İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   30   31   32   33   34   35   36   37   ...   96

 
102 
oynadığından  Azərbaycanın  zəngin  neft  ehtiyatlarına  bu  dövlətin 
olduqca böyük marağının olması təsadüfi deyildir.   
 
Azərbaycanın  əlverişli  geosiyasi  mövqeyi  ABŞ-ın  maraq-
larına tamamilə uyğundur.  Dövlətimiz şimaldan Rusiya, cənubdan 
isə İranla həmsərhəddir və regionda üstünlük uğrunda bu dövlətlər 
də mübarizə aparırlar.   
 
ABŞ-ın  respublikamıza  marağının  artmasında  ölkəmizdə 
demokratik  inkişaf  yolunun  seçilməsi,  iqtisadi  islahatların  aparıl-
ması və bazar iqtisadiyyatına keçilməsinin də danılmaz əhəmiyyəti 
vardır.   
  1991-
ci  il  dekabrın  25-də  ABŞ  Azərbaycan  Respub-
likasının müstəqilliyini tanımış və 1992-ci il martın 18-dən etiba-
rən bu dövlətlər arasında diplomatik münasibətlər qurulmuşdur.   
 
İkitərəfli əlaqələrin başlanğıc mərhələsi kəşfiyyat xarakterli 
yönümü  və istiqaməti  ilə seçilir, ziddiyyətlər və anlaşılmazlıqlarla 
xarakterizə olunurdu.   
 
Azərbaycan – ABŞ münasibətlərinin ən ziddiyətli məsələsi 
1992-
ci  il  oktyabrın  24-də  Konqresin  102-ci  çağırışının  2-ci 
sessiyasının  keçmiş    SSRİ-nin  Azərbaycandan  savayı  digər  11 
respublikasına    demokratiyanın  inkişafı  və  bazar  iqtisadiyyatına 
keçid məqsədilə 460 milyon dollar həcmində yardımı nəzərdə tutan 
“907-
ci əlavə”nin qəbulu oldu.   
 
Azərbaycana  qarşı  iqtisadi  yardıma  qadağa  aksiyasının 
məzmunu  belədir:  “Bu  və  ya  digər  qanunvericilik  aktları  çərçi-
vəsində  Birləşmiş  Ştatların  Azərbaycana  iqtisadi  yardımı  Azər-
baycanda 
o zamanlar hakimiyyəti təmsil edən iqtidarın xarici siya-
sət  sahəsində  buraxdıqları  səhvlər  düzəldilməyincə  mümkün 
olmayacaq”.    
1993-
cü  ilin  aprelində  Vaşinqtonda  Azərbaycan  səfirliyinin 
açılması ilə ikitərəfli  əlaqələr intensivləşməyə başladı.   
 
Azərbaycan  –  ABŞ  əməkdaşlığı  BMT  çərçivəsində  də 
davam etdirilmişdir. BMT təhlükəsizlik şurasının beş daimi üzvün-
dən  biri  olan  ABŞ  Azərbaycan  torpaqlarının  erməni  silahlı  qüv-
vələri tərəfindən işğal olunması ilə bağlı sözügedən təşkilatın qəbul 
etdiyi  7  bəyannamə  və  4  qətnamənin  (822  saylı  –  1993-cü il 30 
aprel, 
853  saylı  –  1993-cü il 29 iyul,  874  saylı  –  1993-cü il 14 


 
103 
oktyabr və 884 saylı – 1993-cü il 11 noyabr)lehinə səs vermişdir.  
Adı çəkilən sənədlərdə Azərbaycanın beynəlxalq  miqyasda tanın-
mış sərhədlərinin pozulmazlığı və ərazilər ələ keçirmək üçün qüv-
və  tətbiq  olunmasının  yolverilməzliyi  prinsipi  təsdiqlənmiş, 
ölkəmizin  bütün  zəbt  olunmuş  ərazilərindən  işğalçı  erməni  hərbi 
birləşmələrinin dərhal,  tamamilə və qeyd-şərtsiz çıxarılması tələb 
olunmuşdur.   
 
Azərbaycan Respublikasının ABŞ prezidenti B.  Klintonun 
xarici siyasət təşəbbüsü olan “sülh naminə tərəfdaşlıq” proqramına 
qoşulması da (1994-cü il mayın  4-də)ölkəmizin rəsmi Vaşinqtonla 
hərbi – siyasi əməkdaşlığına təkan verən amillərdəndir.   
 
Azərbaycan  –  ABŞ  münasibətlərində  baş  vermiş  müsbət 
dəyişikliklər  1994-cü  ilin  dekabrında  ATƏM-in  Budapeşt  zirvə 
görüşü zamanı öz konkret nəticələrini verdi.   
Budapeşt  sammitində  ilk  dəfə  olaraq  Dağlıq  Qarabağ 
problemi  xüsusi  bir  məsələ  kimi  gündəliyə  salındı  və  müzakirə 
olundu.  
ABŞ-ın yaxından köməkliyi nəticəsində Budapeşt sammi-
tinin qəbul etdiyi qətnamədə Avropanın müxtəlif bölgələrində baş 
verən münaqişələrin, o cümlədən Ermənistan – Azərbaycan müna-
qişəsinin  həll  edilməsi ayrı-ayrı  dövlətlərin  inhisarından  çıxarılıb, 
birbaşa  ATƏT-in  ixtiyarına  verildi.    Eyni  zamanda  münaqişə 
zonalarında, o cümlədən Dağlıq Qarabağ ətrafında baş verən  prob-
lemin  həllində  hansısa  bir  ölkənin  deyil,  ATƏT  sülhməramlı 
qüvvələrindən istifadə edilməsi qərara alındı.   
  Az
ərbaycan  –  ABŞ  münasibətlərində  dönüş  1996-cı  ildən 
etibar
ən özünü göstərməyə başladı. 1996-cı il yanvarın 26-da ABŞ 
Konqresinin Nümay
əndələr Palatası,  sonra isə Senatı Azərbaycana 
birbaşa humanitar yardım  haqda Konqresə xəbər çatdırdı ki, Azər-
baycan  hökuməti  bütün  blokadaları,  Ermənistan  və  Dağlıq  Qara-
bağa  qarşı  zor  gücünün  istifadəsini  dayandırmaq  üçün  əməli  iş 
görür”.  
Keçmiş  sovetlər  birliyinin  yenicə  müstəqillik  qazanmış 
respub
likaları  içərisində  niyə  məhz  Azərbaycanın  iqtisadi  qadağa 
aksiyasına  məruz  qalmasının  səbəbləri  ilk  növbədə  aşağıdakı 
amillərlə  bağlı  idi.  ABŞ-da  güclü  erməni  lobbisi  və  diasporunun 
mövcudluğu, ABŞ-da məskunlaşmış Azərbaycan icmasının zəifliyi. 


 
104 
   
Konqresmen Çarlz Vilsonun t
əşəbbüsünün hədəfi  “Azadlığı 
Müdafi
ə Aktı”na “907-ci əlavə”yə düzəlişdir.   “Vilson düzəlişi”nə 
q
ədər Azərbaycana  yalnız  qeyri-hökumət təşkilatlarının  xətti ilə 
yardım  göstərilməsi mümkün idi.    Qəbul  edilmiş    yeni  düzəlişdə 
is
ə  deyilirdi: “Azərbaycan hökumətinə  humanitar  yardım  o  halda 
göst
ərilə  bilər ki,  prezident müəyyən etsin ki,  qeyri-hökumət  
t
əşkilatları  tərəfindən Azərbaycana göndərilən  yardım  qaçqınların  
v
ə  məcburi köçkünlərin  ehtiyaclarını  lazımi  səviyyədə  ödəmir”.  
Bu s
ənəd Azərbaycanı hər cür dövlət yardımından məhrum edən və 
bütünlükd
ə erməni maraqlarına xidmət göstərən “907-ci əlavə”nin 
l
əğvi  istiqamətində  ABŞ  konqresinin  ilk  uğurlu  addımı  kimi 
qiym
ətləndirilir. 1996-cı il iyulun 11-də ermənipərəst konqresmen-
l
ərin Azərbaycan əleyhinə yönəlmiş növbəti addımı  “Porter düzə-
lişi” meydana gəldi.  “Porter düzəlişi”nə görə ayrı-ayrılıqda  həm 
Az
ərbaycanın, həm də  Dağlıq Qarabağın qaçqın və köçkün düş-
müş əhalisinə uyğun olaraq 7:1 nisbətində humanitar yardım gös-
t
ərilməsi  nəzərdə  tutulurdu.  Azərbaycan və  ABŞ  ali  icra  haki-
miyy
əti  orqanlarının  qarşılıqlı  səmərəli fəaliyyəti son nəticədə 
“Porter düz
əlişi”  adlı  bədnam sənədin  Nümayəndələr  Palatası  və 
Senatın  uzlaşdırıcı  komissiyasının  sentyabrın  17-də  keçirilmiş 
iclasında tamamilə rədd edilməsini təmin etdi.   
Respublikamızın  ən  ağrılı    Dağlıq  Qarabağ  probleminin də 
geniş müzakirələr obyektinə çevrildiyi ATƏT-in Lissabon sammiti 
(1996 dekabr)Az
ərbaycan  –  ABŞ  münasibətlərinin strateji  tərəf-
daşlığa  doğru  istiqamətləndiyini növbəti dəfə  təsdiqlədi.    Sam-
mitd
ə  Ermənistan  –  Azərbaycan  münaqişəsinin həllini 3  prinsip 
əsasında    tənzimləməyi nəzərdə  tutan    formul    ATƏT-in  sədri 
F.Kottinin  b
əyanatında irəli sürüldü.  ATƏT-in əsas prinsiplərini  
n
əzərdə tutan  bu formul, Ermənistan istisna olmaqla qalan bütün 
iştirakçı  dövlətlər, o cümlədən ABŞ tərəfindən qəbul edildi.  Belə-
likl
ə, başlamaqda olan 1997-ci ildə Azərbaycan – ABŞ münasibət-
l
ərinin vəziyyəti  yuxarıda  bəhs etdiyimiz real mənzərə  ilə  şərt-
l
ənirdi.  
  H
əmin ildə təhlükəsizlik sahəsində də Azərbaycan – ABŞ 
münasib
ətləri inkişaf etdirilmişdir. Belə ki, martın 12-13-də Bakıda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə