Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


(5-4-2) BEYNӘLXALQ TӘŞKİLATLARIN ÖZ FӘALİYYӘTLӘRİNӘ ӘSASӘN NÖVLӘRӘ BÖLÜNMӘSİ



Yüklə 1,29 Mb.
səhifə39/118
tarix11.01.2022
ölçüsü1,29 Mb.
#82809
1   ...   35   36   37   38   39   40   41   42   ...   118
İCTİMAİ-SİYASİ-MÜTALİӘLӘRİN-ӘSASLARI-2

(5-4-2) BEYNӘLXALQ TӘŞKİLATLARIN ÖZ FӘALİYYӘTLӘRİNӘ ӘSASӘN NÖVLӘRӘ BÖLÜNMӘSİ


Bu baxımdan beynəlxalq təşkilatlar üç qismə bölünürlər: bir sahədə fəaliyyət göstərənlər; iki sahədə fəaliyyət göstərənlər və bir neçə sahələrdə fəaliyyət göstərənlər. Onlar həm regional, həm də ümumdünya səviyyəsində iş aparırlar.

Bir sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar;

Belə təşkilatlara ixtisaslaşmış təşklatlar da deyilir. Onlara misal olaraq, OPEK-i göstərmək olar. OPEK, dünya bazarında yalnız neft istehsalı, onun yayılması və satışı ilə məşğuldur. Yaxud, Ümumdünya Poçt Ittifaqı yalnız poçt rabitələri ilə əlaqədar fəaliyyət göstərir. Bu qəbildən olan digər təşkilatlara aşağıdakıları misal göstərmək olar: Beynəlmiləl Әdliyyə Məhkəməsi, NATO, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Səhiyyə Təşkilatı, Interpol və s.



Iki sahədə fəaliyyət göstərən təşkilatlar;

Bu cür təşkilatlar adətən, iki sahədə fəaliyyət göstərirlər, yaxud da, onların fəaliyyəti əsasən iki məxsusi sahəyə şamil olur. Həmin sahələr ictimai-iqtisadi, siyasi-ictimai, elmi və mədəni-maarif və s. yönümlü ola bilərlər. Belə təşkilatlara misal olaraq, aşağıdakıları göstərmək olar: Yunesko (elm və mədəni-maarif sahəsində), Ticarət Konfransı (iqtisadi-ictimai sahələrdə), EKO (ictimai-iqtisadi sahələrdə), BMT-nin Asiya və Sakit okean hövzəsi üzrə iqtisadi-ictimai komissiyası və s.



Bir neçə sahədə fəaliyyət göstərən təşkilatlar.
Onlara “ümumi təşkilatlar” da deyilir. Çünki, bu təşkilatlar müxtəlif sahələrdə o cümlədən, siyasi, iqtisadi, elmi, mədəni-maarif, ictimai, hüquqi, təhlükəsizlik və s. istiqamətlərdə fəaliyyət göstərirlər. BMT, Afrika Birliyi Təşkilatı, Islam Konfransı, Bitərəf Ölkələr Təşkilatı, Fars Körfəzi Ölkələrinin Həmkarlıq Şurası, Avropa Şurası və s. qurumlar bu növ təşkilatlardandırlar. Belə təşkilatlarda fəaliyyətin siyasi mahiyyəti daha qabarıq olur.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə