Torpağa oturdu o təxti-rəvan,  

 

Torpaq ərşə qalxdı şərəflə  ondan. 



 

  

 



Xidmətçilərin böyüklərindən iki nəfər irəli keçib, taxtın pərdəsini qaldırdılar. Taxtın şərqindən 

birdən ay-günəş doğdu. Aşiq öz məşuqəsinin belindən tutduğu halda nəzakət və vüqarla taxtdan 

aşağı düşdü. 

 

  



 

Birləşdi o nurdan doğulmuş canlar,  

 

Vəhdət məqamına yüksəldi onlar. 



 

  

 



İşvə-naz ilə taxtdan çıxıb cilvələndilər, pillələrlə yuxarı çıxmağa başladılar: Mənim qələmim o 

aşiq-məşuqənin halətini və vəziyyətini təsvir etməkdən acizdir. Kaş məşhur, bacarıqlı ədiblər və 

şairlər burada olub, həmin mənzərəni görəydilər, bunların cilvəsinin şahidi olaydılar, onların 

əhvalını nəzm və nəsrlə qələmə alaydılar, bununla da "Vamiq və Əzra", "Leyli və Məcnun", 

"Xosrov və Şirin" eşqi unudulaydı, Mahmudun və Ayazın da yaxasından əl çəkə idilər. İnsaf 

üzündən bu həqiqəti etiraf edə idilər ki, qəm-qüssə kürəsində yanan, lakin səməndər kimi daim 

vətən eşqi ilə yaşayan vətən vurğunları hər cür dünyəvi nemət və ləzzətdən göz örtür, vətənin 

tərəqqisi və sevgisindən başqa bir şey haqda düşünmür, dünyanın hər bir səadət və gözəlliyini 

vətən evladı üçün istəyirlər. Belə aşiq və məşuqu həva və həvəs ardınca gəzən, cəhalət və 

nadanlıqdan nəşət edən heyvani eşq və şəhvətlə yaşayan aşiqlərlə necə müqayisə etmək olar? 

Vətən aşiqinin məşuqəsi nə qədər qocalsa da, onun eşqinin alovu, məşuqəsinin cilvəsi daha da 

artar. Bunun əksinə olaraq, gülüzlülərə və qəddi rənalara olan məhəbbət      onların sifətinin rəngi 

solunca, sərv boyları bükülüncə soyuyub gedər, aşiq məşuqdan uzaqlaşar, ondan bir növ iyrənər. 

Eləcə də aşiqin heyvani qüvvələri zəifləyən kimi öz məşuqəsindən qaçar. Əlbəttə, hər halda qalıb 

yaşayan, solub məhv olandan üstündür. Gərək məddahlar əbədi yaşamaq hüququ qazanmışların 

tərifinə nəğmə qoşsunlar. Beləliklə onların sözü dünya durduqca yaşayar. Daha yazmasınlar ki, 

pərvanə eşqdən özünü oda vurub yandırdı. O yazıq şüursuz bir heyvandır, eşqin nə olduğunü 

haradan bilir? 

 

  

 



Bəli, fəqət tikanın bülbüllə rəqabəti vətənpərvərlərin vətən düşmənlərinin və xainlərinin əlindən 

çəkdikləri cəfalar və əziyyətlərə çox oxşayır, hətta bunların cəfası bülbülün tikandan çəkdiyi 

cəfadan artıqdır. 

 



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə