İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   38   39   40   41   42   43   44   45   ...   96

 
127 
1933-1939-cu ill
ərdə Almaniyada faşizmin hakimiyyət başı-
na g
əlməsi yəhudilərin Almaniyadan Fələstinə daha güclü axınına 
s
əbəb oldu  ki,  bu  beşinci  “aliyə”  adlandı.    Artıq  1939-cu ildə 
F
ələstində 467 min yəhudi yaşayırdı.  
F
ələstin  Böyük  Britaniyanın  mandatı  altında  olduğu  dövrdə 
(1922-1948)üç d
əfə keçirilən siyahıya almanın nəticələri aşağıdakı 
kimi idi.  1922-ci ild
ə  Fələstində  yaşayan 752048 nəfər  əhalidən 
589177 n
əfəri  ərəb, 83790 nəfəri yəhudi, 71464 nəfəri xristian, 
7617 n
əfəri isə başqaları idi.  1931-ci ildə isə Fələstində yaşayan 
1036339 n
əfər əhalidən 761922 nəfəri ərəb, 175138 nəfəri yəhudi, 
89134 n
əfəri xristian, 10145 nəfəri isə başqa millətlərin nümayən-
d
ələri idi.  1945-ci ildə Fələstində yaşayan 1764520 nəfər əhalidən 
1061270 n
əfəri ərəb, 553600 nəfəri yəhudi, 135550 nəfəri xristian, 
14100 n
əfəri isə başqa millətlərdən idi.  
1920-ci ild
ə  yəhudilərin hərbiləşdirilmiş  “Xaqana” təşkilatı 
yaradıldı.  1929-cu ildə  Böyük Britaniya Fələstində  “Yəhudi 
agentliyi” t
əşkil etməyə icazə verdi.  
F
ələstinin ərəb əhalisi bu dövrdə Fələstinin idarə edilməsində 
əslində  iştirak  etmirdi.  Böyük  Britaniyanın  əsasən sionistlərlə 
əməkdaşlıq etməsi 1920, 1929, 1933 və 1935-39-cu illərdə ərəblər 

ərisində narazılıq çıxışlarına səbəb oldu.  Onlar həm yəhudi axın-
larına, həm də torpaqlarının tutulmasına qarşı etirazlarını bildirir-
dil
ər.    Buradakı  ərəb  burjuaziyası  tərəfindən hələ  1920-ci ildə 
“Ərəb  milli konqresi” təşkil edildi. O, 1936-cı ildə  “Ali  ərəb ko-
mit
əsi”nə  çevrildi.  1929-cu ilin avqustunda Fələstində  ərəblərlə 
y
əhudilər  arasında  baş  verən  toqquşma  elə  həmin ilin sentyabr 
ayında Böyük Britaniya qoşunları tərəfindən yatırıldı.  
1933-cü ild
ə  Fələstində  ərəblərin yeni milli-azadlıq  hərəkatı 
başladı.    Lakin  yenə  də  ingilislər tərəfindən  yatırıldı.    Nəhayət, 
1936-
cı  ilin  aprelində  Fələstində  ərəblərin  üsyanı  baş  verdi  və  o, 
partizan müharib
əsinə  çevrildi.    Lakin,  o  da  İngiltərə  qoşunları 
t
ərəfindən yatırıldı.  
1936-
cı ilin oktyabrında olmuş ərəblərin növbəti üsyanından 
sonra Böyük Britaniya hökum
ətinin  lord  Pilin  başçılığı  altında 
t
əşkil  etdiyi  komissiya  Fələstin məsələsi ilə  əlaqədar  aşağıdakı 
m
əsləhəti verdi ki, Fələstin üç hissəyə bölünsün.  Uudey dağı ilə 


 
128 
(Vivlena v
ə  başqaları)  birlikdə  Yerusəlim, həmçinin  Aralıq 
d
ənizindəki  Yaffa  limanına  qədərki  koridor  İngiltərəyə  verilsin.  
Əvvəlcədən müəyyən  edilmiş  ərazilərdə  isə  ərəb və  yəhudi 
dövl
ətləri təşkil edilsin.  
1939-
cu  ilin  mayın  17-də  yeni  məşhur  “ağ  kitab”  çıxdı  ki, 
burada Böyük Britaniyanın “Fələstində yeni siyasəti”nin prinsipləri 
öz 
əksini tapmışdı.  Orada göstərilirdi ki, 1939-cu ildə Fələstində 
ərəblərin və  yəhudilərin birgə  yaşadıqları  vahid  dövlət qurula-
caqdır.    Kitabda,  həmçinin yəhudi  axınını  ildə  ancaq 15 minlə 
m
əhdudlaşdırmaq, sionistlərin Fələstində torpaq almasını da azalt-
maq n
əzərdə  tutulurdu.  Lakin buna baxmayaraq qeyri-qanuni 
şəkildə yəhudilərin Fələstinə axını davam edirdi.  1939-1947-ci ilə 
q
ədər İngiltərənin Fələstini Aralıq dənizindən blokadaya almasına 
baxmayaraq oraya 100 mind
ən artıq yəhudi gəldi.  
İkinci dünya  müharibəsi dövründə ABŞ tərəfindən dəstəklə-
n
ən sionistlər yenidən Fələstinə  öz  iddialarını  irəli sürməyə 
başladılar.  1942-ci ilin may ayının 6-11-də keçirilən Nyu-Yorkda 
Baltimor  mehmanxanasındakı  konfransda  Fələstində  “müstəqil 
y
əhudi birliyini” yaratmaq qərara  alındı.    ABŞ  bu  dövrdə  Böyük 
Britaniyaya t
əzyiq göstərirdi ki, yəhudilərin Fələstinə axınına mane 
olmasın.  İkinci Dünya müharibəsindən sonra yəhudilərin Avropa-
dan F
ələstinə  axını,  Böyük  Britaniyanın  etirazına  baxmayaraq 
kütl
əvi xarakter aldı.  Artıq 1948-ci ildə Fələstində yəhudilərin sayı 
649 min
ə çatdı.  
M
əlumdur  ki,  Almaniyanın  yəhudilərə  qarşı  genosidindən 
(bu  “xolokost”  adlanır)  6 milyon yəhudi məhv edildi.  Bu da 
onların  Fələstinə  axınının  səbəblərindən biri hesab edilə  bilərdi.  
1948-
ci ilin may ayının 15-dən 1950-ci ilə qədər Fələstinə 1948-ci 
ild
ə  120, 1949-cu ildə  240, 1950-ci ildə  isə  70 min yəhudi 
köçmüşdür.  
Ərəblərlə  yəhudilər  arasındakı  münaqişə, həmçinin  onların 
h
ər  ikisinin  İngiltərənin  mandatını  rədd etmək tələbi Böyük 
Britaniya hökum
ətini məcbur etdi ki, hər iki xalqa muxtariyyət 
verm
ək, azlıqla yaşayanları isə öz himayəsində saxlamaq təklifi ilə 
çıxış etsin.  Bu təklif hər iki xalq tərəfindən rədd edildi.  


 
129 
İkinci  dünya  müharibəsi  qurtardıqdan  sonra  ABŞ  xüsusi 
Yaxın Şərq regionuna xüsusilə maraq göstərirdi. Dünya hegemonl-
uğu  siyasətini özünün əsas məqsədi  hesab edən  ABŞ  bu  regiona 
sahib olmaqla 
əvvəl qeyd etdiyimiz kimi həm iqtisadi, həm də 
siyasi mövqeyini gücl
əndirmək  iqtidarına  malik  ola  biləcəyinə 
q
ətiyyən  şübhə  etmirdi.  Bunun  üçün  ABŞ-a regionda mütləq bir 
“dayaq m
əntəqəsi” nə  sahib  olmaq  lazım  idi.  Bu  dayaq  məntə-
q
əsini isə  ABŞ  İkinci  dünya  müharibəsi  zamanı  səfil və  köçkün 
v
əziyyətinə  düşmüş  yəhudiləri bu ərazilərə, xüsusilə  Fələstinə 
köçürülm
əsini təşkil  etməklə  əldə  edə  bilərdi. Bu məsələ  ilə 
m
əşğul  olmaq  üçün  1945-ci  ilin  avqustunda  Trumen  İngiltərənin 
baş  naziri  Kliment  Ettliyə  məktub  yazıb  Fələstinə  yüz min 
y
əhudinin gətirilməsini təklif etdi.  
  
Qarşılıqlı  razılıqdan  sonra  Fələstin məsələsi üzrə  hər iki 
dövl
ətin nümayəndələrini özündə cəmləyən “Fələstin məsələsi üzrə 
ingilis-
amerikan  komissiyası”  təşkil  edildi.  ABŞ    tərəfdən bu 
komissiyaya g
ələcək  İsrail  dövlətində  ABŞ  –ın  ilk  səfiri vəzifə-
sind
ə işləyəcək Ceyms Makdonald və vəkil Bartli Kram daxil idi. 
Komissiyanın  müzakirə  obyekti Avropadan yəhudilərin köçürül-
m
əsi və  Ers-İsraelin  (israil  dilindən tərcümədə  yəhudi  torpağı 
dem
əkdir-red) bölünməsi idi. Bundan sonra İngiltərə tərəfi yeni bir 
komissiyanın yaradılması fikri ilə çıxış etdi, hansı ki bu komissiya 
Morrison-
Qreydi  komissiyası  adlandı.  (Britaniya  naziri  Herbert 
Morrison v
ə  H.Trumenin  xüsusi  elçisi  Henri  Qreydinin  soyadları 
əsasında).  Burada  da  əsasən  torpaqların  bölünməsi məsələsi ilə 
yanaşı İngiltərənin mandat hüququ məsələsi də müzakirə edildi.  
  Bu komissiyada Harri Trumenin Avropadan F
ələstinə  100 
min y
əhudinin köçürülməsinə  kömək etmək  haqqında  təklifi 
b
əyənildi. Trumen dərhal bu tövsiyəni bəyənərək bildirdi ki, 
m
əruzənin qalan hissəsi  uzağa  tuşlanmış  siyasət məsələləri kimi 
n
əzərə alınmalıdır. Komitə üzvləri üçün nəzərdə tutulmuş təlimat-
larda Yaxın və Orta Şərqə aid istənilən siyasi qərar qəbul edilərkən 
sovet t
əhlükəsi amilinin nəzərə alınması haqqında göstəriş var idi.  
Getdikc
ə ABŞ-ın İngiltərəyə təzyiqi artırdı. 1947-ci il aprelin 
2-d
ə  İngiltərə  Fələstin məsələsinə  dair BMT-nin xüsusi sessiya-
sının  çağırılması  xahişi  ilə  müraciət etdi. 1947-ci  ilin  mayında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə