İCTİMAİ elmləR 2009



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə21/32
tarix17.10.2017
ölçüsü0,74 Mb.
#5492
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

İctimai elmlər

2009

Mülki təhsil 

X sinif 

İstiqamətlər əsasında nəticələr 

Mülk.X  İstiqamətlər 

Şəxsi inkişaf 

İnsan və hüquq 

Vətəndaş və dövlət 

1.  Özünün şəxsiyyət 

xüsusiyyətlərini təhlil 

edir. 


2.  Cəmiyyətdə öz yerini 

və əhəmiyyətini 

müəyyən edir. 

3.  Özünün gələcəyini 

planlaşdırır. 

4.  Müasir cəmiyyət üçün 

əhəmiyyətli hadisə və 

prosesləri öyrənir və 

təhlil edir. 

5.  Cəmiyyət üçün 

əhəmiyyətli 

məsələlərlə əlaqədar öz 

mövqeyini hazırlayır 

və onu müdafiə edir, 

başqa mövqeləri 

qiymətləndirir. 

6.  Ümumi maraqları 

həyata keçirmək 

üçün həmyaşıdları 

və  yeniyetmələrlə 

əməkdaşlıq edir.

7.  Demokratik cəmiyyət 

üçün səciyyəvi olan 

institut funksiyalarını 

təhlil edir. 

8.  Cəmiyyətin rifahını 

dəstəkləyən işlərdə 

iştirak edir. 



  Nəticə və indikatorlar  Şəxsi inkişaf 

Vət. X. 1.  Özünün şəxsiyyət xüsusiyyətlərini təhlil edir. 

Nəticə əldə edilmişdir, əgər şagird: 

Qrupla birlikdə onun üçün qəbul edilən şəxsiyyət xüsusiyyətlərinin siyahısını tərtib edir və 

həmin xüsusiyyətlərin inkişafı imkanları haqqında düşündüklərini söyləyir; 



Mənfi və müsbət xüsusiyyətləri ayırmaq üçün suallar tərtib edir və cavablayır; digər sinif 

yoldaşlarının siyahısı ilə onu müqayisə edir və nəticələr çıxarır; 



Cəmiyyətin tamdəyərli həyatında vacib olan xüsusiyyətlər haqqında müzakirə aparır.



Vət. X 2.   Cəmiyyətdə öz yerini və əhəmiyyətini müəyyən edir. 

Nəticə əldə edilmişdir, əgər şagird: 

Sosial qrupu müəyyən edir (məs: ailə, şagirdlər, məhəllə, yeniyetmələr, idmançılar, rəssamlar, 

alimlər və s.), özünü ona aid edir və  nailiyyətlərinin nə dərəcədə qrupun maraqları ilə üst-



üstə düşməsini qiymətləndirir; 

İ.E.X. - 10




İctimai elmlər

2009

Konkret funksiyadan irəli gələrək, qrupun seçilən lideri və ya üzvü kimi hərəkət edir; 

Vaxt xəttini – ”Həyat yolum”u tərtib edir və sinfə təqdim edir, burada həyatının – keçmişdə 



olanlar və indiki zamanda davam edən əhəmiyyətli hadisələri qeyd edir;  onları bir-birləri 

ilə müqayisə edir ki, keçmişdə əldə edilən nailiyyətlər və ya məğlubiyyətlər hal-hazırda əldə 

edilən nailiyyətlərə nə dərəcədə təsir göstərir və bu hadisələrdə öz rolunu qiymətləndirir. 



Vət. X 3.  Özünün gələcəyini planlaşdırır.   

Nəticə əldə edilmişdir, əgər şagird: 

Zaman  xəttində  işini  davam  etdirir  və  gələcəkdə  özünün  planlaşdırdığı  ehtimal  etdiyi 

hərəkətlərini qeyd edir;  onları əhəmiyyətlərinə görə keyfiyyətləndirir və səbəb-nəticə əlaqəsi 



ilə keçmiş, hal-hazırkı və gələcək hadisələr arasında əlaqəni yaradır;   

Sinif  yoldaşlarının  ”Həyat  yolum”  sərgi-müzakirəsində  iştirak  edir;  başqalarının  işləri 

haqqında fikirlərini bildirir; sinif yoldaşlarının qeydlərini nəzərə alır, lazım gəldikdə öz işi 



üzərində dəyişikliklər aparır;  

Sinif yoldaşları ilə birlikdə gələcək ümumi məqsədləri yazır və cədvəl vasitəsilə onları 

həyata keçirmək müddətinə əsasən səviyyələrə ayırır, məs.:



Məqsədlər 

Müddət 

Hər gün  _ 2-3 gün 

Qısamüddətli  – bir neçə həftə 

Ortamüddətli  – bir neçə ay

Uzunmüddətli – bir neçə il 

Onların gerçəklik və əldə edilmə yollarını müzakirə edir;

Öz imkanları və məqsədlərinin təhlili əsasında ictimai cəmiyyətin o sahəsini



4

 adlandırır, 



hansını ki, ehtimal olaraq öz gələcək nailiyyətləri ilə əlaqələndirir; sinifdə həmfikirlərini 

aşkar edir, hansılarla birlikdə həmin sahə haqqında informasiya toplayır və onun icmalından 

sonra ”Mənim gələcək peşəm” qısa layihə üçün ərizə hazırlayır;  

Müəllimin yardımı ilə sinif yoldaşlarının qrupu ilə birlikdə  seçdiyi peşənin öyrənilməsində 

yardım edən yolları planlaşdırır, hansılar ki, nəzərdə tutur: informasiyanın axtarılması və 



analiz mərhələlərinin, müddətlərinin,  istifadə edilən metodların müəyyən edilməsini (məs.

sorğu, müsahibə, yerlərdə tanışlıq və s.); 

Sinif yoldaşları ilə ”Mənim gələcək peşəm” layihəsinin həyata keçirilməsi üçün  konkret 

fəaliyyət planı, funksiyaları və resurslarının bölgüsü üzrə razılaşır və ona ayrılan rolu yerinə 



yetirir; 

”Mənim gələcək peşəm” layihəsinin hüdudlarında keçirilən işlərin nəticələri ilə müəllim və 

sinif yoldaşlarını tanış edir; onlarla birlikdə özünün və digərlərinin iştiraklarını qiymətləndirir, 



planlaşdırılmış və gerçəklikdə əldə edilən nəticələri müqayisə edir, maneələri üzərə çıxarır 

və səbəbləri təhlil edir; 

4.  Şəxsi və ictimai həyat aləmləri: sosial təhlükəsizlik, iqtisadiyyat, dövlət idarəçiliyi və mədəniyyət.  

İ.E.X. - 11




İctimai elmlər

2009

Aparılan işlərdən sonra öz imkanları və nailiyyətlərinin təhlili əsasında inşa yazır ”Gələcəyim 

necə əks olunur” (adı çəkilən məqsədlər və onların əldə edilmə yolları, arzu olunan və 



zəruri hadisələr, onun fikirlərinin ictimai maraqlarla uyğun olması) və onu sinif yoldaşlarına 

təqdim edir;  

Müəlləimlə birlikdə 11-ci və 12-ci sinifdə tədris olunan intizamların siyahısını müzakirə 

edir; başqa-başqa fənn müəllimlərinin uyğun intizamlar haqqında söhbətlərində iştirak edir 



və gələcək karyerası istiqamətində onların əhəmiyyətini müəyyən edir; seçim fənlərindən 

istədiyini seçir və öz seçimini sübut edir. 



  İnsan və cəmiyyət

Vət. X 4.  Müasir cəmiyyət üçün əhəmiyyətli hadisə və prosesləri öyrənir və  

 

   

təhlil edir. 

Nəticə əldə edilmişdir, əgər şagird: 

Seçdiyi hər hansı bir sosial mühiti (məs. ailə, məktəb, qonşular, yaşayış məntəqəsi) həyatında 

xüsusi əhəmiyyətli hadisələri bölünür;  sinif yoldaşlarının analoji fikirlərini qulaq asır; ümumi 



tendensiyaları axtarır və onları ümumiləşdirir

Gürcüstanda  ayın  ən  əhəmiyyətli  ictimai  hadisəsini  adlandırır,    onunla  əlaqədar  dərc 

olunan materialların kütləvi mediyanın vasitələri ilə tanış olur; faktları, şərhləri və fikirləri 



fərqləndirir; axtarılan informasiyanın əsasında referat yazır və həmin hadisənin nəticələrini 

müxtəlif sosial qruplarla əlaqələndirir;  

Məktəb həyatı ilə əlaqədar sadə sosioloji sorğu aparır (məs.: yaşayış məntəqəsində və ya 

regionda məktəbin məşhur olması, təhsil səviyyəsi, digər məktəbdən seçilən xüsusiyyətləri, 



məktəbin büdcəsi, müsabiqələr və yarışmalarda iştirakın nəticələrini və s.); əldə edilən 

nəticələri məktəbdə mövcud rəsmi informasiyanı müqayisə edir və təhlil edir; nəticələri 

sinfin və ya məktəbin idarəçilik  nümayəndələri ilə tanış edir. 

Vət. X 5.  Cəmiyyət üçün əhəmiyyətli məsələlərlə əlaqədar öz mövqeyini  

 

   

hazırlayır və onu müdafiə edir, başqa mövqeləri qiymətləndirir. 

Nəticə əldə edilmişdir, əgər şagird:

Son zamanların hər hansı bir münaqişəsini seçir (məs.: şəxsi təcrübədən, kütləvi mediya 

vasitələrinin səslənməsi və s.); sinif yoldaşlarının qrupu ilə birlikdə onu müzakirə edir 



və  meyarları  ayırır,  hansılarına  əsasən  münaqişədə  iştirak  edən  tərəflərin  əməllərini 

qiymətləndirir;    

Sinif yoldaşlarının qrupu ilə birlikdə onlar üçün aktual problemi seçir və öyrənir ki, nə 

qədər bu məsələ kütləvi mediya vasitələrində əks olunub; ictimai fikrin formalaşmasında 



informasiyanın kütləvi vasitələrinin əhəmiyyətinin göstərilməsində dəlilləri sadalayır;   

Onun üçün tanış misalları nəzərə almaqla sinif yoldaşları ilə aktual məsələləri müzakirə edir 

(məs.: dostluq, valideynlərlə münasibət, peşənin seçilməsi və s.); verilən məsələ ilə əlaqədar 



İ.E.X. - 12


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə