İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   22   23   24   25   26   27   28   29   ...   96

 
78 
Birl
əşmiş Ştatlar Yaponiyaya investisiya qoyuluşunu artırdı. 1986-
cı ildə ABŞ Yaponiya iqtisadiyyatına 11,3 milyard dollar sərmayə 
qoydu. ABŞ-ın Yaponiyaya əmtəə ixracı 1986-cı ildə 26,9 milyard 
dollar t
əşkil  edirdi.  Reyqan  hökuməti Çinlə  münasibətlərin 
normallaşdırması  sahəsində  addımlar  atdı.  1987-ci ildə  iki ölkə 
arasında ticarət 25% artaraq 10,4 milyard dollara çatdı. 
A
BŞ  Liviyanı  terrorizmi  himayə  etməkdə  təqsirləndirirdi. 
1980-
ci  ilin  aprel  ayında  Liviya  lideri  M.Kəddafi siyasi müha-
cirl
ərin vətənə qayıtmalarını tələb etdi. Bir il ərzində «Qərbi Avro-
pada v
ə Yaxın Şərqdə 20 liviyalı dissident öldürüldü». 1981-ci ilin 
m
ay  ayında  Reyqan  Vaşinqtondakı  Liviya  səfirliyinin  bağlan-
masını  tələb etdi. Belə  olduqda Kəddafi  ABŞ  prezidentinin 
öldürülm
əsinə hazırlaşmağa dair əmr verdi. 
Eyni zamanda K
əddafi  bildirdi  ki,  Liviyanın  ərazi  suları 
amerikanlar üçün «ölüm x
ətti» olacaqdır. ABŞ-ın 6-cı donanması 
1981-
ci  ilin  avqust  ayında  «ölüm  xəttini» keçdi.  Prezident Livi-
yaya  qarşı  hərbi  əməliyyat  planını  bəyəndi.  Bu  zaman  liviyalılar 
Q
ərbi Avropada bir neçə  terror  aktı  törətdilər. Bundan sonra 
«Kanon Eldorado» adı altında Tripoliyə havadan zərbələr endirildi. 
Böyük Britaniyadakı amerikan hərbi bazalarından qalxan bombar-
dmançı  təyyarələr 1986-cı  il  aprelin  15-də  Kəddafinin komanda 
m
əntəqələrini bombardman etdi. Kəddafinin  iki  oğlu  ağır  yara-
landı, qızı isə həlak oldu. Liviya rəhbəri sağ qaldı. 
ABŞ-ın  xarici  siyasətində  İraqa  qarşı  hərbi  əməliyyatlar 
mühüm yer tutdu. 1990-
cı  il  iyulun  18-də  prezident Səddam 
Hüseyn Küveyti s
ərhədyanı  yataqlardan  İraq  neftini  mənim-
s
əməkdə ittiham edərək 2,5 mlrd. dollar kompensasiya ödəməsini 
t
ələb etdi. Küveyt  əmiri bu tələblərdən və  danışıqlar  stolu  arxa-
sında oturmaqdan imtina etdi. Avqustun 2-də S.Hüseyn Küveytdə 
inqilabın  baş  verdiyini  və  «azad müvəqqəti hökumətin» qurul-
duğunu bildirdi. İraq Küveyti işğal etdi. Əslində Küveytdə heç bir 
inqilab olmamışdı. 
Reyqanın  xarici  siyasəti C.  Karterin siyasətinin,  demək  olar  
ki, 
davamı idi.  Reyqan da C. Karter kimi NATO-nun hərbi xərc-
l
ərinin  3%  artırılması  və  Qərbi Avropada orta mənzilli raketlərin 
yerl
əşdirilməsi işini bəyəndi və davam etdirdi.  1983-cü ildə ABŞ 


 
79 
Q
ərbi  Avropanın  beş  ölkəsində  600-ə  yaxın  orta  mənzilli raket-
l
ərini yerləşdirməyə başladı.  O da Əfqanıstan məsələsi ilə əlaqədar 
SSRİ  ilə  münasibətləri gərgin  şəkildə  saxladı.    ABŞ  Latın  Ame-
rikası  ölkələrinə  qarşı  yenidən «Böyük dəyənək» siyasətinə 
qayıtdı.  Reyqan hökuməti Latın Amerikası ölkələrinə münasibətdə 
panamerikan h
əmrəyliyi prinsipini irəli sürdü.  Karib höfzəsində öz 
mövqel
ərini möhkəmləndirdi,  Nikaraquaya  qarşı  elan  edilməmiş 
müharib
ə  apardı,  Salvadorun mühafizəkar dairələrinə  hər cür 
köm
ək göstərdi.    1982-ci ildə  Malvin (Folklend)adaları  üstündə 
İngiltərənin Argentina ilə  müharibəsində  İngiltərəni müdafiə  etdi.  
İsrail-Ərəb münaqişələrində İsrailin dayağına çevrildi. 1982-ci ildə 
Yaxın  Şərqin  əzab çəkmiş  xalqları  üçün  «Amerika  sülh 
t
əşəbbüsləri»nin irəli sürdü.  ABŞ  hökuməti  ABŞ-ın  bütün 
pozuculuq t
əbliğatı  sisteminin  gücləndirilməsi sahəsində  bir  sıra 
t
ədbirlər  həyata keçirdi.    Başlıca  planlaşdırıcı  və  əlaqələndirici 
m
ərkəz yenidən bərpa  edilmiş  ABŞ  İnformasiya  Agentliyi  idi.  
(YU
SİA) .  
 
O,  ABŞ  Milli  Təhlükəsizlik  Şuürasının  orqanı  hüquqlarına 
malik olmaqla f
əaliyyət göstərirdi.(Agentliyin  ştatı  hazırda  təqri-
b
ən 8 min nəfərdir,  illik büdcəsi 640 milyon dollar idi). YUSİA 
dövl
ət  departamenti,  Pentaqon,  MKİ  və  Birləşmiş  Ştatların  digər 
hökum
ət idarələri ilə sıx əlaqədə işləyir.   
80-ci ill
ərdə  «Amerikanın  səsi»,  «Azadlıq»  və  «Azad 
Avropa» kimi xidm
ət orqanları geniş şəkildə yenidən quruldu.  Bu 
radiostansiyalarla 
əməkdaşlığa keçmiş nasistlər, cinayətkarlar, hər 
cür mmühacirl
ər, həmçinin Amerika kəşfiyyat xidməti idarələrinin 
əməkdaşları cəlb edildi.   
Reyqan hökum
əti xarici siyasətində  Asiya və  Sakit okean 
regionuna xüsusi diqq
ət yetirirdi.    1986-cı  ilin  sonunda  ABŞ  bu 
regiona 35,7 milyard dollar s
ərmayə ayırdı.  
80-ci ill
ərdə  ABŞ-ın  dünya  ölkələri barəsində  siyasəti iki 
prinsipin mü
əyyən ahəngi üzərində  qurulmuşdu:  dünyada  baş 
ver
ən dəyişikliklərə  qüvvə  ilə  müqavimət göstərilməsi və  həmin 
d
əyişikliklərə uyğunlaşma.  Bir çox amillərin təsirindən asılı olaraq 
bu prinsipl
ərin konkret tətbiq nisbəti dəyişirdi.   


 
80 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  ABŞ-ın  hərbiçilik tenden-
siyaları  yenidən  baş  qaldırmış  hakim  dairələri Sovet-Amerika 
münasib
ətlərinin  pozitiv  inkişafını  pozdular  və  əslində,  əldə 
edilmiş razılaşmalardan imtina yolu tutdular.  Onlar mövcud hərbi- 
strateji  tarazlığı  pozmaq  və  SSRİ  üzərində  hərbi üstünlüyə  nail 
olmaq q
ərarına  gəldilər.70-80-ci illərin hüdudunda,  xüsusilə 
respub
likaçılar hökuməti hakimiyyət başına gələndən sonra, ABŞ-
ın  SSRİ-yə  qarşı  siyasəti çox kəskinləşdi.    ABŞ-ın  hökuməti və 
h
ərbi  –sənaye  inhisarları    miqyasına  görə  misli görünməmiş  yeni 
sür
ətlə silahlanma yoluna qədəm qoydular.  
1983-
cü  ilin  mart  ayında  Ronald  Reyqan  kosmik  baza 
elementl
əri olan raketə  qarşı  geniş  miqyaslı  müdafiə  sistemi 
yaradılmasına dair uzun müddətli proqram elan etdi.   Həmin proq-
ramın  rəsmi  adı  «Strateji  müdafiə  təşəbbüsü”  idi  (SMT).    Onun 
v
əzifəsi SSRİ-yə qarşı nüvə silahını birinci tətbiq edə bilməkdən və 
Amerika 
ərazisinə cavab zərbəsinin nəticələrini zəiflətməkdən ötrü 
kosmik z
ərbə  etalonu  yaratmaqla  ABŞ  ərazisi üzərində  raket 
«
əleyhinə» sədd  qurmaq  idi.   Bu proqram üzrə  tədqiqatlara,  elmi 
işlərə  və  sınaqlar  keçirilməsinə  milyardlarla dollar vəsait  ayrıl-
mışdı. “Strateji müdafiə təşəbbüsü”nün məqsədi kosmos vasitəsilə 
SSRİ  üzərində  hərbi üstünlüyə  nail olmaq və  ABŞ-ın  dünyada 
hakim  mövqe  tutmasını  təmin etmək idi.  ABŞ-ın  qüvvəyə  arxa-
lanan bu ümidl
əri perspektivsiz olsa da, lakin sürətlə silahlanmanın 
kosmosa keçirilm
əsi  planları  ümumi  sülh  işinə  ciddi təhlükə 
tör
ədirdi.  
«Uotergeyt» v
ə  «İrangeyt»    qalmaqalları  80-ci illərdə  ame-
rika
lıların icra hakimiyyətinə  inamını xeyli zəiflətdi.  
80-ci ill
ərin ortalarında «İran kontras» adlanan məsələ geniş 
əks-səda  doğurdu.Onun mahiyyəti belə  idi ki,  İrana  silah  satıl-
masında əldə edildən vəsaitin bir hissəsini konqresin icazəsi olma-
dan  Ağ  ev  gizli  sürətdə  hərbi kömək  şəklində  inqilabi hökumət 
t
ərəfdarlarına  qarşı  vətəndaş  müharibəsi aparan Nikaraqua «kon-
tras» r
əhbərlərinə göndərmişdi.  
Şimali  Atlantika  blokunda    Qərbin  əsas kapitalist dövlətləri 
arasındakı münasibətlərdə birliyi zəiflədən amilləri aradan qaldır-
maq üçün imperialist dövl
ətlərinin rəһbərləri cürbəcür tədbirlərə və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə