İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   36   37   38   39   40   41   42   43   ...   96

 
121 
İkinci  həyat tərzi  azlığın  arzusuna  əsaslanır,  çoxluq  üzərinə 
zorakılıqla qoyulur.  O, terror və yığıncaq, mətbuatın idarə edilmə-
si, şəxsi azadlıq üzərində təzyiqlə fərqlənir.   
M
ən belə hesab edirəm ki, Birləşmiş Ştatlar xarici təzyiqlərə 
v
ə ya, silahlı azlıqların təcavüzünə qarşı müqavimət göstərən azad 
xalqları  müdafiə  edir.  Mən belə  hesab edirəm  ki,  biz  xalqların 
azad  olunmasına  kömək etməliyik ki, onlar talelərini özləri həll 
etsinl
ər.  Bizim köməyimiz ilk növbədə iqtisadi və maliyyə köməyi 
olmalıdır.Bu kömək həmin ölkələrdə  iqtisadi sabitliyə  gətirib 
çıxaracaq.Bu qayda ilə  öz təsirini siyasi proseslərə  də  göstə-
r
əcəkdir.  Dünya yerində  dayanmır  və  status  –  kvonu saxlamaq 
mümkün deyildir.  Biz qüvv
ələr nisbətində  dəyişikliyə  və  BMT–
nin Nizamnam
əsinin  pozulmasına  yol verə  bilmərik.    Xalqları 
t
əcavüz və məcburetmə metodu ilə idarə etmək yol verilməzdir.   
Yunan mill
ətinin tamlığı və yaşaması daha geniş perspektivə 
ciddi 
əhəmiyyət kəsb etdiyini anlamaq üçün xəritəyə  baxmaq 
kifay
ətdir.  Əgər Yunanıstan silahlı azlığın nəzarəti altına düşərsə, 
bu effekt ona 
qonşu olan Türkiyəyə də yayıla bilər.  İntizamsızlıq 
v
ə  anarxiya  bütün  Yaxın  Şərqə  də  yayıla  bilər.  Bundan  başqa 
müst
əqil dövlət  Yunanıstanın  yoxa  çıxması  daha  çox  Avropanın 
müharib
ələrdən sonra bərpa olunan azad ölkələrinə  də  təsir edə 
bil
ər.    Uzun  zaman  öz  azadlığı  uğrunda  mübarizə  aparan ölkələr 
onu itirs
ələr, bu uzun bir faciə olacaq.  Sərbəst təsisatların iflası və 
müst
əqilliyin itirilməsi ancaq onlar üçün deyil, bütün dünya üçün 
f
əlakət  olardı.    Biz  bu  çətin anda Türkiyə  və  Yunanıstandakı 
v
əziyyətə  təsir göstərməsək, bunun nəticələri həm Qərb, həm də 
Şərq  üçün çox uzaqlara gedə bilər.   
Biz fasil
əsiz və  qətiyyətli hərəkət etməliyik.  Buna görə  də 
m
ən  xahiş  edirəm ki, konqres Türkiyəyə  və  Yunanıstana  kömək 
etm
ək  üçün 400 milyon dollar 1948 –  ci ilin iyunun 30-  nadək 
yardım ayırsın.  Bu pula əlavə olaraq Türkiyə və Yunanıstana bu 
ölk
ələrin xahişi ilə ABŞ – ın hərbi və mülki personalı göndərilsin.  
Bu personal h
əm bu dövlətlərin modernləşdirilməsi vəzifəsinə 
köm
ək etmək və həm də iqtisadi və maliyyə köməyindən istifadəni 
müşahidə etmək məqsədini güdməli idi.   


 
122 
ABŞ  İkinci  Dünya  müharibəsində  qələbəyə  341 milyard 
dollar qoymuşdur.  Bu vəsait dünya azadlığı və bütün dünyada sülh 
namin
ə  qoyulmuşdur.    Türkiyə  və  Yunanıstana edilən bu kömək 
h
əmin vəsaitin 1/10 – ni təşkil edir.  Ancaq bu sağlam fikirdir.  Biz 
göst
ərəcəyik  ki,  bizim  qoyduğumuz  investisiya  hədər yerə  get-
m
əmişdir. Totalitar rejimlər əsasında bədxassəli yoxsulluq da artır.  
İnsanlarda yaxşı həyata ümid öldükdə totalitar rejimlər tam artıma 
nail ola bilirl
ər.  Biz insanların ümidini müdafiə etməliyik.   
Dünyanın  azad  xalqları  onların  azadlığını  müdafiə  etmək 
üçün onlara köm
ək etməyi bizdən  xahiş  edirlər.Əgər biz lider-
liyimizd
ə  tərəddüd ediriksə, onda biz bütün  dünyada sülh üçün 
t
əhlükə yaratmış olarıq. Əlbəttə, bizim millətin yüksək rifahını təh-
lük
ə altında qoya bilmərik.  Son hadisələr bizim qarşımızda böyük 
m
əsuliyyət qoyur.  Mən  əminəm ki, konqres bu məsuliyyətdən 
ç
əkinməyəcəkdir”.  
Bu  doktrina  ABŞ-ın  xarici siyasətində  dönüş  mərhələsinin 
başlanması demək idi. 
Yunanıstandakı  vətəndaş  müharibəsi,  boğazlarda  SSRİ-nin 
h
ərbi baza yaratmaq istəyi,  Yaxın  Şərqdə  neft  amili  ABŞ  xarici 
siyas
ətində dönüşün yaranmasına səbəb oldu.  Bunların içərisində 
Yaxın Şərqə münasibət xüsusi rol oynayırdı.  ABŞ-ın İkinci Dünya 
müharib
əsindən sonra Yaxın Şərq neftinə tələbatı artdı. Əgər 1938-
ci ild
ə  ABŞ  inhisarlarının  payına  Yaxın  Şərq neftinin 14% (3,2 
mln.  ton)g
əliri düşürdüsə, 1951-ci ildə bu rəqəm 57,8% (56,6 mln. 
ton) t
əşkil edirdi.  
İkinci  dünya  müharibəsindən  sonra  ABŞ  “azad  dünyanın” 
demokratik  institutlarının  əsaslarını    hər cür qəsdlərdən hərtərəfli 
müdafi
ə  etməyi öz xarici siyasətinin  əsas vəzifəsi elan etdi.  
Marşall planı ortaya çıxdı.  Bu planın müəllifi ABŞ-ın dövlət katibi 
Marşall oldu.  1947-ci ilin iyunun 27-dən iyulun 2-dək Parisdə bu 
m
əsələ  ilə  əlaqədar  olaraq  İngiltərə, Fransa və  SSRİ  Xarici  işlər 
nazirl
ər müşavirəsi keçirildi.  “Xarici dövlətlərə yardım haqqında 
1948-ci il qanunun” 1948-ci il aprelin 3-d
ə  ABŞ  konqresi 
t
ərəfindən qəbul edildi.  Avropanın 16 ölkəsinə  12 milyard dollar 
d
əyərində yardım edildi. Bu ABŞ-ın Avropa işlərinə müdaxiləsinin 
gücl
ənməsinə səbəb oldu.   


 
123 
1950-ci ild
ə  “hər  şeydən öncə  Asiyadır!”  şüarının  irəli 
sürüldü, dövl
ət katibi Açelson 1950-ci  il  yanvarın  12-də  Koreya 
işlərinə  qarışmaq  haqqında  bəyanat verdi.  1950-ci  il  iyun ayının 
25-d
ə  Şimali  Koreyanın  Cənubi Koreyaya hücumu ilə  Koreya 
müharib
əsi  başladı.    Bu  müharibə  1953-cü ilə  qədər  davam  etdi.   
ABŞ-ın  Cənubi  Koreyanı,  SSRİ-nin isə  Şimalı Koreyanı  müdafiə 
etm
əsi Koreyanın iki dövlətə parçalanmasına səbəb oldu.   
 
ABŞ-IN YAXIN ŞƏRQDƏ ROLU VƏ ÖZ 
MARAQLARIRNIN TƏMİN EDİLMƏSİ 
 
İkinci dünya müharibəsindən sonra  ABŞ-ın xarici siyasətinin 
əsas mahiyyəti  dünya  ağalığına  nail  olmaq  idi.  ABŞ-ın  öz  am-
bisiyasını  həyata keçirmək,  Amerikanın  enerji  maraqlarını 
qorumaq üçün h
ərbi və siyasi təzyiqlərdən, iqtisadi sanksiyalardan 
v
ə sair metodlardan istifadə etməyə başladı.  ABŞ iqtisadiyyatının 
getdikc
ə  daha çox neftdən  asılılığını  nəzərə  alsaq,  bu dövlətin 
dünya üz
ərində  öz  hökmranlığını  möhkəmləndirmək  üçün  Yaxın 
Şərqdəki enerji ehtiyatlarına nə dərəcədə möhtac olduğunu aydın-
laşdırmaq  çətin  deyildi.    Bu  halda  ABŞ-İsrail  alyansında  ABŞ-ı 
İsraildən  Yaxın  Şərq regionunun müsəlman ölkələrinə  qarşı 
istifad
ə etməsinin məntiqini də başa düşmək olardı.  Yaxın Şərqdə 
baş verən hadisələrə, o cümlədən İsrail-ərəb münaqişəsinə və hətta 
F
ələstinin daxilində  baş  verən hadisələrə  ABŞ-ın  Yaxın  Şərq 
siyas
ətinin tərkib hissəsi  kimi  baxmaq  lazım  idi.   Regiondakı 
münaqişələr  İsrail  dövləti yaranandan sonra daha ciddi xarakter 
alsa da, 
əslində  etnik və  ya  dini  münaqişə  deyildi.  Bu 
münaqişələrin XIX əsrin  sonu XX əsrin əvvəllərində Böyük Brita-
niya t
ərəfindən  qızışdırıldığı  və  İkinci  Dünya  müharibəsindən 
sonra m
əhz  ABŞ  tərəfindən idarə  edilərək  onun  Yaxın  Şərqdəki 
siyas
ətinin həyata keçirilməsi üçün edildiyi aydındır. 
Müs
əlman aləminə bəla gətirən sərvət – neftdir.  İsrail-Ərəb 
münaqişəsi, o cümlədən  İsrail-Livan  münaqişəsi  ABŞ-ın  Yaxın 
Şərq siyasətinin tərkib hissəsidir.  ABŞ-ın Yaxın Şərqdə əldə etdiyi 
neft  ehtiyatlarının  təhlükəsiz istismar edilməsi üçün müvafiq 
t
əhlükəsizlik zonalarının yaradılması, yeni neft ehtiyatlarının nəza-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə