İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə3/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   2   3   4   5   6   7   8   9   ...   30

 

paylanması fikri ortaya çıxdı. Ümumiyyətlə, mainframe-lər bir-birindən minlərcə kilometr uzaqda 
yerləşirdilər.  Eyni  bina  içində  yerləşən  mainframe-lər  isə  çox  vaxt  fərqli  istehsalçıların  cihazları 
olurdu.  
 
 
 
Həqiqi  şəbəkələrdən  çox-çox  əvvəl  alimlər  fərqli  iki  sistemin  məlumatlarının  hansı  yolla 
bölüşdürülməsi haqqında müzakirə etməyə başlamışdılar. Yəqin ki siz də ilk kompüter şəbəkəsinin 
ARPANET  olduğunu  eşitmisiniz.  Amerikanın  ARPANET  Advanced  Research  Projects  
Agency(ARPA)  adlı  agentliyi  tərəfindən  qurulmuşdur.  ARPA  1958-ci  ildə  qurulan  və  Amerika 
dövləti  üçün  yüksək  texnologiyalar  düzəldən  agentlik  idi.  1972-ci  ildə  adı  DARPA(Defence 
Advanced Research Agency) kimi dəyişdirildi, 1993-cü ildə təkrar ARPA, 1996-cı ildə isə təkrar 
DARPA oldu. DARPA kompüter şəbəkələri ilə bağlı fərqli olan fikirləri bir araya gətirərək ümumi 
sistem  düzəltdi.  Bu  agentlik  vasitəsi  ilə  kompüter  şəbəkə  layihələri,  internetin  təməlini  qoymuş 
TCP/IP və buna bənzər texnologiyalar yaradıldı. Əlbəttə, belə sual yarana bilər ki bəs mainframe-
lər  hara  yox  oldular.  80-ci  illərdə   İBM(ay  bi  em)  PC(pi  si)Personal  Computer-  fərdi  kompüter 
fikrini irəli sürdü. Bu kompüterlərdə hətta proqramlaşdırma təminatı da olacaqdı (DOS, Windows). 
Nəticədə  PC  və  ya  mini-computer  adlandırılan  bu  kompüterlərin  dünyadakı  sayı  milyonlara, 
milyardlara  çatdı.  Mainframe-lər  texnologiyadakı  yeniliklərə  baxmayaraq  ilk  yaradıldıqları 
məqsədə  hələ  də  xidmət  edirlər.  Müəyyən  hədd  daxilində  hesablamaya  ehtiyacı  olan  firmalar 
prosessoru IBM As400 olan maşınlardan və buna bənzər mainframe sistemlərindən hələ də istifadə 
edirlər.  Universitetlərdə  və  tədqiqat  qurumlarında  istifadə  olunan  "super  kompüter"-ləri  də 
unutmamaq lazımdır.  
Mainframe  almaq  imkanı  olmayan  firmalar  üçün  mini-computer/PC  şəbəkələri  sistemi  yaradıldı. 
Onlardan bəziləri Novell-in Netware(Netveyr) sistemi, Microsoft-un NT-si və onların davamı olan 
Windows 2000, XP, Vista buna misal çəkilə bilərlər. 
 
2. Kompüter şəbəkələri və onların quraşdırılmasında istifadə olunan 
texnologiyalar 
 
Bu  bölmədə  kompüter  şəbəkələrinin  hansı  növlərinin  olduğunu  və  şəbəkə  quraşdırmağa  qərar 
verərkən hansı sahə üçün, hansı şəbəkə formasından, dizaynından istifadə edəcəyiniz haqda geniş 
izah verilir. 
 
2.1 LAN, WAN və digər Sahə Şəbəkələri (Area Networks) 
 
Müxtəlif tip kompüter şəbəkə dizaynlarının kateqoriyalaşdırılması üçün bir  yol  var. Onları  fiziki 
sahəsi  və miqyasına  görə qruplaşdırmaq.  İnkişaf  tarixi  səbəblərindən, bütün dizayn tipləri demək 
olar ki, müəyyən sahəyə görə yaradılmışdırlar. Aşağıda onları görə bilərsiniz: 
 


 

LAN - Local Area Network (yerli sahə şəbəkəsi) 
WLAN - Wireless Local Area Network (simsiz yerli sahə şəbəkəsi) 
WAN - Wide Area Network (geniş sahə şəbəkəsi) 
MAN - Metropolitan Area Network (metropoliyan (paytaxt) sahə şəbəkəsi) 
SAN  -  Storage  Area  Network,  System  Area  Network,  Server  Area  Network  və  ya  bəzən  Small 
Area Network (bir çox adı var əsas Storage Area Network (saxlama sahə şəbəkəsi) kimi tanınır)  
CAN - Campus Area Network, Controller Area Network bəzən Cluster Area Network bir çox adı 
var. Əsas Controller Area Network (nəzarət sahə şəbəkəsi) kimi tanınır) 
PAN - Personal Area Network (şəxsi sahə şəbəkəsi) 
DAN - Desk Area Network (idarəetmə sahə şəbəkəsi) 
 
LAN və WAN əsas orijinal sahə şəbəkəsi kateqoriyalarıdır, qalanları illər boyunca texnologiyanın 
inkişafı irəlilədikcə yaradılmışdırlar və yəqinki bundan sonrada yeniləri yaradılıcaqdırlar. 
 
 
LAN Nədir? 
 
LAN (Local Area Network) –YSŞ(Yerli Sahə Şəbəkəsi), məsləhətdir LAN deyəsiniz. YSŞ gülməli 
çıxır. Bu forma kiçik ofislərdə, ev daxili və ya kiçik kompüter klublarında istifadə olunur. Bu tip 
vasitəsi ilə evdə, işdə və ya klubda oyun oynamaq, o biri kompüterə qoşulmuş printerdən yazı çap 
etmək  olar.  Şəbəkə  tipi  nə  qədər  böyük  olursa  olsun  onun  tərkibində  LAN(lar)  olur.  Nə  qədər 
böyük  deyən  zaman  mən  aşağıda  izah  edəcəyim,  yuxarıda  siyahı  formasında  sadaladığım  digər 
tipləri  nəzərdə  tuturam.  Bütün  böyük  şəbəkələr  kiçik  LAN  şəbəkələrini  birləşdirmək  üçün 
mövcuddurlar və ya o səbəbdən yaranıblar.   
 
 
WLAN Nədir? 
 
WLAN - Wireless Local Area Network (simsiz yerli sahə şəbəkəsi). Bu da LAN deməkdir. Həm 
üstün, həm də mənfi cəhətləri var. Üstün cəhəti evin ya da ofisin içərisində ayağınıza dolaşacaq və 
ya  divarın  deşilməsinə  səbəb  olacaq    kabellərin  olmamağıdır.  Mənfi  cəhəti  onun  hələ  inkişaf 
etməkdə olmasıdır ki, texnologiya kompüter oyunları və həcmi böyük proqramların tələblərini hələ 
ki ödəyə bilmir. Amma sənədləri şəbəkə vasitəsi ilə bölüşmək onun üçün problem deyildir. Üstün 
cəhəti  ötürmə  radiusu  üzrə  dairəvi  formada  bağlantı  qura  bilir.  Kabel  kimi  tək  istiqamətli 
bağlantıdan asılı olmur.  
 
 
WAN Nədir?  
 
WAN - Wide Area Network (geniş sahə şəbəkəsi). LAN-ın maksimum əhatə sahəsi bir binadırsa, 
WAN  üçün  bu  əhatə  sahəsi  şəhərin  bir  neçə  rayonu,  yer  kürəsinin  tamamı  desək  yalan  olmaz. 
Əlbəttə ki, burada istifadə olunan texnologiyalar LAN-dan fərqlənir və daha bir neçə cihaz əlavə 
olunur.  Bu  detalları    hub  vasitəsi  ilə  şəbəkə  quraşdırmanı  öyrənən    zaman  geniş  şəkildə  izah 
edəcəyik.   
 
 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə