29
söz gedir. Hətta düzgün istifadə olunmadığında daha pis nəticələrə yol aça biləcəyindən bəhs
edilir. STP istifadə ediləndə diqqət edilməsi gərəkli ən önəmli nöqtə, çöldəki metal qorumanın
düzgün bir şəkildə torpaqlanmasıdır. Əks halda qoruma elektromaqnit dalğaları
toplayan bir antena
vəzifəsini görür. Qoruma kabelinin heç bir nöqtəsindən zədələnməmiş olması da çox önəmlidir.
Ən çöldəki qoruma ilə torpaqlama məlumatın keçdiyi bütün nöqtələrdə davamlı olaraq
təkrarlanması da çox önəmlidir. STP kabel Token Ring şəbəkələrində istifadə olunmuşdur, ancaq
Ethernet şəbəkələri üçün istənilməyən bir kabel tipidir.
5.2.2 Qorunmayan Örtüksüz Dolanmış Cüt (Unshielded Twisted Pair-UTP)
Bu günlərdə ən çox işlədilən UTP bir-birinə dolanmış cütlər halında və ən çöldə də plastik bir
qoruması olan kabellərdir. Kabelin içində kabelin dayanıqlılığını artırmaq və lazım olduqda
çöldəki plastik örtüyü rahatca sıyırmaq üçün neylon bir ip mövcuddur. Tel cütlərinin bir-birinə
dolanmış olmaları həm öz aralarında, həm də çöl mühitində qarşılaşa biləcəyi siqnal
pozulmalarının önünə keçmək üçün alınmış bir tədbirdir.
Kabel içindəki tellər cütlər halında bir-birinə dolanmışdır. Hər cütün bir əsas rəngi, bir də "ağ"
olanı vardır. Yuxarıdakı şəkildə də göründüyü kimi əsas rənglər portağal rəngi(turuncu), mavi,
yaşıl və qəhvə rəngindədir. Əsas rənglərə sarılmış olan ağ tellər, sarılı olduğu rənglə eyni rəngə
sahib olduğunu bildirir. Beləcə portağal rəngi(turuncu), portağal rəngi(turuncu)-ağ, mavi, mavi-ağ,
yaşıl, yaşıl-ağ, qəhvəyi, qəhvəyi-ağ olmaq üzrə 8 fərqli rəngdə və 4 qrupda toplanmış olduğunu
görürük.
Bəzən aldığınız kabeldə rənglərin bir az solğun, hətta dəyişik olduğunu görə bilərsiniz. Bəzən də
ağ kabellərin tamam xətsiz(zolaqsız) olması mümkündür. Ancaq keyfiyyətli CAT5(və ya yuxarı)
kabellərdə əsasən problem çıxmır. Hər bir ikinci(sarılmış) tel əsas telə müvafiq rənglənir.
5.2.3 Unshielded və shielded twisted pair kabel standartları
Cat 1: Hal-hazırda TIA(Telecommunications Industry Association)
/EIA(Electronic Industries
Alliance) tərəfindən tanınmır. Əvvəllər telefon POTS(Plain old telephone service), ISDN və qapı
zəngi kabellənməsi üçün istifadə edilirdi.
Cat 2: Hal-hazırda TIA
/EIA tərəfindən tanınmır. Əvvəllər 4 Mbit/s Token Ring şəbəkələrində
istifadə olunurdu.
30
Cat 3: Hal-hazırda TIA
/EIA-568-B tərəfindən qəbul olunur, 16 MHz sürətindəki şəbəkələrdə
istifadə olunur.
10 Mbit/s Ethernet şəbəkələrində istifadə olunması ilə populyardır.
Cat 4: Hal-hazırda TIA
/EIA tərəfindən tanınmır. 20 MHz sürətində işləmə qabiliyyəti var və 16
Mbit/s Token Ring şəbəkələrində geniş istifadə olunmuşdur.
Cat 5: Hal-hazırda TIA
/EIA tərəfindən tanınmır. 100 MHz sürətində işləmə qabiliyyəti var və
100 Mbit/s Ethernet şəbəkələrində istifadə olunmuşdur. 1000BASE-T Gigabit Ethernet üçün
uyğun deyildir.
Cat 5e: Hal-hazırda TIA
/EIA-568-B tərəfindən qəbul olunur. 100 MHz sürətində işləmə
qabiliyyəti var. 100 Mbit/s və Gigabit Ethernet şəbəkələrində istifadə olunur.
Cat 6: Hal-hazırda TIA
/EIA-568-B tərəfindən qəbul olunur. 250 MHz sürətində işləmə
qabiliyyəti var. 5 və 5e-dən daha güclüdür.
Cat 6a: 10 Gbit/s şəbəkələri üçün kabel standartıdır(hazırlanmaqdadır).
Cat 7: ISO/IEC 11801 üçün qeyri-rəsmi addır. Class F kabelləmə sinifi. Bu standart
individualdır və xüsusi hallarda istifadə olunur. 600 MHz sürətində işləmə qabiliyyəti var.
Kompüter şəbəkələrində
10 Mbit Ethernet vaxtlarında
CAT3 kabel çox geniş istifadə edilmişdir.
100 Mbit Ethernetin inkişaf etdirilməsi ilə
CAT5 kabellər istehsala başlanılmışdır və hələ də
istifadə olunmaqdadır.
UTP
kabelin çöldən görünüşü
CAT3 və CAT5 bir-birinə çox bənzəyirlər. Ancaq hər kabelin üzərində kateqoriyası yazılır.
Kabelin kateqoriyası onun keyfiyyətini göstərir. Keçirilən müxtəlif testlər ilə kabelin göstərilən
sürətlərdə elektrik siqnallarını nə qədər sağlam və az itki ilə göndərdiyi, maqnit mühitində siqnalı
nə qədər qoruya bildiyi ölçülmüşdür. Testlər ilə ortaya çıxan ölçülər kateqoriyanın keyfiyyətini
göstərir. Qoyulan kriteriyalara cavab verən kabel kateqoriyanın adını almağa haqq qazanır.
CAT5
ilə
100 Mbit sürətində məlumatı ötürə bilərsiniz. Bir sonrakı standart
CAT5e (Enhanced CAT5,
inkişaf etdirilmiş CAT5) standartıdır. CAT5e CAT5 ilə eyni quruluşdadır, amma daha keyfiyyətli
kabeldir. CAT5e ilə
gigabit sürətinə çatmaq olar. Gigabit ethernet-də CAT5 istifadə etmək
mümkündür, amma CAT5e daha çox məsləhət görülür.